XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

02 İyun 2017 - 13:30

İrandan Tacikistana xəbərdarlıq:Səudiyyə ilə yaxınlaşma ölkədə terroru və müxalifəti gücləndirə bilər - TƏHLİL

"Tasnim News"

 

Mərkəzi Asiya ölkəsi olan Tacikistan Əfqanıstanla sərhəddə – narahat bir bölgədə yerləşir. Terror və narkotik alveri kimi təhlükələr Əfqanıstanla sərhəd sahəsindən bu ölkəni təhdid edir.

Tacikistanda təhlükəsizliyik məsələsi, bütün Mərkəzi Asiya da olduğu kimi, kövrəkdir.

Suriyada döyüşən qüvvələrin regiona qayıdışı İŞİD və digər terror qrupu üzlərinin yeni fəaliyyətə başlamasına təkan verəcək. Bundan başqa, sovet dövründən qalmış hökumətlərin ənənəvi müxalifət ilə sərt davranışı "islamçı qruplar"ın gizlicə çoxalması və münaqişə ocaqlarının yaranması deməkdir. Bu təhlükə domino effekti ilə Rusiya və Çinə keçərək orada davam edə bilər.

Tacikistan, demək olar ki, İran İslam Respublikası ilə vahid dil, tarix və mədəniyyəti paylaşır. Tehran və Düşənbə arasında münasibətləri geniş mənada inkişaf etdirmək əvəzinə, son dövrdə müxtəlif səbəblərə görə iki ölkə arasında əlaqələr xeyli zəifləyib və müxtəlif sahələrdə əməkdaşlıq demək olar ki, azalıb.

İran həll etməyə qabil olduğu iqtisadi problemlərə əlavə, Tacikistanın üzləşdiyi təhlükəsizlik müşkülünün çözülməsində də böyük rol oynaya bilər. Lakin Tehran və Düşənbə arasında münasibətlərin səviyyəsini azaldan Tacikistan iki ölkə və region üçün böyük təhlükə olan yad güclərə qucaq açır.

Səudiyyə Ərəbistanı Tacikistanla əlaqələrini son illərdə inkişaf etdirməyə başlayan ölkədir. Tacikistanın maliyyə ehtiyacları Səudiyyə ilə əlaqələrin genişlənməsində ən mühüm amilə çevrilib və bu, özlüyündə qəribə paradoks deyil.

Lakin Tacikistan həmişə ölkə daxilində islamçı qruplarının fəaliyyətindən narahat olub və bu ölkə son illərdə Əfqanıstandakı ekstremistlər kimi, səudiyyəlilərin köməyi ilə Mərkəzi Asiyaya, o cümlədən Tacikistanın müxtəlif yerlərinə doluşan "cihadçılar"ın təhlükəsizliyə təhdid yaratdığını anlamaq gücündə deyil.

Artıq Səudiyyə Ərəbistanının, Ər-Riyadın köklü ekstremist və təkfirçi mövqeyi kimsə üçün sirr deyil. Lakin Tacikistan və Səudiyyə rəsmiləri qarşılıqlı səfərlər edir və bunun son nümunəsi parlament sədrinin Səudiyyə Ərəbistanına səfəri, ondan əvvəl isə Tacikistan prezidentinin görüşüdür.

Mayın 24-də gerçəkləşən son səfər də buna bir nümunədir. 

Bu görüşlərdə iqtisadi-ticari əməkdaşlıq müzakirə olunub, birgə parlamentlərarası dostluq komissiyası yaradılıb. Tacikistan və Səudiyyə Ərəbistanı texniki, elmi və mədəni, habelə investisiya məsələlərini nəzərdən keçiriblər.

Maraqlıdır ki, bu cür görüşlərdə beynəlxalq terrorizm, ekstremizm və mütəşəkkil cinayətkarlıq kimi regional və qlobal məsələlər də diqqətdən kənarda qalmayıb.

Tacikistan prezidenti Emoməli Rəhmonun Səudiyyə Ərəbistanına bu ilin əvvəlində baş tutan səfərində isə rəsmilərlə görüşlərdə əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb. Artıq iri Səudiyyə şirkətləri Tacikistanda energetika layihələrinin həyata keçirilməsi üçün investisiyalar qoyuluşuna başlayıb. Bununla bahəm, mədəni proqramların icrasında da onların iştirakı gözlənilir.

Mahiyyətcə nə baş verir?

Tacikistan rəhbərliyi Ərəb-İslam Sammitinə qatılmaqla özünü bədnam etdi. 

Tacikistan hökuməti müxalif və dövlətə qarşı fəaliyyət göstərən qüvvələrin fəallaşacağını görmür. Ölkə terror qruplarının güclənməsi təhlükəsi var.

Ekstremist və sələfi mahiyyətli "İslami qüvvələri"n Mərkəzi Asiya kimi geniş regionda doğuracağı təhlükə qulaqardına vurula bilməz. Terror təhdid ilə birgə, qaçaqmalçılığı və mütəşəkkil cinayətkarlığa qarşı müdafiə divarı hörülməlidir.

Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində Rusiya və Çin hərbi təlimlərinin məqsədləri anlaşılandır. Tacikistanın cənub sərhədlərində (Əfqanıstan və Pakistan), Yaxın Şərqdə (İran) ekstremizmin gücləndirilməsi Sincan-Uyğur vilayəti (Çin), daha sonra bütün Mərkəzi Asiya, Qafqaz regionu və Rusiya üçün böyük təhlükədir.

Səudiyyə Ərəbistanı artıq çoxdan iqtisadi fəaliyyəti və maliyyə yardımını ekstremizmin yayılmasına alət edib. Rəsmi Tehranla əlaqələrin zəifliyi Tacikistanda Səudiyyə Ərəbistanına daha bir alət verib – mədəniyyət və təhsil məsələsi ilə məşğul olmaq. 

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə