XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

03 İyun 2017 - 15:01

“Cihadçılar”ın son qalası:İdlib ümidi puç olan qafqazlı döyüşçülərin də suriyalılarla evlənib qaldıqları evə və son məzara çevrilir...

Səlim əl-Ömər

"Atlantic Council"

 

İdlibə bir-birinin ardınca, məsələn, Hums şəhərinin Hay əl-Vair məhəlləsindən və Dəməşqin ətrafındakı Qabundan gələn üsyançı karvanlarının axırı hələ ki, görünmür. Rejim İdlibi Suriya müxalifətinin son ümidinə döndərib, çünki onların digər sahələrdən çıxarılmasına nail olub.

Türkiyə də şimal-qərbdə, Suriya ilə qonşuluqda, kiçik əyalətlə sərhədləri bağlayıb. Bu, yüzlərlə "cihadçı"nı həbsxanadakı kimi, mühasirə olunmuş şəhərə qapadıb və onlardan bəziləri sabitlik mənbələri axtarışında artıq bu atmosferə adaptasiya olublar.

Bəziləri güman edir ki, bu kiçik torpaq sahəsi aqibətlərini qarşılayacaqları məkandır və son qan damlasına qədər müdafiə olunmalıdır.

Bilal Əbdul Kərim – "cihadçı"lara yaxın jurnalist Rusiya təyyarələri və ya onların suriyalı "əmiuşaqları"nın bombaladığı şəhər əhalisinin vəziyyətini təsvir edən dövri hesabatları müntəzəm dərc edir.

Bu arada deyək ki, Fransa "cihadçılar"ı tərəddüd etmədən İdlibdə kənd yaradıblar, hazırda daimi köç axınından buranın əhalisi fasiləsiz artır. İndi hər kəs başa düşür ki, İdlib – bütün "cihadçılar" üçün son liman, alternativ ev və bəlkə də son mənzildir.

Eynilə "fransızlar" kimi, Türküstandan olan döyüşçülər də çadırlarını tərk edib özlərinə ev tikirlər. Qayıdış ümidi uçub getdiyinə görə çeçenlər və qafqazlılar artıq yerli adamlara qaynayıb-qarışırlar. Çeçenlər və suriyalılar arasında nikahların sayı durmadan artır. Dil və onların qeyri-Suriya mənşəyi maneə yaratsa da, məzhəbi bağlılıq və uzun müddətə burada qalma istəyi səddi aradan qaldırıb.

İdlib bazarları Ramazan ayının gəlişi ilə basırıqlaşıb. "Cihadçılar" arasında ailə bağları daha əhəmiyyətli olub və orucluq ayı onların bir araya gəlməsini sürətləndirib. Amma xarici döyüşçülər dolanışıq üçün Avropada yaşayan qohumlarından tez-tez maddi yardım xahiş edirlər.

Şəhər kafeləri "cihadçılar"la dolub-daşır, qorxu və tam məxfilik mühitində Qərbə özləri barədə necə məlumat göndərə bilməyi müzakirə edirlər.

ABŞ-ın Əbu Məhəmməd əl-Culaninin yeri bildirmək üçün mükafat elanı və şəhərin "cihadçılar"ın ən böyük yığnaq yeri olduğunu göstərən "Al Aan TV"nin müxbiri Cenan Musanın filmindən sonra sərbəst hərəkət üçün daha çətin durum yaranıb.

Əslində, heç bir şəhərdə onların varlığı inkar edilə bilməz, lakin İdlibdə – əhalisi hazırda üç milyon nəfər olan şəhərdə cəmi 8 min döyüşçünün olduğu iddia edilir.

İdlibi "cihadçılar"ın qalası edən – yoxsulluq, evsizlik və səfalətdən əziyyət çəkən digər döyüşçülər yox, "Hayat Təhrir əl-Şam"dır – HTS. Birincilər hələ də inanırlar ki, iman gətirib Suriyaya yollandıqlarına görə sonda Allah onların bu əməllərini layiqincə mükafatlandıracaq.

HTS-in şəhərin nüfuzuna vurduğu ziyan bir ayda 55 xarici döyüşçünü həbs etməsi və bu yaxınlarda "əl-Uqab" həbsxanasından çıxmış bir jurnalistin, "Hayat Təhrir əl-Şam" üzvünün nəql etdikləridir.

Anti-Rusiya mövqelərinə baxmayaraq, çeçenlər və digər qafqazlılardan da yerli məhkəmələrə az şikayət olunmur. Rusiya təyyarələrinin çeçen liderlərini niyə hədəfə ala bilmədikləri də cavabı çətin tapılan məsələdir. Amma sadə bir cavab var: İdlib şəhərinin əhalisi onlara dəstək verir və qorunmasını təmin edir.

Hazırda İdlibdə təhlükəsiz yaşayan "cihadçılar" Almaniya, Rusiya, Belçika, Amerika, Fransa, İngiltərə, İsveç, Əfqanıstan və cürbəcür ərəb ölkəsinin nümayəndələridir.

Şəhər bir çox hallarda qarşılıqlı inam olmamasına baxmayaraq, bir araya gəlmək üçün əməkdaşlıqdan başqa heç bir seçimi olmayan bütün şəxslər üçün kollektiv evə çevrilib. Avropalı döyüşçülər suriyalılar ilə əl-ələ verməyə məcburdur. Onlar Avropadakı qohumlarından pul baratı almaq üçün yerlilərə etibar etməli olurlar. Çünki təsərrüfat işləri ilə məşğul ola və suriyalılar kimi bazarda alverə edə bilməzlər. 

Amma "cihadçılar"ın işi döyüşə getmək və şəhəri qorumaqdır. Bu, müharibənin hər iki tərəf üçün doğurduğu əmək bölgüsüdür. Deyəsən, tərəflər bu rolları qəbul edib.

Bu döyüşçülər üçün İdlib hər mənada evləridir. Onların rejimin irəliləyəyə biləcəyi hər giriş, çıxış və zəif nöqtəni bilir. Düşünürlər ki, ABŞ-ın rəhbərlik etdiyi Qərb koalisiyasının planlarında dəyişiklik olacaq.

İdlibdə indi kövrək atəşkəs rejimidir. "Hərbisizləşdirilən zonalar"a görə döyüş əməliyyatları dayandırılıb, lakin rejim istədiyi an bu səddi qıra bilər.

Rejim nailiyyətləri ilə qürur duyur və barışığa baxmayaraq, Suriyanın digər bölgələrində işini bitirdikdən sonra İdliblə haqq-hesab çəkəcək.

Hökumətin təyyarələri olmasaydı, "cihadçılar"ın nəzarət sahələri uzanıb gedərdi. Lakin Türkiyənin sərhədləri bağlaması və Qərbin onları təcridləmə səyləri silahalma qabiliyyətini məhdudlaşdırıb.

İndi onlar yeni müdafiə vasitələri axtarır. Lakin ən böyük narahatlıq fraksiyalar arasında mübarizədir. 2015-ci ildə şəhəri ələ keçirib qərb sahil boyuna irəlilədikdə belə hal yox idi. Amma indi daha yaxşı müdafiə strategiyası axtarışı əvəzinə, qiymətli vaxtı itirib didişirlər. Bu, onların dini əqidələrindən də güclüdür.

 

Tərcümə: Strateq.az