XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

06 İyun 2017 - 19:06

Kiçik Qətər dünyanın diqqətində:Trampın Ər-Riyad səfəri Yaxın Şərqə od vurub – TƏHLİL

Yelena Xanenkova

Regnum İA, 05.06.2017

 

Görünür, Tramp özünün adi manerası ilə Yaxın Şərqi bütünlüklə laxladıb. Onun səfəri həqiqətən də terrorizmlə birgə mübarizə ehtirası deyil, düşmənlik tonqalı alışdırıb – o, ziddiyətləri kəskinləşdirib və daha çox alova benzin səpib.

Prezident Tramp ərəb və müsəlman liderlərin ektremistlər və İrana münasibətdə fəllaşmasına yönəlik çıxışında auditoriyasından birlik tələb edib… O, Səudiyyə Ərəbistanı paytaxtına toplaşanlara deyib: “Bir hədəf qalan hamısını üstələyir. Biz dua edirik ki, bu görüş nə zamansa Yaxın Şərqdə sülhün başlanğıcı kimi xatırlana bilsin”.

The Washington Post” yazır: “Lakin Yaxın Şərq son günlərdə sülh əvəzinə ittihamlar və repressiyalarla dolu münaqişəyə dalmış göründü və bunlar güman etməyə vadar edir ki, bu, heç də bölgəni birləşdirməyib, daha çox əksinə, Trampın sözləri parçalanmanı yalnız ağırlaşdırıb. Qətər və Səudiyyə Ərəbistanı bölgəsəl nüfuz uğrunda çoxdankı rəqabəti və kəskin ziddiyyətli dünyabaxışların üzə çıxdığı qəribə və gözlənilməz söz savaşına başlayıb”.

Bəhreyn və Misir liderləri ölkədəki siyasi opponentlərin amansız şəkildə boğulmasına girişərək beş nəfəri öldürüb və yüzlərlə adam həbs olunub. İranda da (seçicilərin keçən ayda islahatçı prezidenti yenidən seçdiyi və Səudiyyə Ərəbistanının əsas rəqibi) ölkə liderləri həmləyə keçərək silah alqısını ittiham edib və yeraltı ballistik raketlərin varlığı haqda bildiriblər. “The Washington Post” nəşri yazır: “Analitiklər deyirlər ki, şübhəsiz, gərginlik Trampın Ər-Riyad səfərinin nəticəsidir: Amerika rəhbərliyinin ərəb dünyasında Səudiyyə Ərəbistanını silah satışı ilə müşayiət olunan aşkarca təqdiri krallığın rəqibləri və düşmənləri arasında panika olmasa da, narahatlıq doğurub”.

Analitiklər deyirlər ki, Trampın terrorizmlə mübarizə çağırışı gərginliyin götürülməyinə səbəb olmayıb: “Bu, termini geniş və başdansovdu işlədən ərəb liderlərdən ibarət auditoriyaya təqdim olunub – həm yaraqlılara, həm də antihökumət blogerlərinə münasibətdə. Bu da bu sözün mənasını, demək olar, yox edib”.

London iqtisadiyyat məktəbindən Yaxın Şərq üzrə mütəxəssis Fəvaz Herges deyir: “Donald Tramp indi ərəb və islam dünyasında strateji istehkam kimi Səudiyyə Ərəbistanının baxış nöqtəsini qəbul edir. Və onun səfəri baş verənlərlə bağlıdır. İndi hamı gördü ki, Səudiyyə Ərəbistanınn başçılıq etdiyi koalisiyaya səlahiyyətlər verilib. Onlar hücuma keçiblər. Bu, yeni eradır. İndi hamı bu alyansa qoşulmalıdır”.

Analitikin sözlərinə görə, bu “tərpəniş”in nəticəsi Səudiyyə Ərəbistanı və İranın zidd tərəfləri dəstəklədiyi Yəmən və Suriyadakı vasitəli müharibələri gücləndirərək bölgədə durumu uzun illər boyu qəlizləşdirə bilər. Həmçinin yeni cəbhələr də meydana çıxa bilər – İsraillə İranın müttəfiqi “Hizbullah” arasında və Cənub Livan kimi yerlərdə. Herges hesab edir: “Tərəflərin hamısı növbəti raunda hazırlaşır”.

İran rəsmiləri əvvəlcə Trampın Ər-Riyaddakı səs-küylü antiiran şərhlərinə əhəmiyyət verməyiblər. İran xarici işlər naziri Cavad Zərif öz tvitterində ABŞ-ın Səudiyyə Ərəbistanı ilə silah sövdəsini lağa qoyub. Lakin sonradan İran hökuməti tonu dəyişərək Bəhreyndə şiələrin başçılıq etdiyi müxalifət fəallarına qarşı reydləri Trampın səfərinin birbaşa nəticəsi kimi ittiham edib.

İran bu günlərdə ölkənin üçüncü yeraltı ballistik raket kompleksi haqda məlumatı elan edib. İranla Birləşmiş Ştatlar arasında fikir ayrılığının qaynağı məhz bu raket istehsalıdır. “Amerikanın vəzifəli şəxsləri bilməlidirlər ki, texniki səbəblər üzündən hər dəfə bizə raket sınağı lazım gələndə bunu edəcək və onların icazəsini gözləməyəcəyik”, – deyə İran prezidenti Həsən Ruhani mayın 30-da Tehranda mətbuat konfransında bəyan edib. Bu, Ruhaninin seçkiqabağı kampaniyanın gedişində silahlandığı barışdırıcı tondan aşkarca geri çəkilməkdir…

Ərəb dünyası Səudiyyə Ərəbistanı ilə İran arasındakı qarşıdurmaya can atdıqca Səudiyyə Ərəbistanı ilə Qətər arasında daha bir “savaş” – hələ 2011-ci il ərəb üsyanları dövründə başlanmış çoxdankı rəqabət başlanıb. Mayın 31-də Qətər dövlət informasiya agentliyinin veb-saytında Ər-Riyad konfransında səsləndirilmiş məlumatı, o cümlədən Trampın və başqalarının İrana həmlələrini və HƏMAS-la “Hizbullah”ı, həmçinin Livan və Fələstin döyüş qruplarını şiddətlə tənqid etmiş Qətər əmirindən guya sitat gətirilib. Qətər sonradan məlumat verib ki, əmir heç vaxt bu cür danışmayıb və Dövlət informasiya agentliyi sındırılıb. Bu, Səudiyyə Ərəbistanının kütləvi informasiya vasitələri ilə Qətərə kəskin hücuma başlamağı və Səudiyyə Ərəbistanının öz mövqeyi ilə heç bir fikir ayrılığına səbir  göstərməməkdə israrlı olacağına mane olmayıb.

Səudiyyə Ərəbistanından “əl-Ərəbiyyə” xəbərlər saytında yazan icmalçı Səid əl-SurayhiQətəri kim idarə edir?” başlıqlı məqalədə bildirib ki, Qətər “bütün bölgə üçün ümumi təhlükə təmsil edən məsələ üzrə konsensusdan şəxsən çıxıb”.

Trampın səfəri həmçinin daxili repressiyalar xüsusunda təşviş doğurub –  Səudiyyə Ərəbistanında və Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Misir daxil olmaqla onun orbitindəki ölkələrdə.

Bəhreyndə bu yaxınlardakı zorakılıq bu problemləri xüsusi nəzərə çarpdırıb. Kiçik bir ölkə (Səudiyyə Ərəbistanının müttəfiqi və Birləşmiş Ştatların yaxın tərəfdaşı) hökumətin şiə çoxluğa münasibətdə özgə cür düşünməyi boğmaq və sistemli ayrı-seçkiliyə görə tez-tez tənqidə məruz qalr. Tramp Bəhreyn kralı ilə Ər-Riyadda görüşüb və vəd edib ki, onalırn münasibətləri daha əvvəlki illərin “gərginliyi” – Obama administrasiyasının Bəhreyndə insan haqlarının pozulduğu haqda dövri iradları ilə ağırlaşmayacaq.

Xatırladaq ki, görüşdən iki gün sonra mayın 30-da Bəhreyndə müxalifətə hücum edilib və beş nəfər öldürülüb…

Elə həmin gün Misirdə prezident Əbdülfəttah əl-Sisi hökuməti ən məşhur müxalif vəkillərdən biri və gələn il keçiriləcək seçkilərdə Sisinin mümkün opponentini həbs edib.

Sisi Ər-Riyadda görüş zamanı Tramp və Səudiyyə Ərəbistanı kralı ilə geniş tirajlanmış birgə fotoşəkildə bu yaxınlarda yaradılmış antiteror mərkəzində işıqsaçan kürələri tutaraq səudlardan siyasi dəstək və son bir neçə ildə milyardlarla dollar yardım alıb.  

Misirdə Xalid Əli – hökumətin Qırmızı dənizdəki iki adanın (insansız Tiran və Sənafir adaları) Səudiyyə Ərəbistanına verilməsi ilə bağlı hökumət planının qabağını almaq səylərində görkəmli rol oynamış vəkil də həbs olunub. Həbsin Səudiyyə konfransı ilə bağlı olub-olmadığı aydın deyil. Misir hüquq müdafiəçisi Qamal İdin sözlərinə görə, Misirdə son həftələrdə onlarla adam, o cümlədən solçular və hökumətin liberal əleyhdarları, həmçinin həmkarlar fəalları həbs olunub.

Hökumət həm də, ən azı, 21 xəbər saytını, o cümlədən “Misirin son müstəqil nəşri” kimi ad çıxarmış “Məda Məsr” xəbər portalını təcrid edib. İd deyir ki, repressiyalar nə iləsə qəribə deyildi, lakin “Ər-Riyad görüşü” və Trampın “yaşıl işığından” sonra həbs və senzura kampaniyası sürətlə inkişafa başladı” (“Washington Post”).

"Bloomberg" nəşri qeyd edir: “Səudiyyə Ərəbistanı və onun üç ərəb müttəfiqi kiçicik əmirliyin İrana və “Müsəlman qardaşlar” təşkilatı kimi islamçı qruplaşmalara münasibətini tolerant saymaq hiddətindən mayın 5-də Qətərlə diplomatik münasibətləri kəsib. Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ və Misir ABŞ prezidenti Donald Tramp bölgəyə səfər etdikdən, az qala, bir həftə sonra bu cür addım atıb”.

1. Diplopmatik təfriqəni nə doğurub? – Birincisi, Qətər Dövlət xəbərlər agentliyi güclənən antiiran əhvali-ruhiyyəsini tənqid edib…

2. Yenə də sünnilərlə şiələr arasında gərginlik? – Qismən. Şiə İran İslam Respublikası Səudiyyə Ərəbistanının bölgə rəqibidir. Bunlar Suriyadan İraqa qədər münaqişənin əks tərəfində durmuş iki böyük neft ixracatçısıdır. Səudlar “Müsəlman qardaşlar”, İŞİD və “Əl-Qaidə” daxil olmaqla “bölgənin sabitsizləşdirilməsinə yönəlmiş terrorçu qruplaşmalar”a Qətərin dəstəyinə istinad edirlər. Onlar Qətəri “İranın dəstəklədiyi və krallığın şərq hissəsində, həmçinin Bəhreyndə fəaliyyət göstərən terrorçu qrupları” müdafiə etməkdə ittiham edirlər.

3. Niyə məhz indi? – Trampın səfərindən sonra hərarət hiss olunacaq dərəcədə yüksəlib. Tramp və Səudiyyə kralı Salman məhz İranı dünyada terrorizimin baş sponsoru kimi fərqləndirdikdən sonra Səudiyyə Ərəbistanı, BƏƏ Qətəri İŞİD mövqelərinin təcridi üzrə səyləri pozmaq cəhdlərində ittiham ediblər. Qəzetlər, ruhanilər və hətta məşhurlar Qətər şeyxi Təmimiyə həmlə ediblər; “Əl-Cəzirə” qəzetinin Ər-Riyad filialı Qətəri “öz qonşularını İran xəncəri ilə vurmaqda” qınayıb.

4. Analitiklər nə deyirlər? – ABŞ-la daha yaxın münasibətlərdən ruhlanan Səudiyyə Ərəbistanı və BƏƏ Yaxın Şərqdə İrana qarşı vahid cəbhəni sarsıda biləsi istənilən müxalifəti darmadağın etməyə çalışır. Hər iki ölkə Qətərə təzyiq göstərir ki, “Müsəlman qardaşlar” və Qəzza bölgəsini idarə edən Fələstin HƏMAS qruplaşması kimi islamçı hərəkatlara dəstəyinə son qoyulsun.

5. İran nə deyir? – İran prezidenti, keçən ay ikinci dördillik müddətə seçilmiş mötədil ruhani Həsən Ruhani deyir ki, ölkəsi böhranın həlli üzrə danışqılara hazırdır. Ruhanidən daha böyük səlahiyyətlərə malik İran ali lideri, ayətullah Xamenei deyib ki, Səudiyyə Ərəbistanı rejimi Yəməndəki siyasəti üzündən müəyyən nəticələrlə üzləşib. Səudiyyə Ərəbistanı Yəmənin İrana loyal husi şiə qiyamçıları Körfəz ölkələrinin dəstəklədiyi hökuməti devirdikdən sonra onlarla mübarizə üçün 2015-ci ildə sünnilərin başçılıq etdiyi ölkələrin koalisiyasını toplayıb. Müharibə davam edir.

6. Səudiyyə Ərəbistanı və İran daha harada toqquşur? – Onlar Suriyadan Yəmənə qədər bütün bölgə üzrə münaqişələrdə vasitəli müharibənin əks cəbhələrinə cəlb olunub. Səudiyyə Ərəbistanı hökumət idarələrinə kiberhücumların İrandan qaynaqlandığı şübhələri hələ 2016-cı ilin sonunda iki dövlət arasındakı gərginliyi aradan qaldırmağı təhdid edib. Əvvəllər elə həmin il Səudiyyə Ərəbistanı görkəmli şiə ruhanisini edam etdikdən sonra İran etirazçıları Tehranda Səudiyyə səfirliyinə od vurublar və Səudiyyə Ərəbistanı İranla diplomatik münasibətləri kəsib.

7. Qətərlə fikir ayrılığı yenidirmi? – Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn 2014-cü ildə Qətərdən öz səfirlərini müvəqqəti geri çağırıb. Qətərin Misirdə dəstəklədiyi “Müsəlman qardaşlar” hökumətinə görə. Halbuki Səudiyyə Ərəbistanı və BƏƏ ordunun başçılığı ilə onun devrilməsini maliyyələşdirirdi. Həmçinin HƏMAS hökuməti, “Taliban” hərəkatının vəzifəli şəxsləri Qətərdə sürgündə yerləşib. Analitiklər deyirlər ki, Səudiyyə Ərəbistanı və müttəfiqləri Qətərə (2,6 milyon əhalisi olan ölkəyə) göstərmək istəyir ki, daşıya biləcəyindən artıq yük götürür.

8. Məgər bu, Qətərin etməyə çalışdığı deyilmi? – Keçmişdəki qədər deyil. Qətər “ərəb baharı” dövründə birmənalı şəkildə “dəyişikliklər uğrunda” qrupları – bunlar Fars körfəzi hüdudlarından kənarda olduqca – geniş şəkildə dəstəkləyən Yaxın Şərq hökumətlərinin içindəydi. O vaxtdan bəri “müsəlman qardaşlar” tipli qruplar, əsasən, məğlubiyyətə uğradı. Qətər 2014-cü ildə onları yenidən dəstəkləyərək Fars körfəzi qonşuları tərəfindən diplomatik təhdidlərlə üzləşdi… Qətər həmçinin bölgədə əvəzsiz vasitəçi olmağa can atır. Liderləri tərəflərin geniş çevrəsi ilə münasibətdədir – Liviyada düşmənlik edən tayfalar, həmçinin ABŞ və taliblər. Digər tərəfdən, ərəb baharı üsyanları zamanı tərəf seçimi onun durumunu bitərəf ölkə kimi zəiflədib.

9. Daha nəyin önəmi var? – Qətər dünyada ən böyük sıxılmış təbii qaz ixracatçısıdır, əhalinin adambaşına düşən ən yüksək gəlirinə malikdir (ildə 129. 700 ABŞ dolları). 2022-ci ildə futbol üzrə dünya çempionatını keçirəcək, “Əl-Cəzirə” telekanalı da orada yerləşir. Səudiyyə Ərəbistanı 2003-cü ildə Amerika aviasiyasının idarə mərkəzini öz ölkəsindən çıxaranda bölgə üçün ABŞ hava mərkəzi Qətərdə qurulub. Əmirlikdə bu gün 10 000 ABŞ hərbçisi var. Tramp keçən il şeyx Təmimi ilə söhbət aparıb ki, Amerika hərbi texnikasının Qətər tərəfindən alqısını müzakirə etsin və deyib ki, iki ölkə artıq çoxdan “dostluq edir”.

10. Bazarlar üçün təsiri necədir? – Bölgədə istənilən mübahisə neft bazarlarını əsəbiləşməyə vadar edir. Fars körfəzi ölkələrinin daxili mübahisəsi onların əcnəbi yatırımçılara xitabını məhdudlaşdıra bilər. "Citigroup" hələ Trampın səfərinə qədər bildirmişdi ki, ABŞ-la İran arasında artan grəginlik neft və maliyyə bazarları üçün “mühüm” nəticələrə malik ola bilər. Qətərin səhmləri 5%-dən çox ucuzlaşıb.

11. Bu mübahisə nə ilə fərqlənə bilər? – Corctaun universitetinin Qətərdəki Beynəlxalq və bölgə araşdırmaları Mərkəzinin direktoru Mehran Kabrava Trampın bu yaxınlardakı səfərini nəzərdə tutaraq deyir: “Daxili fərqlər və fikir ayrılığı nə iləsə yeni deyil, lakin burada vaxt və təzyiqin misilsiz səviyyəsi maraqlıdır”.

Corctaun universitetindən Yaxın Şərq üzrə mütəxəssis, "Bloomberg" nəşrinin istinad etdiyi Pol Sallivan deyir: “Ərzaq və başqa qeyri-energetika idxalına gəlincə, Qətər iqtisadi və sosial baxımdan hər şeydə zəifdir. Əsil blokada olsa, böyük problem ola bilər. BƏƏ, Səudiyyə Ərəbistanı və Bəhreyn vətəndaşlarına Qətər ərazisindən tranziti yasaqlayan qayda önəmli təbəddülatlar doğurur. Rəsmi Vaşinqton hələlik bu cür cavab verib: dövlət katibi Reks Tillerson deyib ki, Fars körfəzi dövlətlərinin “vahid” qalması vacibdir və müxtəlif tərəfləri fikir ayrılıqlarını nəzərdən keçirməyə çağırıb. O, Sidneydə mətbuat konfransında çıxış edərək bildirib ki, böhran terrorizmlə mübarizəni sarsıtmır. Tillerson deyib: “Gördüklərimiz bölgədə müəyyən zaman ərzində mövcud olan fikir ayrılıqlarının artan siyahısıdır”".

İsrailin “Haaretz” nəşri baş verənləri izah etməyə çalışaraq şayiələri oxuculara versiya kimi çatdırır: “Deyirlər ki, bu, BƏƏ ilə Vaşinqtonda administasiyanın keçmiş vəzifəli şəxsləri ilə birgə işləyən İsrailyönlü lobbi arasında dilbirlik idi… KİV-ə sızmış elektron məktublar BƏƏ-nin Vaşinqton səfiri Yusif əl-Otayba ilə “Demokratiyanın müdafiəsi fondu”- yəhudi biznes liderlərinin təsis etdiyi və maliyyələşdirdiyi elmi araşdırma institutu arasındakı əlaqələri göstərir. Bu, yeni mühafizəkar beyin mərkəzi 11 sentyabrdan sonra yaradılıb və baş nazir Benyamin Netanyahu və İsrail hökumətində, silahlı qüvvələrdəki başqa liderlərlə çox gözəl münasibətləri var. Bu sızıntılara əsasən BƏƏ və analitik mərkəz HƏMAS və İrana dəstəklə bağlı Qətərə münasibətdə tədbirlər üzrə ideyaları mübadilə edib. Vaşinqtonda ən nüfuzlu və hörmətli diplomatlardan sayılan Əl-Otayba Trampın kürəkəni Cerad Kuşnerlə sıx əlaqələr saxlayır. Məlumatlara görə, o həm də İsrailin Vaşinqtondakı səfiri Ron Dermerlə əlaqələrə malikdir…”

Bu yeni “kəşflər” ABŞ administrasiyasını az bələd olduğu, Fars körfəzi dövlətləri arasındakı qüvvələr balansının yanlış siyasət diktə etməyə başlayacağı arenaya itələyir. Administrasiya anlayır ki, istisnasız olaraq Səudiyyə Ərəbistanı və yaxud BƏƏ-yə güvənməyinə dəyməz, çünki bu cür intriqalar Amerikanın bölgə siyasətinə ziyan verə və ola bilsin, hətta İrana qarşı ərəb koalisiyasına və yaxud terrorizmlə müharibəyə itki gətirə bilər. Qeyd etmək lazım gəlir ki, Küveyt və Oman “antiqətər cəbhəsi”nin tərkib hissəsi deyil və Misir-Səudiyyə münasibətləri də gərgindir. Çünki Misirdə hesab edirlər ki, Səudiyyə Ərəbistanı bölgə siyasətini yönəltməkdə monopoliyanı mənimsəyib.

Haaretz” yazır: “İndi məsələ bundan ibarətdir ki, Qətərlə Səudiyyə Ərəbistanı  və BƏƏ arasında vasitəçi kim ola bilər və Qətər hansı güzəştlərə razılaşar… Küveyt bu həftə onlar arasında vasitəçi olmağa çalışardı, lakin hələlik yardım etməyib. Görünür, Səudiyyə Ərəbistanı bu dəfə ancaq HƏMAS və “Müsəlman qardaşlar”ın uzaqlaşdırılmasına qane olmayacaq. O, həmçinin “Əl-Cəzirə” telekanalına – Qətərin ən mühüm siyasi rıçaqına münasibətdə ciddi öhdəliklər, həmçinin İran üzrə aydın bəyanatlar arayacaq. İndiki anda inanmaq çətindir ki, Qətər “Əl-Cəzirə”yə buruntaq vurmağa və yaxud dünyada ən böyük qaz yatağına ortaq olduğu İrandan üz çevirməyə razılaşar”.

 

Tərcümə Strateq.az-ındır.