XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 June 2017 - 11:36

Qətər böhranı dünyanın enerji bazarını çalxalayacaq:Yeni körfəz savaşı Hörmüz boğazının bağlanmasına gətirib çıxara bilər - TƏHLİL

İvan Preobrajenski

rosbalt.ru, 06. 06. 2017

 

Dünyanın neftli əsas bölgəsində çoxları üçün gözlənilməz münaqişə paradoksal şəkildə neft qiymətlərinin bahalaşması deyil, ucuzlaşmasına şərait yaradıb. Lakin “Qazprom”un (Rusiya) fərəhlə proqnozlaşdırdığı kimi, qaz bahalaşa bilər.

Enerji daşıyıcıları qiymətlərinin bu cür qəribə davranışının səbəbi sadədir. Qətər özlüyündə böyük neft ehtiyatlarına sahib deyil. Amma hər halda Neft Ixracatçısı Ölkələri Təşkilatının (OPEK) üzvü və deməli, karbohidrogen xammalı hasilatının azaldılması haqda 2016-cı ildə imzalanmış sazişin üzvüdür. Dünya analitikləri bu səbəbdən əndişədədir ki, karteldaxili gərginlik hasilatın azaldılması haqda sazişin icrasına əngəl ola bilər. Birja spekulyantları isə təbbi olaraq bu əndişədən neftə hücum üçün əsas kimi yararlanır, qiyməti maksimal şəkildə vurmağa çalışırlar. Yeri gəlmişkən, büdcəsi “qara qızıl” ixracatından asılı olan Rusiya kimi ölkələrin valyutası buna həyəcanla reaksiya verir. Qətər eyni zamanda dünyada sıxılmış təbii qazın (STQ) ən böyük satıcısı və az qala, əsasən özünün dəniz şelfində ən böyük qaz ehtiyatının sahibidir. Qətərin hakim xanədanı bütün dünya üzrə, birinci növbədə Avropa və Yaponiyaya irimiqyaslı STQ tədarüklərini yoluna qoya bilib. Və Qətər boru kəməri ilə Norveç, Əlcəzair və ya Rusiyadan tədarükdən asılı olan bir çox ölkələr üçün son zamanlar, ən azı, ənənəvi tədarükçülərin təklif etdiyi qiymətlərin düşməsi uğrunda mübarizə aparmaq imkanı verən alternativ kimi çıxış edir.

Təəccüblü deyil ki, Qətərlə bağlı durum qazın qiymətlərində ciddi əks oluna bilər. Axı söhbət onunla diplomatik münasibətləri kəsmiş bir sıra ölkələrdən, STQ daşıması üçün nəzərdə tutulmuş tankerlər daxil olmaqla Qətər təyyarə və gəmilərinin onların dəniz və hava məkanından istifadəsindən gedir.

Lakin neftinkindənsə təbii qazın qiyməti hiss olunacaq dərəcədə ləng dəyişilir, çünki, adətən, öz məhsulunu boru kəmərləri ilə tədarük edən “Qazprom” kimi şirkətlərin imzaladığı uzunmüddətli müqavilələrə xeyli dərəcədə bağlıdır. Belə ki, bir neçə gün ərzində dəyişiklik olmayacaq. Lakin STQ bazarındakı payı 30% olan Qətər bazardan getməyə məcbur olsa, onda qiymətlər mütləq artmağa başlayacaq. Yeri gəlmişkən, bu, birinci növbədə son illərdə öz sıxılmış qazını tədarük etməyə çalışan ABŞ üçün əlverişli ola bilər.

Lakin Rusiya da, daha dəqiqi, “Qazprom” da güclü sıxıntı yaşamayacaq. Alternativsizlik halında Rusiya qaz monopoliyasına əvvəllər imzalanmış uzunmüddətli müqavilələrdə qeydə alınan qiymətləri qorumaq və yenisini bağlamaq xeyli asan olacaq.  

Ancaq burası da var ki, enerji daşıyıcıları məsələsi münaqişənin yeganə aspekti deyil. Əlbəttə, Qətər ətrafında indiki mürəkkəb oyunda mərkəzi mövzu terrorizmdir. Qətərə münasibətdə Səudiyyə Ərəbistanı və Misir başda olmaqla səkkiz ölkənin elan etdiyi təcridçilik siyasətinin özülündə məhz terrorçu qruplaşmaların maliyyələşdirilməsi ittihamı durur.  Faktiki olarq, indi (demək olar, bütün oyunçuların ən müxtəlif yönlü terrorçu qruplaşmalarla bu və ya digər təması olduğu) Yaxın Şərqdə Qərb üçün kimin hər şeyə sorumlu və qapazaltı seçiləcəyi həll olunur. Yəqin ki, hazırda bu rola baş iddiaçı Qətərdir. Amma o, günəş altında yer uğrunda fəalcasına mübarizə aparır. ABŞ hökuməti ilə birgə Fars körfəzi monarxiyası haqda son zamanlar bu qədər nüfuzdansalma materialı dərc edilməyib. Maraqlı təfərrüatlar üzə çıxır. Məsələn, Britaniyanın “The Financial Times” nəşrinin məlumatına görə, Qətər terrorçu təşkilatlara 1milyard $-a yaxın pul ödəyib, lakin əsla könüllü şəkildə etməyib. Söhbət kral ailəsinin İraqın güneyinə şahin ovuna yollanmış və terrorçuların əlin keçmiş 26 üzvündən gedir. Təxminən, 50 nəfərlik və hansısa terrorçuların ələ keçirdiyi qrup haqda da məlumat meydana çıxıb – amma artıq Suriyada. Qəzet iddia edir ki, ödənişlər Suriyada “Əl-Qaidə”yə bağlı qruplaşmalar və İran təhlükəsizlik qüvvələri üçün nəzərdə tutulub.

Eyni zamanda "Wikileaks" ABŞ Dövlət Departamentinin keçmiş başçısı və bu ölkə prezidentliyinə namizəd Hillari Klintonun yazışmalarından çıxarışları dərc edir. Bunlara inansaq, belə çıxır ki, Klinton həm Qətərin, həm də Səudiyyə Ərəbistanının ABŞ və Rusiyada yasaqlanmış terrorçu İŞİD qruplaşmasının sponsoru kimi çıxış etdiyini bilirmiş.

Həm səudlar və müttəfiqlərinin, həm də qətərlilərin terrorçuları  maliyyələşdirdirdiyinə dair başqa sübutlar da meydana çıxır. Belə ki, çözüm hələlik açıq şəkildə görünmür.

Eyni zamanda hərbi planda daha zəif Qətər durumu ağırlaşdırmamağa cəhd edir və bildirir ki, heç bir cavab sanksiyası tətbiq etməyəcək. Yəni indi məsələ bundadır ki, Fars körfəzi necə uzun müddət “nə müharibə, nə də barış” durumunda balanslaşa bilər. Çünki açıq hərbi qarşıdurmaya keçidin nəticələrini öncədən demək gerçəklikdə zəifcəsinədir.

Bir tərəfdən, Qətər özlüyündə ciddi hərbi qüvvə təmsil etmir. Digər tərəfdən məlum olsa ki, o, həqiqətən, İranla yaxınlaşmağa hazırdır, onların ittifaqı Fars körfəzinin “darvazasını asanlıqla tam bağlaya bilər” – Hörmüz boğazı bağlanar və Yaxın Şərq neftinin ixracatı praltik olaraq təcrid olunar. Artıq bu isə Avropa dövlətləri, Yaponiya, Çin və ABŞ-a  seçim qoymadan münaqişəyə qarışmağa vadar edəcək.

 

Tərcümə Strateq.az-ındır.