XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

07 İyun 2017 - 13:44

Körfəz gərginliyi:Türkiyə və İran vasitəçi kimi boşluğu doldura biləcəkmi? - Təhlil

Ted Regensiya

"Al-Jazeera"

 

Körfəzdə, Qətərİran arasındakı suların dərinliyində, 9.700 kv.km-lik sahədə dünyanın ən böyük qaz yatağı (ən azı 43 trilyon kubmetr) yerləşir.

Şimal hissə İranın “Cənubi Pars”, cənub hissəsi Qətərin “Şimal sahəsi” kimi tanınır. Hər iki ölkə bu ərazidə kəşfiyyat və hasilat hüquqlarını bölüşür.

Lakin Tehran və Doha əlaqələri yeni testdən çıxmalıdır: İranın regional rəqibi Səudiyyə Ərəbistanı və dörd digər ölkə Qətəri İranla gizli əlaqdə ittiham edərək onu – Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) üzvünü regionda təhlükəsizlik mühitini pozmaqla suçlayıb, başqa tədbirlərlə birgə, diplomatik əlaqələri kəsib.

Səudiyyəlilər "bütün qardaş ölkə və şirkətləri" – KƏŞ üzvlərini, eləcə də Küveyt və Omanı təcrid siyasətini izləməyə çağırıb.

Rəsmi Riyad ölkəsinin Qatif əyaləti və Bəhreyndə "İran dəstəkli terrorist qruplar"a Qətərin də dəstək verdiyini iddia edir, rəsmi Doha isə ittihamları "tam qurama nöqtəsinə çatmış ağ yalan kampaniyası" adlandırır.

Riyad Yəməndə İran dəstəkli husi silahlılarına da Qətərin dəstək verdiyini bildirib. Baxmayaraq ki, iki ildir təxminən min əsgəri ilə bu ölkə Səudiyyənin hərbi kampaniyasında iştirak edir.

Mayın 5-də dərc edilən baş məqaləsində Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsus “The Natinal” qəzeti "Doha və Tehran arasında sıx əlaqələr"ə görə Qətərin "saxta dostluq"unu hökumət adından pisləyib.

 “Al Jazeera”nin baş politoloqu Mərvan Bişara Əbu Dabinin Tehranla diplomatik münasibətlər saxladığını inkar etməyərək, ittihamları ağ yalan adlandırıb: "Məqsəd aydındır, bu, dövlətə qəyyumluq tətbiqini nəzərdə tutur və özü-özlüyündə bir dövlət kimi Qətərin suverenliyinin pozulması deməkdir".

Körfəz üzrə analitik Suzan Kurdelinin (İran) rəyinə görə, Səudiyyə Ərəbistanı və BƏƏ Qətəri ram etmək istəyir və rəsmi Dohadan daha artıq sədaqət tələb edirlər. "Onlara ikinci Bəhreyn lazımdır".

"Səudiyyə Ərəbistanı və BƏƏ həmişə Qətərin iddialı diplomatiyasından narahat olublar", – deyə xanım Kurdeli “Al-Jazeera”yə bildirib.

Əvvəllər Qətər Universitetində çalışmış S.Kurdeli Tehran-Doha əlaqələrini 1995-ci ildən "qonşularının müdaxiləsi olmadan müstəqil siyasət” yürütmək cəhdi kimi səciyyələndirib. Analitik Qətərin 1992-ci ildə Səudiyyə kimi qonşusu ilə ərazi mübahisəsinin olduğunu da xatırladıb.

Xarici siyasət üzrə ixtisaslaşmış tehranlı jurnalist Sadiq Qurbani "Al-Jazeera” yə bildirib ki, regional gərginlik İran tərəfindən xoş qarşılanmır:  "Lakin KƏŞ-də parçalanma İran üçün faydalı ola bilər. Səudiyyə Ərəbistanı ticarət baxımından Qətər üçün həyat yoludur. Biz İran və Türkiyənin bu boşluğu doldura bilib-bilməyəcəyini gözləməliyik".

Artıq İran Qətərə qida daşımalarını təklif edib. İranın kənd təsərrüfatı ixracatçıları Birliyinin sədri Rza Nurani deyir ki, bu daşımaları 12 saata Dohaya çatdırmaq mümkündür.

Bundan əvvəl İran XİN-in sözçüsü Bəhram Qasımi gərginliyin regionda hər kəsin maraqlarını təhlükəyə atdığını söyləyərək, tərəflər arasında "aydın və açıq dialoq" çağırışı edib.

"Qonşular daimidir, coğrafiya dəyişdirilə bilməz. Məcburiyyət həll yolu deyil. Xüsusilə mübarək Ramazan ayında…" Bunu sosial şəbəkələrdə İranın xarici işlər naziri Cavad Zərif yazıb.

Qətər Universitetində Yaxın Şərq üzrə mütəxəssis Məhcub Ziveyri deyir ki, üçüncü tərəfin vasitəçiliyi ilə böhranı dərhal həll etmək lazımdır.

O bildirib ki, Səudiyyə Ərəbistanı və onun müttəfiqləri Qətəri tərəf seçməyə məcbur edə bilər.

"Bu ssenari həll seçənəyi deyil. Əksinə, regionda İranın mövqeyini gücləndirəcək. Rəsmi Riyadın isə bunu istədiyini düşünmürəm, – Tehran Universitetində doktorluq müdafiə etmiş Ziveyri deyib. – Vasitəçi,  üçüncü tərəf olmadıqda, böhran genişlənəcək".

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə