Şahir Şahidsaless
"Atlantic Council"
Qətər və Səudiyyə Ərəbistanı arasında keçmişdə də, məsələn, 2014-ci ildə gərginlik yaşanmasına baxmayaraq, Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn bu ölkədəki səfirlərini geri çağırıb. Bu səviyyədə heç vaxt sərt tədbirlər görülməmişdi.
ABŞ-dan 110 milyard $ dəyərində silah alma da daxil olmaqla, Səudiyyə Ərəbistanının İrana qarşı sünni koalisiyası yaratmaq üçün etdiyi bütün səylər, Qətərin bağışlanmaz itaətsizliyi ilə onu səudiyyəlilərin gözündə dəyişdirdi. Körfəz Əməkdaşlığı Şurası (KƏŞ) ölkələrinin yaratmaq istədiyi alyans doğulmazdan əvvəl dağıldı.
Qətər, şübhəsiz ki, çətin günlər yaşayacaq. Hava, dəniz və quru əlaqələrinin pozulması onun idxalını, xüsusilə ərzaq təchizatını çətinləşdirir. "Qatar Airways" itkilər verməli olacaq.
KƏŞ üzvü olan Omanın İranla dost münasibətlərində olduğunu və Küveytin İran-Qətər yaxınlaşmasını tənqid etmədiyini nəzərə alaraq, KƏŞ üzvlərinin yarıdan çoxunun Səudiyyə Ərəbistanının Tehrana qarşı təhlükəli yürüşünü dəstəkləmədiyi aydın olur. Trampın səfəri və sammit zamanı ortaya çıxan bütün həyəcan artıq buxarlanıb.
Səudiyyəlilərin digər problemləri də var. Mayın 28-də Səudiyyə Ərəbistanının mərkəzi bankı, Səudiyyə Ərəbistanının Valyuta Fondu, onun xalis xarici aktivlərinin aprel ayında 500 milyard $-dan (daha doğrusu, 493 milyard $-dan) aşağı yuvarlandığını bildirib.
Son üç il ərzində Səudiyyənin xarici ehtiyatları 2014-cü ildəki 730 milyard $-dan artıq zirvəsindən üçüncü dəfə aşağı enib.
"Bloomberg"ə görə, "bu il ehtiyatlarının azalması tempi iqtisadçıları qayğılandırıb. Onlar dövlət xərclərinin artması, möhtəkirlik əməliyyatları ilə kapital axını və Yəməndə səltənətin apardığı müharibənin doğurduğu əlavə xərclər"i buna səbəb göstərirlər. Yəni Səudiyyə Ərəbistanının Tehrana qarşı döyüş siyasəti də krallığın xarici ehtiyatlarının tükənməsində mühüm rol oynayıb.
Yenə də "Bloomberg"in məlumatına görə, 2017-ci ilin ilk dörd ayında Səudiyyə ehtiyatları 36 milyard $ azalıb. Bu rəqəm ölkənin xarici aktivlərinin təxminən 7%-ni təşkil edir. Həm də ötənilki kəmərsıxma tədbirlərinə baxmayaraq. Əgər neftin qiyməti bu il 40 $ civarında qalarsa, Səudiyyənin maliyyəsində daha bir itki olacaq.
Bu, səudiyyəlilərin ABŞ-dan böyük miqdarda yeni silah satın almanı ödəyə bilib-bilməyəcəyi sualı yaradır. Həqiqətən, bəzi ekspertlər güman edir ki, bu alqı-satqı "fake-news" – "saxta xəbər"dir, o, həyata keçirilə bilməz və yalnız Tramp qarşısında lovğalanmaq üçündür .
2014-cü ildən keçən ilə qədər Səudiyyə Ərəbistanının, sürüşkən qiymətlərə baxmayaraq, neft hasilatını azaltmaqdan imtina etməsi də unudulmamalıdır. Səltənət iddia edirdi ki, ABŞ-da şist neft istehsalçılarının ortaya çıxmasının ardınca istənilən qiymətlə bazardakı payını qorumaq üçün bu mövqeyi müdafiə edir. Onlar Amerika "feyker"lərini darmadağın etmək istəyirdi.
Ötən il fevralın sonunda səltənətin xarici işlər naziri Adil Əl-Cübeyr demişdi: "Əgər digər istehsalçılar hasilatı məhdudlaşdırılması və ya əlavə istehsal baxımından hasilatın dondurulması ilə razılaşırsa və beləcə, bazara təsir edə bilmək istəyirsə belə, Səudiyyə Ərəbistanı istehsalı azaltmağa hazır deyil". O, əlavə edib: "Səudiyyə Ərəbistanı Krallığı bazar payını qorumaq istəyir və biz bunu əvvəllər də bildirmişik".
Lakin analitiklər arasında bir məsələdə konsensus var: qlobal bazarlarda təklifin artıqlığına baxmayaraq, hasilatın azaldılmasından imtina İranın hasilatını zəiflətməmək üçün səudiyyəlilərin fikirləşdiyi planının bir hissəsi idi.
Təzyiqlər artıqda, nəhayət, 2016-cı ilin noyabrında qərar qəbul edildi. Səudiyyəlilərlə birlikdə digər OPEK üzvləri altı ay müddətinə gündəlik 1,2 milyon barel olmaqla hasilatı azaltmaq qərarına gəldilər və bu ilin may ayında bu qərar daha 9 ay müddətinə uzadıldı.
Bəzi məlumatlara görə, Səudiyyənin neft ixracı gündəlik 670 min barelə qədər azalıb.
Səudiyyə Ərəbistanı Tehrana qarşı həm maliyyə, həm də siyasi təcridləmə layihəsini davam etmək istərsə, ciddi çətinliklərlə üzləşəcək. İranı təcridləmək missiyası ilə paralel neft qiymətləri növbəti on iki ay ərzində yüksəlməyəcəksə, səltənətin problemləri mürəkkəbləşə bilər.
Tərcümə: Strateq.az