XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

08 İyun 2017 - 14:14

Erməni ekspert:“ABŞ kapitalı xəlvətcə Qətər vasitəsilə İrana sızır” – TƏHLİL

Sərkis Saturyan

Regnum İA, 07.06.2017

 

İyunun 5-də Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və BƏƏ Qətəri Yaxın Şərqi sabitsizləşdirməkdə ittiham edətrək Doha ilə diplomatik münasibətləri kəsib. Narazı ölkələrin siyahısı tezliklə İordaniya, Yəmən, Liviya, Mavritaniya, Maldiv adaları, Mavrikiya və Qabonla tamamlanıb. Ər-Riyad və müttəfiqləri birdən yada salıb ki, Doha “Müsəlman qardaşlar” terror şəbəkəsi və HƏMAS-ı dəstəkləyir, həm də İranla dialoq aparır. Hərçənd nə bu, nə də o biri heç vaxt gizlədilməyib.

Doha karbohidrogenlərin Avropa Birliyinə tədarükü üçün hələ 2010-cu ildən “İran-Türkiyə” qaz kəməri xüsusunda Tehranla sazişə gəlməyə cəhd edir. Bu, üç alternativi olan ən sadə marşrut idi – “Qətər-Səudiyyə Ərəbistanı-İordaniya-Suriya”, “Qətər-Səudiyyə Ərəbistanı-Küveyt-İraq”, “Qətər-Səudiyyə Ərəbistanı-Misir” qaz kəmərləri.

Yəni Qətərin Fars körfəzinin sünni ölkələri ilə ixtilafı İrana geopolitik hədiyyədir. Yada salaq ki, 2010-cu ilin noyabrında  məsələ artıq Qətər-Misir sövdələşməsinə gedirdi. "Egypt Independent"in xəbər verdiyi kimi, Misir prezidenti Hüsnü Mübarək məhz o zaman əmir Həməd bin Xəlifə əl-Tani ilə razılığa gəlmişdi. Lakin Qətər və Misirdəki elit qruplar durumu öz tərzlərincə yenidən formatladılar.

“Müsəlman qardaşlar” 2011-ci ilin fevralında texnokrat Muhəmməd Mursiyə isnad edərək Mübarəkin devrilməsində taran qüvvə rolunu oynadılar. Sinayda törənən müharibə isə kommunikasiyaları yalnız bağladı. Düzdür, Misirin yeni liderinin dastanı çox çəkmədi. İyunun 25-də Qətərdə Mursinin xarici qəyyumunu hakimiyyətdən uzaqlaşdıran saray çevrilişi baş verdi: əmir Həməd bin Xəlifə İsveçrədə səfərdə olarkən oğlu Təmim bin Həməd boş taxtı tutaraq atasını taxtdan imtinaya vadar etdi. Və hər şey problemsiz idi, lakin siyasi planda tərpəniş tektonik oldu. Artıq 2013-cü il iyunun 3-də, yəni Dohada çevrilişdən doqquz gün sonra Misir hərbçiləri Mursini devirərək feldmarşal Əbdülfəttah əs-Sisiyə prezidentlik yolu açdılar. Amerikanın "ExxonMobil" şirkəti bu cür qalaqurmaya qarşı etiraz etmədi və çevriliş günlərində Qahirəyə benzin tədarükünü boykot etdi.

İndi "ExxonMobil" Vaşinqtonda Dövlət Departamentinə başçılıq etməklə rəsmən hakimiyyətə gəlib. Şirkətin kemçiş sədri Reks Tillerson isə, məlum olduğu kimi, Qətərin STQ kompleksinə 30 milyard $-dan çox yatıraraq Qətərin dünya sıxılmış təbii qaz (STQ) bazarında liderliyi möhkəmləndirməyi üçün xeyli iş görüb.

Qətərin "Qatar Petroleum" və "Qatargas" layihələrində (Fransanın "Total" və Yaponiyanın "Marubeni" və "Mitsui" şirkətləri ilə yanaşı) "ExxonMobil"in üstün təsiri nəzərə alınsa – hələ ABŞ Mərkəzi komandanlığının 2002-ci ildən Dohada yerləşmiş mənzil qərargahını demirik – amerikalılar Qətərin Səudiyyə Ərəbistanı və müttəfiqləri ilə təfriqəsində maraqlı idilər. Xüsusən də böhranın "ExxonMobil"in Dohadakı mövqelərinə təsir etmədiyi üçün; şirkətdə qeyd edirlər ki, STQ istehsalı və ixracatı əvvəlki səviyyədə qalır. Həm də burada məsələ təkcə Romanın qədim “parçala, hökm sür” strategiyasında deyil – sünni monarxiyaları bir-birinə İrandan az nifrət etmir. “Əl-Ərəbiyyə” telekanalının keçmiş direktoru Əbdürrəhman əl-Rəşidin eyniadlı saytda Dohanı “Yaxın Şərqdə II dünya savaşının yekunları üzrə hazırlanmış sabitliyin özülünü sarsıdan olduqca təhlükəli yanaşma”da ittiham etdiyi şərhləri buna nümunədir .

Əl-Rəşid iddia edir ki, sünni monarxiyaları arasında ziddiyyətlər “hələ 1990-cı ilin dekabrında Fars körfəzinin altı ölkəsinin Doha görüşündə şeyx Həməd bin Xəlifənin şərt kimi Qətərlə Bəhreynin Havar arxipelaqı ilə bağlı ərazi mübahisəsini tənzimləməyi qeyd edərək işğal olunmuş Küveytə yardımdan imtina edərkən üzə çıxıb”.

Ərəb ölkələrinin qarşılıqlı iddiaları yetərincədir. Bununla belə, Misir Qətər qazının Süveyş kanalı vasitəsilə tədarükünü kəsməkdən hələlik uzaqdır, Dohanın özü isə Fars körfəzinin tarixində ilk transsərhəd qaz kəməri, BƏƏ-yə hər gün 2 milyard kub fut qaz tədarük edən "Dolphin"i bağlamaqdan imtina edib.

Qətərlə bağl diplomatik böhranın kökləri Amerika-İran münasibətlərinə, daha dəqiqi, bunun olmamasına gedib çıxır. Tehrana nisbətdə əlavə sanksiyalar tətbiqinndən sonra Ağ Ev Avropa və Çin kapitalının aybaay artdığı İranın daxili siyasi bölgüsünə təsirini tam şəkildə itirib. Buna görə də Qətər və İİR-in yaxınlaşması Amerika kapitalının islam respublikasında xəlvəti iştirakı yolunda addımdır. Doha Vaşinqtonun iqtisadi və hərbi müttəfiqidir, İran ruhaniləri ilə dövlət aparatı arasındakı kövrək balansı pozmaq riski yaradan “çəki daşı”dır. Təəssüf ki, hadisələr özünü çox gözləməyə məcbur etmədi. Terrorçular iyunun 7-də səhər İİR parlamenti və imam Xomeyni məqbərəsinə – dünyəvi və dini hakimiyyətin sütunlarına hücum edərək bu yolla İran xalqı və islam quruluşuna meydan oxudular.

Səudiyyənin siyasi sifarişi versiyası əsas götürülsə, onda teraktın Amerikayönlü səciyyəsini etiraf etmək lazım gəlir. İranşünas Kirill Cavlax bu mənada kəskin şəkildə diqqəti bu fakta yönəldir ki, partlayış və Tehrandakı atışmadan bir gün əvvəl iyunun 6-da Səudiyyə XİN başçısı Adil əl-Cubeyr Dohanlın ünvanına aşkar təhdidlə çıxış edərək, Fars körfəzi ərəb ölkələri ilə əlaqələrin bərpası xatirinə Qətəri “HƏMAS Fələstin hərəkatı və Misir “Müsəlman qardaşlar”ına dəstəyi dayandırmağa” çağırıb.

Çin Honkonqun “South China Morning Post” qəzetində “Fars körfəzi ölkələri Çinin Yeni İpək Yolunu necə bağlayır?” ("How the Gulf row is blocking China’s new Silk Road") başlıqlı məqalədə lazımi şəkildə reaksiya verib. Tərəflərin motivləşməsi haqda mülahizə edən məqalə müəllifi Culia Holniqsvort yada salır: “Ərəbistan yarımadası dünyada ən böyük neft idxalatçısı Çin üçün əsas neft qaynağıdır. Bazar ertəsi alver başlanarkən dünya qiymətləri yüksəlib”.

Çin ekspertləri həyəcan təbili vururlar. Sindao "Ocean University of China"nin baş elmi əməkdaşı Pan Çjunin durumu bu cür dəyərləndirir: “ÇXR-in Yaxın Şərqdə mühüm maraqları var. İpək yolunun iqtisadi qurşağı Pekinə bölgədə geopolitik nüfuzu gücləndirmək imkanı verir. Bəlkə, Çinin Yaxın Şərq ölkələrinin daxili işlərinə “qarışmamaq” şüarını yenidən nəzərdən keçirtməyi lazımdır?”

"Southwest Securities"dən analitik Çju Bin daha bədbin köklənib: “Qətərlə münasibətlərin kəsilməsi Yaxın Şərqdə yeni hərc-mərclik, münaqişə və müharibələr buğumunun başlanğıcını bildirir”.

Çin amili ilə yanaşı, Qətərin İrana sarı meyllənməsi – Dohanın Suriyanın təhlükəsizlik zonlarına bölünməsinin diktyə etdiyi məcburi gedişdir.

Bəs sonra?

ABŞ Doha və Tehranı planlı şəkildə Türkiyə marşrutuna çıxardaraq İranda elitadaxili münaqişələr törədir. Çin hiddətlənir, amma ancaq ictimai şəkildə. Axı Türkiyə ərazisindən dəmiryol kommunikasiyalarına özü lobbilik edir – hələ onu demirik ki, Yaxın Şərqdə ilk dəfə (2015-ci ilin mayında) yuanla ticarət üzrə klirinq mərkəzi məhz Dohada yaradılıb. "Reuters" agentliyinin isnad etdiyi Qətər Mərkəzi Bankının o zamankı başçısı Abdulla bin Səud əl-Tani bildirib: “Yaxın Şərqdə yuanla hesablaşmaq üçün ilk mərkəzin Dohada açılması Çinlə bölgəsəl ticarətdə Qətərin potensialını açmaq imkanı verəcək”.

Moskva Vaşinqton və Pekinin Qətərdəki fəallığını tarazlaşdırmağa cəhd edir – “Rosneft”in qismən özəlləşdirilməsi də buna şərait yaratmaq üçün idi. Bu, qısamüddətli perspektivdə iş görür. Lakin uzunmüddətli perspektivdə necə olacaq? Biz bunu hesaba alırıq, yoxsa yad layihələrin arxasınca sürünürük?

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə