XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

08 İyun 2017 - 20:28

Bilderberq toplantısından Tehran teraktına gedən yol –Doha, Tehran və Ankara alternativsiz ittifaqa sürüklənir – TƏHLİL

Kirill Cavlax

Regnum İA, 08.06.2017

 

Yaxın Şərq xaosa dalmağı davam etdirir. Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən və Maldiv Respublikasının İranla münasibətləri möhkəmlətməyə gedən Qətərlə diplomatik münasibətləri kəsməsinin ardınca İŞİD terrorçuları Tehranda ikiqat terakt həyata keçiriblər.

 

Hakimiyyət rəmzlərinə həmlə

 

İyunun 7-də səhər qadın cildinə girmiş dörd nəfərlik terrorçu qrup İİR Məclisi binasına girib və parlament təhlükəsizlik xidmətinin təmsilçiləri ilə atışma təşkil edib. Praktik olaraq buna sinxron şəkildə iki yaraqlı islam respublikasının baş ocağında – imam Xomeyni məqbərəsində atəş açıb. Atışma zamanı iki partlayış səslənib. Biri məqbərənin yanında özünü partlatmış qadın kamikadze, ikincisi parlamentin binasında. İİR xüsusi xidmətləri bütün günü antiterror əməliyyatı keçirib. Nəticədə cinayətkarların altısı da öldürülüb. Hüquq-mühafizə qüvvələri axşama doğru şəhərdəki durumu nəzarətə götürüb. Polisin məlumatına görə, 12 nəfər öldürülüb və 40-dan çoxu yaralanıb. İŞİD terakta görə sorumu öz üzərinə götürüb.

Deputatlar Məclisdəki atışma vaxtı plenar iclasda işi davam etdirib, sosial şəbəkələrdə gülümsəyən parlamentarilərin imzalı fotoşəkilləri görünüb ki, hər şey qaydasındadır və tam güvəndədirlər. İİR parlamentinin spikeri Əli Laricani teraktı “əhəmiyyətsiz insident” adlandırıb. "Mehr News" agentliyi spikerin sözlərini misal gətirir: “İran terrorizmlə mübarizədə fəal və effektli mərkəzdir, buna görə də islamçılar bizi sarsıtmaq istəyirlər”.

Laricaninin çıxışına cavab olaraq zalda “Amerikaya ölüm!” bağırtıları səslənib.

İran ali lideri Əli Xamenei teraktdan bir neçə saat sonra tələbələr qarşısında çıxış edib. “İran xalqı irəli gedir. Bu gün gördüyümüz atəşfəşanlıq iranlıların əzmində heç cür əks olunmayacaq. Onlar xalq və rəhbərliyin iradəsini qırmaqdan ötrü çox zəifdirlər”, – deyə rəhbər qeyd edib.

İran prezidenti Həsən Ruhani Tehran teraktını “qorxaq hərəkət” adlandırıb. “İran xalqı istənilən düşmənlik fitnəsini birlik və həmrəyliklə, həmçinin güclü təhlükəsizlik sistemi ilə əzəcək. Teraktlar İranın terrorizmlə mübarizə qətiyyətinin bundan sonrakı möhkəmliyinə səbəb olacaq”, – deyə Ruhani bildirib. Hökumət başçısı qeyd edib ki, islam rejiminin düşmənləri bu il mayın 19-da keçirilən prezident seçkilərində yüksək gəlişdən əsəbiləşiblər.

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Səudiyyə Ərəbistanını Tehran teraktında günahkar sayır. İİKK-in "Fars News"da dərc edilmiş  bəyanatında deyilir: “Bu teraktlar ABŞ prezidentinin terrorizmi dəstəkləyən mürtəce dövlətin rəhbərliyi ilə görüşündən bir neçə həftə sonra baş verib. İŞİD-in sorumu öz üzərinə götürməsi faktı Ər-Riyadın Tehran teraktlarında əli olduğundan xəbər verir”.

İsmarıcda deyilir ki, İİKK “İran xalqının günahsız qanının axıdılmasını” cavabsız qoymayacaq.

Tehran teraktına bir gün qalmış – iyunun 6-da Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cubeyr bildirib ki, İran Yaxın Şərq ölkələrinin işinə qarışdığı və terrorçu qruplaşmalara dəstəyi üçün cəzalandırılmalıdır. 

İran kəşfiyyat və təhlükəsizlik naziri 2016-cı ilin iyununda Tehranda və İranın başqa böyük şəhərlərində teraktlar hazırlayan terrorçu şəbəkənin yaxalandığı haqda məlumat verib.

İİR ordusu baş komandanı müavini, briqada generalı Əhmədrza Purdastan terrorçuların İrana qarşı açdığı yeni cəbhədən açıq şəkildə danışıb. "Defa Press" generaldan sitat gətirir: “İŞİD İran sərhədinə yaxınlaşmaq və Xorasanı tutmaq üçün Əfqanıstanda möhkəmlənməyə çalışır. Lakin terrorçuların bunun üçün gücü yoxdur”.

Sərkərdə yaraqlıların Böyük Xorasan (İranın üç əyaləti, Əfqanıstan, Türkmənistan, Özbəkistan və Tacikistanın bir hissəsini əhatə edən tarixi vilayət) yaratmaq cəhdindən danışıb. Bu halda söhbət terrorçuların Rusiya və Çin sərhədlərinə çıxmaqla Orta Asiyanı tam şəkildə sabitsizləşdirmək üçün tamdəyərli əməliyyat meydanı yaratmağından gedir. İranı terrorçu qruplaşmalar vasitəsilə dairəyə götürmək və asılı siyasət yürütməyə vadar etmək istəyirlər. Bu, islam respublikasında ali liderin dəyişiləcəyi halda mümkündür. Buna görə də teraktlarda seçilmiş hədəflərin rəmzi mənası önəmlidir.

Məclis qanunvericilik hakmiyyətinin rəmzidir. Deputatlar mayın 31-də Əli Laricanini spiker seçiblər. Həsən Ruhani tez bir zamanda on ikinci hökumətin tərkibini Məclisdə təsdiq etdirməli olacaq. Buna görə də parlament binasında terakt İran hökumətinin bütün mülki qurumlarına siqnal rolu oynayır.

İslam inqilabının müqəddəs guşəsində partlayış və atışma İran quruluşu və şəxsən Əli Xameneiyə birbaşa meydan oxumaqdır. İmam Ruhulla Musəvi Xomeyni yeni İran və müstəqilliyin rəmzidir. İranda terakta bir gün qalmış, iyunun 6-da islam inqilabı liderinin növbəti xatirə ildönümünü qeyd ediblər. İmam məqbərəsinin yanındakı teraktı Linkolnun memorialı və yaxud Sovet İttifaqı dövründə Lenin mavzoleyinin yanında bu cür cinayətlərin baş verməsi ilə tutuşdurmaq olar. Paytaxtda güvənliyi təmin etmək bacarıqsızlığı Tehran meri Məhəmədbaqir Qalibafın onsuz da lax mövqeyini sarsıda bilər. "Tasnim News" agentliyi teraktdan bir neçə gün öncə xəbər verib ki, şəhər başçısının ehtimal olunan əvəzləyicisi İranın birinci vitse-prezidenti İshaq Cahangiri ola bilər.

İkiqat terakta yol vermiş güc qurumlarında da təmizləmələr mümkündür. Teraktlarla bağlı əhvalatlar xeyli suallar doğurur. Bunlar həm hadisələrin inkişaf xronikasının qarşılıqlı əlaqəsi, həm də islam respublikasında sabitliyin pozulmasında kimlərin maraqlı olduğuna aiddir.  

 

Rəqəmlərin magiyası

 

Yaxın Şərqdə böhranın növbəti dalğası Bilderberq klubunun 65-cı toplantısı bitdikdən dərhal sonra baş verib. Klub üzvləri toplantını 1-4 iyunda Şantilya şəhərində (Virciniya ştatı) "Westfields Marriott" otelində keçiriblər. Virciniya ştatının devizi görüşə dolayısı ilə ton verir: “Tiranların aqibəti bu cürdür”. Bu ifadə tarixən Avropada və dünyanın başqa hissələrində hakimiyyətdən sui-istifadəyə qarşı epitet və ya deviz kimi işlədilib.

Qərb elitasının soyuq müharibənin şəfəqlərinə (1954-cü ildə) söykənən cəmiyyəti siyasi lider, maliyyəçi, sənayeçi, elmi cəmiyyət və kütləvi informasiya vasitələri təmsilçilərini əhatə edir. Klubun qurucu və ideoloqlarından biri – şahzadə Bernard Niderlandlı 1933-1937-ci illərdə NSDAP-da (Almaniya Millətçi-Sosialist Fəhlə Partiyası-tərc.) olub və SS-də xidmət edib. Təşkilatın təməlində Qərb dünyasının sovet təhlükəsinə (geniş mənada Rus sivilizasiyasına) qarşı durmaq ideyası yatır. Klub üzvləri SSRİ-nin dağılmasından sonra beynəlxalq münasibətlərin aktual məsələlərinin müzakirə edildiyi illik görüşləri davam etdiriblər. 2017-ci ildə görüşə 21 dövlətdən 131 nəfər qatılıb. Bunlardan beşi Yaxın Şərqin yeganə təmsilçisi olmuş Türkiyədəndir.

"Bilderberg Meetings" klubu rəsmi saytının məlumatına görə, toplantının gündəliyinə sıradakı mövzular daxil olub: “Tramp administrasiyası: iş haqda hesabat”, “Transatlantik münasibətləri: variant və ssenarilər”, “AB-nin inkişaf yönləri”, “Kürəsəlləşməni ləngitmək olarmı?”, “İş, gəlir və gerçəkləşməmiş gözləntilər”, “İnformasiya ilə müharibə”, “Populizmin nüfuzu niyə artır?”, “Rusiyanın dünya düzənində rolu”, “Yaxın Şərq”, “Nüvə silahının yayılması”, “Çin” və cari hadisələr.

Sui-qəsd nəzəriyyəsi həvəskarlarını və bu cür birliklər mövzusunu bilərəkdən korlayan adamları nəzərə almadan Yaxın Şərq bölgəsində Bilderberq toplantısı ilə xronoljicə üst-üstə düşən proseslərin inkişafını izləyək.

The New York Times” qəzeti klub toplantısının ikinci günü  iyunun 2-də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin İran istiqamətinin yeni kuratoru haqda məlumat verib. Bu, “ayətullah Mayk” və “qara şahzadə” kimi tanınmış Maykl d'Andrea olub. Maraqlı təsadüfdür ki, o, Şimal Virciniyada doğulub. 2011-ci ildə “Əl-Qaidə”nin eks-lideri Usamə bin Ladenin ləğvi üzrə əməliyyatı məhz d'Andrea izləyib. Onun rəhbərliyi ilə 2008-ci ildə “Hizbullah” xüsusi xidmətlərinin rəisi İmad Fayəz Muqninin ləğvi üzrə əməliyyat keçirilib. MKİ agenti Pakistanda terrorçularla mübarizə üçün pilotsuzlardan istifadə proqramının gücləndirilməyində fəal iştirak edib.

Yada salaq ki, Amerika xüsusi xidmətlərinin artıq İranda dövlət çevrilişi təşkil etmək təcrübəsi var. 1953-cü ildə Britaniya Mİ-16-sı və MKİ  neft sənayesini milliləşdirmək cəhdinə görə baş nazir Məhəmməd Müsəddiq başda olmaqla demokratik seçilmiş hökuməti devirib. Əməliyyatın adı “Ayaks” olub.

Hərbi kəşfiyyatın təmsilçiləri də MKİ ilə həmrəydirlər. ABŞ Müdafiə Nazirliyi kəşfiyyat idarəsinin (DİA) rəisi Vinsent Stüart bu ilin mayında ABŞ Senatında silahlı qüvvələr üzrə komitədə çıxış edərək Şimal Koreya, Rusiya, Çin, İran və ekstremist qurumları Vaşinqton üçün əsas təhlükə adlandırıb. "Defense.gov" hərbi kəşfiyyat başçısından sitat gətirir: “İran Yaxın Şərq bölgəsində qüvvədə olan təhlükəsizlik sistemini sarsıtmağı davam etdirəcək. Tehran bölgədə ABŞ-a problem yaratmaqdan ötrü terrorçu qurumlar və vasitəli müharibələrdən istifadə edir”.

MKİ-nin indiki şəraitdə İranda rezidenturanın işini qaydaya salmağı çətindir. İslam respublikasının ərazisində ABŞ-ın nə səfirliyi, nə biznes təmsilçiliyi, nə də Tehrana iqtisadi təsiri var. Üstəgəl, Yaxın Şərqdə ABŞ ordusu bölmələrinin komandirləri Trampa Obamadan miras qalıb. Ağ Ev İranda daxili proseslərə ciddi təsir etməyi qərara alıbsa, onda Böyük Britaniya ilə ittifaqa getməyə məcbur olacaq.

Bilderberq klubu toplantısı bitdikdən sonra növbəti gün – iyunun 5-də olduqca şübhəli bəhanələrlə ərəb dövlətlərinin Qətərlə diplomatik münasibətləri kəsildi. Bu növ uzlaşdırılmış fəaliyyətin öz-özünə baş verdiyini söyləmək çətindir, bu, planlaşdırılmış özəl əməliyyatın ünsürüdür. Onun birinci mərhələsi Qətərin ərəb dünyasından uzaqlaşdırılmasıdır. İkincisi – hazırda bunu müşahidə edirik – Tehranla Doha arasında daha sıx münasibətin qurulmasıdır. Yekun mərhələdə Qətər İslam rejiminin sarsıdılması üçün "Troya atı" rolunu oynaya bilər. Amerika Təhlükəsizlik və Müdafiə Sahəsində Əməkdaşlıq Agentliyi artıq iyunun 6-da ABŞ Dövlət Departamentinin Səudiyyə Ərəbistanı ilə hərbi-hava qüvvələri şəxsi heyətinin hazırlığını nəzərdə tutan 750 milyon $-lıq sövdələşmənin bəyənildiyi haqda məlumat verib. Bundan başqa, Dövlət Departamenti Səudiyyə Ərəbistanına 662 milyon $ dəyərində radiolokasiya sistemlərinin tədarükünə icazə verib.

Türkiyə prezidenti Rəcəb Ərdoğan ərəb dövlətlərinin Qətərin təcridinə yönəlmiş siyasətini kəskin tənqid edib. Türk liderin sözlərinə görə, Ankara böhranı dayandırmaq üçün mümkün hər şeyi edəcək. Türkiyə parlamenti ikiqat terror günü Qətərlə müdafiə sahəsində əməkdaşlığın gücləndirilməyinə səs verib. Ankara, deputatların qərarına uyğun olaraq, Qətərdə yerləşən bazaya öz hərbçilərini göndərə bilər. İran xarici işlər naziri Məhəmməd Cavad Zərif həmin gün Ərdoğan və xarici siyasət idarəsinin başçısı Mövlud Çavuşoğlu ilə görüşdüyü Ankaraya gəlib. Gündəlikdə iki əsas məsələ olub – Suriyada durum və Qətər böhranı. Trampın terakta reaksiyası gözlənilən idi: “Biz İranda terror hücumunun günahsz qurbanları haqda və bu cür çətin dövrlər yaşayan İran xalqına dua edir və kədərlənirik”.

Onun sözlərinə görə, “ölkələr terrorizmi maliyyələşdirməklə yeritdikləri şərin qurbanı olmaq təhlükəsinə məruz qalır”.

Senator Berni Sanders Amerikan prezidentindən irəli gedərək Senatı İrana qarşı sanksiyalar haqda qanunvericiliyi təxirə salmağa çağırıb ki, nüvə sazişini müdafiə etsin və iranlılara həmrəylik göstərsin.

İsrail kəşfiyyat nazirliyinin direktoru Çaqay Suriel bildirib ki, Suriya hadisələri bölgədə İranın xeyrinə güclü disbalans yaradıb. "Haaretz”  kəşfiyyat başçısından sitat gətirir: “Tehranın Suriyada güclənməsi bu dəqiqə həll edilməsi lazım gələn problemdir. İndiki anda Suriya ilə İraq arasındakı sərhəd bölgədə bölgəsəl mənzərənin müəyyən ediləcəyi ən mühüm yerdir”.

İsrail Tehranın yerüstü İran-Livan marşrutunu bərpa edəcəyindən narahatdır.

 

Diri balıqla ov

 

Qətərlə bağlı diplomatik böhranın ilkin tarixçəsi bu ilin mayında NATO sammiti ilə sinxron keçən görüş olub. "Gulf News" ərəb nəşrinin məlumatına görə, İİKK “Əl-Qüds” xüsusi bölməsinin komandiri Qasım Süleymani İraqda Qətər xarici işlər naziri Muhəmməd əl-Tani ilə görüş keçirib. Görüşdə xüsusi xidmətlər xətti ilə əməkdaşlıq perspektivləri müzakirə olunub. İraqın hökumətyönlü “əl-Həşd əş-Şəabi” hərbiləşdirilmiş birləşməsi mayın sonunda iranlı müşavir və komandirlərin başçılığı altında İraq-Suriya sərhədinə çatıb. Hərbi uğurun inkişafı halında İran Livana qədər nəqliyyat dəhlizini bərpa edə biləcək. Bu, “şiə ayparası” ölkələrinə AB-yə Türkiyə marşrutuna alternativ əldə etmək imkanı verəcək.

Qasım Süleymani İranın bölgədəki xarici siyasət strategiyasında açar rolunu oynayır. İslam inqilabı ixracatı ideyasını məhz “Əl-Qüds” davam etdirir, nəqliyyat dəhlizlərinin təhlükəsizliyini təmin edir. Təsadüfi deyil ki, 2017-ci ilin yazında Süleymaninin müavini İrac Məscədini İranın İraqda yeni səfiri təyin ediblər. Əslində, İİKK AB-yə aparan kommunikasiyalara nəzarəti mərkəzləşdirir. Bəhreyn, Yəmən, İraq, Suriya, Livan və Yaxın Şərqin başqa ölkələrində çoxsaylı şiə qruplaşmalarının logistika və fəaliyyətinə məhz “Əl-Qüds” komandiri nəzarət edir. Вu mənada Qətərin Yəməndə hərbi münaqişədən çıxmağı husiləri dəstəkləyən iranlılara əl verir. Bu, Yəmən ali siyasi şurasının mövqeyini möhkəmləndirməyə şərait yaradır.

Səudiyyə Ərəbistanının fəaliyyəti Doha, Tehran və Ankaranı alternativsiz ittifaqa məcbur edir. Yada salaq ki, 2009-cu ildə Avropaya iki qaz kəmərinin mübarizəsi gedirdi: Qətər-Səudiyyə Ərəbistanı-İordaniya-Suriya-Türkiyə və İran-İraq-Suriya. Lakin Suriyada müharibə hər iki layihənin axırına çıxdı. Yeni konfiqurasiya yeni İran-Türkiyə marşrutuna yol açır. Əslində,Tehran-Doha alyansı dünya qaz ehtiyatlarının tam 35%-i birləşdirir. Şimal və Cənub Fars yataqlarından mavi yanacaq nəqli imkanları İranın STQ zavodları yerləşən Tabnak və Əssaliyə limanlarından istifadəni nəzərdə tutur. Qətərin AB ilə aviaəlaqəsi də indi İran və Türkiyəyə bağlanıb. Ankara və Tehran Dohaya ərzaq böhranını aradan qaldırmaqda da yardım edəcək.

İran və Qətər əməkdaşlığının möhkəmləndirilməsi islam rejiminin Vaşinqtonla vasitəli qarşılıqlı fəaliyyətidir. Əl-Udəyd hərbi bazası ABŞ-ın Yaxın Şərqdə ən böyük hərbi kontingentidir. Hazırda Amerika əsgərlərinin ərzaq təminatının faktiki olaraq İrandan asılı olduğu durum yaranıb.

Diqqətçəkəndir ki, Tehranda hadisələr bu gün Astanada start götürən  ŞƏT sammiti ərəfəsində baş verib. Rusiya İranın ŞƏT-ə daxil olmasını dəstəkləyir. Bunu RF prezidenti köməkçisi Yuri Uşakov bildirib. Onun sözlərinə görə, İranın daimi üzv statusu əldə etmək məsələsi “məhdud tərkib”də müzakirə olunacaq. Yaxın Şərqdəki son hadisələr Rusiya üçün qəti fəaliyyətə siqnaldır. Diplomatik ifadələr dalında gizlənmək və susmaq daha alınmayacaq…

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə