XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

09 İyun 2017 - 15:12

Dörd müsəlman dövləti Qətərlə bağlı “qara siyahı”sını açıqladı:Terrorçu elan edilən 59 nəfər kimlərdir? – BƏYANAT

Səudiyyə Ərəbistanı Krallığı, Misir Ərəb Respublikası, Birləşmiş Ərəb Əmirlikləri dövləti və Bəhreyn Krallığı birgə bəyanat imzalayıb.

Səudiyyə Ərəbistanının ölkəmizdəki səfirliyindən Strateq.az saytına daxil olan bəyanatda bildirilir ki, adları çəkilən bu ölkələr terrorizmlə mübarizə, onun mənbələrinin qurudulması, ekstremist ideologiyalar, onların təbliğat vasitələri və təşviqi ilə mübarizə, ona son qoyulması üçün birgə iş, cəmiyyəti onlardan qorumaq haqqında öz üzərinə götürdüyü öhdəliklər fonunda, Doha hökumət orqanlarınının dövlətlərin təhlükəsizliyini təhdid edən ünsür və təşkilatlara dəstək və sığınacaq verməməklə bağlı imzaladığı öhdəlik və sazişləri pozmaqda davam etməsi,  imzaladığı 2013-cü il Riyad Razılaşması, onun icra mexanizmləri, ona olunan 2014-cü il Əlavə Razılaşmasında  göstərilənlərə əməl edilməsi ilə bağlı dəfələrlə edilən müraciətlərə məhəl qoymaması nəticəsində, bu dörd dövlətin milli təhlükəsizliyi qərargahı Qətərdə olan və ya onun tərəfindən dəstəklənən terrorçu şəxs və təşkilatların təxribat hədəfinə çevirmiş və xaosun yayılmasına səbəb olub. 

Qeyd edilən dörd dövlət 59 şəxsi və 12 qurumu öz ərazisində qadağan olunmuş terror siyahılarına salıb.  Bu siyahılar mütəmadi olaraq yenilənəcək və elan ediləcək.

Bəyanatda bildirilir ki, siyahıya daxil edilənlər Qətərlə bağlıdır və onun şübhəli planlarına xidmət edir ki, bu da Qətərin ikili siyasətini göstərir. Belə ki, o bir tərəfdən  terrorizmlə mübarizə apardığını bəyan edir, digər tərəfdən müxtəlif terror təşkilatlarını maliyyələşdirir, dəstəkləyir və sığınacaq verir: “Bu dörd dövlət terrorizmlə mübarizədə bütün səylərini artırılması və regionda təhlükəsizlik və sabitliyin bərqərar olması ilə bağlı rolundan irəli gələn öhdəliklərini yenidən qeyd edərək, vurğulayır ki, onlar bu cür şəxs və qrupların təqib olunmasında ciddi olacaq, istər regional, istərsə də qlobal miqyasda bu yöndəki bütün vasitələri dəstəkləyəcək. Onlar terror fəaliyyətləri ilə mübarizəni davam etdirəcək, mənbəyindən aslı olmayaraq terrorizmin maliyyələşdirilməsini hədəfə alacaqlar. Eyni zamanda dünyanın hər yerindəki tərəfdaşları ilə birgə terrorçu və ekstremist təşkilat və qurumların fəaliyyətinə  son qoyulması uğrunda fəal şəkildə işləməyə davam edəcəklər. Belə ki, heç bir dövlət bu cür fəaliyyətlərə qarşı səssiz qalmamalıdır”.

Bu bəyanatı elan edən dövlətlər terror, ekstremizm, zorakılıqla mübarizə üçün gördükləri tədbirlərə dəstək verən dövlətlərə təşəkkürünü bildirir, dünyaya yayılan və bəşəriyyətə ziyan vuran bu təzahürlərə son qoymaq üçün göstərilən səy və əməkdaşlığın davam etdirilməsində onlara arxalanır.

 

Tam siyahı

 

Fiziki şəxslər:

1. Xəlifə Məhəmməd Türki əs-Subaie – Qətər

2. Əbdülmalik Məhəmməd Yusif əs-Salam – İordaniya

3. Əşrəf Məhəmməd Yusif Osman Abdulsalam – İordaniya

4. İbrahim Isa Al-Haci Məhəmməd əl-Baker – Qətər

5. Əbdüləziz bin Xəlifə əl-Atiya – Qətər

6. Salim Həsən Xəlifə Rəşid əl-Kuvari – Qətər

7. Abdullah Ğanim Müslim ə-Xavvar – Qətər

8. Səd bin Səd Məhəmməd əl-Kaabi – Qətər

9. Abdullətif bin Abdullah əl-Kuvari – Qətər

10. Məhəmməd Səid bin Həlvan əl-Səqtəri – Qətər

11. Əbdurrəhman bin Amir əl-Nəimi – Qətər

12. Əbdülvahab Məhəmməd Əbdürrahman əl-Həmiqani – Yəmən

13. Xəlifə bin Məhəmməd ər-Rubbən – Qətər

14. Abdullah bin Xalid Al Tani – Qətər

15. Abdürahim Əhməd əl-Haram – Qətər

16. Həccac bin Fəhd Həccac Məhəmməd Əl Əcmi – Küveyt

17. Mübarək Məhəmməd Əcmi – Qətər

18. Cabir bin Nasir əl-Mərri – Qətər

19. Yusif Abdullah Al-Qardavi – Misir

20. Məhəmməd Casim əl-Sulayti – Qətər

21. Əli bin Abdullah əl-Suvaydi – Qətər

22. Haşim Saleh Abdullah əl-Avadi – Qətər

23. Əli Məhəmməd Məhəmməd əs-Səlabi – Liviya

24. Əbdulhəkim Belhac – Liviya

25. əl-Mehdi Harati – Liviya

26. Ismayıl Məhəmməd Məhəmməd əs-Səlabi – Liviya

27. Sadiq Əbdürrəhman Əli Ğiryani – Liviya

28. Həməd Abdullah Əlfatis əl-Marri – Qətər

29. Məhəmməd Əhməd Şövqi Islambuli – Misir

30. Tariq Əbdülmövcud Ibrahim əz-Zumr – Misir

31. Məhəmməd Əbdülmaksud Məhəmməd Afifi – Misir

32. Məhəmməd əl-Səğir Əbdürrəhim Məhəmməd – Misir

33. Vəcdi Əbdulhəmid Məhəmməd Ğanim – Misir

34. Həsən Əhməd Həsən Məhəmməd Duqqi ə-Huti – Əmirlik

35. Hakim Əbisan əl-Həmidi əl-Mutayri – Səudiyyə / Küveyt

36. Abdullah Məhəmməd Süleyman əl-Mühaysni – Səudiyyə

37. Həmid Abdullah Əhməd Əli – Küveyt

38. Əymən Əhməd Əbdülğani Həsəneyn – Misir

39. Asim Əbdülmacid Məhəmməd Madi – Misir

40. Yəhya Əqil Salman Əqil – Misir

41. Məhəmməd Hamada əs-Seyyid Ibrahim – Misir

42. Əbdürrəhman Məhəmməd Şükrü Əbdürrəhman – Misir

43. Hüseyn Məhəmməd Rıza Ibrahim Yusif – Misir

44. Əhməd Əbdülhafiz Mahmud Əbdülhüda – Misir

45. Müslüm Fuad Tarfan – Misir

46. Əymən Mahmud Sadiq Rüfət – Misir

47. Məhəmməd Səd Əbdünnəim Əhməd – Misir

48. Məhəmməd Səd Əbdülmüttəlib Əbdühü  ər-Raziqi – Misir

49. Əhməd Fuad Əhməd Cad Baltacı – Misir

50. Əhməd Rəcəb Rəcəb Süleyman – Misir

51. Kərim Məhəmməd Məhəmməd Əbdüləziz – Misir

52. Əli Zəki Məhəmməd Əli – Misir

53. Naci Ibrahim əl-Uzuli – Misir

54. Şahata Fəthi Hafiz Məhəmməd Süleyman – Misir

55. Məhəmməd Məhərrəm Fəhmi Əbu-Zeyd – Misir

56. Amr Əbdünnasir Əbdülhaq Əbdulbari – Misir

57. Əli Həsən Ibrahim əz-Zahir – Misir

58. Mürtəza Məcid əs-Sindi – Bəhreyn

59. Əhməd əl-Həsən əd-Dəski – Bəhreyn

 

Təşkilatlar:

 

1. Qətər Könüllü İş Mərkəzi- Qətər

2. Doha Apple şirkəti (Internet və texnoloji dəstək şirkəti) – Qətər

3. Qətər xeyriyyə- Qətər

4. Şeyx Eyd Al Tani xeyriyyə təşkilatı – Qətər

5. Şeyx Tani bin Abdullah adına humanitar xidmətlər təşkilatı – Qətər

6. Benğazini Müdafiə Rotası – Liviya

7. Əl-Əştər Rotası – Bəhreyn

8. 14 fevral Koalisiyası – Bəhreyn

9. Müqavimət Rotası – Bəhreyn

10. Hizbullah Bəhreyn – Bəhreyn

11. Muxtar Rotası – Bəhreyn

12. Bəhreyn Azadlıq Hərəkatı – Bəhreyn

 

L.SƏMLA




Yuxarı Əvvələ Ana Səhifə