XƏBƏR LENTİ

04 İyun 2020

Digər Xəbərlər

10 İyun 2017 - 09:42

Dünyanın ən varlı ölkələrindən olan Qətər niyə aclıq qorxusu çəkir? –ARAŞDIRMA

Olqa Samofalova

news-front.info, 09.06.2017

 

Qonşularla siyasi və iqtisadi əlaqələrin qırılması Qətərə çox güclü ərzaq böhranı təhdidi gətirir. Dünyanın ən varlı ölkələrindən biri çox ağır şəkildə xaricdən ərzaq tədarükündən asılıdır və hətta nəhəng neft-qaz yataqalrı da onlara yardım etməyə az qabildir.  

ÜDM-in adambaşına düşən gəlirinə əsasən, Qətər artıq çoxdan dünyanın ən varlı ölkələri onluğundadır. BVF-nun 2016-cı ilə məlumatına görə, yalnız Lüksemburq, İsveçrə, Norveç və İrlandiya sakinləri onlardan varlı yaşayıblar. Yalnız bu ölkələrdə ÜDM-in adambaşına gəliri Qətərdəkindən yüksək idi (61 min dollar/başqa qaynaqlar bu rəqəmi hətta iki dəfə çox göstərir-tərc.)

Lakin məlum olub ki, neft və qazla tox olmazsan.

Səudiyyə Ərəbistanı Qətərlə diplomatik və ticari münasibətləri kəsib sərhədləri bağlayan kimi, Qətər əhalisi ərzaqların hamısını almağa qaçıb. Adamlar baqqal  dükanları və supermarketlərdən süd, düyü, yumurta daşıyırlar. Həm də KİV-lər bir neçə gün əvvəl bildirib ki, maşınlarda daşıyırlar.

"Reutres" xəbər verir ki, Qətər ərzaq və su tədarükü haqda Türkiyə və İranla təcili danışıqlara başlayıb. Rusiya da cümə axşamı Qətər sakinlərinə qida yardımı etməyə hazır olduğunu bildirib.

Kənd təsərrüfatı nazirinin birinci müavini Cambulat Xatuov izah edir ki, Qətərdən RF Kənd Təsərrüfatı Nazirliyinə rəsmi müraciət daxil olmayıb, lakin bu, tələb də olunmur, çünki beynəlxalq bazarda alıcı-satıcı ünsiyyəti birja ticarəti vasitəsilə baş verir.

Qətər yoxsul Venesuela deyil, buna görə də söhbət humanitar yardımdan getmir. Açılmış qazanc imkanından istifadə etməmək axmaqlıq olardı. Nazirin birinci müavini əmin edir: “Rusiya taxıl, düyü, şəkər, bitki yağı ixrac etməyə hazırdır. Biz ət, süd, un məmulatları ixrac etməyə hazırıq. Siyahı çox böyükdür”.

Sosial eksperimentlərin üzdüyü, neftlə zəngin, amma texnoloji səbəblərdən hər barrelin yalnız yüksək qiyməti halında hasil etmək sərfəli olan, aclıq üsyanlarının Venesuelada baş verməyi başadüşüləndir. Qətərdə neft və qaz hasilatı hətta indiki aşağı qiymətlərlə də son dərəcə gəlirli işdir. Ölkə sıxılmış təbii qazın (STQ) ən böyük tədarükçülərindən biridir və Qətərdəki qaz ehtiyatları dünyada üçüncüdür. Lakin budur, göründüyü kimi, ərzaqla bağlı problemlər böyükdür.

“Alpari”dən Anna Kokaryeva misal çəkir: “Ölkə enerjidə öz ehtiyaclarını tam şəkildə qaz və neft yataqlarının hesabına ödəyir, lakin öz hesabına ərzaq ehtiyacını yalnız 10% ödəyir”.

Bir tərəfdən kənd təsərrüfatının zəif inkişafı tamamilə izah ediləndir. Ölkə ərazisinin böyük hissəsi səhralıqdır. Məhsuldar torpaqlar yoxdur, su il bağlı çox böyük problemlər var (çaylar yoxdur, suyun daim şirinləşdirilməsi gedir, şor su torpağı hətta duza davamlı bitkilər üçün də yararsız edir, süxur suları tükənir), bitkilərin böyüməsi üçün elə hərarət də son dərəcə yüksəkdir (maydan sentyabra qədər 40-50 dərəcə isti olur). Buna görə də, əslində, burada yalnız xırda əkinçilik inkişaf edib, əsasən tərəvəz və xurma yetişdirilir. Dəvə, inək, at, qoyun və keçi saxlayan köçəri tayfaların sayəsində heyvandarlıq bir qədər yaxşı inkişaf etdirilib. Yaponiyanın Qətərdən aldığı xərçəngin ovu, həmçinin mirvari hasilatı bir zamanlar pis inkişaf etməmişdi.

Lakin bir zaman Qətərdə neft və qaz aşkarlananda ölkə varlandı və hökuməti kənd təsərrüfatının inkişafını qeyri-aktual saydı. Xüsusən də neft və qaz pullarına xaricdən ərzaq almağın mümkünlüyünə görə. “Fridom Finans”-dan Georgi Vaşenko qeyd edir: “Görünür, heç kim güman etmirdi ki, ərzaq təhlükəsizliyi məsələsi günün birində böhranlı önəm alacaq”.

Qətər üçün yeyinti ərzaqlarının əsas tədarükçüsü Səudiyyə Ərəbistanı idi (idxalın 40%-i). Bu ölkədə əkinçilik üçün şərait yaxşı deyil. Lakin səudlar öz neft dollarlarını təkcə yeyinti idxalına sərf etməməyə üstünlük veriblər. Onlar qəflətən yeni çətinliklərlə üzləşməyənə qədər əvvəlcə kənd təsərrüfatını fəal inkişaf etdiriblər. Ölkə keçən il yerli su ehtiyatlarının insafsızcasına istismarı üzündən üç il müddətinə kənd təsərrüfatının azaldımasını elan edib. Birincisi, yeyinti bitkiləri və buğda yetişdirmək tam yasaqlanıb. İkincisi, hökumət xaricdə kənd təsərrüfatı yeri alan yatırımçılara maliyyə dəstəyi elan edib. Məsələn, Səudiyyənin səhradakı 50 min baş heyvana malik, dünyada ən böyük heyvandarlıq ferması "Almarai" keçən il Arizonada ümumilikdə 80 milyon dollardan artıq dəyərində 40 kv.km çox, üstəgəl Kaliforniyada 7 kv.km-lik kənd təsərrüfatı yeri alıb.

Yeri gəlmişkən, bu ştatların sakinləri işlərin bu durumuna şad deyillər: quyularının qurumağından gileylənirlər ki, bu da kənd təsərrüfatı işlərinin nəticəsidir. Səudlar öz ölkələrində hərfi mənada bir nəslin həyatı boyunca, demək olar, 80% su rezervuarları ayırıblar.

Qətər də son zamanlar ərzaq yetişdirmək üçün başqa ölkələrdə torpaq bələdləyirdi. Ukrayna KİV-lərinin məlumat verdiyi kimi, hətta Ukraynanın qara torpaqları ilə maraqlanıb. Amma bu ideyanı inkişaf etdirməyə belə də macal tapmayıb. Anna Kokaryeva deyir: “Qətər təcrid şəraitində ölkənin ən zəif yerlərinin necə üzə çıxdığına yaxşı misaldır”.

 

Tərcümə Strateq.az-ındır.