XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

12 İyun 2017 - 19:41

Qazaxıstanın əlifbasını dəyişmək istəyi rusların xoşuna gəlməyib –Nazarbayevi millətçilikdə suçlamağa və təhdidə başlayıblar – TƏHLİL

Andrey Nikolayev

rosbalt.ru, 12.06.2017

 

“Titulsuz millətlər”in Qazaxıstandan mühacirətinin ikinci dalğası Nazarbayevin elan etdiyi etnokratik dövlət qurmaq kursu ilə latın əlifbasına keçiddən qaynaqlanır.

Keçən il 33 min nəfər Qazaxıstanı tərk edib, onların, demək olar, hamısı rusdillilərdir.

Özünə “böyük islahatçı” nüfuzu qazanmış Qazaxıstan prezidenti Nursultan Nazarbayev yekunda, ola bilsin, öz ölkəsinə xeyir verməkdən daha çox ziyan vuracaq. Respublika hökuməti onun tapşırığı ilə hazırda qazax əlifbasının latından kirillə keçidini sürətləndirir, paralel olaraq isə ölkədən rusdilli əhalinin köçü güclənir.

Postsovet siyasi məkanının “quru”su sayılan Nursultan Abişoğlu qazax əlifbasının latına keçidini “Türk dünyasına daha sıx şəkildə daxilolma”nın gərəkdiyi ilə izah edir. Lakin bu “dünya”nın özü nədir? Diş qamaşdıran “Rus dünyası”na əks-tarazlıqmı? Müharibə olmasa da, Nazarbayev və Rusiya prezidenti Vladimir Putinin Avrasiya inteqrasiya prosesində başladığı iki “dünya”nın qarşıdurması?

Əslində, “Türk dünyası” – türk dillərində danışan xalqların etnik-dini birliyinin əsaslanan mədəni layihədir. Qazaxıstanın MDB və AİB-də olduğu şəraitdə bu ölkədə separatçı layihənin inkişafına vurğu edilirsə, onda tezliklə antropoloji aktuallıq da gözləmək mümkündür.  Bu həmçinin RF təhsil və elm naziri Olqa Vasilyevanın bu yaxınlardakı “MDB məkanında vahid əlifbaya – kirill şriftinə qayıtmaq” təşəbbüsünün sığışdığı “Rus dünyası”nın zəhlə tökən təbliğinin yeridilməsinə də aiddir. O vurğulayıb ki, Rusiya kirill əlifbasının yayılmasında öz mövqeyini olduqca aydın şəkildə tutmalıdır. Nazir gileylənib ki, son iyirmi ildə Rusiyanın mövqeyi “bir qədər zəiflədilib”. Maraqlıdır, Rusiya nazirinə (qeyri-rəsmi və öz aralarında) nə cavab veriblər – məsələn, İrəvanda. Axı erməni əlifbası 406-cı ildə Mesrop Maştots tərəfindən yaradılıb. Və yaxud əgər Gürcüstan MDB-yə daxil olsaydı, Tiflisdə – onun əlifbası ən qədim əlifbalardan biri sayılır, “canlı” deyilən 14 əlifbaya daxil edilib və YUNESKO-nun mədəni irsi sayılır.

Bəs, Qazaxıstan yaradılmasına ilk cəhdlərin XIX əsrin sonuna aid edildiyi əlifbanı niyə dəyişir? Artıq bərqərar olmuş əlifba qazaxlara Sovetlər tərəfindən keçən əsrin iyirminci illərinin sonunda ümumi savadsızlığın ləğvi üçün “zorla qəbul etdirilib”. Ehtimal ki, Nazarbayev ona etibarlı islahatçı nüfuzu yaradan bütün yeniliklərini tükədib və ən xoşagəlməz və təhlükəli oyuna – millətçilik oyununa girişib. Başqaları arasında heç nə ilə və yaxud artıq heç nə ilə seçilməyən dövlət bu köhnə “əyləncə”ni hələ də həvəslə dəstəkləyir. Lakin əvvəllər çoxmillətliliyi ilə və etnik rusların əhalinin üçdə birini təşkil etdiyi və rus mədəniyyətinin isə “işıq və maarif” daşıdığı ilə fəxr edən ölkədən rusdilli əhali axınına əsasən fikir yürüdəndə bu, ölkəni hara aparacaq və yaxud artıq aparıb?  İndi belə çıxır ki, rusduilli əhalinin artıq daşıyası heç nəyi yoxdur. Latın əlifbasına keçid tərəfdarları iddia edirlər ki, Qazaxıstan şrifti dəyişməklə Rusiyadan daha çox azad olacaq, “müstəmləkəçilikdən qurtulacaq”, dünya informasiya məkanına daha asanlıqla inteqrasiya olunacaq və respublikanın bütün rəqəmsal resursları dünyadakı latın əlifbası istifadəçilərinə müyəssər olacaq. Doğma dilini bilən, lakin kirillə oxumayan qazaxların da kitablara və bütövlükdə ölkənin bütün mədəniyyətinə çıxışı olacaq.

Bu son arqument, sadəcə, zərərli görünür. Latın əlifbası tərəfdarları həmçinin əlifbanın dəyişməsi yolu ilə “qazaxların şüurunun modernləşdirilməsi”nin zəruriliyi haqda da danışırlar. Bu “dəmir arqumentlər”i gətirməklə heç kim artıq savadı mənimsəmiş adamların yenidən öyrənmək çətinliklərini nəzərə almır. Lakin hesablanıb ki, kirilldən latın əlifbasına keçidin həzzi “su qiyməti”nə başa gələcək: ilk dövrlərdə 2 milyard dollara yaxın olacaq.

Bəzi ekspertlər hesab edirlər ki, əlifbanın dəyişməsi Qazaxıstan əhalisinin mədəni-maarif səviyyəsini uzun müddətə aşağı salacaq, kirilldə nəşr olunmuş ədəbi və arxiv mirasının itirilməyinə və hətta daxili münaqişələrə səbəb olacaq.

Lakin millətçilik tamı verən bütün bu əlifba eyş-işrətinin səbəb olduğu rusların və rusdilli əhalinin Qazaxıstandan çıxmağına qayıdaq. Qazaxıstan Statistika Komitəsinin məlumatına isnad edən “Столетие” informasiya-analitika portalının məlumatına görə, keçən il respublikanı 32,9 min nəfər tərk edib ki, bu da 2015-ci ildəkindən 16,4% çoxdur. Əksəriyyət Rusiyaya gedir. RF-də vətəndaşlıq alan Qazaxıstan sakinlərinin sayı da çoxalır: 2015-ci ildə 32 min adama, keçmişdə 38 min nəfərə Rusiya pasportu  verilib. Keçən il köç edənlərin 71,6%-i ruslar, qalanı ukraynalı, alman və tatarlardır.

Ekspertlər “beynin axını” və ixtisaslaşmış işçi qüvvəsi itkisindən və onların başqa ölkələrdən yüksək təhsil səviyyəsi ilə seçilməyən gəlmələrlə əvəzləndiyi haqda həyəcanla danışırlar. Onlar həmçinin mühacirətin coğrafi özəlliyini qeyd edirlər: “O, heç bir dil və etnik-mədəni maneəyə malik olmadıqları Rusiyaya köçən əsasən şərq slavyanlarınn məskunlaşdığı şimal rayonlarında daha çox gözə dəyir”.

Əlbəttə, Qazaxıstanda və postsovet məkanından çıxıb getməyə RF-nin soydaşlarımızın köçü üzrə proqramı da şərait yaradıb. Lakin Qazaxıstandakı sosial-iqtisadi şərait, başlıcası isə ölkənin milli siyasəti rusdilli və titullu əhalinin önəmlıi hissəsində təşviş doğurmasaydı, çətin ki, bu proqram işləyərdi. Qazaxıstanda əhalinin 25%-i qədər rus qalıb – onlarla bu cür hesablaşmağına dəyərmi? Xoşun gəlmir – çamadan-vağzal-Rusiya. Olduqca sadə, etnokratik dövləti qəbul etməyə yönləndirilən cəmiyyətə, ən azı, parçalanma gətirən fəlsəfədir. Və həqiqətən də, bütün əsas postları qazaxların tutduğu, ölkədə yaşayan qalan millətlərin təmsilçilərinin isə ictimai-siyasi və yaxud digər proseslərin yalnız səssiz müşahidəçisi kimi qaldığı Qazaxıstan artıq bu cür təsəvvür olunur. Burada isə “russayağı” nə varsa, hamısını silmək üçün hələ əlifabya da əl atıblar. Əlbəttə, qəbul etmək olar ki, Qazaxıstanda baş verənlərin hamısı bu ölkənin daxili işidir. Lakin bu zaman səs-küylü sözlər, latın əlifbasna keçid kontekstində “Biz kirilldən ayrılmayacağıq. Biz rus mədəniyyəti və rus dilini unutmayacağıq. Biz dünya mədəniyyətini rus dili vasitəsilə öyrənmişik və o, həmişə bizimlə qalacaq. Qonşumuz daim yanımızdadır və biz həmişə əməkdaşlıq edəcəyik” deyən Nazarbayevin parıltılı ifadələri lazım deyil.

Lakin Qazaxıstanın KTMT daxil olmaqla ən müxtəlif ittifaqlara girdiyi “qonşu”ya yadlaşma Qazaxıstandakı millətlərarası mühit də daxil olmaqla artıq duyulur. Nə qədər ki Nazarbayev hakimiyyətdədir, açıq millətlərarası münaqişə olmayacaq, lakin bəzi qazax ekspertlərin və “ictimai xadimlər”in əhvali-ruhiyyəsinə görə fikir yürüdəndə ölkədə millətçilik artıq çiçəklənir.

Amma Nazarbayevdən sonra nə olacaq? Həmişə Nursultan Abişoğlunun elektoratı sayılan ruslar və rusdillilər bu sualın cavabından çox qorxurlar – bu, çətin ki onları sevindirər. Öz dövlətinin multietnik tərkibini yüksək tutan çoxlu etnik qazaxları da sevindimir.

Dil və millətlərin sıxışdırılması postsovet məkanında artıq çoxdan aradan getməliydi – o, münaqişə, iqtisadiyyatın dağılması, istehsalat və başqa əlaqələrin kəsilməsi, hətta ailələrin dağılmasından başqa heç nə verməyib. Amma gördüyümüz kimi, bu dövr keçməyib. Postsovet respublikaları bir ölkənin “müstəmləkə”sindən qurtulmağa cəhd edərək onlarla heç bir ümumi tarixi, ənənəsi, mədəniyyəti olmayan başqa ölkələrin müstəmləkəsinə çevrilir. Deməli, nə uğrunda mübarizə gedir? Və yekunda nə ilə üz-üzə gələcəyik?

Ümumiyyətlə, Qazaxıstandan ikinci mühacirət dalğası göz qabağındadır. Adamlar çamadan üstündə oturublar. Hələ oturmayanları isə potensial mühacirlər sırasına yazmaq olar. O səbəbdən ki, Qazaxıstanda onlara aydın şəkildə eyham vurublar – “Siz – yadsınız”. Əks halda az adam yerindən qımıldanardı – ola bilsin, gəncliyin cüzi hissəsi təhsil almağa gedərdi.

Beləliklə, baş islahatçı və postsovet məkanının inteqratoru – Nazarbayev haqda mifi dağılmış saymaq olar. O, ya millətçi “elitalar”a təslim olub, ya da yeni, məhsuldar ideyaları generasiya etmək qabiliyyətini itirib və indi xalqa kirilldən latın əlifbasına keçid kimi qıcqırmış innovasiyalar atır.  

Dəhşətli olmasa da, gülməlidir: axı adamlar özlərindən sonra  mədəni, elmi, əxlaqi-psixoloji, etik və s. boşluqlar qoyaraq qaçır və qaçacaqlar. Bir növ, yandırılmış çöl. Bu, Qazaxıstanda isə – birbaşa mənada – onsuz da artıqlamasilə var.

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə