XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

14 İyun 2017 - 11:51

Liviyalı yazar:“NATO və müttəfiqləri Liviyanı yoxsul və səfil bir ölkəyə, terror yuvasına çevirib” – Təhlil

Muhəmməd əl-Əmin

Afrigatenews (Liviya), 14.06.2017

 

Təəssüf ki, ərəb bölgəsindəki parçalanma işığında Liviya və ərəb siyasi elitaları Liviyanın artıq altı ildən çox yaşadığı fəlakətli duruma görə tam məsuliyyət daşıyan NATO gücləri və onun bəzi ərəb müttəfiqlərinin cinayət və qəsdən edilən səhvlərinə göz yumur. Olkə yoxsul dövlətə, terrorçu və ekstremisrt qruplaşmalar üçün təhlükəsiz sığınacağa, insan alveri mərkəzinə çevrilib. Liviyanın mərhum lideri polkovnik Müəmmar Qəddafinin rejimi devrildikdən sonra Liviya Afrikanın ən varlı ölkələrindən biri kimi insanların aclıq çəkdiyi, qaçqınların isə xaricdən yardım gözlədiyi ən yoxsul dövlətə çevrilib. Liviyaya son 42 il ərzində ilk dəfə humanitar yardım göstərən onlarla təşkilat gəlib.

2011-ci ilə qayıtsaq, onda görərik ki, NATO ölkələri, Qətər, Sudan və Türkiyə başda olmaqla ərəb və müsəlman ölkələri Liviya lideri Müəmmar Qəddafiyə qarşı yönəlik 17 fevral hadisələrində əli olan islamçı yaraqlılar üçün pul və silah tədarük edib. Bu qruplar birbaşa “Əl-Qaidə” terror təşkilatına, xüsusən də terrorçu Əbdülhəkim Bəlhac başda olmaqla Liviya İslam Döyüş Qrupuna (LİDQ) bağlıydı. O, islamçı yaraqlılar qrupunun silahla təchiz edilməyində birbaşa rol oynayan Qətər qüvvələrinin dəstəyi ilə Tripolini ələ keçirib və hazırda Bəlhac Qətərin maliyyələşdirdiyi “Hizb əl-Vətən” partiyasının başçısıdır.

“The Wall Street Journal” qəzetinin Liviya müxbiri Əbdülbari Ətvan bildirib ki, Sirt uğrunda döyüşlərdə inqilab liderlərindən biri İsmayıl Sələəbinin döyüş vaxtı “Camaat ət-Tovhid vəl-Cihad”ın qara bayrağını necə qaldırdığını görüb.

Bundan başqa, Ətvan təsdiqləyir ki, polkovnik Müəmmar Qəddafi rejiminə qarşı silahlı üsyan iştirakçılarının əksəriyyəti radikal-islamçı qrupların yaraqlılarıdır.

NATO və müttəfiqləri hətta rejim çökdükdən sonra da altı il ərzində bu radikal-ekstremist qruplaşmalar xərçəng şişi kimi bütün Liviyaya yayılana və liviyalıların həyatını cəhənnəmə döndərənə qədər onlara  göz yumub. Liviya bu qruplaşmaların yaratdığı hökumətin rüşvətxorluğu üzündən 600 milyard dollardan çox itirib, amma bundan başqa, Liviyanın qonşuları, xüsusən də polkovnik Müəmmar Qəddafi rejiminin süqutundan sonra yüksək bədəl ödəmiş Misir üçün təhlükəyə çevrilib. Misirin güneyindəki Əl-Minya əyalətində Liviyanın şərq əyaləti Dərnadan gəlmiş ekstremist qruplaşmaların əlindən 29 kopt həlak olub. Bu şəhər Dərna inqilabçıları Şurasının rəhbərliyi altında terrorçu və ekstremist qruplaşmalar üçün sığınacaqdır. O da öz növbəsində radikal və islamçı birləşmələrin nəzarətində olan, şəhərin dəniz limanı vasitəsilə Türkiyə tərəfdən birbaşa yardım alan Misrata şəhərinə tabedir.

Bu qayda ilə soruşuruq, Liviya xalqının yoxsulluq və aclığına, son altı ildə Liviyada durumun pisləşməsinə görə məsul beynəlxalq birliyin müdaxiləsinə qədər güvənli ölkə olan Liviyada terrorizmin yayılmasına görə kim məsuliyyət daşıyır?

Heç bir şübhə yoxdur ki, NATO və müttəfiqləri, xüsusən də Böyük Britaniya, Fransa və zamanında Liviyanı işğal edərək burada hərbi baza yaratmış İtaliya Misurata milisi ilə müqavilə bağlayıb və Qətər, Sudan,  Türkiyə ilə birlikdə Dərna inqilabçılar Şurasına hərbi və informasiya dəstəyi verir. Liviyadakı yoxsulluq, aclıq və terrora görə onlar məsuliyyət daşıyır. Bütün ölkələr mülki şəxsləri qorumaq bəhanəsilə sərvətləri talamaq üçün gəlib, lakin təhlükəsizliyin təminatı üçün heç bir tədbir görmürlər. Əvəzində Liviya neftini oğurlayan Məhdi əl-Hərati, İsmayıl Sələəbi, Əbdülhəkim Bəlhac, İbrahim Cudran, Sami əs-Səədi kimi terrorçularla və Afrika ölkələrindən terrorçuların Liviyaya cəlb edilməyinə görə məsuliyyət daşıyan LİDQ üzvü Əbdülvəhab Kaidlə iş görürlər.

Feldmarşal Xəlif Həftarın başçılığı altındakı Liviya Milli Ordusuna silah tədarükünə yasaq qüvvədə qalınca Liviyadakı hərc-mərclik və yaxud qonşu ölkələrdə (xüsusən Tunis və Misirdə) terror əməliyyatları bu səbəblərdən bitmir. Qonşu ölkələr bu yasaqla bağlı Liviya Milli Ordusuna tam dəstək verir, çünki onların milli güvənliyi üçün “qoruyucu tıxac”dır.

Qonşu ölkələr, xüsusən terrorçulara Qahirə döngələrində vuruşmamaq üçün Liviya ordusu ilə birlikdə terrorizm və ekstremizmlə mübarizə aparan Misir Liviya böhranının həlli üçün beynəlxalq birliyə güvənməməldir.

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə