XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

15 İyun 2017 - 16:36

Gizli ABŞ-Çin sövdələşməsinin detalları üzə çıxır:Amerika Panama kanalını Qətərə dəyişir – TƏHLİL

Sərkis Saturyan

Regnum İA, 14.06.2017

 

Qətərlə bağlı beynəlxalq böhran ABŞ və Çinin İrandakı gerçək maraqlarını üzə çıxardır. Özü də Vaşinqton və Pekin ikibaşlı oynayır. Bir tərəfdən, Ağ Ev təzyiq göstərərək Dohanı terrorçu qurumlara dəstəkdə ittiham edir ki, bu da Tehranda yaraqlıların hücumu və Ər-Riyadın aşkar təhdidləri fonunda, ən azı, birtərəfli görünür. Digər tərəfdən isə Çinin dəniz daşımalarında ixtisaslaşan COSCO şirkəti (China Ocean Shipping Company) bu il iyunun 7-dən Doha ilə nəqliyyat əlaqələrini dayandırıb.

Tarix seçiminin özü diqqətçəkəndir, çünki İran paytaxtı məhz iyunun 7-də ikiqat terakta məruz qalıb.

Tayvanın "Evergreen" və Honkonqun OOCL şirkətləri Qətər böhranı üzrə oxşar mövqe tutub. Sahənin liderlərindən yalnız Danimarkanın "Maersk" nəqliyyat korporasiyası sabitlik sərgiləyib və bildirib ki, Omanın Salala limanı vasitəsilə Qətərdən konteyner daşımalarını davam etdirəcək. Deməli, şirkət Səudiyyə Ərəbistanı və Fars körfəzi ölkələrindən  müttəfiqləri tərəfdən sanksiya və cərimələrdən yayınmağı planlaşdırır.

Lakin səudlar çətin ki "Maersk"in mövqeyinə qəsd edə bilər. Söhbət Avropa maliyyə kübarlarının Birləşmiş Ştatlarla çoxillik siyasi ilişgilərlə bağlı olan təmsilçilərindən gedir: "Maersk"in qurucusunun oğlu Arnold Mersk Makkinni Möllerin 2012-ci ildə vəfatına qədər Bildelberq klubunda amerikalı bankir Devid Rokfeller, şahzadə Henrik Danimarkalı, Danimarkanın keçmiş maliyyə və xarici işlər naziri Mogens Lükketoft, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer və Transatlantik inteqrasiyasının başqa təmsilçiləri ilə iclas keçirdiyi qapalı toplantıların daimi iştirakçısı olması təsadüfi deyil.

Onda Çin Qətər əhvalatından nə əldə edib?

İyunun 12-də, yəni Pekinin əmirlikdən dəniz daşımalarına boykot elan etdiyi gün Panama və ÇXR diplomatik münasibətlərin qurulduğunu rəsmən  elan edib. “Sinhua” agentliyi xəbər verir: Panama prezidenti Huan Karlos Varela təntənəli şəkildə bildirib ki, iki ölkə əməkdaşlığı Panamanın iqtisadi və sosial inkişafına fayda gətirir. Dövlət başçılarının ikitərəfli təması bərzəx boyu dəmiryolu inşa etmiş Çin mühacirlərinin Panamaya gəldiyi 1854-cü ildən hesablanır. Varelanın sözlərinə görə, hətta Çinin (Qətərlə biznesi dayandıran) COSCO şirkəti genişləndirilmiş Panama kanalı üzrə 2016-cı ilin iyununda öz gəmisini göndərmiş ilk xarici daşıma şirkəti olub. Bu fakt diqqət çəkir ki, Panama bəyannaməsi Karib dənizi respublikası ilə Tayvanın diplomatik münasibətlərinin kəsilməyi ilə eyni vaxtda səslənib. Prezident Varela Çinin Panama kanalı zonasında həcmcə ikinci yük göndərən olmağına istinadən siyasi demarşı yetərincə sakit izah edib. Siyasətçi millətə telemüraciətdə bildirib: “Mən əminəm ki, bu, ölkəmiz üçün düzgün yoldur”.

Maraqlıdır, elə deyilmi? Yəni Pekin Karib hövzəsində mövqeyinin güclənməsi xatirinə Fars körfəzi zonasındakı mövqelərini şüurlu şəkildə təhvil verir. Vaşinqton, faktiki olaraq, Barak Obama administrasiyasının Panama kanalını genişləndirmək kursunu davam etdirir. Düzdür, ABŞ-ın deyil, Çinin başçılığı ilə. Axı hələ Ağ Evi Demokrat Partiyası idarə edərkən hələ 2016-cı ilin mayında Çinin "Landbridge Group" şirkəti Panamanın azad ticarət zonasının (Colón Free Trade Zone) fəaliyyət göstərdiyi Marqarita adasında yerləşən ən böyqük limanını alıb. Hökumətin “Jenmin jibao” qəzeti “əsrin sövdələşməsi”ni tərənnüm edib: “Panama kanalı genişləndirildikdən sonra böyük konteyner daşıyanların yeni nəsli nəql məsafəsini azalda, həmçinin vaxt və pula qənaət edə bilər. Bu, Cənub Amerika ilə Asiya ölkələri arasında ticarətin asanlaşmasına şərait yaradacaq, Çinlə Birləşmiş ştatların şərq sahili arasında ticarət və yükdaşımalarının effektini artıracaq”.

ÇXR ilə Panama arasında diplomatik münasibətlərin qurulmağından dərhal sonra "Landbridge" korporasiyası Marqarita adasında dərin liman və 2,5 milyon TEU (ingiliscə: twenty-foot equivalent unit – iyirmi futluq ekvivalent-tərc.) buraxılış qabiliyyəti olan konteyner terminalı inşa etmək üçün 1 milyard yatrırmağı vəd edib. Britaniyanın “Global Construction Review” nəşri dəqiqləşdirir ki, burada həmçinin sıxılmış təbii qaz üçün terminal inşası planlaşdırılır. Bütün bunlar nəyə lazımmış? ABŞ-da şistli qaz inqilabı özünü büruzə verir.

Əslində, Donald TrampSi Szinpinin Floridada aprel sammitinin gedişində nədən danışdığı indi aydın olur. Bu sətirlərin müəllifinin, barəsində yazdığı “Florida sövdələşməsi” praktik təcəssümünü tapır. Lakin ABŞ HDQ-nin Rusiya hərbçilərinin yerləşdiyi Suriyanın “Şayrat” aviabazasına zərbəsi artıq Vaşinqtonla Pekinin Yaxın Şərqdə  Moskvanın ziyanına uzlaşdırılmış hərəkətindən xəbər verirdi. Rəqəmlərin magiyası xarici siyasət əməliyyatlarının təşkilatçılarına “şərəf” gətirir – aprelin 7-də ABŞ SƏR aviabazasına hücum edir, mayın 7-də Fransada mərkəzçi Emmanuel Makronun qalib gəldiyi prezident seçkilərinin ikinci turu keçirilir, iyunun 7-də Tehranda isə İŞİD terrorçuları İİR parlamenti binası və Ruhulla Xomeyninin məqbərəsinə həmlə edirlər.

Bir rəqəm üzərində təsadüflər çox deyilmi?

Davam edək – bu il iyulun 7-də Hamburqda NATO aparıcı ölkələri və və asiyalı tay-tuşlarının kürəsəl siyasət və iqtisadiyyat məsələlərini müzakirə edəcəyi “Böyük iyimiliyin” sammiti start götürür. Yəni epopeyann aralıq finalı uzaqda deyil.

Gələcəyə boylanmaq üçün 2014-cü ilin ikitərəfli sazişi ilə hüquqi rəsmiləşdirilən Türkiyə-Qətər hərbi ittifaqına üz tutmaq lazım gəlir. ABŞ-ın İrana dolayı iqtisadi müdaxiləsi üçün quraşdırılmış indiki böhran prezident Rəcəb Tayib Ərdoğana Osmanlı imperiyasının dağılmasından bəri tezliklə 5 min türk əsgəri göndərilə biləcək Fars körfəzi zonasında ilk dəfə möhkmələnmək imkanı verib. Ərdoğanın Dohaya qəyyumluq etməyində təkcə 2003-cü ildən burada yerləşmiş ABŞ Mərkəzi Komandanlığından hərbçilər deyil, həm də Böyük Britaniyanın 2014-cü il noyabr sazişinə əsasən Qətərdə yerləşmiş əl-Udəyd HHQ bazası (Dohanın 27 km-liyində) yardım edəcək. Diqqətçəkəndir ki, türklər və britaniyalıların qətərlilərlə sazişi ABŞ və koalisiya üzrə müttəfiqlərinin Bəşər Əsəd ordusunun müqavimətini qırmaq ümidilə Suriyaya zərbə endirməyə başladığı 2014-cü ilin son rübünə düşür.

Əlbəttə, bu tarixçənin lap əvvəldən gizli mənası qaz idi. Vaşinqton, Ankara və London “Qətər-Səudiyyə Ərəbistanı-İordaniya-Suriya” marşrutu əsasında sonradan “Qətər-Türkiyə” qaz kəməri layihəsinin gerçəkləşdirilməsi üçün Suriyadakı hakim zümrəni devirmək niyyətində idi. Təsadüfi deyil ki, Türkiyədən keçəcək qaz kəmərinin özü Yeni Babilistan çarlığının hökmdarı şərəfinə təmtəraqlı şəkildə "Nabucco" adlanırdı. Lakin indi Fars körfəzi sünni monarxiyalarının Qətərdən üzülməsi əmirliyi “İran-Türkiyə” qaz kəmərinin uğurla işlədiyi və bununla da Transanadolu qaz kəməri üzrə AzərbaycanTürkmənistandan tədarükü planlaşdırılan qazı tamamlayan İran-Türkiyə marşrutuna üz tutmağa məcbur edir. Vaxt sıxır. Rəsmi Bakı vəd edir ki, Transanadolu qaz kəməri 2018-ci ilin ortalarına doğru istismara veriləcək, gələn ilin yanvarında isə layihənin ilkin sınağı başlanacaq. Azərbaycan KİV-ləri Moskvanı sancmaq qəsdilə Brüsseldəki anonim qaynağa istinadən yazır: “Cənub qaz dəhlizinin işə salınması AB bazarına qaz tədarük etməkdə İrana əla imkan yaradacaq”.

Qətərlə İranın yaxınlığı Suriya vətəndaş müharibəsinin nəticəsidir və müharibənin gedişində Türkiyə SƏR-in şimalında və şimal-qərbində, ABŞ isə cənub və cənub-şərqində möhkəmlənərək bu qayda ilə Rusiya hərbi bazasının yerləşdiyi Şərq Aralıq dənizi bölgəsinə kommunikasiyaları bağlayıb. Hələ Türkiyənin SƏR-in milli ərazisini  ikiyə bölən və NATO-nun Mosul əməliyyatını tamamlayan “Fərat qalxanı” əməliyyatını demirik.

Belə ki, Doha Tehrana “kefindən” deyil, Birləşmiş Ştatların Səudiyyə Ərəbistanı ilə sövdələşmə vasitəsilə törətdiyi kəskin ehtiyacdan üz tutur. Təsadüfi deyil ki, “Astana prosesi”nin əsas iştirakçıları Türkiyə kəşfiyyatı və onun səud müştərilərinin patronajı altında yaradılmış terrorçu təşkilatlar idi. Moskvada çox tez unudublar ki, Rusiyanın Türkiyə səfiri Andrey Karlovun xaincəsinə qətlinin arxasında Muhəmməd Alluşa tabe olan (əvvəllər “Əhrar əş-Şam” kimi tanınan və “Cəbhət ən-Nusra”dan törəyən) “Cəbhət Fəth əş-Şam” qruplaşması  dururdu. İndi Rusiyanın bəzi KİV-ləri vurğunun yerini dəyişməyə, cinayətdə Fətulla Güləni ittiham etməyə çalışır. Onlar kimi aldatmağa cəhd edirlər?

Axı hadisələr Rusiya üçün sərfəli ssenari üzə gedə bilərdi. Suriya ərazisinin yaraqlılardan və sair agenturadan təmizlənməsi ABŞ və Çini kürəyimizin arxasında Qətəri Şimal dəniz yoluna alternativ rolunu oynayan Panama kanalına dəyişməyə deyil, bizimlə razılaşmağa məcbur edərdi. Suriya ərazisi vasitəsilə hüquqi səlahiyyəti olan nəqliyyat dəhlizi – Rusiya və İranı NATO təcavüzündən, bax, bu xilas edə bilər.

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə