XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

16 İyun 2017 - 16:15

Rusiyanın Orta Asiya əndişəsi:İŞİD Mərkəzi Asiyaya hücum üçün terrorçu qurumlarla danışıqlar aparır – Təhlil  

İrina Corbenadze

rosbalt.ru, 15.06.2017

 

Rusiya müdafiə naziri Sergey Şoyqunun Əfqanıstndakı yaraqlılar tərəfindən yüksək terrorçuluq fəallığı üzündən RF-nin Tacikistan və Qırğızıstandakı hərbi bazalarını möhkəmləndirməsi haqda məlumat olduqca ağır düşüncələrə aparır. Çox güman ki, Rusiya sığortalanmır,  terrorçuların Tacikistan tərəfdən KTMT sərhədlərini yarmaq, Qırğızıstan  sərhədinə çatmaq, sonra isə “süzgün” şəkildə Rusiyanın cənubunu bürümək niyyəti haqda əldə mötəbər məlumat var.

Əfqanıstan-Taciksitan sərhədində durumun ağır olduğu Şoyqunun yuxarıda gətirilən məlumatına qədər də aydın idi. Çünki Rusiyanın Tacikistandakı 201-ci bazasına bu yaxınlarda 220 mm-lik “Qasırğa”  reaktiv yaylım atəşi sistemi (RYAS) diviziyası göndərilib. Bu baza Rusiyanın xaricdəki ən böyük hərbi obyektlərindən biridir. O, Düşənbə və Kurqan Tübedə yerləşir. Hərbçilərin sayı 7,5 min nəfərə yaxındır. “Qasırğa” 36 km məsafədəki hədəfi vurur. Həm də mürəkkəb dağ relyefi şəraitində. Bundan başqa, bazaya “İskəndər-M” əməliyyat-taktika raketləri göndərilib – bunlar birbaşa Tacikistan-Əfqanıstan sərhədinin yanında antiterror təlimlərində işlədilib. Bu manevrləri həm iştirakçıların sayı (4,5 min), həm də hərbi texnikanın miqdarı və “assortiment” (300 vahid) miqyası səbəbindən ştatlı saymaq olmaz. Bu, “Terminator” heklikopterləri və Tu-22M3 bombardmançıları daxil olmaqla aviasiya, tanklar, sözügedən “Qasırğa” və “İskəndər-M” və s. idi. KTMT, ŞƏT, ATƏT və Çin təmsilçiləri təlimləri müşahidə ediblər. Ümumiyyətlə, mayda düşmənə dəfələrlə, hərbi imkanların qəsdən gözə çarpdırılan nümayişi ilə xəbərdarlıq edilib ki, sərhəddə durumu sabitsizləşdirməyə cəhd etməsin. Lakin madam Şoyqu Mərkəzi Asiyanın iki dövlətində Rusiya bazalarının gücləndirildiyi haqda açıq danışıbsa, ehtimal ki, xəbərdarlıq təsir etməyib. Çox güman ki, əsas vurğu Əfqanıstanın 1300 km uzunluğunda həmsərhəd olduğu Tacikistndakı hərbi obyektlərə ediləcək. Yəni Mərkəzi Asiyaya terrorçuluq müdaxiləsi cəhdləri halında əsas zərbə ordusu son dərəcə zəif Tacikistana düşəcək. Lakin yaraqlılar Qırğızıstana da yetişsə, onda Rusiya və (və ya) KTMT-nin yardımı olmadan zərbəni dəf etmək mümkün olmayacaq.   

Qırğızıstanda isə Rusiyanın dörd hərbi obyekti yerləşir: Kantdakı aviabaza, Karakoldakı hərbi-dəniz sınaq bazası, Çaldovar vadisindəki rabitə məntəqəsi və Mayluu-Suu şəhərindəki muxtar seysmik məntəqə. Düşünmək laızmdır ki, qüvvə az deyil, lakin düşmən də ciddidir: müxtəlif qaynaqların məlumatına görə, RF-də yasaqlanmış İŞİD birləşmək haqda digər terrorçu qruplaşmalarla danışıqlar aparır ki, bu da Yaxın Şərq, Mərkəzi Asiya dövlətləri və Rusiyanın cənubu üçün təhdidləri çoxaldır. Bu bölgələrdə və postsaovet məkanı ərazisində artıq “öz saatını” gözləyən gizli özəklər yaradılıb. Onun gəlişi sosial çaxnaşmaları gücləndirə bilər – bu fonda yaraqlıların gizli fəaliyyətdən çıxıb fəallaşmağı asan olacaq, lakin Şoyqu xəbərdarlıq edib ki, bandit birləşmələrinə atəş zədəsi vurmaq və ləğvi üçün də praktik fəaliyyət işlənərək hazırlanıb.

Durum ciddidir. Əfqanıstan ərazisində təkcə “işidçilər”in sayı, müxtəlif məlumatlara görə, 3 mindən 4 minə qədərdir.  Onların postsovet respublikalarında – xüsusən Mərkəzi Asiya bölgəsi və Rusiyada – öz “özəklər”i olan digər “qohum” qurumlarla  birləşmək cəhdləri haqda məlumat nəzərə alınsa, radikal islamçılığın gurultusu o cümlədən zəif ölkələrin indiki rəhbərlərinin də hakimiyyətdə saxlanmasına gerçək təhlükə təşkil edir.

Məlum olduğu kimi, Rusiya da KTMT-yə daxil olan dövlətlərin rəhbərləri kimi “rəngli” çevrilişlərə rəğbət bəsləmir. Bunu Çin də xoşlamır. Güman etmək lazımdır ki, bu, Mərkəzi Asiyada terrorçuluq fəaliyyətinin  önlənməsində onların maksimal səylər göstərməyi üçün əlavə stimul rolunu oynayacaq.

Lakin özünü neytral dövlət kimi göstərən Türkmənistan və Özbəkistan necə olacaq? Onlar ŞƏT və KTMT-yə daxil deyil, bununla yanaşı, Əfqanıstanla ümumi sərhəd “xoşbəxtliyi” onlara da nəsib olub – birincininki 744 km, ikincininki isə 137 km uzunluğundadır. Türkmənistan silahlı qüvvələri dedikcə sınıqdır – ölkəni qoruya bilmirlər. Bu arada, KİV-lərin məlumatına görə, Türkmənistanla sərhədə İŞİD-ə sədaqət andı içmiş 2 mindən 3 minədək yaraqlı toplanıb. Yaraqlılar dəlmə-deşik Əfqanıstan-Türkmənistan sərhədindən Qazaxıstanın qərb rayonlarına, oradan isə Rusiya ərazisinə və sonra hər yerə nüfuz etməyə qabildirlər.

Çıxış yolu hansıdır? Düşünmək lazımdır ki, “yanğın” nəzərdə tutulmuş yerləri qarsanda Aşqabad başqa ölkələrlə (təşkilatlarla) birgə hərbi əməliyyatlar aparmağa imkan verməyən “daimi neytrallığını” yaddan çıxaracaq və Rusiya, KTMT və imkan daxilində ŞƏT-in təhlükəsizlik çətirinin altına girməyi xahiş edəcək. Qeyd edək ki, Şanxay təşkilatı terrorçuların səpələnməsində yüksək dərəcədə maraqlı deyil – demək olar, ona daxil olan bütün dövlətlər Əfqanıstanla həmsərhəddir.

Özbəkistana gəlincə, onunku asandır. Bu ölkə ordusunun durumu mövcud təhlükələrə adekvat olmasa da, ən azı, Türkmənistanınkı qədər cansıxıcı deyil – Daşkənd müdafiəyə yetərincə böyük məbləğ sərf edir. Özbəksitanın Əfqanıstan sərhədi boyunca ayırıcı maneə tikilib, ona özbək hərbçiləri nəzarət edir. Düzdür, zəif sahə var – bu, Amudərya çayından keçən Xayraton körpüsüdür. Burada Özbəkistanın yeni prezidenti, apreldə Rusiyaya dövlət səfəri etmiş Şövkət Mirziyeyevin dönəmində təcridçilik siyasətindən bir qədər uzaqlaşdığını xatırlatmağın yeri var. Özbək lider danışqıların nəticələrini o zaman “misilsiz” adlandırıb.

Burada məsələ onda deyil ki, tərəflər 16 milyard dollardan çox məbləğdə ən müxtəlif layihələrin gerçəkləşdirilməsi üzrə razılığa gəlib. Mühümü budur ki, Dövlət Duması Mirziyeyevin gəlişinə yaxın Özbəkistanla hərbi əməkdaşlıq haqda müqaviləni ratifikasiya edib. Müqavilə rəsmən tərəflərin müdafiə-sənaye kopleksində qarşılıqlı fəaliyyəti və Rusiya silahı və hərbi texnikasının Özbəkistana Rusiya ordusuna başa gələn qiymətə satışını nəzərədə tutur. Əlbəttə, Moskva xeyriyyəçilikdən uzaqdır – birincisi, öz silahının ixracat bazarını genişləndirir və ölkədə yeni iş yerləri yaradır. Lakin başlıcası budur ki, Əfqanıstan tərəfdən sabitsizləşmə halında öz təhlükəsizliyinin xatirinə  Özbəkistan ordusunun müdafiə qabiliyyətini möhkəmlədir.

Bir sözlə, Moskva bəzən bir atəşlə bir neçə dovşanı öldürməyi bacarır və onun bu “məharət”ini Mirziyeyev sürətlə mənimsəyib. Onun olduqca təntənəli təşkil olunmuş Rusiya səfəri zamanı tərəflər terrorizmlə birgə mübarizə haqda olduqca uzaqgörənliklə və vaxtında sazişə gəlib. Özbəkistan prezidenti rusiaylı həmkarını əmin edib ki, ölkəsi Əfqanıstana aid bütün məsələlərdə Rusiyanı dəstəkləyəcək. Niyəsi aydındır: Özbəkistan neytral ölkə olsa da, Rusiyasız və bölgə üzrə qonşularsız bacarmayacaq. Belə ki, göy guruldasa, istisna deyil ki, Özbəkistan artıq iki dəfə çıxdığı KTMT-yə yenidən daxil olacaq.

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə