XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

16 İyun 2017 - 01:06

“Xəlifə”nin qətli xəbəri doğrudurmu? –"New York Times" cavabsız suallara diqqət çəkir - ARAŞDIRMA

Endryu Kramer

"New York Times"

 

Cümə günü Rusiya hərbçiləri bildirib ki, Suriya səhrasına hava hücumlarından birində İŞİD "xəlifə"si Əbu Bəkr əl-Bağdadi öldürülüb.

Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, Rusiya hərbi hava qüvvələri mayın 28-də İŞİD liderlərinin görüşdüyü yerə zərbə endirib. Raqqadan kənarda keçirilən görüşdə, ola bilsin ki, dünyanın ən çox axtarılan terrorçularından biri olan əl-Bağdadi də qətlə yetirilib.

Bəyanat əsas sualları cavabsız  saxlayıb. O, hava hücumu barədə ictimaiyyətə açıqlanmaq üçün məlumatın niyə iki həftə gecikməsinə də heç bir izahat gətirməyib. Rusiya hərbçiləri Bağdadinin həmin toplantıda iştirakını əvvəlcədən bilib-bilməmələrinə də aydınlıq gətirməyiblər.

Bağdadinin ölümü uzun müddətdir ki, bir çox şayiələrin əsas mövzudur və Pentaqon sözçüsü, kapitan Ceff Deyvis deyib: "Bu məlumatı təsdiqləyən heç bir xəbər yoxdur".

Suriya və İraqda İŞİD-lə mübarizə aparan  ABŞ koalisiyasının sözçüsü polkovnik Rayan S. Dillon deyib ki, Qətərdəki Amerika hava komandirləri, ilk növbədə, rusiyalı həmkarları ilə xüsusi "qaynar xətt"lə əlaqə saxlayırlar. Polkovnik Dillonun sözlərinə görə, indi analitiklər rusların uçuş əməliyyatları barədə mayın 28 və sonrakı günlərə aid məlumatı yenidən nəzərdən keçirirlər.

Ötən ilin noyabr ayından Bağdadi haqqında heç nə edilmir. Həmin vaxt yayılmış son audioyazısında o, qüvvələrinə Mosulda Amerikanın dəstəklədiyi İraq qoşunlarının hücum qarşısında mətin olmağa çağırış etmişdi.

Rusiyanın bəyanatı ehtiyatla yazılıb. Uzun illər İŞİD-ə qarşı mübarizə aparan bir neçə ölkə axtarılan şəxsin taleyi haqqında qeyri-müəyyən vəziyyətdə qalıb.

Moskvada keçirilən mətbuat konfransında çıxış edərkən, Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib: "Bu günə qədər məlumatın yüzdə-yüz  təsdiqi yoxdur".

Rusiya Müdafiə Nazirliyi bildirib ki, hücum barədə Amerika tərəfi "əvvəlcədən xəbərdar edilib", ancaq Birləşmiş Ştatlar və Rusiya adətən, Suriyada öz kəşfiyyat missiyaları barədə informasiyanı bölüşmür.

Rusiya hərbçiləri psixoloji müharibə əməliyyatları və media-ofisin məhsulu arasında kəskin ayrışma xətti çəkə bilmir. Yəni bəyanatın məqsədi Suriyadakı rus qüvvələrinə mənəvi yardım üçün taktiki gediş ola bilər. Bəlkə də terror təşkilatı liderinin qətlə yetirilməsi iddiası İŞİD döyüşçüləri arasında şübhə səpmək üçündür.

Gümanlara görə, Rusiya, qrupa qoşulmuş keçmiş sovet ölkələrindən olan çoxlu sayda müsəlmanın olduğu İŞİD-ə qarşı geniş kəşfiyyat əməliyyatı aparır. İŞİD-in hərbi komandiri, məsələn, Gürcüstandan olan etnik çeçen idi.

İŞİD-in fəaliyyətinə açılan bu pəncərənin Rusiya hərbçilərinə kömək edib-etməməsi aydın deyil.

Rusiya hərbçilərinin "Su-34s" və "Su-35"ləri İŞİD-in hərbi şurasının keçirildiyi zaman zərbə endirib. 30 səhra komandiri və 300-dən çox döyüşçünün həlak olduğu bildirib. "İnterfaks"ın yazdığına görə, hücium günorta çağı, saat 12:35-dan 12:45-ə qədər davam edib.

Rusiya may ayında məlum görüşün keçiriləcəyindən və komandirlərin öz döyüşçülərini Raqqadan geri çəkmək planını müzakirə edəcəyindən xəbər tutub…

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə