XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

17 İyun 2017 - 19:02

Səbirlə prezidentin yerinə keçəcəyi anı gözləyən vitse-prezident:Maykl Pens 2020-ci ilədək Ağ Evin sahibi ola bilər (Siyasi portret)

Hazırda bütün dünyanın diqqəti ABŞ prezidenti Donald Trampın ətrafında dolaşan hüquqi-siyasi prosesə yönəlib. Prosesin qaynağı bəlli: 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkiləri, KİV-lərin və Amerika demokratlarının iddialarına görə, Rusiyanın bu prosesə fəal müdaxiləsi ilə yadda qalıb. Yəni Rusiya xüsusi xidmətləri milyarder Donald Trampın seçkiləri udmağı üçün əlindən gələni edib.

Oturuşmuş demokratik-hüquqi qurumlara malik olan Amerika cəmiyyəti, daha doğrusu, Ədliyyə Nazirliyi bu kələfin hüquqi müstəvidə çözülməsi üçün bir müddət əvvəl özəl prokuror da təyin edib. Yəni Donald Trampın sonunu yaxınlaşdıra biləsi burulğan qaynamağa başlayıb.

Ölkə qanunvericiliyinə görə, prezident impiçment qurbanına çevrilsə, növbəti seçkilərə qədər vəzifənin icrası vitse-prezidentə həvalə olunur. Bu səbəbdən də hazırda ABŞ-ın vitse-prezidenti postunu tutan Mayk Pens dünya KİV-lərinin araşdırma predmetidir.

Kimdir Mayk Pens?

 

Tərcümeyi-halı

 

ABŞ vitse-prezidenti Mayk Riçard Pens 1959-cu il iyunun 7-də İndiana ştatında doğulub. Əcdadları İrlandiyadan gəliblər. Atası yanacaqdoldurma məntəqələri şəbəkəsini idarə edib.

1981 – Hannoverdə humanitar kolleci bitirib.

1986 – İndianapolisdə İndiana universitetinin hüquq məktəbində təhsili başa vurub. Bundan sonra şəxsi praktika ilə məşğul olub.

1988-1990 – Respublikaçılar Partiyasından ABŞ Konqresinə namziədliyini irəli sürsə də, uduzub.

1991-1993 – "Indiana Policy Review" fondunun prezidenti olub.

1992 – radio yayaımında karyerası başlanıb, iş günlərində bütün ştata yayımlanan tok-şou aparıb.

19951999 – İndianapolisdə telekanalda bazar günü siyasi şousuna aparıcılıq edib.

2000 – İndiana ştatından Konqresə seçilib. 12 il ərzində Nümayəndələr Palatasının üzvü olub. Bu müddətdə 90 qanunvericilik layihəsi irəli sürüb, amma heç biri qəbul edilməyib.  

2012 – İndiana ştatının 50-ci qubernatoru seçilib.

 

Siyasi baxışları

 

Mayk Pens ifrat mühafizəkar baxışları ilə tanınıb. Konqresdə İraqa müdaxiləyə, Quantanamo həbsxanasının bağlanmasına və bircinsli nigahların leqallaşdırılmasına qarşı səs verib.

Qubernator postunda təşkilat və şirkətlərin “dini motivlər üzrə” qeyri-ənənəvi cinsi yönün təmsilçiərini işdən çıxartmaq və yaxud iş verməkdən imtina etməyə əsas verən qanun imzalayıb. Onun dönəmində İndianada aborta görə məsuliyyət sərtləşdirilib. O, həmçinin  uğursuz şəkildə Suriya qaçqınlarının İndianaya gəlişini yasaqlamağa cəhd edib.

Yeri gəlmişkən, Pens Obamanın dönəmində qondarma “erməni soyqırımı”na səs vermək həvəsində idi, amma sonradan Türkiyənin məşhur şirkətləri ilə təmaslar onun mövqeyini dəyişib.

2016-cı il iyulun 19-da Respublikaçılar Partiyası qurultayı İndiana ştatının qubernatoru Mayk Pensi Donald Trampın komandasında ABŞ vitse-prezidentniyinə namizədliyə təsdiq edib.

Kareyarası müddətində Demokratlar Partiyasından Respublikaçılar Partiyasına keçib, dini etiqadını dəyişib və ABŞ-ın 45-ci prezidenti Donald Trampın ən yaxın silahdaşı olub.

Trampla ittifaq necə başlanıb?

 

Donald Tramp 2016-cı ilin iyulunda məxsusi mətbuat konfransı keçirərək onu öz vitse-prezidentliyinə namizəd elan edib. Müşahidəçilər qeyd edirlər ki, Pens gələcək prezidentə yaxşı xidmət göstərib – Respublikaçılar Partiyasında Trampa münasibət birmənalı deyildi. Bununla belə, Pens heç vaxr Trampı təbliğ etməyib, əksinə partiyanın praymerizində Trampdan 19% səslə geridə qalan senator Ted Kruza dəstək verib.

Pens Trampın bəzi ideyaları ilə qətiyyən razılaşmayıb – Tramp seçkiqabağı kampaniyanın əvvəlində müsəlmanların ABŞ-a gəlişini yasaqlamaq niyyətində olduğunu deyərkən, Pens bu təşəbbüsü “təcavüzkar və qeyri-konstitusion” adlandırıb.

Və yaxud seçkiqabağı qovğanın gedişində dünya mətbuatı Trampı “Rusiyayönlü namizəd” kimi damğalayarkən, Pens Rusiya prezidenti Vladimir Putini “balaca və dalaşaqan lider”, Moskvanın hərəkətlərini “Rusiya təcavüzü” adlandırıb.

Xristian, mühafizəkar, respublikaçı və budaqdan budağa…

 

Pens ictimai çıxışlarında özünü “xristian, mühafizəkar və respublikaçı” adlandırıb. Buna görə də abortu və bircinsli nikahları qətiyyən dəstəkləmir – onun qubernatorluğu dönəmində aborta münasibət bütün ştatlar içində ən sərt yanaşmalardan biriydi. Bu cür baxış 2015-ci ildə səs-küylü qalmaqala səbəb olub. Qubernator olarkən “Dini azadlığın bərpası aktı”nı imzalayıb. Sənəddə nəzərdə tutulurdu ki, adam məhkəmədə müdafiə olunarkən bəraət qismində “dini hisslərinin təhqiri” və yaxud bu cür təhqir riskindən yararlana bilər.

Qalmaqal Uokertonda "Memories Pizza" pizzaxanasının rəhbərliyi həmin akta və dini hissələrin təhqirinə isnad edərək gey toyu keçirməkdən imtina etdikdən sonra başlanıb. Təhdid və etirazların təsiri ilə pizzaxana müvəqqəti bağlanıb, lakin tərəfdarları müəssisəyə 800 min dəstək imzası toplayıblar. Sonradan Amerikanın böyük şirkət, universitet və idman birlikləri rəhbərləri akta qarşı çıxış edib. Nəticədə bir həftədən sonra sənədə LGBT (ingiliscə qısaldılmış söz: lesbian, gey, biseksual və transgender – tərc.) cəmiyyətinin maraqlarını qoruyan dəyişikliklər edilib. Burası da var ki, Pens yolun başlanğıcında bir siyasətçi kimi başqa baxışlara sahib idi. O, irlandiyalı ailəsində tərbiyə olunmuş katolik idi, demokratları dəstəkləyir və demokrat Con Kennedini təqlid örnəyi sayırdı.

O, böyük siyasətə 2000-ci ildə dönə bilib. Bu ana doğru katolikliyi protestantlığa, Demokartlar Partiyasını isə Respublikaçılar Partiyasına dəyişib və Konqresə keçib. Konqresin komitəsində, demək olar, 10 il beynəlxalq siyasət üzrə çalışıb və bioqrafiyasındakı bu faktı ABŞ-da üstünlük sayırlar. Amerika hüquqşünası Ceyn Çonq yazır: “Bu sahədə Pensin təcrübəsi azdır, amma hətta bu məhdud təcrübə də onun şefinin fonunda təsəvvürəgəlməz dərəcədə zəngindir”.

Prezidentlik iddiaları

 

Pens seçkilərdə qələbədən sonra kadr məsələləri və hakimiyyətin Barak Obamadan Donald Trampa təhvili ilə məşğul olub. Pens yanvarın 20-də ABŞ vitse-prezidenti andı içib – Tramp andiçmə nitqini etməzdən bir neçə dəqiqə əvvəl…

Amerika qanunlarına görə, vitse-prezident həm də Senatın sədridir, lakin yalnız o halda səs verir ki, senatorların səsi bərabər bölünsün. Bundan savayı, impiçment, istefa və yaxud prezidentin ölkəni yönəltmək bacarıqsızlığı halında ABŞ prezidentini əvəzləməlidir. Amerika tarixində artıq bu cür hallar baş verib: doqquz vitse-prezident prezidenin ölümü və yaxud istefası üzündən dövlət lideri olub.

Amerika KİV-ləri Trampla müqayisədə onun nüfuz və baxışlarını, daha sakit və təmkinli olduğunu nəzərə alaraq hələ seçkiqabağı kampaniyanın gedişində onun prezidentlik iddialarından yazmağa başlayıb. ABŞ-da Trampın siyasətinə qarşı etirazlar başlanarkən və mitinqçilər onun istefasını tələb edərkən, Pensin varislik imkanları daha da artıb.

Məsələ burasındadır ki, Tramp istefaya getsə, erkən seçkilər olmayacaq:  vitse-prezident 2020-ci ilədək bu vəzifəni tutacaq.

Amerikanın keçmiş dörd prezidentinin müşaviri Devid Cergen yazıb: “Heç bir şübhə yoxdur ki, Mayk Pens tarixdə ən nüfuzlu vitse-prezidentlərdən biri olacaq”.

Bununla belə, Pens sadiq əsgər və gündəlik vəzifələrini mətanətlə yerinə yetirən elçi rolunu oynamağı davam etdirir…

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə