XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

20 İyun 2017 - 13:37

Təmas xəttindəki qarşıdurma regional savaş riskinə sürüklənir –Mahir Əsədin adı yenidən gündəmə gəlib - Təhlil

Can Kasapoğlu

"Anadolu News Agency"

 

Bir çox "parıltı nöqtəsi"nin peyda olması ilə birlikdə, Suriyadakı vətəndaş müharibəsi regional zəncir reaksiyası doğura biləcək "təhlükəli kütlə" mərhələsinə yetişib.

Bir tərəfdən, ölkənin şimalında, ABŞ-ın liderliyi ilə  Raqqa əməliyyatı keçirilir. Digər tərəfdən, rejim gücləri elit hücum birlikləri ilə şəhərə yaxınlaşır. Cənubda isə əl-Tanf ətrafında və İordaniya sərhədi boyunca təhlükəli təmas xətləri ortaya çıxıb.

 

Daxili savaş Suriyanın xaricinə çıxa bilər

 

İki proses həqiqətən də Suriyadakı vətəndaş müharibəsinin ölkə xaricinə çıxma mərhələsində olduğunu göstərir. Bunlardan ilki – Suriya rejiminə aid "Su-22" tipli döyüş təyyarəsinin ABŞ qüvvələri tərəfindən Raqqa yaxınlarında olan Tabka üzərində, "Suriya Demokratik Qüvvələri"nə (SDF) hücum zamanı vurulmasıdır. Hücumun icraçısı ABŞ-a aid bir "F/A-18E Super Hornet"dir. ABŞ təyyarəsinin bölgədəki "George H. W. Bush" təyyarədaşıyıcısından qalxdığı aydındır.

Rejimin buna qarşılıq vermək qabiliyyəti məhdud olsa da, Rusiya artıq Fərat çayının qərb sahilindəki ərazini uçuşa yasaq elan edib.

İkinci mühüm hadisə İranın Deyr əz-Zor şəhəri ətrafında İŞİD-ə qarşı ballistik raket hücumu həyata keçirməsidir.

Hər şeydən əvvəl bu, strateji səviyyədə İranın ballistik raket modernizasiyasının yetişdiyi mərhələni göstərir. "Zülfüqar" tiplı ballistik raketlər rəsmi Tehranın "Fəth-110" taktiki ballistik raket proqramı əsasında hazırlanıb və onun modernləşdirilmiş versiyasının istehsalı 2016-cı ilin sentyabrında başlanılıb.

Bu vəziyyət Suriyadakı vətəndaş müharibəsinin hüdudlarını aşacaq, Körfəzdə hərbi tarazlıq baxımından nəticələrə təsir göstərəcək.

Önümüzdəki dövrdə Körfəz Əməkdaşlıq Şurası üzvlərinin hava hücumundan müdafiə sistemləri alışında hərəkətlənməsi görünəcək. Əlbəttə, rusların "Kalibr" raketlərindən sonra İranın da "Zülfüqar” tipli ballistik raketlərini gerçək döyüş mühitində, Suriyada sınaqdan çıxarılması vətəndaş müharibəsinin raket laboratoriyası qazandığını göstərir.

İranın raket zərbəsi ilə BƏƏS güclərinin sahədəki irəliləyişini birlikdə qiymətləndirmək lazımdır. Çünki hazırda əməliyyatın keçirildiyi Rəsafanın ələ keçirilməsi ilə Raqqa ilə Deyr əz-Zor arasındakı əhəmiyyətli əlaqə nöqtəsi Əsəd qüvvələrinin nəzarət sahəsinə girəcək.

 

Yaxın müharibənin astanasında

 

Hərbi baxımdan, Raqqa hücumu az qala yaxın müharibənin astanasına çatıb. Bu nöqtədə izlənilməsi lazım olan bir neçə əhəmiyyətli parametr var.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) mətbuat bülletenlərinə qısa bir nəzər yetirsək, hədəflənən İŞİD ünsürlərinin böyük bir hissəsinin taktiki birliklərdən ibarət olmasını və döyüş mövqelərində meydana gəldiyi görünür.

ABŞ qüvvələrinin hava dəstəyində iki əhəmiyyətli problem üzə çıxır.

Birincisi, İŞİD-in ixtiyarında olan, daşınar hava müdafiə silahları (MANPADS) təxminən üç min metr hündürlükdə olan hədəfləri riskli hala gətirir. Raqqadaki döyüş sahəsinin sıx məskunlaşmış sahə olması da vəziyyəti mürəkkəbləşdirir.

İkincisi, əməliyyatın, əksəriyyəti YPG birliklərindən ibarət SDF-lə müştərək şəkildə reallaşdırılması koordinasiya çətinlikləri doğurur. Bu problem İŞİD-in sistematik şəkildə canlı qalxandan istifadəsi ilə birləşdikdə, indidən mülki əhali arasında böyük itkiyə səbəb olacağı görünür.

Şəhərdəki terrorçu ünsürlərin tamamilə məhvi mümkün deyil. Birincisi, şəhərin cənub ətrafı mühasirəyə alınmayıb, bu da Palmira istiqamətinə çıxışı təmin edir. Bu, Rusiya hava gücünü və BƏƏS rejimini önləyici zərbələrə təhrik edir.

Rusiyanın ötən günlərdə Aralıq dənizindən “Kalibr” raketləri ilə bu istiqamətdəki zərbələri ehtimalların artdığını göstərir.

İŞİD-in Raqqanın müdafiəsini tunel kompleksləri, əl istehsalı partlayıcılar, taktiki snayper mövqeləri və intihar hücumları ilə, yəni “köhnə hərbi anlayışı” vasitəsilə edəcəyi şəksizdir. Üstəlik, terror təşkilatı, yəqin ki, yerli sakinlərin arasına gizlənməyi üstün tutacaq, qarşıdurmadan sonra yenidənqurma işlərini çətinləşdirəcək.

 

İŞİD mutasiya keçirir

 

Bundan daha əhəmiyyətli olan məsələ İŞİD-in sürətli şəkildə əlindəki bölgələri buraxması, terror şəbəkəsinin təhlükəli mutasiya keçirməsinə zəmin yaratmasıdır.

Belə bir mutasiya, eynilə bir bakteriyanın mutasiya keçirərək antibiotik müqaviməti inkişaf etdirməsi kimidir. Bu, qlobal terrorizmdə yeniləşmə prosesi başlada bilər. Sadə təbirlə, mutasiya keçirərək “əl-Qaidə”yə çevrilmiş “İŞİD infeksiyası” odla “müalicə edilə bilməz”.

Bu baxımdan, İŞİD-in təməlindəki qorxunc saydakı xarici terrorçu Qərbdə yüksələn terror aktları ilə birləşdikdə, vəziyyəti daha ciddi hal alır.

 

Təhlükəli təmas xətti

 

ABŞ dəstəkli SDF, Raqqa və qonşu bölgələrdə hücum vəziyyətində olan yeganə aktyor deyil. Əslində, dünya Raqqadakı əməliyyata diqqət yetirərkən, Suriya rejiminə aid birliklər İŞİD-in “paytaxtı”na doğru sürətlə hərəkət edir.

Rejimin əməliyyat bölgəsindəki işini Əsədin ən nüfuzlu generallarından olan Süheyl əl-Həsənin əmrindəki “Pələng”lər icra edir. General Həsən – BƏƏS rejiminin dirəklərindən biri, Suriya kəşfiyyatının yetirməsidir. Onun seçmə “Pələng”ləri kimyəvi hərbi elementlərdən (varil bombaları kimi) mərhəmətsiz istifadə edərək, indiyə qədər bir çox döyüşü udublar.

General Həsənin əmrindəki qüvvələr ilk olaraq, ABŞ dəstəkli Raqqa əməliyyatı başlamazdan çox-çox əvvəl Cirah hava bazasını ələ keçirmişdi. Daha sonra, iyunun əvvəllərində, Raqqaya gedən yolda taktiki əhəmiyyətə malik qəsəbələri ələ keçirdilər.

“Pələnglər” Raqqanın qərbindəki Rəsafa qovşağına doğru irəliləyir. Bu da rejimi hazırda YPG-nin nəzarətində olan, taktiki baxımdan mühüm mövqedəki Tabka hava bazasına yaxınlaşmasına səbəb olur.

Görünüşə görə Əsəd “Pələng” birliyinə Raqqya doğru irəliləmə əmri verib.

BƏƏS rejiminin iki məqsəd güddüyü düşünülür: birincisi, rejim ya Raqqanı təzyiq altında saxlamaq, ya da şəhəri almağa yönəlik hərbi mübarizəyə özünü də daxil etməyi planlaşdırır; ikincisi, mövcud və gələcək rəqiblərini Fərat sahilindəki çox əhəmiyyətli hidro-strateji üstünlüklərdən məhrum etmək istəyir.

Bu arada Suriyanın cənubundakı vəziyyət, təhlükəli həddə yetişib. Əl-Tanfda olan ABŞ liderliyindəki koalisiya qüvvələri və müxalif qruplar bir neçə dəfə rejimin təxribatlarına məruz qalıb. Bunun nəticəsində ABŞ-ın önləyici hücumları reallaşdı.

BƏƏS rejimi ötən günlərdə elit birliklərdən ibarət bəzi ünsürləri İordaniya sərhədinə yerləşdirdi. O cümlədən Bşşşərin qardaşı Mahir Əsədin rəhbərliyi altındakı 4-cü zirehli diviziyanı.

Bu diviziya Suriya Silahlı Qüvvələrinin ən müasir hərbi avadanlıqla təchiz olunmuş birləşməsidir. Respublika qvardiyası və hərbi hava qüvvələri kəşfiyyatı ilə birlikdə, rejimin təhlükəsizliyinə cavabdeh olmaqla, strateji ballistik raketləri də var.

4-cü zirehli diviziyanın, əl-Tanfdaki gərginliklər sürərkən, qismən İordaniya sərhəd bölgəsinə yerləşdirilməsi, çox sayda problemli isti təmas xəttinin ortaya çıxa biləcəyinə işarədir.

 

Regional qarşıdurma riski

 

Suriyadakı vətəndaş müharibəsi həm şimal, həm də cənubda yeni bir mərhələyə girir. Gərginliyin artması özü ilə əhəmiyyətli risklər gətirir. Vətəndaş müharibəsi artıq regional qarşıdurma meylini daha da şiddətləndirəcək nöqtəyə addım-addım yaxınlaşır.

4-cü zirehli diviziya və ya “Pələng” biliyinin ABŞ Hərbi Hava Qüvvələri tərəfindən bombalanması, ya da cənubdakı ABŞ dəstəkli müxaliflərin Rusiya Federasiyasının təyyarələri tərəfindən bombalanması mümkündür.

Bu ssenarilərdən hər hansı biri reallaşrsa, heç bir “beyin mərkəzi” və ya kəşfiyyat analizçisi nəyin baş verəcəyini tam proqnozlaşdıra bilməz.

 

Tərcümə: Strateq.az

 




Yuxarı Əvvələ Ana Səhifə