XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

20 İyun 2017 - 14:03

ABŞ İranın Latakiyaya “kürd dəhlizi”ni bağlayır:Pentaqon bölgədə Türkiyənin mövqeyini gücləndirir – Təhlil

Sərkis Saturyan

Regnum İA, 19.06.2017

 

Pentaqon bu il iyunun 18-də Raqqa rayonunda İŞİD terrorçularına qarşı əməliyyat aparan Suriya Silahlı Qüvvələrinin təyyarəsini vurub. Pentaqonda bildiriblər: “Yerli vaxtla 18:43-də Suriya rejiminin Su-22 təyyarəsi SDQ (kürdyönlü Suriya Demokratik Qüvvələri-tərc.) mövqeləri yaxınlığına bomba atıb. Özünümüdafiə qaydalarına uyğun olaraq təyyarə F/A-18E Super Hornet Amerika qırıcısı tərəfindən dərhal vurulub”.

ABŞ-ın həyasızlığı hədd tanımır. Hətta Vaşinqtonun ünvanına tənqidi iradlardan tez-tez yayınan BMT məmurları da “New York Times” reportyorlarına məlumat verməyə məcbur olublar ki, iyunun 14-də Suriyanın Raqqa şəhərinə Amerika HHQ hücumu nəticəsində “yüzlərlə mülki şəxs öldürülüb”, “təxminən, 160 min nəfər evini tərk edib”.

BMT-nin insan haqları üzrə Şurasının Cenevrə ofisində təmsil olunan Braziliya diplomatı Paul Serxio Pinheyronun məruzəsində deyilir: “Xüsusən qeyd etməyə məcburuq ki, Raqqada Suriya Demokratik Qüvvələrinin mövqelərini gücləndirməyə nəzərdə tutulmuş aviazərbələrin müntəzəmliyi təkcə yüzlərlə mülki şəxsin ölümünə səbəb olmayıb, həm də 160 mindən çox adamı öz evlərini tərk etməyə məcbur edib”.

Bu cinayətlərə görə kim cavab verəcək? Rusiya hüquq müdafiəçiləri niyə susurlar?

Aydındır ki, Amerika fəallığı cəzasızlıqdan doğur. RF Müdafiə Nazirliyi apreldə Rusiya hərbçilərinin yerləşdiyi Suriyanın “Şayrat” aviabazasının atəşə tutulmasına görə Pentaqona cavab vermədi, mayın 18-də isə ABŞ HHQ Dəyr əz-Zor əyalətində İran hərbçilərinə zərbə endirərkən orada Suriya hərbçilərinin olmadığına istinad edərək insidenti ümumiyyətlə ört-basdır etməyə üstünlük verdik. Rusiya XİN-də nədənsə unudublar ki, İran beynəlxalq terrorizmlə mübarizədə Kremlin müttəfiqidir. Və indi Rusiya HKQ Pentaqonun SƏR-də növbəti təcavüzü ilə üzləşib. Doğrudanmı, “barışıq”dan sonra Amerika davranışını hesablamaq bu qədər çətin imiş?

Axı hələ bu il martın 21-də Astanada “silahlı müxalifət” təmsilçiləri ilə “texniki məsləhətləşmələr” davam edincə ABŞ HHQ Qərbi Suriyanın Hələb əyalətində yerləşmiş əl-Cina kəndində məscidə zərbə endirib. “New York Times”-ın məlumatına görə, o zaman 49 nəfər öldürülüb. “Astana prosesi”nin rusiyalı məddahlarının bu cür fəxr etdiyi “təhlükəsizlik zonaları”na Pentaqon artıq o vaxt əl uzadıb. Lakin məsələ Hələb əyalətinə zərbə ilə bitməyib – əl-Cinada faciəli hadisədən bir həftə sonra ABŞ HHQ Mənsurə şəhərində (Hələb əyaləti) məktəbi vuraraq 200-dən çox adamı qətlə yetirib. Karen Əbuzeydin başçılığı ilə BMT komissiyası hesablayıb ki, 21 mart hücumundan bəri SƏR-də 300-dən çox mülki şəxs Amerika bombalarından həlak olub. Qərb mətbuatındakı rezonans o həddə çatıb ki, Pentaqon araşdırma başlamağa məcbur olub. Lakin məgər bu onları dayandırarmı?

Amerika imperializmi cinayətlərini xeyli sadalamaq olar, lakin məsələ təkcə bunda deyil. Diqqətçəkəndir ki, SƏR-də ABŞ təcavüzü iki ölkə hərbçilərinin birgə təliminin planlaşdırıldığı Qətərə Türkiyə hərbçilərinin gəlişi fonunda baş verib. İran iyunun 18-də Dəyr əz-Zorda terrorçuların mövqelərinə ballistik raketlərlə zərbə endirməklə həm amerikalılara, həm də türklərə cavab verib. Təsadüfi deyil ki, iranlılar əməliyyata dini məna verərək onu “Leylət-ul-kədr(“Qədər gecəsi”) adlandırıblar. Beləliklə, Tehranın Suriyadakı baş strateji hədəfi göstərilib – Şərqi Aralıq dənizi bölgəsinə nəqliyyat dəhlizi.

Söhbət inşasını 2014-cü ilin noyabrından Çinin maliyyələşdirdiyi “Tehran-Həmədan-Sənəndəc” dəmiryolundan gedir. 2017-ci ilin martında yolun “Tehran-Həmədan” kəsimi istismara verilib. İndi işin az qismi qalır: yolu İranın Kürdüstan əyalətinin inzabati mərkəzinə (yəni Sənəndəc şəhərinə) qədər çəkmək. Dəmiryolu buradan kürd könüllü yığmasının ağalıq etdiyi İraq Kürdüstanı və Suriyanın şimalına getməlidir. İslam İnqilabı Keşikçiləri Korpusu buna görə Kirmanşah və Kürdüstandakı bazalarından Dəyr-əz-Zordakı terrorçulara zərbə endirərək planlaşdırılan kommunikasiyaların marşrutunu nişanlayıb. Prezident Həsən Ruhani açıq-açığına hərəkət edərək hələ bu ilin martında (Kürdüstan əyalətinə səfər zamanı) bildirib ki, Sənəndəcdən İraq Kürdüstanına dəmiryolu islam respublikasına Suriyanın dəniz sahillərinə – Şərqi Aralıq dənizi bölgəsinə çıxmaq imkanı verəcək. "Rudaw" agentliyi Ruhanidən sitat gətirir: “Sənəndəcdən İraq Kürdüstanına dəmiryolu salıb İranı Suriya ərazisindən Aralıq dənizinə çıxaracağıq”.

Türkiyənin “Hurriyet Daily News” nəşri əngəli hiss edərək, “Amerikalılar İranın Aralıq dənizinə kürd dəhlizini bağlayandan sonra ABŞ-Türkiyə münasibətləri düzələ bilər” (After US cuts Iran’s Kurdish road to the sea, new Turkey-US alignment may emerge) başlıqlı geniş bir məqalə dərc edib. Gözləmək lazım gəldiyi kimi, Türkiyə SQ-nin “Fərat qalxanı” əməliyyatının gerçək məqsədi də bundan ibarət idi – prezident Rəcəb Ərdoğanın ucadan bəyan etdiyi kimi, İŞİD-lə mübarizə deyil, İranın hərbi qüdrətinin İraq və Suriya kürdlərinin fəaliyyəti ilə birləşməsini dayandırmaq.

Budur, “Hurriyet” İİR-in motivlərini bu cür təsvir edir: “Planlaşdırılan və yaradılması iranlıların İraq kürdləri ilə ittifaqına əsaslanan Tehran-Latakiya dəmiryolu dəhlizi İrandan başlayaraq Suriyada kürdlərin məskunlaşdığı və nəzarət etdiyi Qamışlı və Kobani şəhərlərindən keçir… Suriya ərazisindən Aralıq dənizinə dəhliz İran üçün həyat önəmli strateji vəzifədir. Vəzifə İİR ali rəhbərliyi tərəfindən güzəştsiz şəkildə qoyulur.  General Süleyman Qasıminin 2014-cü ildə İraq siyasətçisi Əhməd Çələbi ilə söhbətdə bildirdiyi kimi, “Biz Suriyanı itirisək, onda Tehranı da itiririk. Biz hərc-mərcliyi imkana çevirməyə borcluyuq”.

Maraqlıdır, elə deyilmi? İran və Rusiya şəraitin əlverişli inkişafı halında (Xatay əyalətinin variantlardan biri olduğu) Türkiyə dəhlizinə alternativ kommunikasiyaları özlərinə bağlayıb sıranı sıxlaşdıra bilər. Lakin Moskva bu cür ssenarinin gerçəkləşməsi üçün fakt üzrə nə edir?

İran hərbçiləri Rusiya ordusu hərbi bazasının yerləşdiyi Latakiyaya dəmiryolu marşrutunu davam etdirməyə səy göstərincə RF XİN-dən Amerika hərbçilərinin ünvanına olduqca qəribə və yumşaq bəyanatlar gəlir. SİTA başçısı müavini Sergey Ryabkov bildirib: “Bu zərbəyə, hər şeydən əvvəl, Amerkikanın beynəlxalq hüquq normalarına etinasızlıq xəttinin davamı kimi yanaşmaq lazımdır. Vaşinqtonda hakimiyyətdə kimin olduğundan asılı olmayaraq, adamlar orada alışıblar ki, onlara təkəbbür və laqeydliklə baxmaq və bəzi durumlarda beynəlxalq davranışa açıqca məhəl qoymamağa imkan verən bəzi norma və şərtlər var”.

Niyə? Bəs Rusiyanın Şərqi Aralıq dənizi bölgəsindəki maraqları necə olsun?

 

Tərcümə: Strateq.az

 

 




Yuxarı Əvvələ Ana Səhifə