XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

21 İyun 2017 - 17:26

Rusiyalı ekspert Ermənistanı “üzüyola buzov” adlandırdı:“NATO Ermənistanı ələ alır” – TƏHLİL

İrina Corbenadze

rosbalt.ru, 21.06.2017


Şimal Atlantika alyansı və Avropa Birliyi İrəvanı yeni proqramlarla cəzb edir. O, Qərbə sarı qolaylanmağa hazırdırmı və Rusiya ilə İran buna görə onu necə cəzalandıra bilər?

Sərkisyan NATO baş katibini artıq Ermənistana səfərə dəvət edib. Ermənistanla AB, NATO arasında əməkdaşlıq haqda saziş Cənub Qafqaz respublikasında yetərincə qızğın fəaliyyət doğurub. Lakin İrəvanın razılığı ilə: “üzüyola buzov” fəlsəfəsi erməniləri artıq pis durumda qoyub, lakin, ehtimal ki, bir də risk etməyi qərara alıblar. Bu cür “risk”in səbəbləri haqda aşağıda danışılacaq. Burada isə məlumat verək ki, Ermənistan prezidenti Serj Sərkisyan və parlament spikeri Ara Babloyan bu günlərdə NATO-nun Güney Qafqaz və Mərkəz Asiya üzrə özəl təmsilçisi Ceyms Appaturayı qəbul ediblər. Prezidentin NATO özəl təmsilçisi ilə söhbəti haqda məlumat dedikcə cüzidir: Sərkisyan Ermənistanla Şimal Atlantika Alyansı arasında qarşılıqlı fəaliyyətin müzakirəsi kontekstində natoçuların səfərlərinin önəmini vurğulayıb. O, “bundan sonrakı fəaliyyəti nişanlamaq” üçün NATO baş katibi Yens Stoltenberqi də İrəvana dəvət edib. Appaturay isə NATO-nun Əfqanıstanda sülhməramlı missiyalara qatıldığı üçün Ermənistana təşəkkür edib.

Əvəzində Appaturayın parlament spikeri və yerli mətbuatla söhbətlərindən xeyli maraqlı şey çıxarmaq olar. Babloyanın bildirdiyi kimi, Ermənistan NATO ilə əməkdaşlıq templərini artırmağa, həmçinin onun beynəlxalq sülhməramlı əməliyyatlarında fəal iştiraka hazırdır. Appaturay Ermənistan-NATO münasibətlərini “etibarlı, möhkəm və durmadan tərəqqi edən” kimi qiymətləndirib. Digər məsələlərlə yanaşı xəbər verib ki, ən yaxın vaxtlarda blokun “Ermənistan üçün maraq ifadə edən” yeni proqramları olacaq. Söyləmək lazmdır ki, bəyanat olduqca maraqlıdır – Ermənistan cəmiyyəti və ekspert mühitində təbəddülatlı-ümidverici xəyallara səbəb olub.

Özəl təmsilçi jurnalistlərlə söhbətdə bildirib ki, Alyans imzalanması noyabra nəzərdə tutulmuş Ermənistanla AB arasında əmkdaşlıq haqda sazişi alqışlayır, çünki Qərb Ermənistanla yaxınlaşmaq istəyir. O, Ermənistan-NATO münasibətlərini “əla” adlandırıb və məlumat verib ki, tərəflər Ermənistanın Əfqanıstandakı sülhməramlı kontingentinin artırılması məsələsini müzakirə edir. Bu xüsusda diskussiya Ermənistan müdafiə naziri Vigen Sərkisyanın lap yaxınlardakı Brüssel səfəri zamanı davam etdiriləcək. Ermənistanın Əfqanıstandakı sülhməramlı kontingenti indiki mərhələdə 120 hərbçidən ibarətdir.

Appaturay News.am nəşrinə müsahibədə əmin edib ki, Ermənistan eyni zamanda NATO-nun etibarlı tərəfdaşı və KTMT-nin tamdəyərli üzvü ola bilər. O, uyuşmazı necə uyuşdurmağın təfərrüatlarına varmayıb. Düşünmək lazımdır ki, bu cür bəyanat Alyansın vaxtında İrəvanı hürküdən və seçim qarışında qoyan – ya AB-yə assosiativ üzvlük, ya da Avrasiya Birliyində iştirak – Avropa Birliyinin səhvlərini nəzərə almaqla  diktə olunub. Nəticədə Ermənistan Avropa Birliyi ilə Assosiasiya haqda Sazişin tam imzalandığı ərəfədə AİB-ə girdiyini bildirib. Ehtimal ki, Moskva da onu seçim qarşısında qoyub və İrəvan diksinib: ölkənin təhlükəsizliyi və elə ümumiyyətlə millətin sağ-salamat qalmağının asılı olduğu Rusiyanı qəzəbləndirmək üçün onun hədsiz dərəcədə çox, o cümlədən Azərbaycan və Türkiyə ilə münasibətlərdə problemləri var. Belə ki NATO məsələyə “yumşaq əlcəklər”lə yanaşıb. Appaturay deyib: “Mən iki məsələni ayırd edərdim. Ermənistan təkcə KTMT-də iştirakçı ölkə deyil, həm də Rusiya Ermənistanın müttəfiqidir. Buna baxmayaraq, bizim uzun tariximiz, Ermənistanla NATO arasında praktik, yaxşı, etibarlı əməkdaşlıq var… Bizim aramızda problem yoxdur… Ermənistan eyni zamanda NATO-nun etibarlı tərəfdaşı və KTMT-nin tamdəyərli üzvü ola bilər. Biz bunu əməkdaşlığın mümkünlüyü haqda önəmli mesaj sayırıq. Və bizim suveren dövlətin siyasi seçiminə nisbətdə qəddarlığa ehtiyacımız yoxdur”.

Qarabağ münaqişəsi zonasındakı qızğın silahlanma da onunla müzakirə olunub. Özəl təmsilçinin fikrincə, bunun silahlı münaqişəyə səbəb olacağı hökmən deyil: “Ən nəhayətdə, hər şeyi siyasi qərarlar müəyyən edir. Birləşmiş Ştatlar və Rusiya da “soyuq müharibə” illərində böyük miqdarda silah toplamışdı, lakin belə də bir-birinə qarşı müharibəyə başlamadı”.

Lakin Appaturay etiraf edib ki, “bəzən aşağı səviyyəli, bəzən isə yuxarı səviyyəli hərbi toqquşmalar davam edərkən və tərəflər kifayət qədər narahat edən siyasi ritorika işlədərkən … qızğın silahlanma problemin tərkib hissəsi olur”.

O, etiraf edib ki, Qarabağ münaqişəsi zonasında zorakılıq səviyyəsi yüksəlib ki, bu da “narahatlıq üçün ciddi səbəbdir”.

Özəl təmsilçi xatırladıb ki, münaqişə zonasında NATO-nun öz müşahidəçiləri yoxdur. Münaqişənin dinc tənzimlənməsini vəd etməyib. Ümumiyyətlə, NATO-nun Ermənistandan Rusiya və İrana əsas “ismarıcı” bunu saymaq olar ki, tezliklə Alyansın İrəvanı maraqlandıran proqramları olacaq. Burada sual doğur: məhz hansı? Və niyə bu barədə Ermənistanın AB ilə saziş bağlayacağı ərəfədə deyilib? Düzdür, əvvəllər planlaşdırıldığı kimi, Assosiasiya haqda deyil. Axı Rusiya sənədin imzalanmasını pozmağa tamamilə qabildir – təkcə “təhlükəli” olduğuna görə deyil, daha çox Ermənistanın gerçək sahibinin kim olduğunu bir daha göstərmək və eyni zamanda RF-yə qarşı sanksiyalara görə Qərbin ovqatını təlx etməkdən ötrü. İndi isə hələ NATO öz təklifləri ilə. Doğrudan da təhlükəsizlik üzrə deyilmi? Erməniləri Şimal Atlantika “çətiri”nin altına cəzb etmirlərmi?

Hələ NATO-nun Cənub Qafqazdakı təmsilçisi, Alyansın Tiflis ofisinin rəhbəri Uilyam Lahyu da “ilişir” və keçən həftə respublikada keçirilən “NATO Cənub Qafqazda sabitləşdirici qüvvə kimi: cari çağırışlar və bölgənin inkişafı” başlıqlı seminarda açıqca bildirib ki, blok genişlənəcək və Ermənistan “Nəhayət, NATO üzvü olmağı qət edərsə, əməkdaşlıq imkanları genişlənəcək. Lakin Ermənistanın özü həll etməlidir ki, Alyansla münasibətləri nə qədər dərinləşdirəcək”.  

Lahyu əmindir: “Bu gün təhlükəssizlik məsələsinin müzakirəsi üçün NATO-dan başqa meydança yoxdur”.

Maraqlıdır, belə desək, bu sözlərə Kremlin “daxili” reaksiyası necə olub: axı, ən azı, Ermənistanın üzv olduğu KTMT var. Hətta onun ərazisində Rusiyanın böyük hərbi bazası yerləşir.  

Lahyu bununla kifayətlənməyib və Moskvanı cırnatmağa başlayıb ki, Ermənistanla NATO arasındakı münasibətlər o dərəcədə yüksək səviyyədədir ki, “bunun sonrakı inkişafı ciddi siyasi qərar tələb edir”.

Və NATO-dan daha bir “gediş”: Lahyu bildirib ki, Ermənistanın İran və başqa dövlətlərlə hansı münasibətdə olduğu blok üçün maraqlı deyil, çünki “siz suveren dövlətsiniz və fəaliyyətinizi özünüz müəyyən edirsiniz”.

Hətta İran da (guya və yaxud hələlik) Ermənistan-NATO qovşağı üçün maneə deyilsə də, respublikanı ciddi şəkildə təbliğ edirlər. Və İrəvanda da çoxları ciddi şəkildə hesab edir ki, Ermənistan mütləq Alyansın üzvü olacaq. Deməli, yuxarıda sözügedən seminarda bölgə araşdırmaları Mərkəzinin analitiki David Şahnəzəryan hərfi mənada sıradakını bildirib: “Heç bir şübhəm yoxdur ki, Ermənistan KTMT-dən çıxacaq və NATO üzvü olacaq”.

Onun proqnozuna görə, Alyansın genişlənməsi birinci növbədə Gürcüstanın hesabına baş verəcək: “Durumun inkişafı üçün başqa yol yoxdur”.

Təbii, Azərbaycanda Ermənistanın bütün “bədən hərəkətlərini” və yerli ictimaiyyətin bir hissəsinin fikrini səsləndirən ekspertlərinin əhvali-ruhiyyəsini çox diqqətlə izləyirlər. Onun müəyyən seqmenti ölkənin NATO-ya daxil olmağının qızğın tərəfdarıdır. Haqqin.az  “ABŞ-dakı erməni ictimai təşkilatlarının passiv qaldığı və Ermənistanın NATO-ya inteqrasiyası üçün heç nə etmədiyi, lakin Ermənistanı fiziki baxımdan sağ saxlamaq üçün bunun yeganə yol olduğu anlayışına sahibləndiyini” hesab edən politoloq İqor Muradyanın sözlərini misal gətirir. Həmin nəşr Rusiya analitiklərinin Ermənistan-NATO əhvalatına dair “şəkkləri”ndən danışır. Məsələn, ekspert Aleksandr Novikov hesab edir ki, Şahnəzəryanın səsləndirdiyinə bənzəyən təşəbbüslər haşiyəvaridir. “Azərbaycanın müttəfiqi Türkiyənin NATO üzvü olduğu şəraitdə bu cür səriştəsiz bəyanatları yalnız böyük xəyallar adamı verə bilər… Siz təsəvvvür edə bilərsinizmi ki, Ankara Ermənistanın alyansa daxil olmağına razılıq verir? Postsovet məkanında Ukraynanın timsalında antirusiya bəyanatı verməyə qərar verənlərin hamısı haşiyəvaridir. Lakin ərazi mübahisələrin olan nə Azərbaycan, nə Ermənistan, nə də Gürcüstanın NATO-ya üzvlüyü görünür”.

Bu iddia ilə mübahisə etmək olar. Birincisi, Türkiyənin özünü hansı məntiqlə aparacağını heç vaxt bilmək olmur. İkincisi, o, indiyədək Ermənistanın proqramlarda iştirak xüsusunda NATO ünvanına heç bir irad bildirməyib. Lakin başlıcası, AİB və KTMT üzvü, Rusiyanın öz ərazisində hərbi iştirakını təhlükəsizlik zəmanəti kimi hamının eşidəcəyi şəkildə nəzərdən keçirən Ermənsitan niyə NATO ilə tam anlaşılmayan oyun niyyətinə düşüb? Və İranla Rusiya buna necə reaksiya verəcək və yaxud artıq veriblər?

Cavab birmənalıdır – pis. Ermənistanın iki təhlükəsizlik sistemi arasında manevri, indi Rusiyaya, demək olar, tam antoqonist Avropa Birliyi ilə dilxoşluğu iki kürsüdə əyləşmək cəhdini xatırladır – İrəvanda bunu çoxyönlü xarici siyasət və Moskvadan mövcud olmayan müstəqillik kimi qələmə verirlər. Amma əslində, bütün bu “çoxyönlülük” Ermənistan üçün pis qurtara bilər. Rusiya siyasi “çoxdəzgahlılar”ı cəzalandırmaqda hansı təcrübəyə sahib olduğu üçün … və nöqtə.

Heç bir vergül və çox nöqtə yoxdur.

Yəni Moskva İrəvana öz xarici siyasətini yenidən nəzərdən keçirmək imkanı verməz. Əlində olduqca ağrılı bir qamçı var – Qarabağ münaqişəsi. Və bunda onu İran da dəstəkləyir – İrəvanla Tehran arasında hansı “qardaşlıq” münasibəti olur-olsun, NATO-nun onun sərhədləruinə sıx yaxınlaşmasına yol verməz: özəl maraq mühümdür. Rusiya və İran isə, məlum olduğu kimi, Ermənistana öz maraqları zonası kimi yanaşır.

 

Tərcümə Strateq.az-ındır.

 




Yuxarı Əvvələ Ana Səhifə