XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

23 İyun 2017 - 14:09

“Böyük ikilik”:Çin və ABŞ qalan dünyaya qarşı birləşir – Təhlil

Sərkis Saturyan

Regnum İA, 22.06.2017

 

ABŞ və ÇXR Yaxın və Orta Şərq bölgəsində ziddiyyətlərin gücləndiyi fonda siyasi mövqeləri yaxınlaşdırır. “Böyük ikilik” (G2) “böyük rəhbər” Mao Tszedunun kapitalistlərin xalqın dəstəyindən məhrum olduğuna işarə vuraraq Qərb imperializmini “kağız pələng” adlandırdığı dönəmin Amerika və Səmalar ölkəsi antoqonizmini unudaraq tam əzəmətilə qarşımızda durur. Lakin rəhbər artıq o vaxt Çin Kommunist Partiyasının Şanxayın britaniyalılar məhəlləsini qoruyan Hindistan sikhlərinin nəzarəti altında (1921-ci il iyulun 21-də) yaradıldığı faktını bilə-bilə buraxmaqla kələk gəlirdi. Xatırlatmağına dəyərmi ki, ÇXR-də 1966-1976-cı illər “mədəni inqilabı” dünya inqilabının “rəhbərlərini” 1968-ci ildə general Şarl de Qollu devirməyə ruhlandırıb?

Burası da var ki, 1968-ci il Çexoslovakiya antisovet üsyanı da qaydadan istisna deyil. NATO xüsusi xidmətləri Praqda küçə toqquşmaları törədincə Mao Avrasiyanın o biri başında “dörd qalığı” – qədim ideyaları, qədim mədəniyyəti, köhnə ənənələri və əski adətləri məhv edirdi. 1969-cu ilin martında isə Damansk adasında SSRİ ilə sərhəd münaqişəsi qızışdırıb Varşava Müqaviləsinin təməlini sarsıtmağa davam edir, bu qayda ilə 1968-ci ilin sentyabrında Varşava Müqaviləsi Təşkilatını (VMT) tərk etmiş  Rumıniya demarşını dəstəkləyirdi.  Təftişçiliklə mübarizə incə məsələdir, elə deyilmi?

O vaxtdan bəri çox sular axıb. Lakin hakimiyyətin işıqda zorla tutulan ilmələri  maliyyə mübadiəsi iplərinə konversiya olunub: London 2016-cı ildə yuanla offşor əməliyyatları üzrə Sinqapuru taxtdan sıxışdırmaqla dünyada birinci yeri tutub. Hazırda London Sitisinin hesablarında 50 milyard yuanlıq depozitlər açılıb, Britaniya və Çin valyutalarının iştirakı ilə İngiltərə Bankı və Çin Xalq bankının 2013-cü ildə (Si Szinpin “İpək yolu” konsepsiyasını elan edərkən) yaratdığı svop əməliyyatları bazarı isə hazırda 350 milyard yuanı (təxminən, 51,3 milyard $-ı) keçib. İki ölkənin mal dövriyyəsinə gəlincə, 2016-cı ilin yekunlarına görə rekord 74,34 milyard $-a çatıb. London və Pekində gözləyirlər ki, perspektivdə Çin, ABŞ, Hindistan və Pakistanı əhatə etməli olan geniş ticarət zonasının yaradılması nəzərdə tutulmaqla münasibətlər Brexit-dən sonra yeni səviyyəyə qalxacaq. Buna görə də amerikalılar Çinlə yaxınlaşmağa tələsirlər. Axı “yaşayış bayramı”na yubanmaq da olar.

 

“Qalanlara” nisbətdə vahid strategiya

 

Bu il iyunun 21-də Vaşinqtonda diplomatiya və təhlükəsizlik məsələləri üzrə birinci Amerika-Çin dialoqu (Diplomatic and Security Dialogue — D&SD) start götürüb. Görüşün formatı Si Szinpin Mar-a-Laqoya Donald Trampın malikanəsinə gələrkən ABŞ və Çin liderlərinin Floridada aprel sammitinin gedişində müəyyən olunub. Amerika tərəfdən danışıqlarda dövlət katibi Reks TillersonPentaqon başçısı Ceyms Mettis, Çin tərəfdən isə ÇXR Dövlət Şurası üzvü Yan Tszeçi və ÇXR Mərkəzi hərbi şurası birləşmiş Baş Qərargahı rəisi, general Fan Fenhuey iştirak ediblər. Çinlilər böyük geopolitik “qazanc” qoparmaq niyyətindədirlər. Onlar əməlli-başlı hazırlaşıblar – iyunun 14-də Nyu-Yorkda Səmalar ölkəsi və Birləşmiş Ştatların 30 ən böyük “beyin mərkəzləri”nin təmsilçiləri görüşüblər ki, iqtisadi əməkdaşlığın “yüzgünlük proqram”ını, həmçinin kürəsəl iqtisadi idarəçilik məsələlərini müzakirə etsinlər (ABŞ FES elə həmin gün yenidən maliyyələşdirmə tarifini 1-1,25%-dək artırıb).

Nüfuzlu analitik və siyasətçilər məruzələrlə çıxış ediblər: Çin Xalq siyasi məsləhətləşmə Şurası milli komitəsinin (Çin Kommunist Partiyasının nəzdində diasporun təmsil olunduğu məşvərət qurumu) vitse-prezidenti Tunq Çihva, ÇXR Dövlət Şurası Məlumat Bürosunun keçmiş başçısı Çjao Kiçjen, Asia Society Policy Institute-nun prezidenti Kevin Radd və Nyu-Yorkun keçmiş meri Maykl Blumberq. Çinin ABŞ səfiri Tsuy Tiankay nikbin köklənmişdi. Sinhua agentliyi diplomatdan sitat gətirir: “ÇXR və ABŞ birgə işləməlidir ki, qalan ölkələr düzgün seçim etsin. Bu, bütün dünyaya yeni yol göstərəcək”.

Nyu-Yorkun keçmiş başçısı Çin səfirinin böyük dövlətçilik pafosuna şərik çıxıb: “Çindəki iqtisadi yüksəliş Birləşmiş Ştatların tərəqqisinə səbəb olacaq. Buna görə də ÇXR-in öz bazarlarını kürəsəl yatırımçılar üçün necə açdığını müşahidə etmək sevindiricidir”.

Söhbət may ticarət sazişindən gedir – Çin bu çərçivədə (quş əti ixracatına cavab olaraq) Amerika qovyadini, sıxılmış təbii qaz, neft və GMO idxalına məhdudiyyəti götürüb. City BankJPMorgan korporasiyalarının artıq özəl imtiyazlar əldə etdiyi bank xidmətləri bazarını demirik.

 

Çin Meksikadan daha yaxındır?

 

Ford korporasiyası bu il iyunun 20-də Focus modelləri istehsalının Meksikadan Çinə köçürüldüyünü bildirərkən zirvə məqamı çatıb. Bu qayda ilə Trampın yenidən sənayeləşdirmə çağırışına tamamilə xətt çəkilib. ABŞ administrasiyası simasını saxlamağa çalışıb. USA Today agentliyinin isnad etdiyi ticarət naziri Uilbur Ross bildirib: “Ford-un qərarı bundan xəbər verir ki, beynəlxalq şirkətlərin fəaliyyəti coğtafi baxımdan nə qədər çevikdir. Prezident Trampın siyasəti nəticəsində artıq bir neçə alman və yapon avtoistehsalçısı gücünü ABŞ-a keçirib”.

Bir tərəfdən, Ford-un məntiqi aydındır – Çin avtobazarı son illərdə Birləşmiş Ştatlar və Avropa Birliyini arxada qoyaraq planetdə ən böyük bazar olub. Lakin başqa tərəfdən, Meksikada iş qüvvəsinin dəyəri (2017-ci ilin durumuna görə) Çindəkindən aşağıdır. Bu ondan danışmağa imkan verir ki, qərar maliyyə-iqtisadi deyil, daha çox siyasi səciyyə daşıyıb. Yəni Tramp Çinə gələcək “hədiyyə” xatirinə Ford-u Meksikada zavod inşa etmək fikrindən daşındırıb.

Hələ on il əvvəl yaxınlaşmanın bu cür səviyyəsi ağla gəlməzdi. İndi Pekin və Vaşinqton qarşılıqlı inamsızlığı aradan götürməyə nail olub. Proses ləng, lakin ciddi şəkildə gedib. ÇXR 2001-xi ildə Ümumdünya Ticarət Təşkilatına qəbul edilib. Özü də bu prosesə Amerika elitasının bir-biri ilə mübarizə aparan klanları – KlintonlarBuşlar lobbilik ediblər. Sonradan hadisələr sürətlənib – 2006-cı ildə kiçik Corc BuşHu Szintaonun təşəbbüsü ilə Çin-Amerika strateji iqtisadi dialoqu yaradılıb – 2008-ci ilədək bu çərçivədə beş toplantı keçirilib. Barak Obama Hu Szintao 2009-cu ildə Londonda keçirilən “Böyük iyirmiliyin” aprel sammitində isə formatın səlahiyyətini genişləndirərək onu Amerika-Çin strateji və iqtisadi dialoqu (U.S.-China Strategic and Economic Dialogue — S&ED) adlandırıblar.

Trampa gəlincə, o, əvvəlki administrasiyanın farvaterində hərəkət edir, “Böyük ikilik” üçün gerçək şərait yaradır. Təsadüfi deyil ki, Blackwater qurucusu Erik Prins Pekindən 2018-ci ilə doğru Sintszyan-Uyğur Muxtyar mahalında (Qazaxıstan, Qırğızıstan və Tacikistan sərhədlərində) və Yunnanın cənub əyalətində (Myanma ilə sərhəddə) bazalar tikmək podratı alıb. Həm də amerikalı və çinlilər bu mürəkkəb siyasi-iqtisadi bərabərlikdə Rusiyanın mövqelərinə etinasız yanaşırlar. Amma əbəs yerə.

 

Tərcümə Strateq.az-ındır.