XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

23 İyun 2017 - 17:37

Səud xanədanı şahzadələrinin rəqabəti:"Böyük İslahatçı"nın vəliəhdliyinə Tramp xeyir-dua verib? - Təhlil

Olivia Alabaster

“Middle East Eye”

 

Məhəmməd bin Naifin baş nazir müavini və daxili işlər nazirinin müavini, eyni zamanda, varis-şahzadə titulundan azad edilməsi barədə kral fərmanının Səudiyyə dövlət televiziyasında oxunması və nümayişi qısa vaxt apardı.

"Mən indi istirahət edəcəyəm, Allah sənə kömək etsin, – köhnə tacdar yenisinə dedi. – Allah sənə kömək etsin, məni öz məsləhətlərindən uzaq tutma".

Amma 51 yaşlı, Səudiyyə Ərəbistanının casusluq xidmətinə sıx nəzarətinə görə “Qaranlıq şahzadəsi” adı qazanmış adam təqaüdə çıxmağa hazır olan şəxs kimi görünmürdü. Səlahiyyət keçidinin yumşaq olma ehtimalı vardı, lakin mütləq – incikliklə.

Cəmi 31 yaşı olan Məhəmməd bin Salman, atası kral Salman tərəfindən 2015-ci ilin aprel ayında indi təqaüdçü şahzadəyə müavin təyin olunanda, hələ aprel ayında David Hirst “MEE”də yazmışdı: “Məhəmməd özündən böyük əmisi oğlu Bin Naifin əlini öpdü. O, rəqibini sonradan dişləyəcək”.

Artıq rəqib dişlənilib.

Bir çox Səudiyyə müşahidəçiləri və vətəndaşları üçün güclü və qəzəbli Məhəmməd bin Salmanın və ya qısaca, MBS-in varis olacağı gözlənilməz deyildi, ancaq bunun belə sürətli və qısa vaxtda baş verməsi ağla gəlmirdi.

Ancaq indi Səudiyyə tarixində bu, ən çətin iki ilin məntiqi nəticəsi kimi görünür: MBS, Yəmən müharibəsindən tutmuş iqtisadi siyasətə dəyişikliklər və dövlət şirkətlərinin özəlləşdirilməsinə qədər bir sıra tədbirlərdə yaxından iştirak edib.

Oksford Universitetinin tədqiqatçı Endryu Hammond – hazırda Səudiyyə Ərəbistanı ilə bağlı kitab yazan şəxs – baş verənləri hazırkı siyasi kursun davamı sayır.

 

Siyasətin davam etdirilməsi

 

Hammer “MEE”-yə bildirib ki, MBS-yə indi "Qərb və regional hökumətlərə, onunla bağlı olan sərmayəçilərə və borc verənlərə xarici və iqtisadi siyasətin davamlılığına zəmanət vermək vacibdir. Bin Naifin bu siyasəti davam etdirəcəyinə və Bin Salmanın varisi kimi onu dəstəkləyəcəyinə heç bir zəmanət yox idi".

Daxili işlər naziri vəzifəsi artıq Naifin qardaşı oğlu şahzadə Əbdüləziz bin Səuda verilib.

Şərhçi Madavi əl-Rəşid deyir: “Bin Naif terrorizmlə mübarizə bəhanəsilə Səudiyyə həbsxanalarını müxalifləri və fəalları doldurmaqla və buna görə "Qaranlığın şahzadəsi" adını qazanması ilə tanınır. İnsan hüquqlarına dair narahatlığa baxmayaraq, Bin Naif Vaşinqtondan Londona qədər Qərb kəşfiyyat xidmətləri üçün layiqli namizəd idi".

Daxili İşlər Nazirliyində müxtəlif vəzifələri tutaraq Bin Naif terrorla mübarizə proqramına rəhbərlik etdiyi üçün ABŞ-da mükafatlandırılıb və 2009-cu ildə “Əl-Qaidə”nin Yəmən filialının üzvü tərəfindən icra edilən bir sui-qəsd cəhdində yaralanıb.

Daha sonra, 2015-ci ilin yanvar ayında kral Abdullahın ölümündən sonra, başqa bir əmisi, kral Salman həmin ilin aprelində Naifi şahzadə Muqrin bin Əbdüləziz bin Səudun – Salmanın və Abdullahın ən kiçik qardaşının yerinə vəliəhd şahzadə təyin etdi (Son vəliəhdin yenisi – MBS ilə əvəz edilməsi də buna oxşar oldu).

Səud sülaləsinin ikinci nəslinin, yəni krallığın qurucusu Əbdüləziz bin Səudun nəvələrindən birinin – Məhəmməd ibn Naifin qonşu dövlətin vəliəhdi Məhəmməd bin Zayedə qarşı olan şəxsi antipatiyası ona xeyir vermədi, çünki MBS, Əbu Dabi şahzadəsi ilə daha çox yaxınlaşmışdı.

 

Fərmandan qabaq

 

Son bir neçə ay ərzində Məhəmməd ibn Naifin qüdrəti bir sıra kral qərarları ilə tədricən dağıldı.

Məhəmməd bin Salmanın əmisi oğlu, Məhəmməd bin Naifin qardaşı Səud bin Naif neftlə zəngin Şərq vilayətinin qubernator köməkçisi roluna təyin olundu. Digər fərmanla əvvəllər ləğv edilmiş Təhlükəsizlik Şurası bərpa edildi.

Əlbəttə, ABŞ prezidenti Donald Trampın səfəri çox simvolik idi, amma bunun da faydası oldu.

Xaricdə yaşayan və adını vermək istəməyən bir Səudiyyə şərhçisi bildirib ki, Trampın səfəri MBS-in təsdiqinə əsas oldu.

"MBN Vaşinqtonun adamıdır, bir neçə il əvvəl sui-qəsd cəhdindən sonra terrorla mübarizənin qəhrəmanı kimi tanınır. Trampın Səudiyyə səfəri ətrafında bütün səylər qətiliklə onun inandırılmasına yönəlmişdi ki, MBS – sağlam atdır".

Prinstonda “Yaxın Şərq Tədqiqatları”nın professoru Bernard Haykel “Reuters”ə bildirib ki, dəyişiklik MBS ilə Məhəmməd ibn Naif arasında güclü bir mübarizənin qarşısını almağa yönəlmişdi.

"Aydındır ki, hakimiyyətdə sələfiliyin davamı hamar və qansız olmalıydı. İndi aydındır ki, bu risk azaldı. Kimin məsul olacağı barədə heç bir sual yoxdur".

Amma bu gələcək, göründüyü kimi, şəffaf deyil.

Səudiyyəli şərhçinin sözlərinə görə, MBS-in Böyük İslahatçı kimi təqdimatı yanlışdır. “Mən bu fikirləri bölüşmürəm, çünki o, kobud və çox iddialı adamdır. Yəməndə müharibə, Qətər böhranı – bunlar gələcək kral üçün dəhşətli əlamətlərdir".

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə