XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

26 İyun 2017 - 10:07

“Asiya nəhəngi” “Qara qitə”ni necə fəth edir? –Bir neçə ölkə müflisləşmə həddindədir – Araşdırma

Sebastyan Le Belzik

Le Monde (Fransa), 25.06.2017


 

Çin bank və müəssisələri 2000-ci ildən başlayaraq Çin üçün strateji önəmi olan ölkələrə 77 milyard avro ayırıb.

“Mənim qatarım – mənim tarixim”. Çin televiziyasında göstərilən yeni sənədli film Afrika ölkələrinə Çin yatırımlarına mədhiyyədir. Filmin iki seriyası "China Road and Bridge Corporation" şirkətinin Keniyada inşa etdiyi yeni dəmiryol xəttinə həsr edilib. Çinlilər bu seriyalarda öz mühəndislərinin xidmətini tərifləyir və hökumətin Afrika qitəsini inkişaf yolunda dəstəkləməyə hazır olduğundan danışırlar.

Bu, yeni ritorika deyil. Çin Afrikada ilk dəmiryolu xəttini 1975-ci ildə salıb. O, Tanzaniyanı Zambiya ilə birləşdirib və artıq o vaxt Cənub-Cənub əməkdaşlığına örnək iddiasında idi. İşin dəyəri o vaxt 450 milyon avro təşkil edib və Pekinin faizsiz krediti hesabına maliyyələşib.

Xərclər 40 ildən sonra xeyli artıb. Mayın 31-də açılmış Nayrobi-Mombasa xətti 3,2 milyard avroya başa gəlib. Məbləğ hesablamanı dörd dəfə aşıb və Avropada bu cür xəttin inşasına gedən xərcdən beş dəfə çoxdur. Onun açılışı 4 milyad dollar, yəni Efipoiya milli büdcəsinin dörddə birinin sərf edildiyi Əddis-Əbəbə xəttinin buraxılışından dörd ay sonra baş tutub.  

 

Həyəcan siqnalı

 

Borcların bağlanması hətta güzəştli şərtlərlə də olduqca müşkül görünür.  Çin hökuməti, bank və müəssisələri 2000-ci ildən Avrikaya 77 milyard avro təqdim edib. Bu kreditlərin əksəriyyəti qiyməti həmişə aşağı düşən xammal tədarükü ilə təmin edilir. Anqolanın praktik olaraq bütün nefti Çinə 20 milyad dollar borcun bağlanmasına gedir. Dövlət xəzinəsi boşdur və Anqola müflisləşmə həddindədir.

BVF "Qara qitə"də 2017-ci ilə 2,6%, 2018-ci ildə 3,5% artım proqnozlaşdırır. Nigeriya və Cənub Afrikada fəlakətli 2016-cı ildən sonra artım başlana bilər və 1%-dən aşağıda qalacaq – BFV və Ümümdünya Bankının iqtisadçıları belə hesab edirlər. Onlar dövlət borcunun çoxalmağı və inflyasiya artımından narahatdırlar.

Afrika ölkələri hansı şərtlərlə borcları bağlaya bilər? Ümumdünya Bankı Afrika infrastrukturlarına Çin yatırımlarının dəyərini hədsiz dərəcədə yüksək saymaqla həyəcan təbili çalır. Məsələn, "China Exim Bank" Keniyada tender elanı olmadan işlərin 90%-ni maliyyələşdirib. Eyni zamanda Çin artıq Keniyanın ən böyük kreditorudur və ölkənin xarici borcunun yarısının sahibidir.

 

Çin iqtisadiyyatının mərhəmətinə sığınmaq

 

Keniya hökuməti iddia edir ki, yeni dəmiryol xətti artımı 1,5 faiz çoxaltmaq imkanı verəcək və ölkə bu qayda ilə yalnız ən yaxın dörd il ərzində borcu bağlaya bilər. “Bu, yalandır”, – Nayrobidəki İqtisadiyyat institutunun direktoru Kvame Ouino düşünür. O xatırladır ki, son üç il ərzində ölkənin borcu üç dəfə artıb: “Hökumətin vergiləri artırmaqdan özgə çıxış yolu olmayacaq”.

Şübhəsiz, 1896-cı ildə salınmış köhnə xətti modernləşdirmək daha məqsədəuyğun olardı. “Sual etməyimiz lazım gəlir ki, hökumətimiz danışıqları niyə belə pis aparıb”.

Artıq yeni layihələr başlanmaqdadır: 1,5 milyard dollara başa gələcək Rift-Nayvaşa xətti və Uqanda sərhədinin yanındakı dəyəri 3,5 milyard dollar təşkil edən Nayvaşa-Kisumu xətti.

Mərkəzi Afrikanın başına milyardlar yağır, Çin isə bundan manipulyasiya edir. Afrika bankları varlıdır və istənilən anda borcu bağlamağı tələb edə bilər və yaxud ödənişi yüngülləşdirə bilər. Cənub Afrika kimi ölkə Çin iqtisadiyyatının əsarətindədir.

Honkonq "Coface" kredit-sığorta şirkətinin baş iqtisadçısı Karlos Kazanova təsdiq edir: “Afrika ölkələrinə təzyiq çox güclüdür. 2017-ci il defoltunu yaşamış Mozambikə, Çindən çox asılı olan Cənub Afrika, Zambiya və Anqolaya nisbətdə olduqca bədbin proqnozlarım var. Keniyanın üstünlüyü var, çünki Çin İpək Yolu layihəsinin tərkib hissəsidir və bu layihə çərçivəsində praktik olaraq hüdudsuz kreditlərdən yararlanır”.

 

“Nə mələk, nə də iblis”

 

“Heç kimə sirr deyil ki, Çinin Afrikaya böyük planları var”, – “Çinin ikinci qitəsi. Milyonlarla mühacir Afrikada yeni imperiyanı necə qurur” kitabının müəllifi Hovard Frenç deyir. – Lakin Çin hökuməti artıq bu fenomenin baş ünsürü deyil. Duruma obyektiv baxımdan yanaşılsa, Çin Afrika ölkələri üçün böyük imkanlar qaynağıdır. Şeylərə bir baxış nöqtəsindən yanaşmaq olmaz: Çin Afrika üçün nə mələkdir, nə də iblis”.

Çin və Amerika yatırımlarını tutuşdursaq, görərik ki, amerikalılar yataqlara və neft hasilatına 66%, çinlilər isə 28% pul yatırır. Çin kreditlərindən hamıdan çox udan Efiopiya və Keniya xammalla zəngin deyil. Efiopiya Sudandan iki dəfə çox kredit alır. Bu qayda ilə məsələ Çin yatırımlarının xammal resursları ilə motivləşməsində deyil, bu göydəndüşmə imkandan necə istifadə etməkdədir.

Hovard Frenç deyir: “O cür yüksək artımlı, böyük layihələrə geniş yatırım qoyan güclü iqtisadiyyatın varlığı Afrikaya yalnız bu şərtlə yardım edə bilər ki, o, yaxşı yönəldilən və sabit ölkələrə yatırım qoysun”.

“Amma düşünmürəm ki, Çin Afrikadan üz çevirəcək. Strateji baxımdan Çinə əvvəlki tək xammal, həmçinin kənd təsərrüfatı məhsulları və ya ət  idxal etmək lazımdır. Lakin ticarətin intensivliyi düşə bilər. Çin gələcəkdə yatırım qoymaqla kommersiya qazancına daha çox diqqət ayıracaq”, – deyə Karlos Kazanova yekunlaşdırır və ümid edir ki, Afrika Çin bankları ilə yaxşı münasibətlərdən mənfəət götürə bilər.

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə