XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

27 İyun 2017 - 12:02

Yeni vəliəhd təyinatının nəticələri:Səudiyyə-İran qarşıdurmasında qalib kənarda qalan Türkiyə olacaq - TƏHLİL

Həsən Bəsri Yalçın

"Anadolu News Agency"

 

Körfəzdəki hərəkətlilik dayanmaq bilmir. Bu ölkələrin həm daxili, həm də xarici siyasəti olduqca dinamikdir. Bir-biri ilə əlaqələri gündən-günə dəyişdiyi kimi, daxili siyasətlərində də hər an bir yenilik gözlənilir.

 

Regional tarazlıq ehtiraslı və təcavüzkar liderlər doğurur

 

ABŞ-ın 2011-ci ildə Yaxın Şərqdən vaxtsız və nizamsız şəkildə çıxışının ardınca bölgədə güc tarazlığı yarandı. Bu tarazlıq zamanı regional aktyorların hər biri öz təhlükəsizliyini daha çox təhdid altında hiss etdi.

Onsuz da bir-birinə qarşı etibarsızlıq hissi ilə dolub-daşan İran, Səudiyyə Ərəbistanı, Türkiyə, Misir və digər ölkələr xarici siyasətlərini sipər məntiqinə uyğun qurarkən, içəridə də qərargahlarını təhkim etmə meyli göstərirlər.

Beləcə, təhlükəsizlik əldə edə biləcəklərini düşünürlər.

Əslində, son dərəcə şüurlu bir düşüncəyə söykənən bu hesablamar, bir-biri ilə qarşılıqlı təsirə keçdiyi andan etibarən ölkələr arasındakı gərginlikləri artırdığı kimi, daxili siyasətdə də davamlı bir qarışıqlıq və böhran halı meydana gətirir.

Səudiyyə Ərəbistanı bəlkə də yalnız öz sərhədlərində sipər qazır. Amma bu sipərlər İran tərəfindən təhlükəsizlik təhdidi kimi qəbul edildiyi üçün iki ölkə arasındakı gərginlik yüksəlir. Yaxud Türkiyənin Kürecikə yerləşdirdiyi “qalxan” əslində müdafiə məqsədlidir. Amma İran bunu təcavüzkar hərəkət olaraq qəbul edə bilər.

Bənzər şəkildə İran Yəməndə öz mövcudiyyətini qorumağa istiqamətli addımlar atdıqda, Səudiyyə tərəfi bunu təcavüzkarlıq kimi qəbul edir.

Beləcə, hər dövlət, təhlükəsizliyinin gündən-günə azaldığı hissinə qapılaraq, bu problemlərlə məşğul olacaq güclü iqtidarlar yaratmaq istəyir. Səudiyyə Ərəbistanında vəliəhd dəyişməsi buna sübutdur.

Məhəmməd bin Salman atasını təsirilə bu mövqeyə gəlmədi. O, Səudiyyə Ərəbistanı daxili siyasətinin məhsulu deyil. Regional proseslər Məhəmməd bin Salmanı onsuz da bir şəkildə Səudiyyə Ərəbistanının ən təsirli siyasətçisi mövqeyinə gətirmişdi. İndiki qərarlarla Məhəmməd bin Salmanın rəsmi mövqeyi oynadığı rola uyğun hala gətirildi.

 

Trampın qatqısı

 

Qətər böhranı və Yəmən müharibəsində Məhəmməd bin Salmanın rolu onsuz da açıq-aşkardır. Atası Kral Salmana ən çox təsir edən adamın də məhz o olduğu məlum idi. Bu çərçivədə, yalnız içəridə deyil, çöldə da əqrəb ona doğru meyl edirdi.

ABŞ-ın Yaxın Şərq ilə əlaqədar az qala bütün təşkilatları Məhəmməd bin Naifi dəstəkləsə də, Tramp bir anda dəstəyini Məhəmməd bin Salmana verdi. ABŞ dəstəyinin bu mənada fərqli olması elə də əhəmiyyətli deyil. Mahiyyətcə, ABŞ Səudiyyənin daxili siyasətində kimlə istəsə, əməkdaşlığı davam edə bilər.

İrana qarşı qütbləşməni dəstəkləyən Tramp üçün Məhəmməd bin Salman biçilmiş bir xələtdir. Amma bu da təkbaşına yeni vəliəhdin yüksəlişinin səbəbi ola bilməz. Trampın dəstəyi yalnız yüksəlməkdə olan vəliəhdə yeni bir qatqı ola bilər.

Əgər başqa faktorlarla pozulmayacaqsa, Səudiyyənin daxili siyasəti on illərlə davam edəcək bir sabitliyə qovuşacaq. 31 yaşlı vəliəhd atasından sonra hakimiyyətə gəlirsə, atası və əmiləri kimi 80-90 yaşlarına qədər yaşasa, Səudiyyə Ərəbistanı təxminən əlli il eyni idarəçiyə malik olacaq.

Təbii ki, digər şərtlər da sabit qalarsa.

 

Artan İran-Səudiyyə gərginliyi

 

Yeni liderliyin, təbii ki, regional nəticələri da olacaq. İlk nəticə İran ilə Səudiyyə arasındakı gərginliyin daha da artmasıdır. Bununla bərabər, gələcək dövrdə Qətər böhranı kimi bir çox başqa hadisələrlə qarşılaşa bilərik. Lakin əsas qarşıdurma bu iki ölkə arasında cərəyan edəcək.

Qətər və Yəmən, digər bəzi məsələlər də bu gərginliklər çərçivəsində şəkillənəcək. ABŞ yeni dövrdə özünə Yaxın Şərqdə xərcini yükləyəcək bir ölkə axtarır. Səudiyyə Ərəbistanı isə yeni lideri ilə bu vəzifəyə açıq tələbkardır.

ABŞ-ın göydə axtararkən, yerdə tapdığı bir fürsət! Təbii ki, bunu istifadə etmək istəyəcək. Bu əsnada Səudiyyə Ərəbistanı da imperiya xülyalara qapılıb başını dərdə soxa bilər.

Yeni vəziyyət Yaxın Şərqin sürükləndiyi qarşıdurma siyasətində bir katalizator vəzifəsi görəcək və regional qarşıdurmaların sayını və ehtimalını artıracaq.

Türkiyə mövqeyini duruma uyğun təyin edəcək. Hələlik ən uyğun siyasət Türkiyənin aktiv çəkinmə seçməsidir. Səudiyyə Ərəbistanı ilə İran arasındakı gərginliyin artacağı mühitdə Türkiyənin kənarda dayanmağı bacarması onu uğurlu və güclü edəcək.

Beləcə, bezdirici bir gərginlikdə tərəflər deyil, kənarda dayanan qalib gələcək.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə