XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

27 İyun 2017 - 13:49

İŞİD-ə ballistik zərbə:İran bu hücumla kimlərə hansı mesajı göndərdi? - TƏHLİL

Mahan Abidin

“Middle East Eye”

 

Bu ayın əvvəlində Tehranda İŞİD-in qoşa terror hücumu İranın milli təhlükəsizlik qurumlarının nüfuzuna qiymət verən utancverici fakt idi. İyunun 18-də Suriyanın şərqindəki Deyr əz-Zur əyalətindəki İŞİD mövqelərini hədəfə alan raket həmləsi də buna cavabdır.

ABŞ, İsrail və Səudiyyə Ərəbistanından olan düşmənlər üçün nəzərdə tutulan həmlələrin siyasi mesajları İŞİD və onun müttəfiqlərini təcili tədbirlər görməyə məcbur edir.

İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) ölkənin daxilində və ya qonşu İraqdakı nisbətən asan yerlərdə intiqam almaq əvəzinə, ən qabaqcıl imkanlarından istifadə etmək qərarına gəldi – ortamənzilli “Zülfüqar” ballistik raketlər təxminən 700 kilometr uzaqlıqdakı hədəflərə zərbə endirdi.

Əslində, ən aydın mesaj Suriya müharibəsindən sonra Şərq Suriyadakı siyasi və strateji mənzərəni müəyyənləşdirmək üçün ABŞ-a göndərildi. Bu zərbələr həm də Ruhani administrasiyası ilə İİKK arasında siyasi böhranda hər iki tərəfi sıxlaşdırdı. Hərgah milli təhlükəsizliyə oxşar baxış olsa da, İİKK yalnız İranın düşmənlərini möhkəmləndirən nisbi uzlaşmaya meylli regional siyasətin sona çatdığını bildirir.

 

Çəkindirmə qabiliyyəti

 

Deyr əz-Zura yönəlik "Leylətül-Qədr" əməliyyatı İran-İraq müharibəsinin başa çatdığı 1988-ci ilin avqustundan etibarən İİKK-nın ballistik raketlərdən istifadə etdiyi ilk həmlədir.

Qısa məsafəli ballistik raketlərin əksəriyyəti 2001-ci ilin aprelində İranın müxalifət qrupu olan “Mocahedin-e-Xəlq”ın İraqdakı bazalarına doğru tez-tez işə salınıb.

ABŞ-ın xüsusi təyinatlı qüvvələrinin yerləşdiyi mövqeyə yaxın hədəfləri vuraraq İİKK, ABŞ hərbi qüvvələrinə ortamənzilli ballistik raketlərlə hücum edə biləcəyini nümayiş etdirir.

Bu ballistik raketlərin istifadəsi İranın ən güclü çəkindirmə qabiliyyətinin nümayişi idi. İİKK bir çox siyasi və strateji mesajlar göndərdi:

 

1. ABŞ-a mesaj

 

İlk məlumat alıcısı – ABŞ-ın Əl-Tənfdəki xüsusi təyinatlı qüvvələri idi. Bu arenada rəqabət güclüdür. ABŞ, İranın Suriya hökumətinin nəzarət etdiyi Qərbi Suriya bölgəsinə, habelə İraq sərhədində (indi İran tərəfdarı olan İraq şiə milisləri tərəfindən nəzarətdədir) azad giriş-çıxışını yasaqlamaq istəyir.

ABŞ-ın xüsusi təyinatlı qüvvələrinə yaxın yerdəki hədəfləri vuraraq İİKK, ABŞ hərbi qüvvələrinə ortamənzilli ballistik raketlərlə hücum etmək qabiliyyətinə malik olduğunu nümayiş etdirir. Bu da potensial niyyətin nümayiş etdirilməsidir və İranın Suriyanın şərqindəki öz milli təhlükəsizlik maraqlarını qoruya biləcəyini vurğulanır.

Bu məkanda ABŞ bir neçə dəfə İranpərəst qüvvələrə hücum edib və səhnə daha çox toqquşmalara səbəb olur.

 

2. İsrailə mesaj

 

Bu hücumlar, həmçinin israillilərin İran hədəflərinə birbaşa hücum etməsi halında, İsrail içindəki hədəflərə atılacaq olan İran ballistik raketlərinin qabiliyyəti və təsirinin nümayişi idi.

Üstəlik, İsrailin Suriya ərazisində Livanın “Hizbullah”ına qarşı hərbi kampaniyadan yayındırmaq məqsədli mesajdı. İsrail, Suriyada həyata keçirdiyi hava hücumlarından sonra Deyr əz-Zurdaki nümayiş daha ciddi hərbi əməliyyatlara mane ola bilər.

 

3. Səudiyyə Ərəbistanına mesaj

 

Səudiyyə Ərəbistanı üçün bu hücum Səudiyyə tərəfdən təxribat və potensial düşmən niyyət və əlamətlərə qətiyyət və etiraz nümayişidir.

Bu həm də yeni Səudiyyə rəhbərliyinə, o cümlədən gənc və təcrübəsiz vəliəhd-şahzadə Məhəmməd bin Salmana açıq mesajdır ki, İİKK-nin həm qüdrəti, həm də düşmənçilik edən krallıqda yüzlərlə yüksək dəyərli hədəfə ballistik raketlər yağdırmaq səyi var.

 

Ruhaniyə mesaj?

 

Şərqi Suriyadakı hədəflərə qarşı ballistik raketlərin hücum qərarı asan qəbul edilmədi, amma İslam Respublikasında institusional konsensus nüfuz qazandı. Bu fakta əsasən həmin məsələ Ruhani administrasiyası və İİKK arasında yaranan böhranı əks etdirmir.

Bəzi analitiklər bunu regional və beynəlxalq məsələləri həll etmək üçün yumşaq gücün proyeksiyasına əsaslanan Ruhani rəhbərliyinin xarici siyasətinə hücum kimi təsvir etdilər. Bununla belə, ballistik həmlələr İranın regional və xarici siyasətdə gedişata siqnallarını göstərir. Ruhani rəhbərliyinin Səudiyyə Ərəbistanı və ABŞ kimi regional və beynəlxalq düşmənlərlə qarşı-qarşıya qalmaq gücü, bu güclərin İrana sərt ritorikası ilə sübuta yetirildi.

Bu siqnallar, həmçinin İranın regionda faktiki və ya potensial təhlükələrə yönəlmiş istənilən nəticəyə nail olmaq və ya təsir etmək üçün güc və qüvvəyə müraciət etməyə hazır olduqlarını bildirirlər.

 

Tərcümə: Strateq.az