XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

28 İyun 2017 - 08:53

Amerika eksperti ABŞ-ın Suriyada “Əl-Qaidə”ni necə silahlandırdığından yazdı:“Bu, satqınlıqdır” – Araşdırma

Qaret Porter

The American Conservative (ABŞ), 27.06.2017

 

Konqresmen, eyni zamanda Təmsilçilər Palatası silahlı qüvvələr məsələsi və xarici işlər üzrə Komitənin üzvü Tulsi Qabbard ABŞ-ın Suriyada terrorçu təşkilatlara, həmçinin onlarla əməkdaşlıq edən istənilən təşkilata istənilən yardımını qadağan edən qanun layihəsini nəzərdən keçirməyə çıxardıb. Daha önəmlidir ki, bu qanun layihəsi bu terrorçu təşkilatlara, həmçinin onlarla əlbirlik edən ölkələrə silah satmaq və hərbi sahədə əməkdaşlıq etmək qadağan olunur.

Qabbardın terrorçulara maliyyənin kəsilməsi haqda təklif etdiyi Qanun Konqresdə ABŞ-ın Suriyaya nisbətdə siyasətinə və orada sürən vətəndaş müharibəsinə ilk etiraz cəhdi olub – edilməsi artıq çoxdan gərəkən cəhd: Obama administrasiyası 2012-2013-cü illərdə özünün sünni müttəfiqlərinə – Türkiyə, Səudiyyə Ərəbistanı və Qətərin suriyalı və qeyri-suriyalı silahlı qruplaşmalara silah verməyində yardım edib ki, Bəşər əl-Əsədin rejimini devirə bilsinlər. Administrasiya  2013-cü ildə isə MKİ-nin o zaman “nisbətən mötədil” saydığı, çox vaxt islam ekstremizmi prinsiplərinə sığınan müxalif qruplaşmalara silah göndərməyə başlayıb.

Əsəd rejiminin daha demokratik rejimlə əvəzlənməyinə şərait yaratmalı olan bu cür siyasət, əslində, “Əl-Qaidə”nin Suriya qanadı, “Cəbhət ən-Nusra”nın Əsəd hökuməti üçün əsas təhlükəyə çevrilməsinə səbəb olub. Silah verilməsi siyasəti tərəfdarları hesab edirlər kii, bu, İranın Suriyada nüfuzunun artmağına qarşı durmaq üçün lazımdır. Lakin bu arqumentin ABŞ-ın bu cür siyasətindən meydana çıxmış gerçək problemə heç bir dəxli yoxdur. Obama administrasiyasının Suriya siyasəti “terrorizimlə kürəsəl savaşın” təməl daşı, yəni “Əl-Qaidə” və onunla bağlı terrorçu qurumları məhv erməli olan ABŞ-ın maraqlarının gerçəkləşmə prosesini faktiki olaraq sarsıdıb. Əslində, ABŞ terrorizmlə mübarizədən ibarət olan öz maraqlarını sünni müttəfiqlərinin maraqlarına tabe edib. O bu qayda ilə Yaxın Şərqin lap göbəyində yeni terrorçuluq təhlükəsi yaratmağa yardım edib.

Prezident Bəşər əl-Əsəd hökumətini devirməyə cəhd edən hərbiləşdirilmiş qruplaşmalara silah verilməsi siyasəti prezident Barak Obamanın sünni müttəfiqləri – Türkiyə, Səudiyyyə Ərəbistanı və Qətərin həmin hərbiləşdirilmiş, Suriyada rejimini bərqərar etmək istədikləri müxalifətə ağır silah vermək tələb etdiyi 2011-ci ilin sentyabrından başlanıb. Obama administrasiyasının keçmiş bir məmurunun xəbər verdiyi kimi, Türkiyə və Fars körfəzi ölkələri rejimləri istəyirdi ki, ABŞ üsyançılara tank leyhinə və zenit silahlar versin. Obama müxalif qruplaşmalara hərbi yardım göstərilməsi üzrə kampaniya keçirməkdən ibarət olan silah verməkdən imtina edib, lakin gizli logistik dəstək verməyə razılaşıb. MKİ-nin antiəsəd qüvvələrin silahlandırılmasında iştirakı Qəddafi rejiminin Bənqazidə saxlanan anbarlarından silah tədarükünün təşkilindən başlanıb. MKİ-nin nəzarət etdiyi şirkətlər logistik məsələlərin həll edilməsi tapşırılan keçmiş Amerika hərbçilərini cəlb etməklə Bənqazidəki hərbi limandan Suriyanın iki kiçik limanına silah göndərirdi. Jurnalist Say Herş 2014-cü ildə bu haqda öz hesabatında yazıb. Bu proqramın gerçəkləşməsinə vəsait əsasən Səudiyyə Ərəbistanından daxil olub.

ABŞ Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin 2012-ci ilin oktyabrında tərtib olunmuş, məxfiliyi götürülmüş məruzəsində deyilir ki, 2012-ci il avqustun axırında göndərilmuiş silah partiyası 500 snayper tüfəngi, 100 reaktiv tank əleyhinə qranatatan (RTQ), həmçinin RTQ üçün 300 mərmi və 400 haubitsadan ibarət olub. Məruzədə deyildiyi kimi, hər partiyada 10 yük konteyneri, hərəsində 20 ton yük olub. Yəni hər bir silah partiyasının ümumi çəkisi, təxminən, 250 tona çatırdı. Hətta MKİ bir ayda cəmi bu cür partiya tədarükü təşkil edibsə, 2011-ci ilin oktyabrından 2012-ci ilin avqustuna qədər Suriyaya silah tədarükünün ümumi həcmi 2750 ton təşkil etməlidir. Çox güman ki, tədarüklərin ümumi həcmi gerçəklikdə xeyli dəfə çox idi.

MKİ-nin Liviyadan gizli silah tədarükü üzrə əməliyyatları 2012-ci ilin sentyabrında Liviya yaraqlıları bu əməliyyatın keçirilməsi üçün Bənqazidə istifadə olunan tikiliyə hücum edərək od vurduqdan sonra qəflətən kəsilib. Artıq bu ərəfədə antihökumət qruplaşmalarına daha böyük həcmdə silah tədarükü kanalı işə başlamışdı. MKİ səudlara 1990-cı illər müharibəsindən sonra Balkanlarda qalmış iri partiya silahı satmaq təklifi verən yüksəkçinli bir xorvat məmuru ilə təmas qurmağa yardım edib. MKİ həmçinin səudlara keçmiş sovet blokunun bir neçə  ölkəsi və tədarükçülərindən silah almağa kömək edib.

MKİ-nin Liviya əməliyyatı nəticəsində və xorvatlardan alınmış böyük miqdarda silahı olan Səudiyyə Ərəbistanı və Qətər 2012-ci ilin dekabrında hərbi yük təyyarələrinin Türkiyəyə uçuşunu kəskin şəkildə artırıb və növbəti iki ay ərzində bunun intensivliyini saxlayıb. “New York Times” nəşrinin məlumat verdiyi kimi, 2013-cü il martın ortalarına doğru bu cür uçuşların sayı 160 olub. Fars körfəzi ölkələrində daha çox bu cür vəzifələrin həlli üçün isitfadə edilən İL-76 təyyarəsi havaya, təqribən, 50 ton yük qaldıra bilir, yəni 2012-ci ilin axırından 2013-cü ilin başlağıcına qədər Türkiyə sərhədindən Suriyaya, təxminən, 8 min ton silah tədarük olunub.

Bir Amerika məmuru Suriya üsyançılarına silah tədarükünün yeni səviyyəsini “silah şəlaləsi” adlandırıb. Balkan jurnalistika araşdırması şəbəkəsi (Balkan Investigative Reporting Network) və korrupsiya və mütəşəkkil cinayətkarlığın araşdırılması üzrə Layihənin (Organized Crime and Corruption Reporting Project) tam bir il çəkən araşdırmalarının nəticələri göstərib ki, səudlar Suriyada güclü ənənəvi ordu yaratmaq niyyətində olublar. 2013-cü ilin mayında Belqradda bir şirkətdən əldə edilmiş silahın “əsas istifadəçisi sertifikatı”nda tankın qalın zirehini deşə bilən 2 milyon mərmi ilə bərabər 500 sovet qranatatanı, 500 raketlə tank əleyhinə 50 “Konkurs” raket kompleksi, 50 zenit silahı, ağır zirehli jileti deşə bilən qəlpəli 10 min OQ-7 qranatı, hər biri eyni zamanda 19-30 km mənzillik 40 raket buraxa bilən dörd “Qrad” BM-21 yaylım atəşi sistemi, həmçinin 20 min “Qrad” raketi göstərilib.

Həmin serb şirkətinin Səudiyyə Ərəbistanına göndərdiyi başqa partiyanın son istifadəçi sertifikatında 300 tank, 2 min TƏQ və 16,5 min digər raket qurğusu, ZQ-23-2 üçün bir milyon mərmi və müxtəlif silah növləri üçün 315 milyon patron göstərilib.

Bu iki partiya Səudiyyə Ərəbistanının növbəti bir neçə il ərzində səkkiz Balkan dövlətindən əldə etdiyi silah həcminin yalnız cüzi bir hissəsidir. Ekspertlər aşkarlayıblar ki, 2015-ci ildə keçmiş sovet bloku ölkələri ilə ən böyük sazişlər bağlanıb və səudlara satılmış silah sistemlərinin çoxu tamamilə təzə idi. Hətta səudların bu ölkələrdən aldığı silahın, demək olar, 40%-i 2017-ci ilin əvvəlinədək tədarük edilməyib. Yəni səudlar silah tədarükü müqaviləsini elə bağlayıblar ki, Suriyada hələ bir neçə il ərzində tammiqyaslı müharibə aparılsın.

Lakin səudların hələlik ən mühüm silah alqısı Balkan dövlətlərindən deyil, ABŞ-dan olub. Söhbət Səudiyyə Ərəbistanına 1 milyard dollara başa gəlmiş ağır tank əleyhinə 15 min TOW raket komplekslərinin satışından gedir. Bu saziş Obamanın antiəsəd silahlı qruplaşmalara ölümcül silahın tədarükünə yasağı qaldırmağının nəticəsi olub. Hətta səudlar vəd ediblər ki, bu tank əöleyhinə komplekslər Suriya üsyançılaırna yalnız ABŞ-ın icazəsi ilə veriləcək. Bu komplekslər artıq 2014-cü ildə Suriyada aşklarlanıb və ölkədəki hərbi balansa əsaslı təsir edib.

Suriyaya bürüyən silah axını 20 min əcnəbi yaraqlının gəlişi ilə – əsasən, Türkiyədən – bu münaqişənin xarakterini bir çox baxımdan müəyyən edib. Bu silah “Əl-Qaidə”nin Suriya qanadı “Cəbhət ən-Nusra” və onun etibarlı müttəfiqlərini Suriyada ən güclü antiəsəd qüvvəsinə çevirmək imkanı verib və İŞİD-in formalaşmasına təkan olub.

2012-ci ilin sonuna doğru Amerika məmurlarına aydın olub ki, ilin əvvəlindən ölkəyə daxil olan silahın əsas kütləsi “Əl-Qaidə” yaraqlılarına və Suriyada mövqelərini sürətlə möhkəmləndirən müttəfiqlərinə göndərilib. Amerika məmurları 2012-ci ilin oktyabrında   “New York Times”-ın reportyorları ilə söhbətdə etiraf ediblər ki, əvvəlki ilin gedişində ABŞ dəstəyi ilə Suriyadakı silahlı qruplaşmalara göndərilmiş silahın “böyük hissəsi radikal islamçı cihadçıların”, yəni “Cəbhət ən-Nusra” yaraqlılarının əlinə keçib. “Cəbhət ən-Nusra” və müttəfiqləri silahın əsas alıcısı olub, çünki Səudiyyə Ərəbistanı, Türkiyə və Qətər istəyirdi ki, silah hökumət qüvələrinə qarşı mübarizədə daha yüksək nəticə göstərən hərbi qruplaşmaların əlinə keçsin.

Sıralarını Türkiyə sərhədindən keçərək Suriyaya gəlmiş bir neçə min əcnəbi cihadçı sayəsində möhkəmləndirmiş “Cəbhət ən-Nusra” artıq 2012-ci ilin yayına doğru “Azad Suriya Ordusu” (ASO) ilə sıx əməkdaşlıqda Suriya hökumət qounlarına hücumlarda lider rolunu oynayırdı. Çarlz Listerin “Suriya cihadı” kitabında yazdığı kimi, “Cəbhət ən-Nusra” yaraqlıları 2012-cilin noyabr-dekabrında ASO təmsilçiləri ilə birlikdə bir neçə cəbhədə özünəməxsus “koordinasiya mərkəzləri” yaratmağa başlayıb. Vaşinqtona xoş gələn komandirlərdən biri Suriya ordusunun keçmiş zabiti, Hələb Hərbi İnqilab Şurasına başçılıq etmiş polkovnik Əbdülcabbar əl-Okeydi idi. Hətta Suriyanı tərk etdikdən sonra da vəzifəsini saxlayan səfir Robert Ford Suriyadan getməli olduqdan sonra 2013-cü ilin mayında Okeydi ilə açıq şəkildə görüşüb ki, ABŞ-ın ona dəstək verməyə hazır olduğu haqda məlumat versin.

Lakin ən güclü elementi “Cəbhət ən-Nusra” olan Hələb qüvvələri koalisiyasında Okeydi və onun dəstələri yalnız kiçik tərəfdaş idi. Gerçək durumu Okeydinin İŞİD liderləri ilə yaxşı münasibətlərindən danışdığı və 2013-cü ilin sentyabrında Hələb əyalətində cihadçıların baş komandiri ilə birlikdə Suriya hökumətinin hərbi bazasını ələ keçirməyi necə bayram etdiyini göstərilən videoçarx üzrə dəyərləndirmək olar. 

Əslində, heç vaxt hərbi qurum olmamış ASO 2013-cü ilin əvvəlinə doğru Suriya münaqişəsində hər hansı önəmli rol oynamağı tərgidib. Suriya münaqşəsi üzrə bir mütəxəssisin dediyi kimi, hətta yeni antiəsəd qruplaşmaları özlərini ifadə etməkdən ötrü bu addan idtifadə etməyi buraxıb.

Buna görə də Türkiyədən müxtəlif cəbhələrə silah gələrkən qeyri-cihadçı bütün qruplaşmalar başa düşürdü ki, bu silah “Cəbhət ən-Nusra”ya və ən yaxın mütəfiqlərinə çatacaq. 

McClatchy-nin Suriya mərkəzi hissəsinin şimalındakı şəhərin durumuna həsr edilmiş və 2013-cü ilin əvvəlində dərc edilmiş məruzəsində “Cəbhət ən-Nusra” və ASO briqadaları arasında silah bölgüsündə hərbi razılaşmanın necə rol oynadığından danışılır. Bu dəstələrdən biri – “Qələbə briqadası” – bir neçə həftə qabaq “Əl-Qaidə”nin ən mühüm müttəfiqi olan “Əhrar əş-Şam” briqadası ilə birlikdə stratejicə ən mühüm şəhərə uğurlu hücumda iştirak edib. Bir reportyor həmin briqada üzvləri və “Əhrar əş-Şam”ın yeni silahı, o cümlədən Rusiya istehsalı RPQ-27 və RQ qranatatanı necə sərgilədiyini müşahidə edib.

Qələbə briqadası”nın yeni silahın bir qismini “Əhrar əş-Şam”a verib-vermədiyi sualına sonuncunun təmsilçisi cavab verib: “Əlbəttə, o bizə silah verib. Biz birgə vuruşuruq”.

Türkiyə və Qətər silah sistemlərinin alıcısı qismində “Əl-Qaidə” və ən yaxın müttəfiqi “Əhrar əş-Şam”ı bilərəkdən seçib. Türk polisi 2013-cü ilin sonu, 2014-cü ilin əvvəlində Türkiyənin cənubunda Xatay vilayətinə yollanan silah dolu bir neçə yük maşınını ələ keçirib. Türkiyə polislərinin ifadəsinə əsasən, türk kəşfiyyatının bir neçə əməkdaşı bu yükləri müşayiət edib. Bu əyalətə “Əhrar əş-Şam” yaraqlıları nəzarət edir. Atlantik Şurası yanında Rafiq Həriri adına Yaxın Şərqi araşdırma Mərkəzinin baş elmi əməkdaşı Fəysal İtaninin dediyi kimi, Türkiyə “Əhrar əş-Şam”a tezliklə əsas müştərisi kimi yanaşmağa başlayıb.

Qətər kəşfiyyatının Liviyada ekstremist qruplaşmalara silah tədarükündə iştirak etmiş bir agenti Türkiyədən Suriyaya silah tədarükünün təşkilində əsas sima olub. Ərəb kəşfiyyat xidmətinin həmin illərdə Türkiyənin Suriya sərhədlərində xarici tədarükçülərlə keçirilən danışıqların məzmunundan xəbərdar olan bir agenti “Washington Times” nəşrinə bildirib ki, danışıq iştirakçılarından biri xarici dövlətlərin cihadçılara dəstək verdiyi, halbuki qeyri-islamçı qrupların tədricən söndüyü xəbərdarlığını edəndə Qətər təmsilçisi deyib: “Xeyri olarsa, mən hətta “Əl-Qaidə”yə də silah göndərərəm”.

Yaxın Şərqdəki bir diplomatik qaynağın sözlərinə göprə, Qətər həm “Əl-Qaidə”yə, həm də “Əhrar əş-Şam”a silah tədarük edib. 2013-cü ildə Obama administrasiyası yanında  Milli Təhlükəsizlik Şurasınn üzvləri Amerika məmurlarına Qətərin Suriya və Liviyada ekstremistləri silahlandırmasıyla bağlı narazılıqlarını ifadə edərək Amerika qırıcılarını Qətərdəki hərbi-hava bazasından götürməyi təklif ediblər. Pentaqon bu təklifi rədd edib ki, bazaya çıxış saxlanılsın.

Herşin yazdığı kimi, 20130-cü ilin mayında Ağ Evdə şam yeməyi vaxtı prezident Obama baş nazir Rəcəb Tayib Ərdoğanla onun hökumətinin cihadçılara göstərdiyi dəstəyi müzakirə edib. Obama o vaxt Ərdoğana üz tutaraq deyib: “Sizin Suriyada radikallarla nə iş gördüyünüzü bilirik”. Bununla belə, ABŞ administrasiyası Türkiyəninn “Cəbhət ən-Nusra” ilə əməkdaşlığını açıq şəkildə yalnız 2014-cü ilin sonunda ötəri qeyd edib. ABŞ-ın 2011-2014-cü illərdəki Türkiyə səfiri Frensis Rikkardone Ankardan getdikdən sonra tezliklə “Daily Telegraph” nəşrinə məlumat verib ki, “düzünü desək, Türkiyə qruplaşmalarla, o cümlədən “ən-Nusra” ilə bir müddət əməkdaşlıq edib”.

Vaşinqton öz müttəfiqlərini Suriya terrorçularına silah tədarük etməkdə aşkar şəkildə ittiham etməyə vitse-prezident Co Bayden 2014-cü ilin oktyabrında onların fəaliyyətini tənqidə məruz qoyarkən daha çox yaxınlaşıb. Bayden Harvard Kennedi Məktəbində sərbəst çıxışı zamanı şikayətlənib ki, “bizim əsas problemimiz bizim müttəfiqlərimizdir”. Bayden öz sözlərinə görə tezliklə üzr istəyib və izah edib ki, heç də nəzərdə tutmurdu ki, ABŞ-ın müttfəqiləri cihadçılara bilə-bilə silah tədarük edib. Lakin səfir Ford onun şikayətinə qoşularaq BBC-yə müsahibədə deyib: “Baydenin müttəfiqlərimiz barədə söylədikləri ekstremizm probleminin dərinləşməsinə şərait yaradan həqiqətdir”.

Obama MKİ-nin diqqətlə yoxladığı üsyançı briqadalara öldürücü silahın ilk birbaşa tədarükünə 2013-cü ilin iyununda razılıq verib. ABŞ-da istehsal edilmiş və Səudiyyə Ərəbistanına verilmiş BGM-71E tank əleyhinə raketlər 2014-cü ilin yazına doğru seçkin antiəsəd qruplaşmaların əlində görünməyə başlayıb. Lakin MKİ şərt irəli sürüb ki, bunları alan qruplaşmalar “Cəbhət ən-Nusra” və müttfəqiləri ilə əməkdaşlıq etməsin.

Bu şərt nəzərdə tuturdu ki, Vaşinqton “Cəbhət ən-Nusra”dan asılı olmamaq üçün yetrincə güclü silahlı qruplaşmalara silah tədarük edir. Lakin MKİ-nin yoxladığı “nisbətən mötədil” üsyançıların siyahısındakı bütün qruplaşmalar “Cəbhət ən-Nusra”nın gücü və nüfuzu qarşısında son dərəcə dişbatan idi. “Cəbhət ən-Nusra” yaraqlıları 2014-cü ilin noyabrında MKİ-nin dəstəklədiyi iki ən güclü qruplaşmaya – “Hərəkat Həzm” və “Suriya İnqilab Cəbhəsi”nə zərbə endirib tank əleyhinə TOW raket qurğuları və “Qrad” qurğuları daxil olmaqla onların ağır silahlarını qəsb etdi. 

Hərəkat Həzm”in qanadı 2015-ci il martın əvvəlində Hələbdə öz varlığına son qoyub, “Cəbhət ən-Nusra” isə qəsb etdiyi TOW raketlərin və digər silahların fotosunu dərhal nümayiş etdirib. “Cəbhət ən-Nusra” yaraqlıları 2016-cı ilin martında İdlib əyalətinin şimal-qərbində 13-cü diviziyanın mənzil-qərargahına hücum edib və onun bütün  TOW raketlərini ələ keçirib.

Lakin bu, “Cəbhət ən-Nusra”nın MKİ-nin səxavətindən fayadalandığı yeganə üsul deyil. Bu terrorçu təşkilat yaxın müttəfiqi “Əhrar əş-Şam”la birlikdə 2014-2015-ci illərin qışında bütün İdlib əyaləti üzərində nəzarəti ələ keçirmək üzrə kampaniya planlaşdırmağa başlayıb. Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər onlarla ümumi heç nəyi olmadığı görüntüsün buraxıb “Cəbhət ən-Nusra” ilə birlikdə İdlib əyaləti üçün “Fəth ordusu” adı altında “Cəbhət ən-Nusra” yaraqlıları və ən yaxın müttəfiqlərinin daxil olduğu yeni silahlı birləşmə yaradılması üzərində işləməyə başlayıb. Səudiyyə Ərəbistanı və Qətər bu vəzifənin gerçəkləşməsi üçün növbəti silah payını təqdim edib, Türkiyə isə bunu Suriyaya keçirməyə yardım edib. “Fəth ordusu” bu kampaniya başlayandan dörd gün sonra martın 28-də İdlib şəhəri üzərində nəzarəti uğurla ələ keçirib.

MKİ proqramı üzrə müasir silahlar almış qeyri-cihadçı qruplaşmalar İdlibə ilkin hücumlara qatılmayıb.

ABŞ-ın başçılğı ilə Türkiyənin cənubundakı əməliyyat məntəqəsi İdlib şəhəri tutulduqdan sonra MKİ-nin dəstəklədiyi qruplaşmalara siqnal verib ki, indi əyalətin qalan hissəsi üzərində nəzarətin konsolidasiyası üzrə kampaniyaya qoşula bilər.  

Suriya cihadçıları üzrə Britaniya eksperti, cihadçılar və digər silahlı qruplaşmalarla əlaqə saxlayan Lesterin məlumat verdiyi kimi, MKİ silahının alıcıları İdlibin ələ keçirilməsi üzrə kampaniyada “Cəbhət ən-Nusra”ya qoşulub və MKİ onları dayandırmağa heç cəhd də etməyib. İdlibə həmlə başlarkən MKİ-nin dəstəklədiyi qruplaşmalar xeyli TOW raket kompleksləri alıb və onlar indi bunları Suriya ordusunun tanklarına qarşı son dərəcə effektli şəkildə istifadə ediblər. Bu, müharibənin yeni mərhələsinin başlanğıcı olub və bu gedişatda ABŞ-ın siyasəti “nisbətən mötədil” qruplşamalar alyansı və “Cəbhət ən-Nusra”ya dəstəkdən ibarət idi.

Bu yeni alyans “Cəbhət ən-Nusra”ya yaxın cihadçı qruplaşmaların doqquz silahlı qruplaşma ilə  Hələb əyalətində MKİ-dən yardım alan “Fəthi Hələb” adında yeni birləşmə yaratdığı Hələbə də yayılıb. MKİ-nin dəstəklədiyi qruplaşmaların bildirməyə tam haqqı var idi ki, “Cəbhət əm-Nusra” ilə əməkdaşlıq etmir, çünki “Əl-Qaidə”nin bu şaxəsi birləşmə iştirakçılarının rəsmi siyahısına daxil deyildi. Lakin bir məruzədə deyildiyi kimi, bu, vur-tut, hiylə idi ki, MKİ öz müştərilərinin “Əl-Qaidə” ilə faktiki alyansına baxmayaraq onlara bundan sonra da silah tədarük etmək imkanında olsun.

Bütün bunların məğzi aydındır: ABŞ öz sünni müttəfiqlərinə “Cəbhət ən-Nusra” və müttəfiqlərini silahla təchiz etməkdə yardım göstərdiyindən və döyüş əməliyyatları zonasına gec-tez “ən-Nusra”nın əlinə düşəcək və mövqeyini gücləndirəcək müasir silahlar çatdırdığından Suriya ərazisində “Əl-Qaidə”nin hərbi nüfuz dairəsinin yayılmağına görə Vaşinqton məsuliyyət daşıyır. Yəqin ki, MKİ və Pentaqon Amerikanın bəyan etdiyi əks-terrorm missiyasından bu cür həsləməyinə göz yummağa hazırdır. Konqres, yaxud Ağ Ev bu cür satqınlığa qarşı açıq çıxış etməsə, – ki, Tulsi Qabbard öz qanun layihəsində buna israr edir – ABŞ bundan sonra da Suriyada “Əl-Qaidə” hakimiyyətinin konsolidasiyasına şərait yaradacaq – hətta İŞİD orada məğlub olsa da.

 

Tərcümə Strateq.az-ındır.