XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

28 İyun 2017 - 11:49

Ruhaniyə açılan atəşlər:"Yumşaq müharibənin zabitləri" İran prezidentini dalana dirəyir - Təhlil

Ruhullah Fəqihi

“Al-Monitor”

 

İyunun 23-də İranın sərt siyasət qanadının təmsilçiləri bir daha “mülayim” prezident Həsən Ruhaniyə hücum etdi, lakin bu dəfə həmlə fərqli idi.

Bir qrup prinsipçi Qüds Gününü qeyd etmək üçün küçədəki nümayişə qoşulan prezidentə yaxınlaşdı və sərt şüarlar səsləndirdi.

Xatırladaq ki, hər il Ramazan ayının son Cümə günü iranlılar Fələstin torpaqlarını işğal etmiş israilliləri qınamaq üçün küçələrə axışır. Yüksək vəzifəli şəxslər də daxil olmaqla, yürüşlərdə minlərlə adam iştirak edir.

Lakin bu dəfə prinsipçilərin prezidentə qarşı səsləndirdiyi şüarlar ədəbsizlik və təhqir kimi səciyyələndirildi.

Mayın 19-da yenidən prezident seçilən Ruhani əleyhinə səslənən şüarlar arasında bunlar vardı: "Amerika şeyxi", "Ruhani, Bənisədr, əlaqəniz münasibətilə siz təbrik edirəm" (Əbülhəsən Bənisədr – İranın ilk prezidenti, impiçmentə məruz qaldıqdan sonra ölkədən qaçıb tərc.) və "Rədd olsun münafiqlər!" (müxalifətçi “Mocahedin-e-Xəlq” qrupuna işarədirtərc.).

Hücumdan sonra Ruhaninin sosial şəbəkələrdəki tərəfdarları iyunun 23-də “Twitter”də ən yaxşı tendensiyaya çevrilən "Mən Ruhani tərəfdarıyam" haştaqından istifadə edərək onu dəstəklədilər.

Əslində, hər dəfə sərt siyasət tərəfdarları Ruhaniyə hücum etdikdə, atmosfer onun xeyrinə dəyişir, tərəfdarları sosial şəbəkələrdə səfərbər olub onu müdafiə edirlər. Bundan əlavə, prinsipçilər bəzən belə sərt olurlar ki, hətta mühafizəkarlar da daxil olmaqla, Ruhaninin tənqidçiləri onun səfində yer tuturlar.

İslahatçılar / mötədillər Ruhanini hədəfə almış mühafizəkarları / prinsipçiləri bir-bir tanıdılar. Bəzi mühafizəkarlar, mübahisə etmədən, bu şəxsləri öz düşərgələrindən çıxarmağa çalışdılar. Bu, öz növbəsində, prinsipçilərin şiddət tərəfdarı olması təsəvvürü yaratdı və onları "birlik düşməni" kimi tanıtdı.

Əslində, mötədillər / islahatçılar Qüds Günü münasibətilə İsraili qınadıqları üçün birlik göstərməklə istəyirdi, lakin bu baş tutmadı.

Mühafizəkar din xadimi Məhəmməd Təqi Rəhbər şüarlar səsləndirən prinsipçilərin "əsl hizbullahçı" olmadığını söyləyərək, onları öz düşərgəsindən uzaqlaşdırdı.

Bundan başqa, islahatçılar / mötədillər Ruhaniyə qarşı şüarlar səsləndirmənin əvvəlcədən planlaşdırılmış əməl olduğunu ifadə etdilər. Mühafizəkar Qulaməli Həddad-Adil yığını qaragüruh kimi təsvir etdi və bu adamların Ruhanini kübar şəkildə tənqid etməli olduğunu söylədi.

Bəzi prinsipçilər güman edir ki, onların hərəkətləri ali liderin şərhlərinə əsaslanır və onlar Xamneinin iyunun 7-də səsləndirdiyi sözlərə istinad edirdi: "Mən hər bir ölkədə bütün intellektual, düşüncə cihadçılarına və mədəni nüvələrə daim söyləyirəm ki, onların hər biri müstəqil şəkildə fəaliyyət göstərməlidir. Hərbi arenalarda olduğu kimi, istədikləri zaman “atəş aça” bilərlər. Əlbəttə, müharibə zamanı əmrlər verən komanda mərkəzi var, amma komanda mərkəzi başqa mərkəzlərlə əlaqə qura bilməzsə, komandir "atəş" əmrini özü verir. Bəli, siz yumşaq müharibənin zabitlərisiniz. Siz yumşaq müharibənin məmurları olmalısınız. Mərkəzi təşkilatın yanlış yolda olduğunu və düzgün işləmədiyini düşündüyünüz zaman, şəxsi iradənizlə atəş açırsınız. Belə hallarda düşünmək, qərar vermək, hərəkət etmək və irəliləmək azaddır".

Ali liderin çıxışından bir neçə gün sonra mühafizəkarlar “komandirlər”in düşündüklərini "yanlış şərh" kimi düzəltməyə çalışdılar. Şiraz əyalətinin imam-cüməsi Əsədullah İmani iyunun 18-də bildirdi ki, "istəyə görə atəş" xaos demək deyil".

Ruhaniyə yeni hücumun ardınca mühafizəkarlar özlərini şüarlar səsləndirən qrupdan uzaqlaşdırmağa çalışdılar. Bu baxımdan, iyunun 24-də ultramühafizəkar “Cavan” qəzeti şüar səsləndirənləri "səthi" adamlar kimi səciyyələndirdi. Gündəlik nəşr yazdı ki, Ruhaninin əleyhinə işləyənlər mötədillər üçün lazımi atmosfer yaratdı.

İyunun 26-da dövlət başçısına qarşı prinsipçilərin davranışına təpki göstərərək, ali lider əvvəlki sözlərini izah etməyə çalışdı: "Atəş " anarxiya tələb etmir. Bu, ölkənin inqilabi hərəkatına qarşı düşüncəsiz iddialara imkan vermək demək deyil".

Ancaq Qüds Günü ilə əlaqədar hadisələrdən üç gün sonra, Ali Rəhbər Ayətullah Əli Xamneinin Fitr bayramı namazı qılmasından bir neçə dəqiqə əvvəl bir məddah-şair Ruhani və Birgə Fəaliyyət Planına qarşı şeir oxudu.

İslahatçıların / mötədillərin tənqid olunduğu şer təhqir kimi qəbul edildi. Ruhaniyə qarşı belə sərt şifahi hücumların davam edəcəyini göstərən hərəkət zamanı mühafizəkarlar, 2017-ci il prezident seçkilərində onların namizədi olmuş İbrahim Rəisini mədh edən şeiri müdafiə etdilər.

Prinsipçi fəal Vahid Yəminpur iyunun 26-da “tweet” atdı: "Meysam Moteinin şeiri Qüdr Günü [prezidentə qarşı] şüarlarından çox fərqlənirdi və bu da onun səlisliyindən irəli gəlir. “Atəş” səliqəli açılmışdı".

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə