XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

29 İyun 2017 - 20:00

Yaxın Şərq və Şimali Afrika:Gələcəkdə bu bölgə istilik, quraqlıq və aclıq təhlükəsi ilə üzləşəcək - ARAŞDIRMA

Ceykob Pauell

“Middle East Eye”

 

Yaxın Şərqin yayının isti olacağını bilmək üçün raket aliminə dərin düşüncəyə dalmaq lazım deyil, amma elm adamları və tədqiqatlar iqlim dəyişikliyinin orada böyük ziyana səbəb ola biləcəyini indidən xəbərdar edirlər.

Alimlər deyirlər ki, bütün Yaxın Şərq və Şimali Afrika (MENA – Middle East and North Afrika – YŞŞA) bölgəsi qlobal istiləşmənin doğurduğu ölümcül istilik dalğaları, geniş quraqlıq və yüksələn dəniz səviyyələri də daxil olmaqla, daha ağır nəticələrə həssasdır.

NASA-nın Kosmik Tədqiqatlar İnstitutunun təmsilçilərindən olan Bencamin Kuk da “MEE”yə bölgənin iqlim dəyişikliyinə xüsusilə həssas olduğunu söyləyib: "MENA bölgəsi və Aralıq dənizində yağıntının azalması, quraqlıqların intensivliyinin artması və daha çox ekstremal istilik gözlənilir".

"Bütün region artıq məhdud su ehtiyatları ucbatından quraqlığa çox həssasdır və bu sahə iqlim dəyişikliyinin quraqlıqla əlaqədar təsirlərini xüsusilə əhəmiyyətli olacağını gözlədiyimiz bir yerdir. Dəniz səviyyəsinin yüksəlməsi xüsusilə dəniz səviyyəsində olan şəhərlər və yaşayış məntəqələrinə, sahil boyunca istənilən sahəyə böyük təsir göstərə bilər", – deyə o, əlavə edib.

Kuk xəbərdarlıq edib ki, "gələcəyə doğru irəlilədikcə, istiləşmə güclənəcək, bu təsirlərin hamısı daha aydın və güclü olacaq".

 

Qlobal ərzaq təhlükəsizliyinin çökməsi

 

Yanvarın 26-da düşüncə quruluşu “Chatham House” qlobal qida təhlükəsizliyinin necə pozulduğuna dair hesabat yaydı. Hesabatda iqlim dəyişikliyinin azsaylı Yaxın Şərq "zibilxanaları"na, yəni mühüm ticarət marşrutu yerlərinə təzyiqi əks olunub.

Bu, Süveyş kanalı, Türk boğazları, Hörmüz boğazı və Bab əl-Məndab boğazıdır – onlar qlobal ərzaq bazarı üçün yük gəmilərinin əsas marşrutlarıdır: "İqlim dəyişikliyi tələbat-tədarük mərkəzləri və çatışmazlıqlar arasındakı qida üstünlüyü boşluğunu daha da genişləndirəcək, dünya miqyasında böyük həcmdə ərzaq nəqlinə təkan verəcək".

İqlim dəyişikliyi bu limanları fırtınalar, artan dəniz səviyyələri və ekstremal istilik dalğaları ilə pozduqda, qlobal ərzaq qiymətləri sıçrayacaq və Yəmən kimi zəif sahələrdə əhali çatışmazlıqlardan əziyyət çəkəcək.

Tədqiqat göstərir ki, MENA regionu iqlim dəyişikliyinin təsirinə xüsusilə meyllidir. Bölgə dünyanın yeyinti idxalından ən çox asılı ərazisidir və bütün əsas qidaların üçdə birindən çoxu bu marşrutlarla səyahət edir.

"MENA ölkələri Rusiya və Ukraynanın dəmiryolları və limanları, habelə Türk boğazları vasitəsilə nəql edilən Qara dənizin taxıl ixracına üstünlük verirlər", – deyə tədqiqatda qeyd olunur.

Bu sahələrdən biri, hər hansı səbəbə görə, təcrid olunarsa, heç bir alternativ marşrut yoxdur, belə ki, "bölgədəki bir çox ölkələrin bazar çıxışına" maneə var.

"Ərzaq təhlükəsizliyi ilə siyasi/sosial qeyri-sabitlik arasında tarixi əlaqələr bölgənin ekstremal təsirlərə məruz qalmasına səbəb olur".

Tədqiqata əsasən, Hörmüz boğazı boyunca Körfəz hövzəsinə daxil olan ölkələr xüsusilə zəifdirlər. Küveyt, Qətər və Birləşmiş Ərəb Əmirliklərində buğda idxalı 80 faizdən çoxdur.

 

Ölümcül istilik dalğaları

 

Körfəz, həmçinin iqlim dəyişikliyi nəticəsində ölümcül istilik dalğalarının artan tezliyinə xüsusilə həssasdır.

Massaçuset Texnologiya İnstitutunun (MİT) bir qrup alimi 2015-ci ildə bir tədqiqat nəşr edib. Həmin sənədə əsasən, qlobal istiləşmə – Körfəz boyunca önümüzdəki onilliklərdə ölümcül istilik dalğalarının baş vermə ehtimalı var.

MİT-in mülki və ətraf mühit mühəndisliyi üzrə professoru və araşdırmanın müəlliflərindən biri olan Əlfatih Əltahir “MEE”yə bildirib ki, elm adamları iqlim simulyasiya modellərində Körfəzdəki bir neçə sahənin önümüzdəki onilliklərdə məskunlaşmanın mümkün ola bilməyəcəyini aşkarlayıblar: "Biz əsrin sonunda istilik şəraitinin proqnozlarını öyrənmişik, – o deyib. – Hər kəsin tanış olduğu müntəzəm temperaturun əvəzinə, istilik və rütubətin birləşməsini ölçən "həcmli ampul temperaturu" adlı modeldən istifadə etdik və bu dəyişkənliyə linza ilə baxdıqda, yay mövsümündə Fars körfəzi bölgəsində temperatur dünyanın istənilən bölgəsinə nisbətən daha yüksək dərəcəyə çatır".

Əltahir əlavə edib ki, proqnozlar insanlar üçün istiliyin təhlükəli səviyyəyə çatacağını göstərdi.

O vurğulayıb ki, aşağı hədd 35 dərəcədir. Bu, sağlamlıq problemləri olan uşaqlar, sadəcə uşaqlar və yaşlılar üçün təhlükəli həddir.

Rütubət dərəcəsi insanın tərləməsinə imkan verməyəcək və bu şəraitdə insanların təxminən altı saat çöldə olduğunu nəzərə aldıqda, deməli, onlar təhlükəyə məruz qalır.

Sadəcə olaraq, 50% rütubətdə temperaturun 46 dərəcəyə çatması – ölümcül həddir.

Əltahir bildirib ki, "Körfəzin Yer kürəsinin digər bölgələrindən əvvəl bu ərəfəyə çatması ehtimal olunur".

2015-ci ilin iyulunda Körfəz şəhəri olan Bəndar Mahşəhrdə (İran) bu həddən qeydə alınıb – 46 dərəcə p (90 faiz rütubət), ancaq bu, bir neçə dəqiqə çəkib.

Əltahir “MEE”yə deyib: “Yayda Dohaya getsəniz, isti və nəmişlikdən narahat olursunuz. Küləklər şimaldan əsdiyi üçün, bizim ssenarilərimizdə Dubay, Əbu Dabi və Doha kimi yerlər, Küveyt və Cənubi İraq kimi digər Körfəz bölgələrindən fərqli olaraq, ölümcül istilik dalğalarına xüsusilə həssasdır".

Ancaq o, bu ssenarilərin, hətta adi modeldə "çox nadir" olduğunu vurğulayıb. Əltahirin sözlərinə görə, əsrin sonunadək Körfəzdə hər on ildən bir belə ölümcül isti yaşanacaq.

Buna baxmayaraq, tədqiqatçı qeyd edib: "Bu, şərti hesablamadır, ümid edirik ki, bu baş verməyəcək və iqlim dəyişikliyi rəsmi səviyyədə çox ciddi şəkildə qəbul ediləcək. Bununla belə, modellər ehtimalın mümkünlüyünü göstərir".

İqlim dəyişikliyi millət vəkilləri, siyasətçilər, analitiklər arasında qızğın müzakirə olunan mövzu olsa da, elm adamları MENA ölkələrini öyrənərək, iqlim dəyişikliyinin baş verəcəyinə əmindirlər: "MENA bölgəsi iqlim dəyişikliyinin bəzi təsirlərinə, xüsusilə ekstremal istilik və quraqlığa məruz qalma riski yüksək olan yerdir. Beləliklə, iqlim dəyişikliyi bu regionun qarşısında duran ən vacib problemdir".

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə