XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

30 İyun 2017 - 13:00

Ankara-Berlin qovğası:Münasibətlərin pisləşməsində yeni dalğa başlayır - Təhlil

Barin Kayaoğlu

"Al-Monitor"

 

Türkiyə-Almaniya münasibətləri meşədə azıb qalıb.

İyunun 29-da Almaniya hökuməti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Hamburqdakı G-20 zirvəsi çərçivəsində qürbətçi türklərlə mitinq keçirmək istəyini rədd etdi. Almaniyanın xarici işlər naziri Zigmar Qabriel Ərdoğanın istəyinin "yaxşı bir fikir olmadığını”"digər ölkələrin daxili münaqişələrinin içimizə gətirilməsinə icazə vermək niyyətimiz yoxdur", – dedi.

Avropa Parlamentinin sabiq spikeri Martin Şultz daha sərt sözlər işlətdi. Şultz, Ərdoğanın mitinqlərini açıq şəkildə qadağan etməyə çağırdı: "Almaniya evimizdəki dəyərlərə məhəl qoymayan xarici siyasətçilərin çıxışları üçün səhnə olmamalıdır… Türkiyədəki müxaliflər və jurnalistləri həbs etdirən Ərdoğanın Almaniyada geniş miqyaslı tədbirlər keçirilməsini istəmirəm".

Buna cavab olaraq, Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü, səfir Hüseyn Müftüoğlu Şultzun sözlərini "təəssüfedici və qəbulolunmaz" adlandırdı. Türkiyə hökuməti isə alman siyasətçilərin şərhlərini qınadı.

Ərdoğan və Ədalət və İnkişaf Partiyasının (AKP) üzvləri Avropada mitinqlər keçirmək istəyirlər, çünki Avropa türkləri tez-tez hakim partiyaya səs verirlər.

Ankara ilə Berlin arasındakı son söz atışmaları Türkiyə-Almaniya münasibətlərindəki digər ciddi problemlərdən sonra baş verdi. Ötən mart ayında, 16 Aprel referendumu ərəfəsində Avropa hökumətləri, xüsusən Almaniya bələdiyyələri AKP liderlərinin türk diasporu ilə görüşlər keçirməsinə imkan vermədi. O dövrdə Ərdoğan Almaniyanı və digər Avropa ölkələrini "nasist praktikası"nda, diplomatik etiketi ciddi şəkildə pozmaqda ittihamladı.

Şifahi söz savaşları yüksək səviyyəli əməkdaşlığa da xələl gətirir. Bir ildən artıqdır ki, Türkiyə hökuməti İŞİD-ə qarşı əməliyyatlar keçirən, İncirlik hərbi bazasındakı alman əsgərlərinin ziyarətinə icazə vermir.

Bu problem Almaniya parlamentinin 2016-cı ilin iyununda I Dünya müharibəsi zamanı Osmanlı hökumətinin erməniləri qətlə yetirilməsi və bunun soyqırım kimi tanınması barədə qərarından başlayıb. Türkiyə alman qoşunlarını İncirlikdən çıxmağa məcbur etdi və iyun ayının əvvəlindən onlar İordaniyada toplaşıb.

Analitik Semih İdizin sözlərinə görə, Türkiyə və Avropa əlaqələri sadəcə poza və bir-birindən uzaqlaşa bilməz. Tarixi, coğrafi və iqtisadi amillər hər iki tərəfin bir-birinə dirsək göstərməməsini tələb edir. Türkiyənin qərbli tərəfdaşları ilə əlaqələri nə qədər pisləşdirəcəyi və yaxşılaşmanın nə vaxt baş verəcəyi hamını maraqlandırır.

Bu arada “Washington Post” xəbər verib ki, Türkiyə hökuməti “Twitter”dən Vaşinqtondakı Sahibkarlıq İnstitutunun Yaxın Şərq mütəxəssisi Maykl Rubinin – Ərdoğanın müntəzəm tənqidçisinin sosial şəbəkəyə girişini məhdudlaşdırmağı xahiş edib.

İyunun əvvəlində Ərdoğan, Rubindən məhkəməyə şikayət edib. O, analitiki ötən ilin yayında Türkiyədə baş vermiş dövlət çevrilişində ittiham olunan “pennsilvaniyalı” vaiz Fəthullah Gülənlə cinayət ortaqlığında ittiham edir.

Rubin, hakim partiyanın ilk dövründən (2002-2007) etibarən Ərdoğanın və AKP-nin ardıcıl tənqidçisidir və Gülənlə şəriklik iddialarını təkzib edir.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə