XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

04 İyul 2017 - 11:05

Türkiyə aviadaşıyıcı inşa edir –Araşdırma

Nikita Kovalenko, Yekaterina Korostiçenko

vz.ru, 03.07.2017

 

Türkiyə Respublikası prezidenti bildirib: “Aviadaşıyıcı artıq bizim üçün uzaq xülya deyil”. Doğrudanmı, Rəcəb Tayib Ərdoğan hesab edir ki, ölkəsi dünyanın cəmi bir neçə dövlətinin malik olduğu imkanlara yaxınlaşıb? Daha yaxından yanaşarkən hiss etmək çətin deyil ki, Türkiyə siyasətçiləri və hərbçiləri “aviadaşıyıcı” sözü altında nəsə tam başqa bir şeyi nəzərdə tuturlar.

Ölkə prezidenti Rəcəb Tayib Ərdoğan bazar ertəsi bildirib ki, Türkiyə aviadaşıyıcı inşa etmək niyyətindədir. Bu planlar Türkiyə HDQ yeni gəmisi – “Kınalıada” korveti suya buraxılarkən səsləndirilib.

Türkiyə prezidenti həmvətənlərini arxayın edib: “Biz gəmiqayırmada liderlərdən biri olmağa borcluyuq, aviadaşıyıcı isə artıq bizim üçün uzaq xülya deyil”.

Ərdoğanın “aviadaşıyıcı” dediyi gəmi özlüyündə nəyi təmsil edir?

 

“Anadolu” layihəsi

 

Açıq qaynaqların məlumatına görə, layihə Amerika, Britaniya, Çin və Rusiya analoqlarından son dərəcə fərqlənir. Türkiyədə “aviadaşıyıcı” layihəsi, ən azı, 2000-ci illərin başlanğıcından müzakirə olunur. Onda layihənin adı başqa idi – “Levent”. Türkiyə müdafiə sənayesi katibliyinin başçısı Murad Bayar bildirib: ölkə layihənin işlənməsini başa çatdırır. Türkiyə KİV-ləri o zaman xəbər verib ki, gəminin inşası beş il çəkəcək və 1,5 milyard dollara başa gələcək. Layihə nəzərdə tuturdu ki, bortda səkkiz helikopter və min nəfərə yaxın şəxsi heyət yerləşdirmək planlaşdırılır. Elan edilmişdi ki, gəmi 2021-ci ilə doğru inşa olunacaq. Lakin yekunda layihə qismində İspaniya gəmiqayırma “Navantia” şirkətinin  təklif etdiyi variant götürülüb və onunla birlikdə istehsal olunacaq. Gəminin “Sedef” şirkəti ilə layihələşdirilməsi və inşası üçün müqavilə imzalanması mərasimi 2015-ci ildə IDEF Beynəlxalq hərbi-dəniz sərgisində keçirilib. Həm də ispanlar tərəfindən bu layihənin əsası kimi İspaniya HDQ “Xuan Karlos I” UDG-aviadaşıyıcı (UDG-universal desant gəmisi-tərc.) götürülüb.

Türkiyə hərbçilərinin bildirdiyi kimi, “Anadolu” (və yaxud Kiçik Asiya – ehtimalən, gəmi bu cür ad daşıyacaq) eyni zamanda universal desant gəmisi (UDG) və aviadaşıyıcı olmalıdır. Planlaşdırılır ki, gəminin uzunluğu 232 m, eni 32 m və 26 min tondan bir qədər artıq sututumu olmalıdır. Müqayisə üçün: Rusiyanın yeganə aviadaşıyıcısı – ağır kreyser “Admiral Kuznetsov”un vaterxətt üzrə uzunluğu 270 m-dir (və ən böyük uzunluğu 306 m), ən böyük eni 72 m və tam sututumu 61,3 min tondur.

UDG-nin hərəkətə gətirilməsi üçün beş dizel güc mühərriki quraşdırmaq planlaşdırılır (ehtimal olunan sürət 21 dəniz mili, yəni 39 km/saatdır). Təyyarələrin havaya qalxması üçün tramplin nəzərdə tutulacaq. Aviaqanad 10 F-35B qırıcısı və 12 helikopterdən ibarət olmalıdır. Bundan başqa, UDG 94 tank və 700 hərbçi daşıya bilər, həmçinin 34 çarpayılıq hospitalla təmin ediləcək.

Başqa sözlə, Türkiyə prezidenti və hərbçiləri “Anadolu”nu aviadaşıyıcı adlandıranda, yumşaq desək, biclik edirlər. Türkiyə donanmasını gücləndirməyə planlaşdırılan gəmi tipini nə Amerikanın “Cerald Ford” və yaxud “Nimits” aviadaşıyıcısı, nə də Rusiyanın “Admiral Kuznetsov” ağır aviaaparıcı kreyseri ilə tutuşdurmaq olar.

ABŞ HDQ-nin sərəncamında bu cür bir neçə gəmi var: UDG və şaquli qalxan “Harrier” hücumçularının əsaslana bildiyi desant-helikopter gəmiləri. Pentaqon bu cür gəmiləri aviadaşıyıcı saymır. Türkiyə “UDG-aviadaşıycı”sında yerləşdirilməyi planlaşdırılan F35B qırıcı-bombardmançıları da qısaıldılmış havaya qalxma və şaquli enmə təyyarələrinə aiddir.

Bu cür gəmilər, həqiqətən də, aviaaparıcıdır – lakin onun əsil aviadaşıyıcıya bənzərliyi bununla da bitir. Onun döyüş gücü, tətbiq radiusu, aviaqanadın ölçüsü və donanmada “güc proyeksiyası” deyilən qabiliyyəti “Admiral Kuznetsov”un Rusiyaya, xüsusən də Birləşmiş Ştatların nəhəng atom aviadaşıyıcılarının təqdim etdiyi imkanlarla heç bir müqayisəyə gəlmir. Bu cür gəmiləri daha çox Fransanın “Mistral” helikopterdaşıyıcısı ilə tutuşdurmaq olar. Rusiya bir vaxtlar bundan almışdı və yekunda Misir HDQ-nin sərəncamında göründü.

Anlaşıla biləcəyi qədər, Türkiyədə əsil aviadaşıyıcınn inşası isə hətta müzakirə də olunmur. Bu, təəccüblü də deyil – bu qədər böyük, bu qədər baha və bu qədər özəl gəminin Ankaranın maraqlarında məhz hansı vəzifələri yerinə yetirəcəyini təsəvvür etmək çətindir.

 

Bu, Türkiyənin nəyinə lazım?

 

Bu, ümumi tendensiyanın – Türkiyə hərbi-dəniz donanması strateji qüvvələrinin gücləndirilməsinin tərkib hissəsidir. Türkiyə artıq çoxdan müdafiə vasitələrindən strateji vasitələrə keçir”,- deyə Yaxın və Orta Şərq ölkələrinin araşdırılması Mərkəzinin elmi əməkdaşı Andrey BoldıryevVzqlyad” qəzetinə bildirir. Bu tendensiya 2000-ci illərin sonunda türklər öz gəmilərini almaq deyil, inşa edəndə başlanıb. Aviaaparıcı gəmilər – hətta UDG kimi növü də – donanmanın ən qorxunc gücündən birini təmsil edir və ölkə silahlı qüvvələrinin müəyyən bölgədə qüvvə proyeksiyası yaratmağına yönəlib. Bu, hər şeydən əvvəl hücum xarakterli silahdır. Unutmaq lazım deyil ki, təkcə Qara dəniz deyil, həm də Aralıq dənizi Türkiyənin maraq dairəsinə daxildir.

Rusiya HDQ Qara dəniz donanmasının keçmiş komandanı, admiral Vladimir KomoyedovVzqlyad” qəzetinə deyir: “Ərdoğan siyasi baxımdan Türkiyənin nüfuz dairəsini genişləndirmək istəyir. Ankara təkcə Qara dəniz, Egey dənizi və Yaxın Şərqlə qane olmaq istəmir. Düşünürəm ki, onun daha böyük maraq və iştahı var”.

 

Bu, Rusiya üçün nə deməkdir?

 

Vladimir Komoyedov hesab edir ki, çətin ki, “Anadolu” Qara dənizə girər. Onun fikrincə, bu, sadəcə, gərək deyil: “Qara dəniz o qədər böyük deyil” və gəmi Türkiyəyə Aralıq dənizində əməliyyat üçün lazımdır. Komoyedov bu münasibətlə qeyd edir: Əlbəttə, bu ölkə ilə münasibətlərin konstruktiv xarakterinə baxmayaraq Rusiyanın türk donanmasının gücləndiyini nəzərə almağı lazımdır.

Ekspert qeyd edir – Aralıq dənizində Aralıq dənizi bölgəsinin istənilən nöqtəsinə aviasiya hərəkətləndirə bilən Amerika, Türkiyə, Fransa aviadaşıyıcıları dolaşırsa, onda buna qarşı necə durmaq haqda düşünmək lazımdır.

Komoyedovun fikrincə, Qara dəniz donanması bu şəraitdə olduqca çevik olmalıdır və böyük, astagəl gəmilərdən yapışması lazım deyil.

Ekspert Andrey Boldıryev xatırladır ki, donanmamızın ümumi yenidən silahlanması 2020-ci ilin sonuna planlaşdırılır. Bu yaxınlaradək gəmilərin sayı və döyüş gücü üzrə Türkiyə HDQ və Rusiya Qara dəniz donanması arasındakı nisbət bizim xeyrimizə deyildi.

 

Tərcümə Strateq.az-ındır.

  




Yuxarı Əvvələ Ana Səhifə