XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

04 İyul 2017 - 12:15

Bir məscidin dağıdılmasından alınan mesaj:Post-İŞİD dövründə Mosulda sülhə necə nail olmaq mümkündür? - Təhlil

İbrahim Əl-Mərəşi

“Al-Jazeera”

 

2014-cü il iyunun 29-da Mosuldakı “Əl-Nuri” məscidinin minbərində dayanan Əbubəkr Əl-Bağdadi “xalifət”ini elan etdi.

Həmin gündən üç il sonra, məscid İraq hərbi qüvvələri tərəfindən ələ keçirildi. İraq baş naziri Heydər İbadi İŞİD üzərində qələbəsini qeyd etmək üçün “Twitter”-dən – elektron minbərdən istifadə etdi.

Məscidin tutulma tarixləri simvolizm ilə qətiyyət uyuşmasa da, hadisənin teatrı olan Mosulda İŞİD işğalının tamamilə aradan qaldırılmadığı və ya vəziyyətin daha da pisləşdiyinə dair həm iraqlılar, həm də beynəlxalq ictimaiyyətin narahatlığı gizlədilə bilməz.

İraq hökumətinin hərbi zəfəri indi şəhəri yenidən inteqrasiya etmək üçün siyasi həllə yol açdı. Bu zərif prosesin necə idarə ediləcəyi İŞİD-in gələcəkdə şəhəri təhdid edib-edə bilməyəcəyini müəyyən edəcək.

2015 və 2016-cı illərdə İŞİD Tiqrit, Fəlluca və Ramadi kimi İraq şəhərlərindən çıxarıldıqdan sonra, mərkəzi hökumət bu şəhərin yenidən qurulması və idarəçiliyində maliyyə vəsaiti və siyasi iradə yoxluğu ilə üzləşdi. Son bir neçə ay ərzində İŞİD-dən azad olan olunmuş Mosul rayonları haqqında da eyni söz deyilə bilər.

Mosulun mərkəzi hökumətin nəzarətinə döndüyünü, bununla bərabər, İŞİD-in bu şəhərdə məhsuldar yer tapmasına imkan verən şərtlərin də Bağdadın Mosul təmsilçilərindən irəli gəldiyini xatırlamalıyıq. Yenidənqurma və köçürmə – Mosul sakinləri üçün mərkəzi hökumət ilə razılaşmanın əsas amillərdir.

Bu məsələ böyük əhəmiyyət daşıyır, çünki İŞİD döyüşçüləri hələ də Mosulun bəzi rayonlarında qalmaqdadır və şəhərin azad edilmiş ərazilərində özəklərə sahib ola bilərlər. Həmin təhlükələrin qarşısını almaq üçün geniş əməkdaşlıq lazımdır. Çünki 2014-cü ildən bəri Mosul sakinləri aktiv ya da passiv şəkildə İŞİD-in varlığı ilə barışmışdılar.

Son üç il ərzində İŞİD zülmü, Mosula "əl-Hadba" (“Qozbel”) ləqəbini verən “əl-Nuri” məscidinin və onun iki qatlanmış minarəsinin məhv edilməsi, qrupun şəhərə nəzarətini yenidən təsdiqləməsi şansını simvolik hala saldı. Lakin məscidi dağıtmaqla İŞİD İraq hökumətini simvolik zəfərdən məhrum etməyə çalışdı.

O həm də Mosul sakinlərinə mesaj göndərməyə çalışdı. İŞİD Mosulun İslamdən əvvəlki mirasını, o cümlədən Nəmrud muzeyi kimi yerləri məhv etdi, lakin məscidin məhv edilməsi ilə Mosul sakinlərinin "əsl müsəlmanlar" olmadığını bildirirdi. BBC müxbirinin qeyd etdiyi kimi, İŞİD döyüşçüləri bir Mosul məhəlləsindən geri çəkildikdə, yerli əhaliyə "Siz xilafətə layiq deyildiniz", – söyləyirdilər.

Lakin İŞİD-in nəzarəti altında Mosulun travmatik keçmişi Bağdadda hökumətinə dəstək vermir. İraqın gələcəyinə dair suallar qalır: Ninəva, Ənbar və Səlahədddin vilayətlərinə əlavə olaraq, bu şəhərdəki ərəb-sünnilərin qanuniliyini necə qurmaq olar? Yenidənqurma, köçürmə siyasi daxil olmaqla, yerli bələdiyyələr və milli səviyyədə sülh necə əldə ediləcək?

İraq hökumətinin milli səviyyədə həmrəylik yarada bilməsi, ilk növbədə, İŞİD-in ortaya çıxmasına gətirib çıxaran əsas şərtləri necə həll edə biləcəyindən asılıdır.

2003-cü ildən sonra İraqın siyasi inkişafında münaqişə zonalarından – Mosul və digər İraq bölgələrdə alınan dərsləri görmək faydalı ola bilər.

Birincisi, İraq dövləti Mosul və Ninəva əyalətindəki ərəb-sünniləri və azlıqları – xristianları və izidləri əhatə edən marginal qrupları vahid çərçivəyə daxil olmasını təmin edəcək plan hazırlamalıdır.

İkincisi, dövlət ədalət sektorunun qurumlarından əlavə, təhlükəsizlik qüvvələrinin və paramilitar aktyorların, korrupsiyanı və hakimiyyətdən sui-istifadəsi də daxil olmaqla, struktur bərabərsizliyini həll edəcəyi sadəcə ritorikadan ibarət olmamalıdır. Bu sahələr arasında korrupsiya potensialı yalnız İraq deyil, beynəlxalq miqyasda da yenidənqurma yardımından çəkindirir.

Üçüncüsü, beynəlxalq yardım Mosulda və əvvəllər İŞİD-in nəzarətində olmuş digər ərazilərdə sosial qarşılıqlı əlaqəni gücləndirən inam yaratma tədbirlərinə bağlı ola bilər. Bu tədbirlərə Mosul icmaları və təhlükəsizlik sektoru arasında dialoq imkanı və şikayət mexanizmlərinin yaradılması daxildir. 2014-cü ildən əvvəl Mosul sakinlərinin çoxuna İraq təhlükəsizlik qüvvələrinin davranışı yaxşı deyildi. Mosul əhalisi və təhlükəsizlik qüvvələri arasında ictimai həmrəylik proqramları sosial birliyin qorunmasına kömək edəcək.

İraqın milli və regional siyasətini çətinləşdirən çoxsaylı həm xarici, həm də yerli aktyorlardır, buna görə də yalnız gündəmlə məşğul olmaq müşküldür. Lakin Mosulda əsl zəfər məhv edilmiş bir məscidin ələ keçirilməsi ilə ölçülməyəcək, nə də ki uzun müddətli, davamlı strategiya bir “tweet”lə həyata keçməyəcək.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə