XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

04 İyul 2017 - 16:21

Kremlin PR siyasəti:Moskva öz imicini yaxşılaşdırmaq üçün kimlərdən istifadə edir? - ARAŞDIRMA

Syu Körri Censen

"The Conservation"

 

Rusiyanın daxili PR biznesi Soyuq müharibənin bitməsindən sonra sürətlə böyüdü, ancaq Rusiya səlahiyyətliləri Qərb auditoriyasına müraciət edərkən, Qərb firmalarından istifadə etməyi üstün tuturlar.

ABŞ PR-biznesdə dominant qüvvə olduğu üçün – 20 ən böyük qlobal şirkətdən 15-i Birləşmiş Ştatlara məxsusdur – Rusiyanın təsir göstərmə işində ABŞ şirkətlərinə müraciət etməsi təəccüblü deyil.

 

Rusiyanın dəhşətli obrazı

 

“PRWeek”in məlumatına görə, 2000-ci ildən bəri Rusiya Qərb PR şirkətlərinə 115 milyon ABŞ dolları məbləğində sərmayə yatırıb. Ən çox da ABŞ firması “Ketchum”a, “Omnicom” bölməsinə.

2006-cı ildən 2014-cü ilə qədər “Ketchum” Rusiya hökuməti və “Qazprom” dövlət enerji şirkəti ilə müqavilələr bağladı.

Putinin və Rusiyanın xaricdəki imicini yaxşılaşdırmaqla vəzifələndirilmiş “Ketchum”, rus rəsmilərinin dünyanın hər yerində, o cümlədən 2013-cü ildə “New York Times”da Putinin (Suriya ilə bağlı ABŞ-a xəbərdarlıq etdiyi) məqalə ilə çıxış etməsinə imkan yaratdı.

“ProPublica”nın məlumatına görə, “Ketchum”, həmçinin “Huffington Post”da və CNBC-nin veb saytında, mənbələr araşdırılmadan, Rusiyanı tərifləyən məqalələr dərc etdirdi. Firma, “Time” jurnalını lobbiləşdirdi və 2007-ci ildə jurnal Putini "İlin adamı" elan etdi.

Həmin il, “Reuters”in məlumatına görə, “Ketchum” Dövlət Departamentinin Rusiyada insan hüquqları pozuntularının qiymətləndirilməsini yumşaltmağa çalışdı. Firma, həmçinin Rusiyada insan hüquqları pozuntularından yazan jurnalistlərə də toxunaraq, tənqidlərini azaltmağa çağırdı.

Rusiya 2014-cü ildə Krımı ələ keçirdikdən sonra sıx tənqidlərlə qarşılaşarkən, “Ketchum” 2015-ci ilin mart ayında Rusiya ilə müqaviləni rəsmən sona çatdırdı və dərhal elan etdi: "Moskvada ofisimiz istisna olmaqla, artıq ABŞ və ya Avropada Rusiya Federasiyasını təmsil etməyəcəyik".

Lakin onun tərəfdaşlarından olan “GPlus” münasibətləri oxşar şərtlərlə davam etdirdi.

 

Boşluqların istismarı

 

Ötən ili sonunda Rusiyanın rabitə naziri Nikolay Nikiforov Kremlin Qərb PR şirkətləri ilə yeni müqavilələr imzalayacağını elan etdi. Kreml bu ilin yayda öz imicini yaxşılaşdırmaq üçün 30-50 milyon dollara qədər xərclənmək niyyətindədir. Nikiforov “Ketchum”dan daha kiçik, daha az xərcli və bəlkə daha kiçik görünən firmalar axtardığını bildirdi.

“PRWeek” Rusiyanın aparıcı analitiki Stanislav Belkovskiyə istinad edir. "ABŞ-ın lobbiçilik və PR sahəsində mühasibat qaydalarından yayınmaq üçün istifadə edilə bilən bir sıra sxemlər var", – deyə o, nəşrə bildirib. Başqa sözlə, FARA (lobbiçiliklə bağlı qanuntərc.) ilə qeydiyyatdan yayınmaqdan ötrü Rusiyanın rusiyapərəstlərlə mesajlaşma mənbələrini gizlədir.

Həqiqətən, hökumətin nəzarət layihəsi, müstəqil mühafizə qrupu, FARA-nın pozuntularını çətinləşdirən boşluqları göstərir. Lakin hüquq pozuntuları aşkar edildikdə belə, cinayət təqibi ehtimalı çox azdır. Bunun əvəzinə müqavilələr gecikmiş qeydiyyatla rəsmiləşdirilir.

Donald Trampın kampaniyasında sabiq meneceri Pol Manafortun da bununla qarşılaşıb. O, Ukraynadakı Putinə dəstək verən qüvvələri təmsil edirdi və Türkiyəni təmsil edən sabiq milli təhlükəsizlik müşaviri Maykl Flinnin də bu yaxınlarda başına bu iş gəlib. Onlar uzun müddət xarici lobbist kimi çalışıb, amma FARA-ya gec müraciət etdilər.

ABŞ-da PR deyil, lobbiləşdirmə tənzimləndiyindən digər ümumi hüquqi boşluqlar həm ictimai əlaqələr, həm də lobbiçilikdən faydalanmağa imkan verir. Müştərilər daha sonra PR qolu vasitəsilə mümkün qədər çox iş gördürə bilirlər.

 

PR və xəbərlər arasında bulanıq xətt

 

PR ABŞ-ın əsas mediasında nadir hallarda istifadə olunur. Bəli, “ProPublica” kimi qeyri-mənfəət firması, İctimai Dürüstlük Mərkəzi, “Sunlight” Fondu və NPR bəzi boşluqları doldurur.

Lakin “The Guardian” kimi nəşrlər ictimaiyyətlə əlaqələri və siyasəti əhatə edən Böyük Britaniyada fərqli mənzərə yaradır. Baş nazir Toni Bleyerin baş nazirliyi dövründə PR agentləri və iş adamları Amerika üsullu seçki kampaniyası və tanıtım metodlarını qəbul etdilər, beləcə, PR-biznes İngiltərədə sürətlə böyüdü. Bəlkə də buna görə ingilis mətbuatı ictimaiyyətlə əlaqələrə daha çox uyğundur.

Tramp administrasiyasının əsas mətbuata "saxta xəbərlər mənbəyi" və "alternativ faktlar yayıcısı" tipli hücumu jurnalistikanı Konstitusiyanın Birinci düzəlişinin müdafiəsinə yönəltdi və tənqidçi mediaya çağırışlara səbəb oldu.

Ancaq araşdırmalar göstərir ki, ABŞ xəbərlərinin 75 faizi ictimai əlaqələr (PR) kimi başlayır. Şəffaflığın tərəfdarları üçün bu problemdir.

Tərifə əsasən, PR – müştərilərin mənafe maraqlarını inkişaf etdirmək istəyən qərəzli, pul qazandıran fəaliyyət formasıdır. Hətta bəzi ictimaiyyətlə əlaqələr strukturları da "saxta xəbərlər"in yayılmasında öz sahə rolunu qəbul etdilər.

Son iki onillikdə qəzet sənayesi çökdü, reklamvericilər və oxucular internetə köçdü. Bunun əksinə olaraq, PR sənayesi həm məşğulluq imkanları, həm də əmək haqqının artımı ilə nəticələnib. İndi ABŞ-da hər müxbirə təxminən beş PR-çı düşür. Amerikalılar indi daha çox ictimai əlaqələrə məruz qalırlar.

PR, sağlamlıq, təhsil, xeyriyyəçilik və fəlakətlərin aradan qaldırılmasına layiqli iş göstərsə də, bütün PR-çılar demokratik normaları aşdığına görə daha yaxından araşdırılmalıdır. Şəffaflıq, hesabatlılıq və bütün maraqlı tərəflərin gerçək maraqlarının öyrənilməsi üçün.

Müasir ictimai əlaqələrin atası Edvard Bernays "ictimai əlaqələr" və "təbliğat" anlayışları bir-birilə sıx bağlıdır.

Söhbət PR-dan getdikdə, yaxşıca düşünməli və onu da tənqidi ciddiliklə nəzərdən keçirməliyik.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə