Duqlas Bendou
The American Conservative (ABŞ), 05.07.2017
Bu yaxınlara qədər Qətərdə yaşamaq yetərincə xoş idi. Lakin Səudiyyə Ərəbistanı oradakı hakim kral ailələrinin tənqidçisindən tərəfdarına çevrilmiş prezident Donald Trampın yardımı ilə qəflətən kiçik qonşunun təcridi üzrə səylərə başçılıq etdi. Bu, çox böyük paradoksdur, lakin əhalisi istənilən başqa ölkəninkindən çox pul yığan və amerikalılara qarşı teraktlar keçirilməsi üçün adam tədarük edən Ər-Riyad Dohanı terrorçulara dəstəkdə qınadı.
Səudiyyə Ərəbistanı ikiüzlü cihadının nəticəsini öncədən söyləmək mümkünsüzdür. Mötədil Küveyt liderləri müsəlman dünyasında ən əxlaqsız, istisnasız olaraq dözümsüz hökumətə rəhbərlik edən başçılar sırasına daxil olan Səudiyyə Ərəbistanını dəstəkləmədi. Trampın Səudiyyə Ərəbistanına qarşı mənasız vəcdinə baxmayaraq, Müdafiə Nazirliyi və Dövlət Departamenti daha təmkinli mövqe tutub. Türkiyə Qətərə yardıma tələsib, İran havadan ərzaq tədarük etməyə başlayıb, Yaxın Şərqdə getdikcə daha fəal hərəkət edən Rusiya isə münaqişənin diplomatik tənzimlənməsinə çağırıb.
Didişmə və fikir ayrılıqları Fars körfəzi ölkələrinə yolverilməzdir. Körfəz ölkələrinin olduqca mühüm bir ümumi cəhəti var: işin mahiyyəti üzrə onların hamısı qondarma dövlətdir. Bəli, hökumətləri, diplomatları, orduları var. Amma bu monarxiyalar qismən yeni nümunədir və təkvarislikdən artıq çoxdan imtina etmiş bir dünyada mövcuddur. Hələ onların hamısı əcnəbiləri əl əməyindən tutmuş ixtisaslı peşəkar fəaliyyətə qədər ən ağır işlərə götürür. Onlar ölkəyə deyil, azsaylı varlı müştərilərin qaydalar müəyyən etdiyi və icrası üçün adam tutduqları şəhərkənarı kluba daha çox bənzəyir.
Bu ölkələrin əhalisinin mühüm qismi kölgədə yaşayan və çox az hüquqa malik və yaşadıqları cəmiyyətin siyasi həyatına qatılmaq üçün heç bir hüququ olmayan əcnəbilərdir.
Təyyarə Dohaya enərkən dərhal aydın olur ki, Qətər əcnəbi fəhlələrsiz yaşaya bilməz. Demək olar, bütün mühüm işləri əcnəbilər görür. Fars körfəzinin başqa ölkələrində də belədir. Dövlətlər işi nadir hallarda xarici podrata verir. Qərb ölkələri bu cür hərəkət edir, ancaq pula qənaət etmək üçün bunu, adətən, öz vətəndaşları ilə edir.
Fars körfəzi ölkələrinin xarici işçi qüvvəsindən dedikcə asılı olması onları unikal edir və bunun üçün onların illəti olduqca qəribədir: istəmirlər ki, öz vətəndaşları iş barədə rahatsız olsun və yaxud, ən azı, çox gərgin zəhmət çəksinlər.
Tərki-vətənlərin önəminin artması neft sərvəti ilə izah olnur. 1970-ci illərin əvvəlində Fars körfəzi ölkələrində əcnəbilər az idi. Lakin 1973-cü ildən başlayaraq neft qiymətləri artmağa başlarkən bu dövlətlərin gəlirləri də əsaslı şəkildə yüksəldi və paralel olaraq xarici işçi qüvvəsinə tələbat artdı. Fars körfəzi ölkələrində tərki-vətənlərin sayı on il ərzində üç dəfə çoxalıb. Və bu say artmaqdadır. Eyni zamanda qeyri-ərəblərin (və qeyri-müsəlmanların) payı çoxalıb.
Tərki-vətənlərin sayı üzrə dəyərləndirmə məlumatları olduqca təxminidir, lakin rəqəmlər yenə də heyrətləndirir. Birləşmiş Ərəb Əmirlikləri sakinlərinin 90%-ə qədəri (bəzi dəyərləndirmələrə görə, xeyli azı) əcnəbilərdir. Əcnəbilər Qətər əhalisinin, haradasa, 85%-i təşkil edirlər. Onlar Küveytdə 70%-dirlər. Bəhreyndə tərki-vətənlərin payı 55%-dir.
Körfəz dövlətlərindən ən az gözə çarpan Oman və Fars körfəzinin ən çox əhalsi olan ölkəsi Səudiyyə Ərəbistanı onlardan 30% göstərici ilə geri qalır. Amma səhra krallığı son yerdə olsa da, 30% göstərir ki, orada səkkiz milyondan çox əcnəbi yaşayır və işləyir. Başqa yolla getmiş İran, İraq və Yəmən bu ölkələrdən kəskin şəkildə seçilir.
Aydındır ki, pul xoşbəxtlik gətirməsə də, rahatlıq gətirir. Fars körfəzi ölkələrində bu qayda qüsursuz işləyir. Amma neft qiymətlərinin düşməsi üzündən körfəzdə qüvvədə olan sxem əməlli-başlı yüklənməyə məruz qalıb. Sağa-sola pul səpməyə alışmış bu ölkələr bu gün kəsirlə üzləşir və xərcləri dəstəkləmək üçün borc götürməyə məcburdur. Amma bu gün borc pul tapmaq da asan deyil. Bəhreyn və Yəmənin kredit reytinqi “zibil” səviyyəsinədək düşüb.
Milli Məclisin demokratik yolla seçildiyi Küveyt xüsusən də sosial ehtiyaclara xərclərin və iqtisadi subsidiyaların azalmasını istəməyən əhalinin müqavimətinə rast gəlir. Noyabrda seçilmiş Milli Məclis üzvlərinin, təxminən, yarısı qeyri-rəsmi müxalifət formalaşdırıb. Hətta Fars körfəzinin ən diktator dövləti Səudiyyə Ərəbistanı da gərginlik hiss edir. Varis şahzadə müavini keçən payızda baha başa gələn sosial ödəniş və subsidiyasların, həmçinin dövlət maaşlarının səmərələşdirilməsi üzrə işə başçılıq edirdi, lakin monarxiya bu yaxınlarda bu ixtisarlardan imtina edib. Bu, təməl iqtisadi problemləri daha da ağırlaşdırır.
Xərclərin ixtisarında daha bir hədəf tərki-vətənlərin əməyi olub. Fars körfəzi dövlətləri artıq xeyli il rəsmən bildirir ki, xarici işçi qüvvəsi yerli kadrlarla əvəzlənməlidir, amma bunun faydası azdır. Bəzi ölkələr bu yaxınlarda tərki-vətənlərin əməyindən asılılığı azaltmaq cəhdlərini təzələyərək əcnəbilərin işə qəbuluna vergi, yerli əhalinin bəzi peşələr üzrə muzdla tutulması tələbi və ayrı-ayrı sahələrdə məşğulluğa pay tətbiq edib. Bəzi ölkələr hətta tərki-vətənləri saxlayır və ölkədən çıxardır. Lakin nəqd vəsaitlərin güclənən kəsiri dəyişikliklərin keçirilməsi üçün ən güclü təkan ola bilər.
Bununla belə, işçi qüvvəsinin normal balansını yaratmaq heç də asan olmayacaq. Birinci problem körfəz ölkələrində çalışan tərki-vətənlərin nəhəng sayıdır. Əcnəbilərin yerlilərdən doqquz dəfə çox çalışdığı ölkə əcnəbi fəhlələri çətin ki asanlıqla əvəzləyə bilər. İş yerlərinin əksəriyyəti önəmsiz olsa da, əvvəlki kimi populyardır.
Başqa bir problem – peşə vərdiş və bacarıqları qıtlığıdır. Bəzi iş yerləri özəl hazırlıq və peşə təhsili tələb edir, buna isə pul və qətiyyət lazımdır. Yerlin əhalinin bu cür peşələrə marağı açıq şəkildə tələbata uyğun gəlmir. Daha pisi budur ki, zəhmətsevərlik yerli sakinlərin əksəriyyətinə xas deyil.
Daha bir problem yerlilərin əminliyidir ki, onlar özəl hüquq və imtiyazlara malikdirlər. Özəl biznesdə yerli əhalinin sayı artır. Lakin dövlət vəzifələri üstünlük verilən iş yeri kimi qalır. Hətta yerlilər də bu cür fərq xüsusunda zarafatlaşırlar. Küveyt məmurları şəxsi qaydada öz həmvətənlərinin işləmək istəksizliyi haqda olduqca mənfi fikir bildirirlər. Fars körfəzi ölkələri əhalisinin çoxu hesab edir ki, milli neft sərvəti onlara əziyyəti az, amma yaxşı maaşlı iş hüququ nəsib edib. Hətta vətəndaşlar hiss edirlər ki, sosial müqavilə mühitində yaşayırlar. Şübhəli legitimliyi olan monarxlar yüngül və qayğısız həyat sürməyə imkan verən gəlirləri öz vətəndaşları ilə bölüşənə qədər hökm sürürlər. Xarici işçi qüvvəsi bu cür müqavilənin tərkib hissəsi olur, çünki vətəndaşlıq hüququ az adama müyəssərdir və imtiyaz sayılır. Hökumət hüquq-mühafizə qurumları və təhlükəsizlik xidmətləri üzərində nəzarəti qorusa da, burada da olduqca zirək istisnalar var. Məsələn, Bəhreyn təcili yardım xidməti və polisdə işləyən sünni müsəlmanları Banqladeş və Pakistandan gətirir.
Amerikalı və avropalıların çoxu özlərinin ümumi rifah dövlətlərini sevir və bütün yeni güzəşt və imtiyazları tələb edirlər. Lakin bu ölkələrin hamısında elə bu adamlar vergi ödəyir, bəzən isə hərbi və yaxud digər milli qulluq göstərməyə məcburdurlar. Əksəriyyət öz siyasi cəmiyyətini daha böyük və bütöv qurum sayır, vətəndaşlığı isə ikitərəfli sövdələşmə çərçivəsindən kənara çıxan nəsə bir hal kimi qəbul edir. Fars körfəzi ölkələrində qavrayış özgə cürdür.
Bu gün KİV-lərdə Qətərə Səudiyyə Ərəbistanının başçılıq etdiyi hücum haqda xəbərlər üstünlük təşkil edir, lakin körfəz ölkələri daha ciddi çağırışlarla üzləşir. Öz vətəndaşlarının loyallığını satın alan, ən ağır işləri isə başqalarının iltizamına verən qondarma dövlətlər əbədi salamat qala və yaxud yaşaya bilərmi?
İran Ər-Riyadda və qonşularında vahimə doğurur, çünki onlar üçün hərbi təhdiddənsə daha çox əxlaqi təhdid təşkil edir. Tehrandakı islam hökuməti mənfurdur, amma puldansa nəsə daha böyük şeyə inanan insanlara məna təklif edir. Müqavilə əsasında hakimiyyət hətta ən yaxşı zamanlarda da zəifdir. Pul axını zəifləyəndə isə o da etibarsız olur.
Fars körfəzi ölkələrinin sağ qalması üçün əcnəbi işçi qüvvəsinin yerli kadrlarla dəyişilməsi və ciddi qənaət rejimi haqda sadə suallara cavab tapmaq barədə düşünmək yetərli deyil. Onlar insanlara cəmiyyətin həyatında fəal iştiraka imkan verən siyasi islahatlar aparmalıdır. Son nəticədə İranı yenməyin ən yaxşı üsulu insanlara daha inandırıcı rəhbər fəlsəfə və əsil ümumilik hissi verməkdir. Bu səciyyələr Amerikanın bu bölgədə ən yaxın müttəfiqi olan monarxiyalarda bu gün büsbütün yoxdur.
Duqlas Bendou – Katon institutunun baş elmi əməkdaşı, prezident Reyqanın keçmiş özəl köməkçisi və bir sıra kitabların, o cümlədən “Xarici siyasət axmaqlıqları: Amerikanın yeni kürəsəl imperiyası” (Foreign Follies: America's New Global Empire) kitabının müəllifidir.
Tərcümə Strateq.az-ındır.