XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

05 İyul 2017 - 16:09

Suriyada birbaşa toqquşma riski:Tərəflər "qırmızı xət"lərini elan etməklə ölkəni öz təsir dairələrinə bölür - Təhlil

Həmidrza Əzizi

“Al-Monitor”

 

Suriyadakı vətəndaş müharibəsinin başlamasından altı il sonra ölkənin şərq hissəsi müxtəlif yerli və beynəlxalq qüvvələr arasında güc tarazlığını təyin edə biləcək böhranlı mənbə halına çevrilib.

Rejim ordusu və müttəfiq qüvvələri İraq sərhədindən uzaqlaşdırmaq üçün ABŞ, Suriyada getdikcə daha iddialı olmağa davam edərkən, Suriya prezidenti Bəşər Əsədin əsas müttəfiqləri, yəni İran və Rusiya həyati maraqlarını qorumaq üçün öz strategiyalarını yenidən təyin etməyə başlayıblar.

İyunun 18-də ABŞ-ın Suriyada döyüş təyyarəsini vurması onun Suriyadakı tərəfdaşlarını dəstəkləməsinin yüksək göstəricisi hesab olundu. Əslində, bu, ABŞ və Suriya hökuməti arasında bir neçə həftə əvvəl başlayan və Əsəd rejiminin cənub-şərqdəki əl-Tanf bölgəsinə yaxınlaşması vəziyyətində ABŞ qüvvələrinin "qırmızı xətt" elan etməsi ilə birbaşa qarşıdurma idi.

Suriya təyyarəsinin vurulmasına təpki göstərən Rusiya öz “qırmızı xətt”ini çəkdi. Müdafiə Nazirliyi "Fərat çayının qərbindəki hər hansı bir hava obyekti"ni hədəf olaraq qəbul ediləcəyini bəyan etdi.

Ancaq bu, tam mənzərə deyil. Şərqi Suriya İran üçün mərkəz nöqtəsidir. İyunun 18-də İranın İŞİD mövqelərinə qarşı ilk raket hücumunun hədəfi olan Deyr əz-Zur rəsmi Tehranın strateji hesablamalarında bölgənin əhəmiyyətini ifadə etdi.

Bu prosesləri nəzərə alaraq, sual olunur: niyə Suriyanın şərqindəki vəziyyət birdən-birə kövrək hala düşüb və bunun Suriyanın gələcəyi üçün hansı nəticələri ola bilər?

Suriyada ABŞ hərbi iştirakının yeni mərhələsinə ötən il Suriya ordusu və müttəfiq qüvvələrinin davamlı hərbi uğurları, xüsusilə Hələbin fəthi ilə sonra artan narahatlıqların səbəb olduğu iddia edilə bilər. Görünür, Birləşmiş Ştatlar və onun müttəfiqləri ümid edirdilər ki, Hələb – Əsədin hərbi nailiyyətlərinin zirvəsi olacaq, bundan sonra o, ölkənin digər bölgələrinin statusunu birgə müəyyənləşdirmək üçün üsyançılarla danışıqlar aparacaq.

Bu ümidlər doğrulmadı. Ötən ay, məsələn, Suriya ordusu İordaniya və İraq sərhədindəki, ABŞ tərəfindən dəstəklənən üsyançıların sahələrinə doğru irəlilədi, həm də qərbdən Raqqaya doğru yürüş etdi. Bu, potensial olaraq ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin (SDF) Raqqanı İŞİD-dən azad etməsi əməliyyatına təhlükə yaradır. Buna görə də, Birləşmiş Ştatlar, göründüyü kimi, Suriyadakı maraqlarına uyğun olaraq hərbi həllin olmayacağı qənaətinə gəldi, çünki Suriya hökumətinin Hələbi nəzarətinə qaytarılmasından sonra üsyançılar daha çox sahəni itirir və vəziyyəti dondurmaq mümkün deyil.

Bu şərtlərdə ABŞ və onun müttəfiqləri üçün mümkün və məntiqli seçim Suriyadakı mövcud mövqelərini möhkəmləndirmək və Amerika dəstəkli qüvvələr tərəfindən uğurla reallaşdırılmaq üçün ən çox potensiala malik olan sahələrə diqqət etməkdir. Bununla bərabər, Birləşmiş Ştatlar Əsəd və İranı Əl-Tanfdan uzaq tutmağa çalışaraq, Raqqadakı SDF əməliyyatını sürətləndirməyə can atır.

Beləliklə, ABŞ Suriyadakı əsas maraqlarına diqqət yetirir: İranın nüfuzunu azaltmaq; müxalif qüvvələr arasında gücün minimum səviyyəsinin qorumaq; qüvvələr tarazlığını saxlamaq, Suriya ordusunun cənuba doğru irəliləyişinin qarşısını alaraq, İsrailin təhlükəsizliyini təmin etmək.

Sadalananlar ABŞ-ın Suriyadakı "təsir zonaları"nı müəyyən etməyə başladığı anlamına gəlir. Öz növbəsində, Əsədin müttəfiqləri, yəni İran və Rusiya, öz əsas maraqlarına daha çox diqqət göstərərək təpki göstərəcəklər.

İran üçün ən vacib məqsəd – Suriya vasitəsilə Livana girişini qorumaqdır. Buna görə də, Suriyanın şərq bölgəsinə konsentrasiyasını dəyişdi. İran bu mövzuda ilk addımlarını mayın 30-da atdı. “Xalq Səfərbərlik Birlikləri” (Haşdi-Şəabi”) Suriya sərhədinə çatdı və iyun ayının 9-da sərhəd bölgəsinə nəzarəti ələ keçirdi.

Ancaq Rusiya, Suriya hökumətinin başqa bir əsas müttəfiqi kimi fərqli bir tarixçəni təqdim edir. Moskvanın Suriyadakı ən həyati maraqları – Qərbi Suriyadakı hərbi bazalarını qorumaqla, Aralıq dənizinə çıxışın təmin edilməsi zəmanətdir. Buna baxmayaraq, fövqəlgüc olaraq, Suriyadakı vəziyyət rusların öz beynəlxalq nüfuzlarını qoruması üçün də vacibdir. Bunun əksi, geosiyasi nailiyyətdən sonra müttəfiqdən imtina etməmək deməkdir.

Uzun müddətdir ki, Rusiya öz məqsədlərinin bu hissəsini Əsəd hökumətini dəstəkləməyə və eyni zamanda, müharibəni sona çatdırmaq üçün siyasi həllə çağırış edir. Moskva, Suriyadakı iştirakında müəyyən bir nöqtəni keçmək istəmir. Ancaq ABŞ-ın və müttəfiqlərinin Suriya rəsmi qüvvələrilə birbaşa qarşılaşmasından sonra Moskva faktiki olaraq ölkədəki münaqişəyə daha çox cəlb olunmağa məcbur edilir.

Beləliklə, Rusiya və İranın Əsədlə birgə ölkənin şərq hissələrini geri almaqda əməkdaşlığı artırması gözlənilir ki, bu da ABŞ-ın lehinə hakimiyyət balansında kəskin dəyişməyə mane olur. Şərqi Suriyadakı daha çox İŞİD ərazilərini geri ala bilsələr, onlar "hərbisizləşdirilən zonalar"ı genişləndirə və digər sahələri qazana bilərlər. Sonuncu əlverişsiz ssenaridir. Çünki Türkiyə “hərbisizləşdirilən zonalar”a dair müqavilənin üçüncü sütunudur. Suriya kürdlərinə artan ABŞ dəstəyi ilə Ankara daha çox qəzəblənir.

Suriyada fəaliyyət göstərən iki əsas enerji bürcü ölkəni təsir bölgələrinə bölürlər. Bunun nəticəsi aydındır: siyasi həllə çatma prosesi, ən azından, Suriyanın ərazi bütövlüyünü qoruya biləcək bir həll yolu daha da çətinləşəcək. Eyni zamanda, ABŞ və müttəfiqlərinin İran və Rusiya arasında birbaşa qarşıdurma riski də artır.

 

Tərcümə: Strateq.az 




Yuxarı Əvvələ Ana Səhifə