XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

07 İyul 2017 - 15:18

100 illik arzu:İraq Kürdüstanı qonşu dövlətləri təhdid olmayacağına inandırmaq istəyir - Təhlil

Vladimir van Vilgenburq

“Middle East Eye”

 

İraq Kürdüstanının əsl müstəqillik əldə etməsi hələ bir neçə il çəkə bilər.

"Bir gün, bir ay, iki il, üç il heç kim bilmir, bu, Bağdad və digər ölkələrlə müzakirələrindən asılıdır,İraq Kürdüstanı XİN-in rəhbəri və hakim Kürdüstan Demokratik Partiyasının baş katibi Hoşyar Siveli deyir. – Bu, müzakirələrin gedişindən asılıdır və əgər ilk gündə Bağdad ilə razılaşa bilsək, müstəqillik bir gündə qazanıla bilər. Əgər rəsmi Bağdadla çətinliklərimiz olsa, bir az vaxt tələb olunacaq. İlk mərhələ başa çatdıqdan sonra biz Bağdadı, region ölkələri və beynəlxalq ictimaiyyəti sülh yolu ilə əmin etməyə çalışacağıq.

Bundan sonra dördüncü mərhələ başlayacağıq: müstəqilliyin gerçək bəyanatı. Beşinci mərhələdə beynəlxalq ictimaiyyəti və BMT-ni Kürdüstanın müstəqilliyini tanımağa razı salacağıq".

İraq Kürdüstanının başçısı Məsud Bərzaninin baş məsləhətçisi Hemin Havrami deyir ki, sentyabrın 25-də keçiriləcək müstəqillik referendumuna qonşu və Qərb dövlətlərinin müxalifliyini anlayır. "Ümumilikdə referenduma münasibət mənfi deyil. Dəlilimiz budur ki, əgər indi deyilsə, onda nə vaxt?"

İran və Türkiyə – kürd əhalisi olan iki regional güc İraq kürdlərinin qərarına qətiyyətlə qarşı çıxdı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan referendumun "yanlış yol" olduğunu və kürd hökumətinin "təəssüflənəcəyini" söylədi.

İraqın mərkəzi hökuməti bunları söylədi: "Heç bir partiya təkbaşına İraqın taleyini müəyyən etməyə qərar verə bilməz".

Almaniya, Böyük Britaniya və ABŞ-ın daxil olduğu dövlətlər referendumun vaxtına etiraz edirlər və kürd rəhbərliyini Bağdadla müzakirəyə çağırırlar.

"Kürd xalqının istəyini başa düşürük", – deyə keçən ay Britaniya xarici işlər naziri Boris Conson bildirib. – Ancaq referendum diqqəti İŞİD-in məğlubiyyəti kimi daha təcili, prioritet məsələdən yayınacaq. İstənilən referendum və ya müstəqilliyə dair siyasi proses Bağdaddakı İraq hökuməti ilə razılaşdırılmalıdır".

“Royal United Services” İnstitutunun tədqiqatçısı olan Maykl Stivens “MEE”-yə deyib ki, Qərb qarşılıqlı razılıqlı bir həllə qarşı çıxa bilməz. "Ancaq birtərəfli addımlar, həm hazırladıqları presedent, həm də referendumun şərtlərini Bağdadla düzgün bir şəkildə koordinasiya edilməməsi nəticəsində ortaya çıxan münaqişə və qeyri-sabitlik potensialına görə dəstəklənə bilməz".

Lakin kürdlər mərkəzi İraq hökumətinin referendumla bağlı ittihamlarını heç vaxt qəbul etməyəcəyini söyləyir və buna görə birtərəfli hərəkət etməyi və daha sonra Bağdad, regional qonşuları və beynəlxalq ictimaiyyətlə görüşürlər keçirməyi planlaşdırırlar.

"Biz yüksək səviyyəli referendum komissiyasının qurulmasını gözləyirik, – deyə Havrami bildirib. – Bu komissiya bütün siyasi partiyalardan ibarət olacaq və onlar məntiqimizi izah etmək üçün dünyanın bütün region ölkələrini və paytaxtlarını ziyarət edəcəklər.

Bərzani Qərb, İraq və regional səlahiyyətlilərlə hər toplantıda İraqdakı federalizmin, Bağdadla tərəfdaşlığın uğursuz olduğunu bildirdi və biz onlara tabe olmaq istəmirik. Beləliklə, Kürdüstan müstəqillik referendumunu öz müqəddəratını təyin etmə hüququna əsasən keçirəcək”.

“Bu pandora qutusudur”, – deyən Qərbin İraq Kürdüstanındakı diplomatik rəsmisi səsvermənin yalnız kürdlər üçün "danışıqlar mövqeyi" təyin etmək üçün olduğunu söyləyərək, bildirir ki, müstəqillik iki ildən beş ilədək müddətdə elan edə bilərdi. "Əvvəlcə dəstək ölçülməli, təməl baza yaradılmalıdır. Amma bu prosesdir və referendum bu prosesin bir hissəsidir. Son məqsədi müstəqillikdir, lakin bu danışıq mövqeyidir".

Havrami də dünya və regional güclərin müstəqil Kürdüstanın "aktiv təhdid" olmadığının çətin tapşırıq olduğunu qəbul edir. "Daha çox ölkə ziyarət etmək və onlara güvən vermək lazımdır. Xüsusilə Türkiyə üçün Kürdüstan enerji təhlükəsizliyi baxımından daha strateji müttəfiq olacaq. Bu referendum İraq Kürdüstanı üçündür, Türkiyədə, Suriyadakı və ya İrandakı kürdlərlə heç bir əlaqəsi yoxdur. Buna görə iraqlı kürdlər referendumdan sonra diqqətlə hərəkət edəcəklər.

Referendumdan dərhal sonra müstəqillik elan etməyəcəyik”.

Qərbli diplomat deyir ki, arzu olunan reallıqdan uzaqdır. “Siz realist olmalısınız. Düşüncə reallıqdan fərqlidir. Axı bu mərhələyə çıxmanızın özü 100 il çəkdi".

 

Tərcümə: Strateq.az

 




Yuxarı Əvvələ Ana Səhifə