XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

08 İyul 2017 - 09:51

Rusiyadan PYD-yə qəti ultimatum:“Afrini tərk edin, əks-halda  türklərə mane olmayacağıq” – Təhlil

Türkiyə tankları Suriya sərhədinə yollanır

Foto – Xalid Onur Sandal

 

Taha Dağlı

Haber7 (Türkiyə), 07.07.2017

 

Hesab olunur ki, Türkiyə SQ-nin Afrində PKK-nın Suriya qanadı “Demokratik Birlik” Partiyası (PYD) terrorçularına nisbətdə əməliyyatları ən yaxın günlərdə güclənəcək. Prezident Ərdoğanla Rusiya müdafiə naziri Sergey Şoyqu arasında baş tutmuş danışıqlardan sonra Rusiya KİV-ləri hətta bu əməliyyata ad da qoyub. İddia olunur ki, “Fərat qılıncı” əməliyyatı PYD-nin Afrindəki işltirakının axırına çıxacaq. Moskva bütün bu hadisələrin ardınca PYD-yə ultimatum verib: “Afrini tərk edin!”

 

Afrinin önəmi

 

Afrin Hələbin rayonudur (Hələb əyaləti nəzərdə tutulur-tərc.). Bu, Suriyanın şimalında PKK-PYD terror təşkilatının quruluş sistemində mühüm məntəqədir. O, Türkiyə ilə həmsərhəddir və Türkiyə SQ-nin “Fərat qalxanı” əməliyyatı nəticəsində azad etdiyi Azaz-Cərablus xəttindən qərbdə yerləşir. Türkiyə Azaz-Cərablus xəttini İŞİD və PYD terrorçularından təmizləyib. Əks halda PYD terror təşkialtı Azaz-Cərablus dəhlizini nəzarətə götürüb bu dəhlizdən şərqdə yerləşən Kobani rayonunu və Afrindən qərbə bu xəttin davamı kimi Qamışlı rayonunu birləşdirərdi.

 

PYD terror təşkilatına ağır zərbə

 

PYD terror təşkilatı və onu yönəldən ali zəkanın layihəsi bu cür idi. Türkiyə 2016-cı il avqustun 24-də başlanmış “Fərat qalxanı” əməliyyatı nəticəsində Afrinlə Kobani PYD-nin işğal etdiyi məhz iki rayon arasında yerləşən Azaz-Cərablus xəttinin təhlükəsizliyini təmin edib. İndi bu dəhlizin davamı Afrini PYD işğalından azad etməyin sırası çatıb.

 

Moskva PYD-yə deyir: “Afrini tərk edin”

 

İddia olunur ki, Türkiyənin hazırda sərhədin qarşı tərəfindən haubitsalar işlətməklə həyata keçirdiyi Afrinə nisbətdə əməliyyat daha irimiqyaslı olacaq və nəticədə Afrin PYD terrorçularından təmizlənəcək. Bütün bu hadisələrin fonunda Moskvadan PYD terror təşkilatının ünvanına mühüm çağırış səslənib. Rusiyanın adı çəkilməyən yüksəkçinli rəsmisi xəbər verib ki, Rusiya PYD-yə ultimatum irəli sürüb: “Afrini azad edin, şəhəri təhvil verin, çünki Türkiyəninn Afrinə müdaxiləsinə qarşı etiraz etməyəcəyik”.

Başqa sözlə, Rusiyanın baxışınca, ya PYD özü Afrini tərk edəcək, ya da Türkiyə ora qoşun daxil edərək terrorçuları qovacaq.

Rakkada əməliyyata qədər Afrində Rusiya hərbçilərinin PYD terrorçuları ilə birlikdə əks olunduğu fotoşəkillər KİV-lərə sızmışdı. Prezident Ərdoğan mayın əvvəlində bu fotoları Rusiya prezidenti Putinə göstərib və Rusiya lideri deyib ki, gərəkən hər şey ediləcək.

 

Rusiyanın Afrində PYD ilə əlaqələri

 

Rusiya həmişə PYD ilə təmasda olub. 2015-ci ilin noyabrında Rusiya təyyarəsi məhv edildikdən sonra Rusiya PYD kartından Türkiyəyə qarşı istifadə edib, PYD-yə silah yardımı edib və hətta ona Moskvada ofis açmaq icazəsi verib. Lakin PYD terrorçularının Rusiya ilə bu dilxoşluğu ABŞ-ın diqqətindən yayınmayıb. Rusiya PYD ilə əlaqələrini heç vaxt inkar etməyib, amma bununla yanaşı bu münasibətlərin Türkiyə və Rusiya arasındakı əlaqələrə ziyan vuracaq şəkildə inkişaf etməyinə yol verməyib. Başqa sözlə, deyə bilərik ki, rusların PYD ilə münasibəti ABŞ-PYD ittifaqı qədər dərin deyil. Ən azı, söhbət Türkiyədən gedərkən Rusiya özünü daha şərəfli aparır və Türkiyəni terrorçu təşkilatla eyni müstəviyə qoymur. Təəssüf ki, bu, ABŞ üçün səciyyəvi deyil. ABŞ, həm Obamanın, həm də Trampın dönəmində, nəyin bahasına olur-olsun, PYD ilə ittifaqı davam etdirmək qətiyyəti sərgiləyib. Bəzi durumlarda görmək olar ki, PYD ABŞ və Rusiya arasında da bu mənada gərginlik qaynağıdır. ​

 

İndi nə olacaq?

 

Rusiya PYD-yə deyir: “Afrindən gedin!” Deyir ki, Türkiyə bu şəhərə nisbətdə əməliyyat keçirəcək və qeyd edir ki, bu cür əməliyyata qarşı etiraz etməyəcək. Yəni ruslar Türkiyəyə mane olmayacaq. Yaxşı, Afrin PYD-dən təmizləndikdən sonra nə olacaq? İlk mərhələdə PYD-nin Təl-Rifətlə və Rakkadan qərbdəki Mənbiclə əlaqəsi kəsiləcək. PYD terror təşkilatının Suriyanın şimalında kantonları birləşdirmək xülyasının sonu çatacaq və bu rayonda irəliləməsi bitəcək. Bununla bərabər, Afrinin Azaz-Cərablus dəhlizi misalında azad edilməsi də gündəlikdədir. Ola bilsin, Rusiyanın Afrinə münasibətdə hesabı isə terrorçulardan təmizlənmiş bu bölgənin rejim qüvvələrinin nəzarətinə verməkdən ibarətdir.

 

Tərcümə Strateq.az-ındır.  




Yuxarı Əvvələ Ana Səhifə