XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

08 İyul 2017 - 19:20

Amerika eksperti başlanmaqda olan “qaz müharibələri”ndən yazır:“Vaşinqton Qətərdən sonra Yaxın Şərqi itirib” – Təhlil

journal-neo.org (ABŞ), 08.07.2017

 

ABŞ Konqresinin bu yaxınlarda İrana, indi isə Rusiya Federasiyasına qarşı sanksiyalarını Səudiyyə Ərəbistanı və Körfəzin digər monarxiyalarının Qətərə qarşı sanksiyalar tətbiq etmək qərarı ilə birləşdirən gizli, qırmızı bir bağ var. Bu qırmızı bağın terrorizmə qarşı mübarizə ilə ümumi heç nəyi yoxdur və dünyada ən böyük təbii qaz yataqlarına kimin nəzarət, həmçinin bu qazın dünya bazarında kimin üstünlük təşkil edəcəyi ilə xeyli ümumilikləri var.

Dünya 1914-cü ildən bəri, aşağı-yuxarı, bütün yüzillik boyu neftə nəzarət  uğrunda, demək olar, daim müharibə durumunda olub. Avropa Birliyində təmiz enerji siyasətinin qəbul edilməsi və xüsusən də Çinin kömür hasilatını azaltmaq yoluyla CO2 tullantısını xeyli azaltmağa razılığı ilə – ki, özlüyündə elmi deyil, siyasi hərəkətdir – həmçinin təbii qazın, yəni sıxılmış təbii qazın (STQ) nəql texnologiyalarındakı tərəqqi ilə təbii qaz, nəhayət, neft kimi tədricən kürəsəl ticarət bazarına çevrilib. Bu hadisələrlə bağlı indi təkcə bütün dünya üzrə neft ehtiyatlarına nəzarət uğrunda müharibələr dönəmində yaşamırıq. İndi qaz müharibələri dövrünün başlanğıcında yaşayırıq.

Kəmərləri bərkidin, xanımlar və cənablar!

Fəaliyyətdəki geopolitik simalar baxımından bu yaxınlarda başlanmış qaz müharibələrinə görə heç bir siyasi qüvvə dərin dövlətin maraqları adından siyasi kursu müəyyən edən, korrupsiyalaşmış Vaşinqton quldur dəstəsi qədər məsuliyyət daşımır. Bu, açıq şəkildə Obamanın prezidentliyindən başlanıb və Tramp-Tillersonun cari populist şousunda ikiqat qüvvə ilə davam edir. Vaşinqtonun indi İran kimi müəyyən etdiyi “terrorizmlə” mübarizə üçün sünni-ərəb “NATO”sunu irəli çəkməkdən ötrü Donald Trampın bu yaxınlarda Riyad və Təl-Əvivə səfəri ABŞ-ın başlanmaqda olan qaz müharibələrinin yeni mərhələsini törədib.

 

Donuzu qızartmaqdan ötrü evə od vurmaq

 

Tramp administrasiyasının Yaxın Şərqdəki siyasətini – burada isə dəqiq siyasət var, əmin olun – donuzu qızartmaqdan ötrü evinə od vuran fermer haqda qədim Çin nağılı ilə müqayisə etmək olar. Vaşinqton “aşağı səviyyəli CO2”-li təbii qaz ətrafında meydana çıxan dünya enerji resurslarına nəzarət etməkdən ötrü təkcə ən böyük qaz ehtiyatları olan Rusiyanı hədəfə götürməyib. O, həmçinin İran və Qətəri də özünə nişan seçib. Gəlin, niyəsini ətraflı nəzərdən keçirək.

Mən 2009-cu il martın 15-də Qətərin o zamankı əmiri şeyx Həməd bin Xəlifə əl-Taninin o zaman əmirin hələ də etibarlı sayılan dostu, Suriya prezidenti Bəşər Əsədlə qalmaqallı görüşü haqda əvvəllər artıq yazmışam. Məlumatlara görə, şeyx Həməd Fars körfəzindəki nəhəng qaz yatağından Suriyanın Hələb əyalətindən keçməklə Türkiyəyə, sonra isə AB-nin böyük qaz bazarına qaz kəməri çəkməyi təklif edərkən Əsəd qaz məsələləri üzrə Rusiya ilə çoxdankı yaxşı münasibətlərə istinadən və Qətər qazı ilə Rusiyanın AB-yə qaz ixracatını sarsıtmağı istəməyərək  imtina edib.

Fars körfəzində Qətərə aid hissəsi “Şimal qübbəsi”, İranınkı isə “Cənub Fars” adlanan bu qaz yatağı, dəyərləndirmələrə görə, dünyada ayrıca ən böyük qaz yatağıdır. Tale belə hökm edib ki, yataq həm Qətərin, həm də İranın ərazi sularında yerləşir.

Məlumatlara görə, sonra 2011-ci ilin iyulunda Suriya, İraq və İran hökumətləri Moskvanın razılığı ilə “Dostluq boru kəməri” adlı qaz kəməri haqda başqa bir saziş imzalayıb. Bu saziş mənimsənilməmiş, nəhəng “Cənub Fars” yatağından İraq, Suriya və Livan üzrə Aralıq dənizindən keçməklə AB-nin inkişaf edən böyük bazarına qaz nəql etmək üçün 1500 km uzunluğunda qaz kəmərinin inşasını nəzərdə tuturdu. Aydındır ki, bu qaz kəməri sual altındadır, çünki NATO və Körfəzin mürtəce vəhhabi dövləti 2011-ci ildən sonra Suriyanın məhvinə seçim edib. Onlar müxtəlif cür – sonradan İŞİD və yaxud ərəbcə sadəcə DAİŞ adlandırılmış “Əl-Qaidə İraq və Suriyada” adlandırdıqları müxtəlif terrorçu qurumlar vasitəsilə Əsədin və birləşmiş Suriya dövlətinin məhvinin lehinə seçim edib. İran-İraq-Suriya qaz kəməri NATO və ərəb dövlətləri üçün Avrasiyanın energetika xəritəsini dəyişər, İranın siyasi nüfuzunu isə Səudiyyə-vəhhabi üstünlüyü əvəzləyərdi.

Təəccüblü deyil ki, müəmmalı İŞİD 2014-cü ildə səhnəyə soxularkən Qətərdən Türkiyəyə marşrutun keçəcəyi planlaşdırılan Hələbin işğalı ilə məşğul olub. Təsadüfdür? Şübhəlidir.

Təklif edilən Qətər-Suriya-Türkiyə-Avropa boru kəməri Hələb əyalətindən, alternativ İran-İraq-Suriya boru kəməri isə Livandan AB-nin qaz bazarlarına keçəcəkdi.

2011-ci il Qətərin Əsədə qarşı o zaman Səudiyyə Ərəbistanı və Körfəzin digər sünni ərəb dövlətlərinin, sonradan isə Avropa və Asiya geopolitik qaz qovşağı roluna iddialarının necə buxarlandığını görən Türkiyənin  dəstəklədiyi müharibəsinə 3 milyard dollara qədər pul axıtdığı məqam oldu. “Dostluq boru kəməri” üzrə İran-Suriya sazişinin elan edilməyindən bir ay sonra ABŞ 2011-ci ilin avqustunda BMT Təhlükəsizlik Şurasında tələb etdi ki, suriyalı Əsəd səlahiyyətlərini yerə qoysun. Amerika xüsusi təyinatlı qüvvələri və MKİ Əsədi qovmaq və Dəməşqdə səudların nəzarət edəcəyi, onların qaz kəməri cəhdlərinə dostcasına yanaşacaq oyuncaq rejimə ilkin şərtlər yaratmaqdan ötrü NATO-nun Türkiyə və İordaniyadakı məxfi bazalarında vəhhabi təsiri altındakı bölgələrdən yığılmış “Suriya müxalifəti” terrorçularını gizlicə hazırlamağa başladı. 

 

Vaşinqtonda və Ər-Riyadda geopolitik axmaqlıq

 

Bütün bunlar Trampın və Səudiyyə şahzadəsi Salmanın İranı “terrorizmin ən mühüm sponsoru” və Qətəri terrorizmin hamisi kimi iblisləşdirməsi ilə necə uzlaşır? Qətərin bu günki əmiri,  şeyx Təmim bin Həməd əl-Taninin daha praqmatik tip olmaqla Rusiya Suriya müharibəsinə girişən kimi Hələbdən Türkiyəyə və sonra AB-yə boru kəməri xülyasının çoxdan yandığını anlayaraq gərəksiz səs-küy salmadan Tehranla … danışıqlara başladığını tutsaq, bütün bunlar baş-başa gəlir.

Qətər “Cənub Fars”-“Şimal qübbəsi” ümumi qaz yatağının işlənməsi üzrə güzəştlər əldə etmək haqda bu yazda Tehranla danışıqlara başlayıb. Qətər yatağın işlənməsinə öz moratoriumunu götürüb və onunn birgə mənimsənilməsiylə bağlı İranla diskussiyalar aparıb. Məlumatlara əsasən, Qətər və İran İrandan Aralıq dənizinə və yaxud Türkiyəyə, həmçinin Qətər qazını Avropaya nəql edəcək qaz kəmərinin birgə çəkilişi haqda saziş əldə edib. Doha bunun əvəzində Suriyada terrorçulara dəstəyi kəsməyə razılaşıb ki, bu da Trampın və səudların dağıdılmış Suriyanı “balkanlaşdırmaq” və bölgənin qaz axınlarına nəzarət etmək planlarına böyük zərbədir. Vaşinqton, Riyad və Təl-Əvivin yanaşdığı kimi, bu günahlar üçlük bu geopolitik fəlakəti önləmək üçün İran və taleyin kinayəsi ilə bütün Yaxın Şərqdə Pentaqonun ən mühüm böyük bazalarının yerləşdiyi Qətəri ittiham etməkdə səyləri birləşdirib. Onlar bildirib ki, Qətər dünya terrorizminin “köküdür”. Eyni zamanda ABŞ müdafiə naziri “Quduz köpək” Mettis deyib ki, İran “terrorizmin ən böyük dövlət sponsorudur”,  eyni zamanda Qətərin cinayəti bundan ibarətdir ki, ehtimalla, HƏMAS, “əl-Qaidə” və İŞİD-i maliyyələşdirən əsas tərəfdir. Ola bilsin, əvvəllər belə idi, lakin Qətər bu gün başqa məqsədlər güdür.   

Vaşinqton, məlumatlara görə, son illərdə Kabildən Çinədək, Bosniya-Hersoqovinadan Kosovoyadək, Suriyadan hətta İrana və Rusiyaya qədər fanatik cihadçı terrorçular şəbəkəsinin yaradılmasına 100 milyard dollarda çox vəsait yönəldən vəhhabi Səudiyyə Ərəbistanını asanlıqla üzüağ çıxardır.

 

Uğursuzluğa məhkumdurlar

 

Yeni mühafizəkarlar Vaşinqtonunun əksər strategiyaları kimi Qətər və Tehranın iblisləşdirilməsi və sanksiyalar bu fəaliyyəti dəstəkləyənlər üçün gzölənilməz nəticələr verir. İran dərhal ərzaq tədarükü və başqa yardımlar təklifi ilə reaksiya verib ki, blokadanı yarsın – bu isə başqa kontekstdə olsa da, 1948-1949-cu illər Qərbi Berlin blokadasını yada salır.

Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada Qətər xarici işlər naziri ilə təzəlikcə görüş keçirib, Çin və Çin HDQ neftlə hiperstrateji yüklənmiş Hörmüz boğazında birgə İran-Çin hərbi-dəniz təlimləri keçirməkdən ötrü təzəcə İran limanına gəlib. Hörmüz boğazı Omanla İran arasından Fars körfəzindən Ərəbistan dənizinə çıxışda indiki dünyada, sözsüz, ən strateji su “dar hulqum”udur, çünki dənizlə Çinə və dünyanın digər bazarlarına tədarük olunan bütün neftin 35%-i buradan keçir. 

İran ABŞ və AB sanksiyalarının yarısının götürldüyü səbəbindən indi Şanxay Əməkdaşlıq Təşkilatına tam üzvlüyə namizəddir və artıq Çinin əvvəllər “Yeni iqtisadi ipək yolu” kimi tanınmış və şübhəsiz ki, Yaxın Şərq də daxil olmaqla Avrasiya dövlətləri arasında iqtisadi əlaqələrin qurulması üzrə ən təsirli infrastruktur layihəsi “Bir qurşaq, bir yol” layihəsinin strateji iştirakçısıdır.

Qətərin də Rusiya və Çinlə ünsiyyət təcrübəsi var. O, 2015-ci ildə Çin Xalq bankı tərəfindən Yaxın Şərqdə Çin valyutası – indi BVF-nun valyutaların ÖİH (özəl iqtibas hüququ) zənbilində qəbul edilən yuanla klirinq əməliyyatlarınn ilk mərkəzi kimi rəsmən tanınıb ki, bu da yuanın və yaxud jenminbinin beynəlxalq istifadəsi üçün önəmli impulsdur. Yuana nisbətdə bu klirinq statusu Qətər şirkətlərinə Çinlə, məsələn, birbaşa yuanla təbii qaz ticarəti imkanı verir. Qətər artıq Çinə önəmli miqdarda STQ ixrac edir.

Amsterdamdan bu günlərdəki məlumatlara görə, Qətər qazı artıq Çinə ABŞ dolları ilə deyil, yuanla satır. Bu, həqiqətdirsə, onda ABŞ dollarının nüfuzu, onun hər yerdə müharibə aparmaq bacarığının maliyyə təməli və 19 trilyon dollardan çox federal kəsiri və dövlət borcu olmaq planında tektonik tərpənişi ifadə edir. İran artıq öz neftini satarkən dollardan imtina edir, Rusiya isə Çinə qazı yuanla və yaxud rublla satır. Yuanla və yaxud rus rublu və ya digər qeyri-dollar valyutaları ilə ikitərəfli beynəlxalq ticarət əməliyyatlarına sarı tərpəniş baş versə, bu, Amerika kürəsəl fövqəldövlətinin qürubu olacaq.

Yuxun şirin olsun, vəssalam!

Bu gün yeganə dünya fövqəldövləti olmaq asan deyil, deyək ki, 1990-cı illərdə olduğu kimi heç də asan deyil. Hətta “Quduz köpək” ayamalı psixopat generallar da başqalarını qorxuda bilməzlər ki, Vaşinqton öz əmrlərini bağırarkən yenidən tabe olsunlar. Bu, hələ 1990-cı illərdə, belə deyək, asandan asan idi. Yuqoslaviyada müharibə aparmaq, Əfqanıstandakı uzun müharibədən sonra Sovet İttifaqını sabitsizləşdirmək, bütün Şərqi Avropanın keçmiş kommunist iqtisadiyyatlarını qarət etmək. Hətta, göründüyü üzrə, dünya dağıdıcı müharibələrə görə daha Vaşinqtona minnətdar deyil. Vaşinqtonun son illərdə onlar üçün etdiyi hər şeyə görə gerçək nankorluq, bax, buradadır… 

Bəlkə də, gələcək tarixçilər Amerika əsrini araşdırarkən onun nekroloqunu haradasa 2017-ci ilə yaxın – Vaşinqtonun Dik Çeyninin enerji resursları ilə zəngin Yaxın Şərqi adlandırdığı kimi – “strateji qənimət” üzərində nəzarəti itirdiyi vaxta təqdim edəcəklər.

 

F.Uilyam Enqdal strateji risklər sahəsində müşavir və mühazirəçidir. Təhsilcə politoloqdur, Prinston universitetinin diplomunu alıb və neft və geopolitika mövzuları üzrə bestsellerlər müəlifidir.

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə