Şəkildə dörd yaşlı qız Xudea əks olunub
Fələstinli jurnalist Nadiyə Əbu Şaban bir neçə gün əvvəl Twitter-dəki mikrobloqunda suriyalı uşağın fotosunu yerləşdirib.
Strateq.az xarici KİV-ə isnadən xəbər verir ki, şəkildəki uşaq fotoaparatı silah saydığı üçün əllərini yuxarı qaldırıb.
Məlum olub ki, bütün dünyada böyük əks-səda doğurmuş bu fotonun müəllifi “Turkiye” qəzetinin fotoqrafı Osman Sağırlıdır. Türk fotoqraf açıqlamasında bildirib ki, bu şəkli 2014-cü ilin dekabrında suriyalı qaçqınların düşərgəsində çəkib. Şəkildə dörd yaşlı qız Xudea əks olunub.
Osman Sağırlı deyib: “Mən teleobyektivdən istifadə edirəm. Uşaq düşündü ki, bu, silahdır. Şəkli çəkəndən sonra hiss etdim ki, körpə qız qorxdu. O, dodaqlarını qısıb əllərini yuxarı qaldırdı”.