XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 July 2017 - 15:14

Suriyada kürdlərin cəzalandırılması:Kreml Ermənistanı da münaqişəyə qoşmaq istəyir - TƏHLİL

]

Anton Mordaşov

“Al-Monitor”

 

Kreml, Bəşər Əsədin şərqdəki ərazilərə nəzarət etməsinə kömək etmək istəyərkən, Suriyanın qərbində də dörd hərbisizləşdirilən (təhlükəsiz) zonanın yaradılmasına çalışır. Moskva vətəndaş müharibəsinin faktiki sonundan danışır və Suriya müxalifətini gizli şəkildə zəiflətmək istəyir.

Şərqi Suriyaya gəldikdə isə, Rusiya ABŞ-İran qarşıdurmasından uzaqlaşmağa və Vaşinqtonla əlaqə kanallarını qorumağa çox çalışır. Həm ABŞ-ın, həm də kürdlərin təsirinin azaltmaqla bərabər, Kreml oliqarxları iqtisadi durumu düzəltməyə çağırır.

Rusiyanın Suriyadakı siyasəti uğurlu görünür və bu görünüş 2018-ci ilin prezident seçkilərinə qədər rusiyalıları mütəəssir etmək üçündür. Əslində, Moskva bir sıra problemlərlə üzləşir. Suriya hökumət qoşunları Daraa əyalətində döyüşməyə davam edir və cənub cəbhəsi – bu yaxınlarda qədər rejimə qarşı çıxan üsyançı ittifaq – iyulun 4-də yenidən Qazaxıstanın Astana şəhərində keçirilən danışıqların beşinci mərhələsini boykot etdi.

Bəzi rus analitikləri Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyindəki mənbələrinə istinadən, iddia edirlər ki, Rusiya hərbi və siyasi liderləri İran və Əsədin BMT-nin sülh planına maneə törətmək niyyətində olduğunu yaxşı bilirlər (BMT Təhlükəsizlik Şurası 2015-ci ilin sonunda yekdilliklə 2254 saylı qətnamə qəbul edib). Analitiklər Tehran və Dəməşqin Moskvanı da bu məsələdə razı sala biləcəyindən narahatdırlar.

Rusiya müttəfiqlərini açıq şəkildə dəstəkləyir. Məsələn, Suriya hökumətinin Tabqanı mühasirəyə almasına haqq qazandırmaq üçün Moskva, Birləşmiş Ştatları və “Suriya Demokratik Qüvvələri” ilə (SDQ) bağlı kürdləri İŞİD-lə əlaqədə ittiham etdi. Üstəlik, Rusiya, Fəratın qərbində uçan ABŞ təyyarələrini hədəfə alacağını xəbərdar etdi, halbuki ABŞ təyyarələri o zonaya uçmur.

Hərbisizləşdirilən zona təklifində ən zəif nöqtələrindən biri radikal qüvvələrlə mübarizə aparmaqdır. Əgər Əsəd və “mülayimlər”in sülh müqaviləsi imzaladıqlarını nəzərə alsaq, Əsəd radikallara məhz “mötədillər”in ərazisindən hücum etməli olacaq.

Kürdlər ilə Əsəd gücləri arasındakı əlaqələrin güclənməsi Türkiyəyə radikal müxalifətin – “Həyat Təhrir əl-Şam”ın (HTŞ) nəzarətindəki anklavlara, xüsusən İdlibə daha çox təsir imkanı verəcək. Ancaq bu cür acınacaqlı vəziyyət yeni oyunçulara Kremlin salamladığı sülh prosesində iştirakdan çəkindirir.

Türkiyə “Fərat qalxanı” əməliyyatının nəticəsindən narazıdır. Ankaranın Hələbdən şimaldakı 2 min kvadrat kilometr ərazini nəzarətə alması mümkün idi. Əməliyyat həm də yeni ABŞ rəhbərliyinin Raqqa hücumu zamanı “Kürd Xalq Müdafiə Birləşmələri”nə (YPG) etibar etməkdən yayındıra bilmədi.

Astanada keçirilən danışıqlarda Ankarada hərbisizləşdirilən zonanın təkcə İdlib əyaləti deyil, Latakiya, Hələb və Hamaya bitişik, müxalifət əraziləri hesabına genişlənməsini tələb etdi. Türkiyə bu əraziləri potensial təsir sahələri olaraq görür, çünki yerli əhali və hərbi qruplar türklərlə əməkdaşlıq edir.

Rusiyanın kəşfiyyat xidmətlərinə yaxın bir qaynaq, anonimlik şərtilə, Moskvanı İdlibə dair iki variant düşündüyünü “Al-Monitora” bildirib. Birincisi, Əsəd güclərinin irəliləməsi Rusiyanı Suriya münaqişəsinə daha çox sürükləyəcək və onun xarici siyasətinə, iqtisadiyyatına və daxili təhlükəsizliyinə təsir göstərəcək. İkinci seçim – Türkiyə ilə sıx əməkdaşlıqdır. Ankara yeni Suriya qaçqınlarını öz ərazisində qəbul etmək istəmir, hələ də öz Suriya kürdləri əleyhinə HTŞ-yə dəstək verməyə hazırdır.

Suriyanın şərqində, ərazi qazanmalarını maksimum dərəcədə artırmaq üçün yarış Dəməşq və Ankara arasında əlverişli şərait yaradır. Hər ikisi də kürdlərlə çətin əlaqələrə sahibdir və qarşılıqlı əməkdaşlıq edərək ortaq təməl axtarır.

Türkiyə tərəfindən dəstəklənən “Azad Suriya Ordusu”nun bir fraksiyası olan “Əl-Mötəsim Briqadası” kürdlərə aid 11 kəndi nəzarətinə alıb. Bundan başqa, Əsədin qoşunları Hələb-Afrin yolunu bağlayıblar, Türkiyə isə Aazazın cənub və qərbindəki qoşunlarını Təl-Rifat və Afrində “Kürdüstan İşçi Partiyası”na (PKK) hücum etmək üçün yerləşdirməyə başladı.

Rusiya Müdafiə Nazirliyindəki bir mənbə “Al-Monitor” üçün Moskva və Ankaranın Türkiyənin iki hədəfə çatmasına imkan verəcək ortaq hücumu əlaqələndirdiyini təsdiqlədi. "Əvvəlki razılaşma, kiçik bir rus hərbi məsləhətçisinin Afrində kürdlər və Əsəd arasında vasitəçilik etməsi üçün qalacağını nəzərdə tutur. Öz növbəsində, Türkiyə həyati əhəmiyyət daşıyan mövqelərə nəzarət əldə edəcək. Aazazdan İdlibə qədər olan dəhliz Türkiyənin təsir zonaları ilə birləşdirəcək. Bu, kürdləri zəiflətmək, Rusiyanı və Əsədlə daha çox əməkdaşlıq etməsi üçündür.

"Moskva Dəməşqə Kürd sadiqliyini təmin etmək və kürdləri cəzalandırmaq istəyir".

İdlibdə təhlükəsizlik qüvvələrinə yerləşdirildikləri təqdirdə, türk əsgərləri HTŞ-yə qarşı əməliyyatda iştirak edə bilməz. Türkiyədəki “Al-Monitor” mənbələri, hərbi səlahiyyətlilərə yaxın olduğunu söyləyərək bildiriblər ki, Ankara İdlibdə bir neçə hərbi obyekt qurmağı düşünür.

Məlumatlara görə, Türkiyə-Rusiya birgə hərbi qrupu İdlib əyalətinin sərhədində Şeyx Barakat dağına yerləşdirilib. Türk qoşunları İdlibə iki sahədən girəcək.

Moskvada müxalif qrupları ayırmaq baxımından Türkiyəyə güvənməkdən başqa çarə tapmır. Bu, “cihadçılar”a istiqamətli hərbi təzyiqləri nəzərdə tutur və bəzi “Əl-Qaidə”çi qrupların “Ahrar əl-Şam”a qatılmalarına mane olur. Belə cəhdlər artıq edilib və HTŞ-nin təzyiqi davam edərkən, bəzi döyüşçüləri digər "mülayim" qruplara qoşulmaq istəyə bilər.

Belə mürəkkəb ssenarilərə Moskvanın postsovet məkanından ən yaxın müttəfiqlərini cəlb etməsi də əlavə olunur: Qazaxıstan və Qırğızıstan. Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Vladimir Şamanov Suriyadakı hərbi kampaniyaya qoşulmaq üçün Ermənistana da təklif göndərildiyini bildirib.

Amma əgər buna qədər kürdlər və Dəməşq arasında bir parıltı olsa, Türkiyə Moskva ilə razılaşmalarını dayandıra bilər. Öz növbəsində, Rusiya Kollektiv Təhlükəsizlik və Müdafiə Təşkilatından olan müttəfiqlərinə Suriyaya qoşun göndərməyin vacibliyini təsdiq edə bilər.

 

Tərcümə: Strateq.az