XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

10 İyul 2017 - 17:30

Bölünmüş ada:Yunan tərəfi hər dəfə masadan qalxmağa səbəb axtarır - Təhlil

Bayram Altuğ

“Anadolu News Agency

 

BMT baş katibinin Kipr üzrə müşaviri Espen Bart Eydenin nəzarəti ilə iyunun 28-də təkrar başlayan və təxminən 10 gün ərzində sıx şəkildə davam edən konfrans uğursuzluqla başa çatdı.

Yunan tərəfi, konfrans davam edərkən BMT-nin məxfi sənədi və вшпэк məlumatları təhriflə mətbuata sızdırdı.

Lap əvvəldən yunanlar adada "sıfır əsgər, sıfır zəmanət" ifadəsindən imtina etmədi, türk tərəfinin təklifləri qarşısında heç bir konstruktiv addım atmadı.

Konfransın ilk günü yunanlar Türkiyənin hərbçilərinin 80%-ini ilk gündən adan çıxarmağa hazır olduğunu mətbuata sızdırdı. Bu iddia Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən təkzib olundu.

 

Türk tərəfinin düzgün hərəkəti

 

Xarici işlər naziri Mövlüd Çavuşoğlunun başçılıq etdiyi Türkiyə heyəti ilə Şimali Kipr Türk Respublikası (KKTC) prezidenti Mustafa Akıncının başçılıq etdiyi KKTC heyəti tam ahəng içində hərəkət etdi.

Türk tərəfinin psixoloji üstünlüyü ilk gündən əlində tutması, mühüm hücumları, təklifləri sızdırmadan yalnız BMT baş katibi Antonio Quterreş ilə paylaşması, mətbuat vasitəsilə döyüş yerinə, baş katib və BMT ilə uzlaşma strategiyası izləməsi təsirini göstərdi.

Nazir Çavuşoğlu 10 gün ərzində Krans-Montanada (İsveçrə) hazır olan KKTC-nin digər siyasi partiya nümayəndələri və liderləriylə də tez-tez bir araya gəldi, dəyərləndirmələr aparıldı, konfransın Kipr üçün "ən son konfrans" olduğunu və Krans-Montanada qərar alınmasının vacibliyini vurğuladı.

 

Dürüst davranış deyil

 

Bu istiqamətdə türk tərəfi Kipr türkünün haqlarından güzəşt vermədən masada həmişə bir addım qabaqda olma strategiyası izlədi. Bu strategiya işə yaradı. Bunun yerinə, yunan tərəfi türk tərəfini təhrik edərək masadan qaçırmağa çalışdı. Bəzi təkliflərini də BMT baş katibi və türk tərəfi ilə paylaşmadan mətbuata açıqladı.

Xarici işlər naziri Çavuşoğlu “Ciddi bir təklif olsaydı əvvəl gəlir masada tərəflərlə paylaşılırdı, – dedi. – Əvvəl mətbuata sızdırıb sonra “təklifimiz var” demək tribunada oynamaq deməkdir".

İçəridə alınan qəti məxfilik qərarına Türkiyə, KKTC və İngiltərə tam olaraq riayət edərkən, YunanıstanKiprin yunan seqmenti bundan yayındı.

 

"Çamadanları hazırdır"

 

Konfransda iki gün (6-7 iyul) ziyafət davam etdi.

KKTC prezidenti Akıncı yığıncaqda həll çatmaq üçün baş nazirlərin də iştirakı etməsilə, daha bir neçə gün davam etdirilməsini təklif etdi. Akıncı: "Biz dəyirmi masada təkliflərlə çıxış edərkən, o tərəfə (yunan tərəfi) getməyə hazırdır. Hətta təyyarə ilə uçuş saatları də məlum idi", – dedi.

Yunan lider Nikos Anastasiadis öz təkliflərini hələ təqdim etmədən, Krans-Montanadakı yığıncaq davam edərkən, yunan mətbuatı sənəd və məlumatları təhrif edərək nəşr edirdi.

Yunan Radio Televiziya Təşkilatı (RİK) iyulun 3-də canlı yayında Türkiyənin "Təhlükəsizlik və zəmanətləri"ni açıqladı.

Bu sızdırmalara türk tərəfinin sərt təpki göstərməsinə yunan mediası qaynaq olaraq "adı açıqlanmayan türk rəsmisi" ifadəsi ilə mövzunu ironikləşdirdi.

 

Masanı ilk tərk edən həmişə yunanlar oldu

 

Kipr probleminin həlli, adada sabit sülhün təmin etmək məqsədi ilə həyata keçirilən müzakirələr çərçivəsində tərəflər keçən ilin oktyabr ayından bu yana, dördü liderlər səviyyəsində olmaqla, beş dəfə bir araya gəldi.

İsveçrədəki müzakirələrin ilk turu keçən il Mont Pelerin qəsəbəsində (7-11 və 20-21 noyabr) iki turlu olaraq reallaşdı.

İlk turda yunan lider Anastasiadis, masada türk tərəfinin açılımları qarşısında zamana ehtiyacı olduğunu ifadə etdi və bu tur başa çatdı. İkinci turda da yunan tərəfinin həddindən artıq tələblərdə olması və qeyri-konstruktiv rəftarı ucbatından nəticə alınmadı, yunanlar müzakirələri tərk etdi.

Liderlər (1 dekabr 2016-cı il) BMT baş katibinin Kipr üzrə şəxsi müşaviri Eydenin cəhdləriylə adada bir araya gələrək müzakirələrə davam etmə və yanvar ayında Kipr ilə əlaqədar beynəlxalq konfrans reallaşdırma qərarı aldı.

Cenevrədəki (9-11 yanvar) müzakirələrdən sonra (12 yanvar) Kiprdə, üç təminatçının iştirakı ilə beştərəfli konfrans təşkil edildi. Konfransda bu dəfə də Yunanıstan hazır olmadığı səbəbilə bir həftə möhlət tələb etdi, 18 yanvara qədər ara verildi.

 

Enosis qərarı konfransı aylarla geciktirdi

 

Tərəflər bu dəfə mütəxəssislər və texniki heyətlərin iştirakı yanvarın 18-də yenidən bir araya gəldi. Mont Pelerindəki beştərəfli konfransdan sonra tərəflərin fevral ayında xarici işlər nazirləri səviyyəsində yenidən bir araya gəlməsi və son qərarın verilməsi nəzərdə tutulurdu.

Yunan parlamenti (10 fevral) Kiprin Yunanıstanla birləşməsini nəzərdə tutan "Enosis" referandumunun ildönümünün məktəblərdə qeyd olunması barədə qərarı konfransın yenidən toplanmasının qarşısını kəsdi.

KKTC prezidenti Akıncı yunan lider Anastasiadis ilə adada (16 fevral) yenidən bir araya gəldi. Bu görüşdə də bir nəticəsi olmadı, masanı yenə ilk tərk edən yunan lider oldu…

 

Tərcümə: Strateq.az

 

 




Yuxarı Əvvələ Ana Səhifə