XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

11 İyul 2017 - 11:33

Hindistana açıq mesaj:İranın ali dini lideri Kəşmiri niyə indi yada saldı? - Təhlil

Fatimə Aman

“Atlantic Council”

 

Hindistanın baş naziri Narendra Modinin İsrailə tarixi səfəri İranda xoş xəbər kimi qarşılana bilməzdi.

İran və Hindistan arasında xronik Kəşmir mübahisəsinə dair Ayətullah Əli Xamneinin son bəyanatları da İran-Hindistan əlaqələrinin genişlənməsinə qarşı olanlara dəstək verdi.

İyunun 26-da İran lideri Kəşmirdə müsəlmanların vəziyyətini Yəmən Bəhreyn hökumətlərinin zülmünə məruz qalan şiələrlə müqayisə etdi. Xamnei: "Müsəlman dünyası, Yəmən, Bəhreyn və Kəşmir xalqlarını açıq şəkildə dəstəkləməli və onlara zülm edənlərdən imtina etməlidir", – dedi.

Xamneinin müzakirələrə səbəb olan, özünün və ya onun ofisinin daha sonra dəyişdirilməsini tələb edən bir neçə çıxışı olub. Daxili işlərdə yenidən dərketmə daha asan ola bilər. Lakin xarici siyasət məsələlərində belə şərhlər İranın milli təhlükəsizlik maraqlarına zərər vurur.

İran və Hindistan tarixən normal əlaqələri davam etdiriblər. Ancaq bir çox pərişanlıq və qarşıdurma mövzusu var: Hindistanın, Modinin ziyarətində göstərdiyi kimi, İsrail ilə əlaqəsi; İranın Çabahar limanında Hindistanın zəif təmsilçiliyi; İranın “Fərzad B” qaz yatağına dair Hindistanla müqavilənin yoxluğu; İranın Hindistana neft idxalında azalma və s.

Bu qıcıq mövzuları keçmişlə əlaqəlidir.

2006-cı ildə Hindistan BMT Təhlükəsizlik Şurasında İranın nüvə proqramının Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarətinə verilməsinə səs verib. 2010-cu ildə Hindistan, əvvəllər də belə qətnamələrə qarşı çıxdığı kimi, İranda insan hüquqlarının pozulması ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasının qətnaməsinə etiraz etdi. Həmin il Xamnei, həcc ziyarətçilərinə mesajında dünya müsəlmanlarını kəşmirləri dəstəkləməyə çağırdı.

"Bu gün Fələstin xalqına və Qəzzada mühasirə altında olanlara, Əfqanıstan, Pakistan, İraq və Kəşmir xalqlarına göstərilən həmrəylik, Amerika və sionist təcavüzə qarşı müqavimət göstərmək, müsəlmanların birliyini qorumaq və bu müstəkbir qüvvələrə qarşı mübarizə – vəhdətdir. Gənc müsəlmanlar arasında maarifləndirmə və məsuliyyət duyğusunun genişləndirilməsi müsəlman xalqlarının elitlərinin başlıca vəzifələrindən biridir", – deyə Xamnei bildirmişdi.

2010-cu il mesajına cavab olaraq, Hindistan hökuməti İranın Dehli səfirini çağırıb və Ali Liderin bəyanatlarını Hindistanın daxili işlərində müdaxilə kimi tənqid etdi. Gərginlik yalnız baş nazir Manmohan Sinqh 2012-ci ilin avqust ayında Tehranda Bloklara Qoşulmayan Hərəkatın sammiti çərçivəsində Xamnei ilə görüşdüyü zaman aradan qaldırıldı.

Xamnei Hindistana heyranlıqlarını ifadə etdi və Sinqhə "İran üçün Hindistanın sabit olması və tərəqqqi etməsi vacibdir", – dedi.

Xamnei ümumiyyətlə Hindistan-İran əlaqələrinin genişləndirilməsini həmişə təşviq edib. Baş nazir Modi ilə 2016-cı ilin mayında Tehranda keçirilən görüşdə, o, İran-Hindistan ikitərəfli iqtisadi layihələrini məmnuniyyətlə qarşıladı və Hindistanın ərəb dövlətləri və ya ABŞ-ın  rəhbərlik etdiyi koalisiyaya qoşulma əvəzinə, terrorla mübarizə mövzusunda müstəqil yanaşmasını təriflədi. Modi öz növbəsində, 1980-ci ildə Xamneinin Hindistana səfərinin əlaqələrin genişləndirilməsi üçün "yol açdığını" bildirdi.

Həmin səfərdə, Tehranın imam-cüməsi və İranın Ali Müdafiə Şurasında Ali Rəhbər Ayətullah Ruhullah Xomeyninin nümayəndəsi Kəşmirə 24 saatlıq bir səfər etmişdi. Hüseyn Rəzəvinin sözlərinə görə, Kəşmirə səfər bir həftəlik hazırlıqdan sonra baş tutmuşdu. Xamnei həm şiələr, həm də sünnilər tərəfindən qarşılandı, məzhəblər arasındakı birlik nümayiş etdirildi və Xamnei sünni məscidində namaz qıldı.

Uzun illərdir ki, İran, İslam inqilabının ixracını müdafiə edərkən, əsasən Fələstin məsələsinə yönəlmişdi və Hindistanda Kəşmir və Pakistandakı Paraçinar kimi mübahisələrdən uzaq dururdu.

Paraçinar böyük şiə əhalisi olan şəhərdir ki, bəzən “Ləşkar-e Chanqvi” kimi sünni militant qrupları tərəfindən şiələrin qırğınlarına şahidlik edib. Dünya şiələrini qoruyan və fəal şəkildə dəstəkləyən bir şöhrətə baxmayaraq, İran Pakistanda aktiv müdaxilə etməyib və oradakı din adamlarının dəstəyini məhdudlaşdırmışdı. Pakistanlı rəsmilərə də daim müxtəlif dini qruplar arasında birliyin vacibliyi xatırladılır.

İran, həmçinin daha çox xarici siyasətdən narahat olaraq, məzlum müsəlman əhali üzərində qeyri-müsəlman hökumətlərlə yanaşı da olmadı. Beləliklə, İran Rusiyada çeçenlərin və ya Çində uyğurlara dəstək vermədi.

Nə üçün Xamnei Kəşmirdən indi söz açdı?

Tramp administrasiyasının İrana qarşı düşmənçiliyi və Hindistanın Birləşmiş Ştatlarla əlaqələri möhkəmləndirmək istəyi nəzərə alınmaqla, şərhlər xüsusilə ağır görünür.

Vaşinqton İrana daha çox sanksiya tətbiq etməyə və onun regional müdaxilələrinə qarşı çıxmağa çalışırsa, İrana lazım olan Cənubi Asiyada böyük iqtisadi tərəfdaşla əlaqələri təhlükə altına almaqdır.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə