XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

11 İyul 2017 - 14:15

Anti-İŞİD koalisiyası Vaşinqtonda toplaşdı –Dəqiq strategiyanın yoxluğunda "cihadçılar"la mübarizənin sonu nə olacaq? - Təhlil

Ceyms Raynl

“Middle East Eye”

 

İraqın baş naziri Heydər İbadi təxminən doqquz aylıq mühasirədən sonra Mosulda qələbəni elan etdi.

İŞİD-in felən paytaxtı Raqqa şəhəri də ABŞ-ın rəhbərlik etdiyi qüvvələri tərəfindən mühasirəyə alınıb. Rusiya İŞİD lideri Əbubəkr əl-Bağdadinin hava hücumunda öldürüldüyünü iddia etdi.

Bu zəmində 72 üzvlü anti-İŞİD koalisiyasının nazirləri iyulun 11-də Vaşinqtonda üçgünlük toplantı keçirir.

Tədbir sözçüsünün sözlərinə görə, silahlı qrupun məğlubiyyəti labüddür. Lakin analitiklər və köhnə hökumət rəsmiləri ABŞ-ın post-İŞİD dövründə hansı strategiyanı izləyəcəyinə dair narahatlıqlarını dilə gətirirlər.

Pentaqonun sabiq səlahiyyətlisi Derek Şolle, eks-prezident Barak Obamanın İŞİD-ə qarşı hərbi qələbələrin təməlini atdığını, amma onun xələfi Donald Trampın koalisiyalı müttəfiqləri ilə paylaşmaq üçün Yaxın Şərqdə müharibə sonrası strategiyasının olmadığını söylədi.

"Əslində, İŞİD-in mirası ilə nə edəcəyimizi bilmirik”, – o deyir.

Nazirlərin gündəmində, ilk sırada post-İŞİD İraqı üçün planlar durur. İŞİD-çilərin hamısı Mosuldan çıxarılıb, lakin hələ də Tel-Əfar, Havica və Ənbara nəzarət edir və intihar hücumları kimi daha konvensial taktikaya dönə bilərlər.

 

Mosulun mirası

 

Mosul döyüşündə minlərlə dinc sakin ölmüş və təxminən bir milyon insanı qaçqın düşüb. Orta əsr yadigarı olan “Əl-Nuri” məscidi də daxil olmaqla, şəhərin xeyli hissəsi xarabalıqdır.

BMT bildirib ki, Mosulun əsas infrastrukturunu təmir etmək 1 milyard dollara başa gələcək. Təşkilatın humanitar koordinatoru Liz Qrantın sözlərinə görə, təxminən 700 min insan hələ də köçkündür və təcili sığınacaq, ərzaq, su, tibb və tualetə ehtiyacı var.

Britaniyanın müdafiə naziri Maykl Fallonun fikrincə, görüləsi işlər çoxdur. "Fəratın qərbindəki əməliyyatlar davam edir. Mosul ətrafında təmizləmə əməliyyatlarını sürətləndirmək, partlayıcı qurğuları müəyyən etmək və zərərsizləşdirmək lazım gələcək", – o deyir.

Küveyt, İŞİD üzvü olan ərəblərin çökən “xilifət”dən çıxaraq və öz ölkələrinə geri dönməsinin təhdidini qabardır. Xarici işlər nazirinin köməkçisi Nasir əl Subayh "ədalətli məhkəmələrlə qarşılaşdıqdan sonra həmin döyüşçüləri öz icmalarına inteqrasiya etmək" planını açıqlayıb.

İraqın təhlükəsizlik qüvvələri də olmazın itkilər verib. Bir Pentaqon qaynağına görə, Mosuldakı döyüşə rəhbərlik edən seçkin Terrorizm Əleyhinə Xidmət 40%-lik itkiyə məruz qalıb.

ABŞ Müdafiə Nazirliyi İraq qüvvələrinin dəstəklənməsi üçün 2018-ci ilədək ABŞ-ın büdcə fondlarından 1,3 milyard dollar tələb edib.

Bu səylərə baxmayaraq, İraq hələ də qeyri-müəyyənliklə üzləşir və uzun müddətli sabitlik sadəcə 2003-cü ildə Səddam Hüseynin devrilməsindən sonra ölkəni bürüyən etnik-məzhəbi gərginliyin aradan qalxması ilə mümkündür.

 

Suriya düyünü

 

İŞİD-lə mübarizədə Suriyadakı döyüşlər daha da çətinləşdi. ABŞ tərəfindən dəstəklənən “Suriya Demokratik Qüvvələri”nin (SDQ) bayrağı altında kürd və ərəb milisləri Raqqanın tarixi hissəsində döyüşürlər. Orada təxminən 3-4 min döyüşçü, hərəkət sensoru ilə qapalı olan minalı ərazilərdə gecə-gündüz mübarizə aparır.

Birləşmiş Millətlərin hesablamalarına görə, Raqqa şəhərində 50-100 min insan tələf olacaq və azadetmə dövründə "kütləvi sivil itkilər" mümkündür. Şahidlər deyirlər ki, döyüşçülər qaçmağa çalışanları öldürür, şəhərdən çıxmaq müqabilində böyük pul tələb edirlər.

Vaşinqton və müttəfiqləri üçün problem ABŞ-ın dəstəklədiyi döyüşçülərin Raqqa ətrafında və Şərqi Suriyadakı yerlərdə Suriya prezidenti Bəşər Əsədin və onun beynəlxalq tərəfdaşlarına – Rusiya və İrana sadiq qüvvələrlə qarşılaşmasıdır.

“Tramp Əsədin əleyhinədir, lakin onun administrasiyası hələ Əsədin hakimiyyətdə qalmağına ciddi şəkildə etiraz edəcəyini bildirməyib ", – Şolle deyir.

Eyni şəkildə, ABŞ və Körfəz müttəfiqləri İranın Livandan “Hizbullah” hərbçiləri ilə Tehranın Aralıq dənizinə quru dəhliz açmasına mane olurlar.

Vaşinqtonda ortaya çıxan post-İŞİD strategiyası çərçivəsində Tramp və onun rusiyalı vəzifədaşı Vladimir Putin arasında Hamburqdakı G20 zirvə görüşündə, bazar günü qüvvəyə minən cənub-qərbi Suriyada atəşkəs və "tıxanma müqaviləsi" hazırladı.

Daha sonra Tramp “tweet” atdı: "Suriyada atəşkəs mümkün görünür. Bir çox insan həyatı xilas ola bilər”.

Rusiya, Türkiyə və İran Suriyadakı dörd hərbisizləşdirilən zona yaratmaq üzrə müqaviləni yekunlaşdırmağa çalışdılar, ancaq Qazaxıstan paytaxtı Astana şəhərində sülh vasitəçiliyi ilə razılaşmadılar.

Körfəzdəki petrol-monarxlar arasında diplomatik gərginlik də koalisiya elçiləri arasında danışıqlara təsir göstərir. Səudiyyə Ərəbistanı, Bəhreyn, Misir və Birləşmiş Ərəb Əmirlikləri ötən ay Qətəri İranı və terrorizmə dəstək verməklə günahlandırdı.

Corctaun Universitetinin alimlərindən olan Ross Harrison, İŞİD-ə qarşı səylərin İran və Səudiyyə arasındakı "bir-birini təhdidi kimi görmə" baxışına görə azalmasından xəbərdar edir.

"Mosul və Raqqanın azad edilməsindən sonra İŞİD-in yenidən birləşməsinin və digər qrupların boş sahələri doldurmamamasını birgə səylə almaq olar. Əks halda, bu, bölgə və ya səudlar üçün yaxşı xəbər olmayacaq", – Harrison “MEE”yə bildirib.

"İŞİD və digər “cihadçı” qruplar ərəb quruluşlarına qarşı üsyan edir, onların davamlılığı İran və Türkiyəyə nisbətən, ərəblərə daha çox ziyan verir".

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə