XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

12 İyul 2017 - 12:55

Pulun cingiltisi insan hayqırtısını eşidilməz edir –Britaniya hökumətinin şübhəli silah satışları - Təhlil

Riçard Norton-Teylor

“Middle East Eye”

 

İngilis silahlarının Səudiyyə Ərəbistana satılmasının Britaniya və beynəlxalq humanitar qanunvericiliyə zidd olmadığını iddia edən iki hakimin qərarı Britaniya hökumətinin zəfəri hesab ola bilər. Əlbəttə, bu, “dərin dövlət”in qələbəsidir.

Yəməndə britaniyalıların dinc sakinləri öldürdüyünü iddia edə bilərsiniz. Amma bunu necə isbat edə bilirik?

Birləşmiş Millətlər Təşkilatının nəzdindəki qurumlar, çoxsaylı QHT-lər və humanitar təşkilatların etdikləri kimi, Britaniya bombalarının Yəməndə dinc sakinləri öldürdüyünü iddia edə bilərsən, hakim Börnett və Haddon-Kov da belə dedi. Amma sübut hanı?

Hakimlər dedi ki, Silah Ticarəti Əleyhinə Kampaniyanın (CAAT) iddia etdiyi kimi, "koalisiyanın Yəməndəki iştirakı müharibədə müddətində beynəlxalq konvensiyanın ciddi pozuntularına yol verdiyi təsdiqlənməyib”.

Bununla yanaşı, Tereza Mey sələfi Deyvid Kemeronun xarici maliyyələşdirmə və cihad qruplarının dəstəyinə dair hesabatı açıqlamağı rədd edir. Səudiyyə Ərəbistanının hesabatda əsas yer tutduğunu nəzərə alaraq, bu sənəd açıqlanmayacaq.

Səudiyyə zəkası, bəlkə də İngiltərənin həyatını xilas edə bilər. Amma hələlik ingilis silahları Yəməndə və Yaxın Şərqdəki başqa yerlərdə dinc sakinləri öldürür. Hətta Britaniya hökuməti Yəməndə basqınlara məruz qalan mülki vətəndaşların öldürüldüyünü inkar etmir.

Məmurlar Mosulda da dinc əhalinin ingilis “Brimstone” mərmiləri ilə həlak ola biləcəyini etiraf ediblər. Yəmənə atılan “Pavey” bombalarını da Səudiyyə Ərəbistanına verən Britaniya hökumətidir.

Müdafiə Nazirliyi və Britaniyanın silahlı şirkətləri Səudiyyə rejimini 500 milyonluq “Pavey IV”ün Yəmən və Suriyadakı hədəflərə endirilməsinə əvvəlcə razılıq verməmişdi. Səudiyyə Ərəbistanı isə keçən ildən Yəməndəki hədəfləri klaster bombaları ilə vurur, günahsız mülki şəxslər, xüsusən uşaqlar öldürülür.

2008-ci ilin beynəlxalq konvensiyasına – Səudiyyə Ərəbistanı (ya da ABŞ) tərəfindən imzalanmamış sənədə görə, onların istifadəsi qadağandır.

İngilis hökuməti insan haqları məsələsinin daha mühüm olduğunu iddia etmir. 2015-ci ildə Xarici İşlər Nazirliyində vəzifə sahibi olmuş Saymon MakDonald Nümayəndələr Palatasının xarici işlər komitəsindəki çıxışında insan hüquqları "artıq prioritetlərimizdən biri deyil", – deyib.

Onun sözlərinə görə, insan hüquqları artıq onun şöbəsində "dəfn olunub". Sərfəli silah satışı imkanı artdıqca, o, prioritet deyil. İngilis nazirlər və Səudiyyə kral ailəsi illərdir eyni qayıqda üzürlər.

2008-ci ildə, Bleir hökuməti sələfi Marqaret Tetçerin Britaniya təyyarələrinin satışı ilə bağlı “Yamama razılaşması”nda korrupsiya iddialarını araşdıran Britaniyanın Maliyə Fırıldaqlarının Tədqiqi Bürosunun fəaliyyətini dayandırdı. Britaniyada "7/7" adlı faciə – İngiltərə küçələrində terror aktları Səudiyyə kəşfiyyatının təhdidindən başqa bir şey deyil.

İngilis hökumətinin Bəhreyn və Omanla olan əlaqələri də buna bənzər bir məsələdir…

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə