XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

12 İyul 2017 - 18:44

Türkiyə zərbə dronları istehsalçılarının dünya elit klubunda:pilotsuzlar sənayesi sürətlə inkişaf edir – Araşdırma

İlya Plexanov

inosmi.ru, 12.07.2017

 

Türk hərbçilərinin bildirdiklərinə görə, Türkiyənin 2015-ci ildən pilotsuzlardan fəal istifadəsi əla nəticələr gətirir. Və ölkə silahlı qüvvələrində dronlara həvəs güclənir. Gözlənilir ki, növbəti ildən texnikanın bu növünə tələbat daha yüksək olacaq.

Bu il iyunun sonunda məlumat yayılıb ki, Türkiyədə dronların alqısı üzrə yeni proqram işə düşəcək və pilotsuz maşınların ancaq Türkiyə istehsalçıları üçün tender açılıb. İyunda isə Türkiyə silahlı qüvvələrində havaya şaquli qalxan və enən dəniz bazalı pilotsuzlara tələbat yaranıb. Türkiyə bu gün hərbi pilotsuzları cənub və cənub-şərq sərhədlərində, əsasən, Kürdüstan Fəhlə Partiyasına qarşı işlədir, lakin bu dronlar Türkiyənin Suriyaya keçən ilki payız müdaxiləsində də fərqlənib. Türkiyənin “Daily Sabah” nəşri Türkiyənin “Bayraktar TB2” pilotsuzunun Suriyada türk aviasiyasını islamçıların hədəflərinə yönəltmək üçün istifadə olunduğu haqda yazıb. Dron Türkiyə tərəfindən kəşfiyyat və aviasiyanı yönəltmək üçün hələ 2014-cü ildən işlədilir, 2016-cı ilin aprelindən isə Türkiyədə bu maşından Türkiyə istehsalı raketlərin buraxılış sınağı keçirilib.

Türkiyə xeyli ildir ki, özünün zərbə pilotsuzunu yaratmaq üzərində çalışır. “Bayraktar TB2” dronunda bütün komponentlərin 93%-i Türkiyənin özündə qayırılıb, lakin idealda tamamilə öz komplektləyicilərindən yığılmış pilotsuza sahib olmaq istərdi.

Bu maşında Rokestan şirkətinin səkkiz km-lik məsafədəki hədəflərə yönəlik 10 kq-lıq döyüş başlıqlı MAM-L türk raketinin standart tətbiqi, Türkiyə zərbə pilotsuzunun bölgədə hərbi əməliyyatlarda fəal istifadəsi, həmçinin ixracat tədarükü plandadır.

İlk dəfə raketlərlə təchiz edilmiş “Bayraktar TB2” zərbə dronu keçən ilin sentyabrından döyüş növbəsinə durub, bu ilin martında isə Türkiyə silahlı qüvvələrinə daha altı “Bayraktar TB2” maşını tədarük olunub, bunların ikisi sırf kəşfiyyat missiyası üçün deyil, məhz hava zərbəsi endirməyə nəzərdə tutulub. Bu gün Türkiyənin cəbbəxanasında 18 ədəd “Bayraktar TB2” maşını var.

Tam silahlanmış “Bayraktar TB2” keçən ilin avqustunda sınağın gedişində 24 saat 34 dəqiqə havada qalıb, 4040 km məsafə qət edib və demək olar, 5,5 km yüksəklik yığıb. Bu, Türkiyənin pilotsuz maşınları üçün bu gün də rekorddur. Türkiyənin “Bayraktar TB2” dronları bu günə artıq 17 500 saat uçuş edib.

Yoxalanmamış məlumatlara görə, iki Bayraktar TB2 dronu 2016-cı ilin payızında Türkiyənin cənub-şərqində havadan raket zərbələri ilə 70-ə qədər kürd üsyançısını (mətndə bu cürdür-tərc.) məhv edib, həmçinin Suriyada kürd bölmələri və islamçılara qarşı fəal işlədilib.

Pilotsuzu Türkiyənin “Baykar Makin” şirkəti hazırlayıb və istehsal edib. Şirkət hələ 1984-cü ildə açılıb və avtomobilqayırma sahəsində çalışmalarla məşğul olub, ölkədə avtomobil istehsalının lokallaşdırılması prosesini sürətləndirməyə cəhd edib. Şirkət 2000-ci illərin başlanğıcından öz təşəbbüsü ilə pilotsuzlar sahəsində araşdırmalara girişib və ölkə silahlı qüvvələri üçün tezliklə mikro-dronlar istehsalına başlayıb. 2007-ci ildə kəşfiyyat “Bayraktar Micro” UAV silahlanmada durub, 2012-ci ildə isə onun Qətərə ilk ixracat tədarükü həyata keçirilib.

ABŞ Türkiyəyə zərbə dronları satmaqdan imtina etdikdən sonra “Bayraktar TB2”-nin zərbə variantının yaradılmasına yalnız 2009-cu ildə başlayıblar. İsraildən “Heron” pilotsuzu icarəyə götürülüb və Türkiyə onun bazasında öz işləmələrini sınaqdan çıxarıb.

Elə, ya belə, lap İsrail texnologiyaları əsasında olsa da, əslində, Türkiyə nəticədə yeddi il ərzində öz pilotsuzunu yaratmağa nail olub ki, bu da psi nəticə deyil. Bu gün pilotsuzda başdan-ayağa türk elektron içliyi, nəzarət sistemləri, raket qurğusu var – əvvəllər bütün bunlar xaricdən alınırdı.

Xüsusi komponentlərin yaradılmasının gücləndirilmə səbəblərindən biri sistemin informasiya təhlükəsizliyi və xarici istehsalçıların maşının işinə necəsə təsir etmək imkansızlığı, quraşdırılmış komponentlərin proqram təminatıdır – hələ komplektləyicilərin xarici tədarükündən bayağı asılılığı demirik.

Fəaliyyətdə olan raket qurğusu və raketlər isə cəmi ilyarım ərzində Türkiyənin “Baykar Makin” və “Rokestan” şirkətləri tərəfindən yaradılıb  və sınaqdan keçirilib.

Türkiyənin “Baykar Makin” şirkətinin texniki direktoru Səlcuq Bayraktar bu yaxınlarda bildirib ki, artıq beş ölkə zərbə maşını ilə maraqlanıb. Ehtimal ki, bu ölkələrdən ikisi Azərbaycan və Pakistandır.

Maraqlıdır ki, “Bayraktar TB2”-dən raketlərin uğurlu buraxılış sınağından sonra Səlcuq Bayraktar Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın kiçik qızına evlənib. Hərbi pilotsuzların baş istehsalçısının toyunda altı min qonaq, o cümlədən Türkiyə baş naziri Əhməd Davudoğlu, Baş Qərargah rəisi Hulusi Akar, keçmiş ölkə prezidenti Abdulla Gül və Pakistan baş naziri Nəvaz Şərif iştirak edib. Ərdoğanın qızı ABŞ İndiana ştatında və London iqtisadiyyat məktəbində siyasət və sosiologiyanı öyrənib. Səlcuq Bayraktar ABŞ Pensilvaniya Universitetində və Massaçusets Texnologiya İnstitutunda təhsil alıb. Hələ 40 yaşı da olmayan Səlcuq Bayraktar bu gün Türkiyəninn hərbi haytekinin (ingiliscədən: yüksək texnologiya-tərc.) və hərbi pilotsuz sistemlərinin əsas təbliğatçılarından biridir. Türkiyə silahlı qüvvələrinə bu il “Bayraktar TB2”-dən savayı başqa bir şirkətdən – Tusaş Turkish Aerospace Industries-dən (TAI) ilk ANKA-S zərbə pilotsuzları da tədarük oluna bilər. Söhbət 2018-ci ilin sonuna doğru 10 maşının tədarükündən gedir. Xəbər verilir ki, bu model zərbə dronu bu ilin martında uçuş sınağından keçirilib. Bu qayda ilə Türkiyənin özünün iki növ zərbə dronu olacaq.

Əslində, Türkiyə bir neçə özəl zərbə dronları istehsalçılarının elit klubuna daxil olub. Burada qeydsiz-şərtsiz birinciliyi ABŞ, İsrail və Çin saxlayır, İran, Hindistan, Pakistan və CAR isə, çox ehtimal ki, ən yaxın vaxtlarda öz zərbə maşınlarının gerçək əməliyyatlarda effektli və başlıcası, daimi tətbiqini təkcə qırıq-kəsik KİV məlumatlarında deyil, gerçəklikdə sübut edə bilər.

 

Tərcümə Strateq.az-ındır.