XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

13 İyul 2017 - 16:00

Əfqanıstan münaqişəsində yeni vasitəçi:Rəsmi Pekin bölgədəki barışdırıcı səylərini artırır - Təhlil

Vinay Kaura

Middle East Institute

 

Geosiyasi manevr, siyasi itaətsizlik, endemik korrupsiya, qeyri-dürüst təhlükəsizlik aparatı və ən başlıcası, Pakistanın "dərin dövləti" tərəfindən dəstəklənən etibarlı “Taliban” hərəkatı Əfqanıstanı ən təhlükəli nöqtə edir. Ölkədəki son hadisələr təhlükəsizlik qüvvələrinə və bədbəxt vətəndaşlara qarşı terror hücumların artmasını ehtiva edir.

Çinin xarici işlər naziri Vang Yi ən çətin regional diplomatik problemlərdən biri olan Əfqanıstan və Pakistan arasında gərginliyi azaltmaq məqsədi ilə iyunun 24-25-də Kabil və İslamabada səfər etdi. Regional sabitlik "Çin arzusu"nun həyata keçirilməsində böyük beynəlxalq layihələr üçün əsas şərtdir, lakin Əfqanıstanda sülhü bərpa etmək Çinin öz təhlükəsizliyindən ötrü eyni dərəcədə vacibdir.

Əfqanıstanda mövcud olan Çinin strateji maraqları, ölkənin qarşısını almaq niyyətində olduğu mənfi nəticələrə bağlıdır. Rəsmi Pekin üçün bu arzuolunmaz nəticələrə Əfqanıstanın uyğur radikal qrupları üçün təhlükəsiz sığınacaq halına gəlmə, Sincana ideoloji təsir göstərən “islamçı” qüvvələrə və Əfqanıstan, Pakistan və Orta Asiya respublikalarında təhlükəsizliyin daha da pisləşməsi daxildir.

Bu nəticələr "Bir qurşaq-Bir yol" (One Belt, One Road – OBOR)Çin-Pakistan İqtisadi Dəhlizi (CPEC) kimi beynəlxalq layihələrin perspektivlərini azalda bilər. Pekin, həmçinin, Hindistan və Pakistan arasında Əfqanıstanda proksi-döyüşlərin Cənubi Asiyada gərginliyə gətirib çıxara biləcəyindən ehtiyatlanır.

Lakin Çinin gedişləri vakuumda baş vermir. Son vaxtlara qədər Əfqanıstanda Çinin rolu, bir aspirant qlobal gücün gözlədiyi kimi görünən və iddialı olmayıb. Pekinin təhlükəsizlik maraqlarına ciddi təsir göstərsə də, o, Əfqanıstanın siyasi bataqlığına girməkdən çəkinməyib. Ancaq vəziyyət indi Çinin hərəkətləri üçün daha əlverişli görünür.

ABŞ-ın başçılıq etdiyi Dördtərəfli Koordinasiya Qrupu və Rusiyanın liderliyində olan qrupun Moskva danışıqları daxil olmaqla, bir çox tədbir və bir çox barışıq səylərinə baxmayaraq, Əfqanıstanda sülh həmişəki kimi ələ keçməzdir.

Uzun və nəticəsiz gözləntidən sonra Çin, nəhayət, cəsarətli bir diplomatik addım atdı.

Vanqın missiyası Çinin Əfqanıstan siyasətində əhəmiyyətli bir dəyişiklik olduğunu qeyd etdi, çünki Pekinin bölgənin geosiyasi kontekstində daha çox təsir göstərməsi üçün bir fürsət meydana gəlib. Çinin artan siyasi və diplomatik mövqeyi qlobal arenada regional mübahisələrin həllində daha iddialı bir rol almasını tələb edir. Əfqanıstan – Çin üçün bir sınaq vəziyyətidir, çünki bu durum həm regional, həm də qlobal təsirlərlə müxtəlif münaqişələrin dinamikasını əhatə edir.

Beləliklə, Pekin diplomatik rejim dəyişikliyini (modus operandi) dəyişdirməyə çalışaraq, Çinin yalnız bir "ünsiyyət kanalı" kimi xidmət etməkdən başqa, həqiqətən "real problem" həll etməli olduğunu göstərir.

Fəal Çin iştirakı ilə ikitərəfli Kabil-İslamabad münasibətləri – "böhran idarəetmə mexanizmi" hazırlanıb və qarşılıqlı maraq doğuran məsələlərlə əməkdaşlıq etmək üçün xarici işlər nazirləri səviyyəsində üçtərəfli "dialoq mexanizmi" yaradılıb. Çin, Birləşmiş Ştatlar və Rusiya da daxil olmaqla, digər vasitəçilərdə olmayan vacib üstünlüyə malikdir. Əfqanıstan tapmacasının açarı Pakistandadır, rəsmi Pekin isə Pakistanla ıx əməkdaşlıq edir. Münaqişənin katalizatoru olaraq çıxış etmədən başqa, Pakistan tərəfi Əfqanıstan aktyorları ilə, xüsusilə “Haqqani Şəbəkəsinə və Əfqanıstan “Talibanı”na geniş dəstək verən bir çox əlaqəyə malikdir. Açıq strateji üstünlüklərinə görə Pakistan Əfqanıstanda sülh yolunun İslamabaddan keçdiyini hamıya qəbul etdirir.

Siyasi cəhətdən Qəni hökumətini “Taliban”la müzakirə masasına gətirmək üçün İslamabadla birləşməyə ehtiyacı var. Şübhəsiz, Pakistan və Əfqanıstan çinlilərin köməyilə ikitərəfli normallaşma prosesini bərpa etməyə razılaşdıqları üçün qürurlu bu – uğurdur, lakin onlar qarşılıqlı güvənsizlik tələsinə düşüblər.

Sərhəd təhlükəsizliyi ilə bağlı ikitərəfli əməkdaşlığa nail olaraq, Pakistan sərhəd idarəçiliyinə çox sərmayə qoymağa çalışır. Lakin Əfqanıstanla əməkdaşlığı olmadan o, sərhədlərini təhlükəsiz saxlaya bilməz. Pekinin tək başına girişi ilə sülh prosesinin təşviqi perspektivləri yaxşılaşmayacaq. Çin səylərinə ən böyük meydança Birləşmiş Ştatlar və “Taliban”ın zəif qarşılıqlı mövqelərində yaranır. Tramp administrasiyası sülh danışıqlarına qoşulmaq üçün təkidlə “Taliban”a qarşı döyüşü gücləndirir.

Çin və Rusiya rəsmi Kabili “Taliban”la sülh danışıqlarına başlamağa çağırır, lakin Pekin prezident Donald Tramp tərəfindən qəbul edilən siyasəti görməzliyə vura bilməz. ABŞ-ın “Taliban”ı hərbi cəhətdən məğlub səyi hər hansı bir fəlakət olmadan baş verməlidir. Tramp ABŞ-ın Əfqanıstandakı müttəfiqləri və Pakistandan imtina etməyəcək.

Əfqanıstan və Pakistan arasındakı dərin köklü etibarsızlığın aradan qaldırmaq işində Çinin böyük çətinliyi meydana gətirəcək. O, Əfqanıstan, Pakistan və Kəşmirdən keçən CPEC ilə bağlı ciddi etirazlara əsaslanaraq, OBOR-un bir hissəsi olmağı da rədd edən Hindistan ilə sıx bir əlaqəyə malikdir. Digər vacib məsələ regional təhlükəsizlik məsələlərində ABŞ və Hindistan arasında yaranmış strateji konsensusdur.

Çin, Pakistan və Əfqanıstan arasında kəşfiyyat paylaşımı və sərhəd təhlükəsizlik mexanizmlərini asanlaşdırmaq üçün yaxşı bir mövqedədir. Bundan əlavə, sərhəd bölgələrində terroristlərə qarşı birgə hərbi əməliyyatlara başlamağa dair üç ölkənin razılığı var. Ancaq Əfqanıstandakı son vəziyyət, ABŞ-Çin əlaqələri kimi, Əfqanıstan-Pakistan-Hindistan üçtərəfli əlaqələrinin dinamikası qədər mühümdür.

Əfqanıstan əsasən Pakistanın terror şəbəkəsinə davamlı dəstəyi ucbatından bədbəxtlik içindədir. Aydındır ki, Əfqanıstan münaqişəsi, əsasən, daxili böhranlar və xarici müdaxilələr arasında pozulmanı əks etdirir.

19-cu əsrdən etibarən, Əfqanıstan xaricdəki aktyorlar tərəfindən ölkənin mürəkkəblikləri nəzərə almadan böyük diplomatik strategiyaların qəbiristanlığı olub. Son zamanlar ABŞ-ın siyasəti də istisna olmadı və onun memarları bu dərsdən çıxarmadı. Rəsmi Pekin bunu nəzərə almalıdır, ya da özü asan çıxış yolu olmayan mürəkkəb qarşıdurmaya qoşulur.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə