XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

13 İyul 2017 - 18:03

Rəsmi Tehrandan Mattisə təpki:Rejimin dəyişməsi təhdidi İran diplomatlarını hərəkətə gətirdi - Təhlil

Arəş Kərəmi

“Al-Monitor”

 

İran rəsmiləri ABŞ-ın müdafiə naziri Ceyms Mattisin İranda rejim dəyişikliyinə çağırışını pisləyiblər.

Lisey qəzetinə verdiyi müsahibədə Mattis, ABŞ-ın Tehran ilə münasibətləri "İran xalqı bu teokratiyadan qurtulana qədər" gözləmək məcburiyyətində qalacağını söylədi. O, həmçinin İranı "Yaxın Şərqdəki ən sabitpozucu təsir" adlandırdı.

İyunun 20-də nəşr olunan müsahibə iyulun 10-da virus kimi yayıldı və bir sıra ingilisdilli mətbuat orqanlarında təkrar dərc olundu.

İranlı səlahiyyətlilər Mattisə bir gün sonra cavab verdilər. "Digər ölkələr yerinə qərar vermək əvəzinə, müdafiə naziri və Amerikan iqtidarı öz daxili problemləri haqqında düşünsə və admistrasiyanın yaxın gələcəkdə iflasını nəzərdən keçirsə, yaxşı olar", – İranın müdafiə naziri Hüseyn Dehqan bildirdi. O əlavə etdi ki, Mattisin "digər ölkələrin qüdrətlərini görməməsi və bu cür şərhlərin nəticələrə dair tarixi həqiqəti bilməməsi" deməkdir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi, həmçinin dedi: "Regionda və dünyada terrorizm və ekstremizm Amerikanın pis siyasətindən qaynaqlanır". O, Mattisin İranın terrorizmi dəstəklədiyinə dair ittihamını rədd edərək bildirdi ki, bölgə F'lluca və Haditadaki qırğınları unutmayacaq.

Qasimi, Mattisin İran hökumətinin öz əhalisi arasında populyar olmadığına dair iddiasını tənqid etdi. “İranın son prezident seçkilərində seçici iştirakı 70%-dən çox idi, ABŞ-ın regional müttəfiqlərində isə demokratiyanın bu seqmenti ümumiyyətlə yoxdur”.

İranın Ukraynadakı sabiq səfiri Əkbər Qasimi diplomatlar üçün nəşr edilən bir jurnalda məqalə ilə çıxış edərək Mattisi tənqid etdi. Səfirin yazdığına görə, xüsusilə İraq və Əfqanıstan ilə bağlı iyirmi illik təcrübəsi olan Mattisin ifadələri, ABŞ dövlət katibi Reks Tillerson kimi hansısa digər rəsmi ilə müqayisədə, ABŞ administrasiyasında daha böyük çəkiyə malikdir. Qasimi qeyd edir ki, Mattisin şərhlərinin əksəriyyəti İrana qarşı ictimai rəyə təsir etmək üçün nəzərdə tutulub.

Donald Trump administrasiyası tərəfindən rejimin dəyişdirilməsi təklifi ilk dəfə səslənmir. İyun ayında Tillerson da ABŞ-ın İranda rejim dəyişikliyinə səbəb olmaq istəyənləri dəstəklədiyini bildirdi.

Rejim dəyişikliyi ilə bağlı siyasi ritorikadan asılı olmayaraq, İran və altı dünya dövləti arasında nüvə razılaşması hələ də qüvvədə olan məsələdir. İyulun 11-də Moskvada Avropa İttifaqının diplomatik rəhbəri Federika Moqerini Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdü. ABŞ-ın müqaviləyə riayət etməyi və İrana qarşı sanksiyaların aradan qaldırılmasının nəzərdən keçirməsinə toxunan Moqerini bildirib ki, beynəlxalq saziş BMT-də təsdiqlənib.

"Nüvə razılaşması yalnız bir ölkəyə aid deyil", – o deyib.

İyulun 11-də “Tasnim” Xəbər Agentliyinə verdiyi müsahibədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, ABŞ nüvə razılaşmasının şərtlərinə əməl etmir, hətta sazişin tələblərinə zidd hərəkət edir.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə