XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

13 İyul 2017 - 18:45

Dəclə və Fərat Türkiyənin nəzarətində:NATO İran və Rusiyaya Latakiyada görüşməyə mane olur – Təhlil

Sərkis Saturyan

regnum.ru, 12.07.2017

 

Bu il iyulun 8-də Hamburqda “Böyük iyirmilik” sammitinin iştirakçıları evlərinə getməyə hazırlaşarkən İraq baş naziri Heydər əl-Abadi onlara çoxdan göxlənilən sensasiyanı təqdim etdi – şəhərin İŞİD-dən azad edilməsi münasibətilə sakinləri təbrik etməkdən ötrü Mosula getdi. İş görülüb. Pentaqon indi sevimli işiylə – İraqın şimalında Ərbilin müstəqillik zəmanəti rolunu oynayacaq növbəti hərbi bazanın inşası ilə məşğul olacaq. İraq Kürdüstanında referendum uzaqda deyil – sentyabrın 25-ə təyin edilmiş səsvermədən sonra Yaxın Şərq heç vaxt əvvəlki kimi olmayacaq. Lakin “kürd baharı”ndan danışmaq hələlik çox tezdir.

Birincisi, Ərbilin müstəqilliyi Bərzani qəbiləsi başda olmaqla təkcə İraq kürdlərinin deyil, həm də Şimal İraqın neft və su resursları üzərində Bağdad nəzarətini zəiflətməyə ümid edən Ankaranın çoxdankı arzusudur. İraq Kürdüstanı Türkiyəyönlü olmasa, onda labüddən İranyönlü olacaq və Türkiyə və ABŞ-ın bölgədəki zəifliyini aşkarlayacaq. Onların motivləşməsi bu cürdür. Tehran durumu diqqətlə izləyir və zaman-zaman hücuma keçir: İran prezidenti Həsən Ruhani iyulun 3-də qum qasırğaları üzrə Tehran konfransında çıxış edərkən Dəclə və Fərat çaylarının yuxarılarında (İlisu kəndi rayonunda) damba tikdiyinə görə Türkiyəni şiddətlə tənqid edib və bunu bütün Yaxın Şərq üçün təhlükəli adlandırıb. Yəni iranlılar hələ bu ilin fevralında Ankaranı Fərat üzrə su təchizatını bağlamaqda ittiham edən həm İraq, həm də Suriya kürdlərini açıqca dəstəkləyiblər.

İkincisi, Ankara və Ərbil arasında sıx əməkdaşlıq ümumkürd siyasi dialoqunu mümkünsüz edir – Suriya və Türkiyə kürdləri təkbaşına hərəkət etməyə məcburdurlar. Bu, Cərablus, əl-Bab və Əazaz uğrunda döyüşlərdən sonra Suriya Afrininin Kobani və Cəzirə kantonları ilə birləşməsini önləməkdən ötrü bu şəhərə müdaxilə hazırlayan Türkiyəni tamamilə qane edir. Şaqqalayıcı manevr qismində Türkiyə SQ-nin NATO-nun Mosuldakı əməliyyatından ayyarım qabaq 2016-cı ilin avqustunda başladığı “Fərat qalxanı” əməliyyatı çıxış edir. Ərbil Türkiyəyönlü və Amerikayönlü konyunktura çərçivəsində hərəkət edir, bunu onların (Dəməşq və Tehranın dəstəyi ilə) Şərq Aralıq dənizi sahillərinə çıxmağı planlaşdıran suriyalı soydaşları haqda demək olmaz.  Onları başa düşmək asandır – dənizə çıxış olmadan (vahid Suriya dövləti çərçivəsində) muxtariyyət hüququ əldə etmək mümkünsüzdür.

Üçüncüsü, İranın Suriya və İraq kürdləri ilə ittifaqı strategiyadan – İraq və Suriya üzərindən Aralıq dənizi sahilinə nəqliyyat dəhlizi yaratmaqla diktə olunur. Prezident Həsən Ruhani 2017-ci il martın 26-da Tehran-Sənəndəc (İran Kürdüstanı) dəmiryolunun inşasını işə salarkən açıq şəkildə deyib. İranlılar əsas kimi Bağdad dəmiryolu layihəsini götürürlər. Bu isə bildirir ki, yolu Suriyanın şimalındakı kürd kantonlarına çıxmaqla Süleymaniyyə, Kərkük və Mosul üzərindən keçirmək planlaşdırılır. Dəmiryolu oradan Hələbə getməlidir. Sonra iki variant olacaq: birbaşa Latakiyaya və sahilə getmək, ya da Dəməşq və Beyrut istiqamətində cənuba enmək.

Ədalət naminə xatırladaq ki, Dəməşq-Beyrut dəmiryolunu hələ 1895-ci ildə fransızlar salmışdılar. Yol 1906-cı ilə doğru Livanın Rayak şəhərindən (Bəqaa vadisi) şimala Hələbə qədər uzanırdı. 1911-ci ildə Xoms-Tripoli dəmiryol şaxəsi istismara verilib. 1915-ci ildə isə layihə zirvəsinə çatıb – Hələbdən (Adana və Konya üzərindən) İstanbula qanad çəkilib. Paris əsaslı şəkildə I dünya savaşına hazırlaşıb. Livandan Suriyaya dəmiryolları iki dünya müharibəsindən keçib. Kim düşünə bilərdi ki, bu cür sınaqlardan sonra 1975-1990-cı illər Livan vətəndaş müharibəsi infrastrukturu tamamilə məhv edəcək.

Bununla belə, İranın Suriya üzərindən indiki şəraitdə Rusiya ilə ittifaqda gerçəkləşdirilə biləsi dəmiryolu salmaq şansı var. Və yalnız Suriyada, əslində, Suriya milli ərazisinin NATO-ya tabe təsir zonalarına dönüşdürən təhlükəsizlik zonaları yaratmaqdan imtina halında: Türkiyə SQ Pentaqonun sədəqəsi ilə İdlib əyalətində “leqallaşıb” (erməni politoloq bu məqamda qəsdən yanlışlığa yol verir – Türkiyə bunu Rusiya ilə uzun danışıqlardan sonra planlaşdırıb-tərc.), amerikalıların özləri isə Fəratın aşağı hissələrində Suriya hökumət ordusu və İran könüllülərinin mövqelərinə hücum etməklə burada möhkəmlənməyə çalışırlar.

Məgər Rusiya ordusu 2015-ci ilin sentyabrında Dəməşqin xahişi ilə SƏR-də antiterror əməliyyatına başlarkən buna nail olmağa çalışırdı? Biz “Cəbhət ən-Nusra” terrorçularını və başqa qruplaşmaları ləğv etmək əvəzinə Astanada onların Türkiyə və Amerika kuratorları ilə danışıqlar aparır, bizə hələ bir dəfə də geopolitik üstünlük verməyən “barışığa” razılaşırıq.

Yaxın Şərqdə dünya müharibəsi başa çatır. Amerikalılara elə gəlir ki, onların müdaxiləsi Suriya və İraqda duruma nəzarət imkanı verir. Lakin bu təəssürat aldadıcıdır: Pentaqon təsir edir, lakin sünni-şiə qarşıdurmasını, müsəlman dünyasında xilafət mühitində 632-ci ildə Muhəmməd Peyğəmbərin vəfatından dərhal sonra taxt uğrunda başalanmış əbədi mübarizəni öncədən müəyyən etməkdən hələ çox uzaqdır. O vaxtdan bəri konseptual planda az şey dəyişilib.

Əməvi və Abbasilərin imam Əli ibn-Əbu Talib və nəsli ilə qarşıdurması özlüyündə Məkkə və Mədinə qəbilələri arasında siyasi və intellektual mübarizəni bəlirləməklə Monqol imperiyası və Bizansın çöküşündən sonra Farsistanla Osmanlı imperiyası arasındakı antaqonizmə transformasiya olunub. Sünnilər müstəqillik axtarışında ticarət üzərində nəzarəti saxlamaqdan ötrü əsrlərlə liman rayonlarına can atan şiələrə heç cür dov gələ bilməyiblər. Yəmən, Bəhreyn, Suriya və Livanın Aralıq dənizi sahillərində, həmçinin İraqın cənubunda (Bəsrə və Kufə mərkəz olmaqla) şiə icmalarının nüfuzu da buradan qaynaqlanır. Cənub hüdudları Hind okeanına, şimal hüdudları isə XVII-XVII əsrlərdə Rusiya imperiyası ilə görüşü baş tutduğu Cənub Qafqaz və Orta Asiyaya yol açan şiə Farsistanının Yaxın və Orta Şərqdə özəl önəm qazanmağı təsadüfən deyil.

Farsistan 1935-ci ilin martında İran adlandırıldı, lakin bundan onun keçmiş Osmanlı imperiyası ilə mübarizəsi zəifləməyib. Türkiyə və Səudiyyə Ərəbistanı NATO patronajlığında hərəkət edərək indi Suriya dəhlizini məhv edir ki, Moskva və Tehranı güzəştə vadar etsin.

Rusiya imperiyası və Farsistan daha yoxdur, lakin əvvəlki tək xeyirxah iradəsindən çox şey asılı olan Rusiya və İran var. Hərəkətlənmək vaxtıdır.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə