XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

14 İyul 2017 - 10:13

Suriyalı qaçqınlar Türkiyədə mafiya yaratmağa başlayıb:yerli əhali onların evlərinə od vurur, döyülənlər var – Təhlil

Rəmzi Özdəmir

Yeni Çağ (Türkiyə), 13.07.2017


Dünya “mafiya” sözünün gerçək mənasını Amerikadakı İtaliya mafiyasının sayəsində bilib. İtaliyadan ABŞ-a köçənlər mühitində meydana çıxmış və tezliklə qol-budaq atmış İtaliya mafiyası uzun müddət bu ölkə üçün bəlaya dönüb. Budur, artıq, Amerika təhlükəsizlik qüvvələri, demək olar, yüz ildir bu bəlanın öhdəsindən gəlməyə çalışır. Əlbəttə, biz İtaliya mafiyasını ancaq filmlərdən tanıyırıq. Məşhur Al Paçino hətta bizi onu sevməyə məcbur edib!..  

Soruşacaqsınız ki, İtaliya mafiyasının bizimlə nə əlaqəsi? Əlbəttə, heç bir. Amma indi Türkiyədə oxşar ictimai proseslər gedir. Bircə bu prosesdə italiyalılar yoxdur!

Suriyalılar var. Ölkədəki müharibə ucbatından Türkiyədə sığınacaq aramağa məcbur olmuş qaçqınlar son aylarda cəmiyyətdə qızğın reaksiya ilə üzləşirlər.

Niyə həmişə mərhəmət nümunəsi olmuş türklər indi bu cür kəskin reaksiya verirlər? Küçələrdə suriyalılarla dava-dalaş, suriyalıların evlərinə od vurulması və daha bir çox misallar. Bu reaksiyanın başlıca səbəbi bəzi qaçqınlar mühitində yaranmış mafioz törəmələrdir.

Suriyalılar xüsusən də İstanbulda təkcə inşaatda və bu cür sahələrdə çalışmırlar. Onlar, məsələn, qəbz və veksel (borc kağızı-tərc.) üzrə borcların alınması kimi kollektor biznesində işləməyə başlayıblar.  

Hətta bunu o qədər də böyük pul xatirinə etmirlər. Sadəcə, banditizm suriyalı gənclər üçün bir dəbə çevrilib. Gənc suriyalılar dəstə bağlayıb adam döyür və daha bir xeyli mafioz fəaliyyətə əl atırlar.

Təəssüf ki, Türkiyə Suriya köçkünlərinə təhsil vermədən yalnız onların üzünə qapı açıb. Və indi on minlərlə suriyalı küçədə qalıb, işi yoxdur və yarıac durumdadır.

Yəni onlar istənilən işə girişirlər. Əsas problem bundadır. Ac adamın əlindən hər şey gələr. Və Türkiyə də Avropa ölkələri kimi milyonlarla suriyalıya pul və daldanacaq verməyibsə, heç nə etmək olmaz. Bu şəraitdə suriyalıların özləri vəziyyətdən çxış yolu tapmağa səy edirlər. Ən yaxın vaxtlarda suriyalılar problemi daha da kəskinləşəcək.

Amerikada İtaliya mafiyasının doğulduğu kimicə Türkiyədə Suriya mafiyası da eynilə daha çox qol-qanad ata bilər. Ölkədə qəbz və veksellər üzrə ödənişlə bağlı ciddi böhran müşahidə olunur. Bu böhran Suriya mafiyasının bundan sonrakı inkişafı və güclənməsi üçün səbəb ola bilər. Hazırda onun təsiri xırda alverçilər və borclular səviyyəsində müşahidə olunur. Lakin o, gündən-günə böyüyə bilər.

Küçələrdə davalar, evlərə və iş yerlərinə od vurulması – bütün bunlara yalnız ictimai reaksiyadır. Bir müddətdən sonra suriyalılar daha çox  nüfuz qazanarkən hər şey dəyişilə bilər. Hətta Amerikanın bir əsr boyunca öhdəsindən gələ bilmədiyi mafiya ilə Türkiyə necə mübarizə aparacaq?

“Pulsuz adam gərəksiz adamdır” fəlsəfəsi ilə küçələrdə veyllənən bu adamlar mütləq təhsil və iş almalıdırlar. Türkiyədə 12%-lik işsizlik səviyyəsində bu adamlar üçün necə iş tapmaq, əlbəttə, ayrıca məsələdir. Ölkədə gənclik arasında işsizlik 25%-ə çatıb. Türkiyədəki suriyalıların önəmli qismi gənclərdir və onları işə düzəlməyənlərin sırasına qatanda 30% və hətta 35% miqdarda işsiz gənclər ordusu alınır.

 

Tərcümə Strateq.az-ındır.

 




Yuxarı Əvvələ Ana Səhifə