XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

14 İyul 2017 - 12:38

Tramp ABŞ-ın yardım əlini kəsir –Ağ Evin xəsisliyi indidən etirazlar doğurub - Təhlil

Oliviya Alabaster

“Middle East Eye”

 

ABŞ-ın xarici yardım büdcəsində, – əgər Konqresdən keçərsə, – Yaxın Şərq, xüsusilə də Tunis və Yəmənə yardımlar kütləvi şəkildə azaldılacaq.

2016-cı ildə Tunis Birləşmiş Ştatlardan 141 milyon dollar alıb, 2018-ci ildə bu məbləğ cəmi 54 milyon dollar olacaq.

Səudiyyənin liderliyi ilə aparılan müharibə ilə infrastrukturu tamamilə dağılan, aclıq və vəba epidemiyasının baş alıb getdiyi Yəmən üçün 2016-cı ildə 203 milyon dollar olan yardım məbləği 2018-ci ildə 35 milyon dollar (- 82%) təşkil edəcək.

İsrailin yardım paketi – hərbi yardım – 2016-cı ildən 2018-ci ilə qədər 3,1 milyard dollara, Misirinki isə 1,4 milyard dollardan 1,38 milyard dollara qədər azalıb.

Norveç Qaçqınlar Şurasının müşaviri Sara Tesoryeri “MEE”-yə bildirib ki, bu il Yəməndə vəziyyət "çox-çox həyəcanvericidir”. Somali, Cənubi Sudan və Nigeriya da aclıqla üzləşir.

"Biz ənənəvi olaraq humanitar yardımları maliyyələşdirən hökumətlərin büdcələrini görürük, onlar prioriteti başqa məqsədlərə verirlər, – deyə Tesoryeri bildirib. – Bu çox aydındır".

Norveçli müşavir indiki xarici yardımlar kütləvi azalmadan əvvəl də humanitar ehtiyacları tam qarşılanmadığını bildirdi.

2017-ci ilin əvvəlində BMT və tərəfdaşlar Yəmən üçün 2,1 milyard ABŞ dolları məbləğində yardım istəyib ki, 12 milyon insana qənaətcil yardım göstərə bilsinlər.

“Bu günə qədər kampaniyanın yalnız üçdə bir hissəsi maliyyələşdirilib və bütün ehtiyaclar durmadan artırır”, – deyə Tesoryeri bildirib.

2017-ci ilin  planı hazırlandıqda, "biz 18 milyon insana yardım göstərməli olduğunu gördük və indi bu rəqəm artıq 20 milyon nəfəri əhatə edir".

BMT-nin məlumatına görə, yeddi milyondan çox yəmənli qidadan başqa, səhiyyə xidmətindən məhrumdur.

Ən az 300 min nəfər vəbaya yoluxub, BQXK hər gün təxminən 7 min yeni halın qeydə alındığını bildirir.

"Münaqişənin yavaşlamasını görmədiyimiz üçün pərişanıq”.

Bölgədəki ən kasıb ölkələrdən biri olan Yəmən, BMT-yə görə, 2015-ci ilin əvvəlində baş verən qarşıdurmaya qədər də "humanitar ehtiyacların böyük səviyyələri" ilə qarşı-qarşıya idi.

Dünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, Səudiyyə liderliyi etdiyi koalisiya husi üsyançılara qarşı prezident Əbd Rabbu Hadinin adından döyüşür və müharibənin ən az 8 min qurbanı var.

Oktyabr ayında başlayan maliyyə ili üçün Donald Tramp administrasiyasının büdcəsində ABŞ-ın yardım büdcəsi 19 milyard dollar və ya 32 faiz azalacaq.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin sözçüsü Evan Uotson, mövcud humanitar vəziyyət nəzərə alınmasını, belə yardımların neçə-neçə həyatı xilas etdiyini vurğuladı.

"Afrika və Yaxın Şərqdə humanitar ehtiyaclar daim artmaqdadır", – Uotson “MEE”-yə bildirib.

"İraqda Mosul müharibəsi ilə bərabər, bərpa işləri çox illər çəkəcək və böyük xərclə başa gələcək".

Bağdad 2016-cı ildə ABŞ-dan 405 milyon dollar vəsait alıb, 2018-ci ildə isə bu vəsait 347 milyon dollar olacaq.

"ABŞ hökuməti, ABŞ rəhbərliyinin siyasi mənsubiyyətindən asılı olmayaraq, mütəmadi olaraq BQXK-nın ən böyük donoru olub. Hökumətə və ABŞ-a vergi ödəyicilərinə humanitar yardım üçün çox minnətdarıq və bunu Amerika xalqının xoş məramı və səxavəti kimi görürük".

Obama administrasiyasında USAID-in xarici yardım üzrə direktoru Ceremi Konidink təklif olunan büdcənin ABŞ-ın dünyadakı nüfuzuna xələl gətirdiyini söylədi.

"Humanitar yardım kəsintiləri insanları öldürəcək. Bu büdcə on milyonlarla insana zərər verəcək. Dünyanın hər yerində ehtiyacı olanlara kömək edən dərin Amerikan ənənələrinə həsrət zalimanə addımdır".

Ancaq büdcənin özü Konqresdə dəhşətli bir mübarizə ilə qarşılaşacaq. Senatın diplomatiya və xarici yardım xərcləri məsul olan alt komitəsinin sədri senator Lindsi Qram Trampın yardım büdcəsinin üçdə bir hissəsini kəsmək təklifini dəstəkləmir.

"Əgər bu büdcəni tətbiq edərsənsə, dünyadan geri çəkilməli və ya bir çox insanı təhlükə altına qoymaq lazım gələcək. Bu büdcə heç nəyə yaramır", – o deyib.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə