XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

15 İyul 2017 - 09:54

S-400 sistemləri ilə bağlı Türkiyə-Rusiya sövdələşməsi uğurla başa çatıb –2, 5 milyardın 1,5 milyard dolları Rusiya krediti hesabınadır

Ünsal Ərgəl

Türkiye (Türkiyə)

 

Məlum olub ki, Türkiyə Rusiyanın dörd divizion S-400 hava hücümundan müdafiə raket sisteminə 2,5 milyard dollar ödəməyə razılaşıb. S-400-lərin alqısı xüsusunda Türkiyə ilə Rusiya arasında müəyyən müddət ərzində davam edən danışıqlar başa çatıb. Aydınlaşıb ki, texniki məsələlər üzrə uzlaşma əldə olunub və 2,5 milyard dollar məbləğində dörd raket batareyasının alınması haqda saziş ilkin təqdir əldə edib.

Suriya və İraq hadisələri Türkiyəni təcili şəkildə hava hücumundan müdafiə sistemləri axtarmağa hərəkətləndirib. Əvvəllər NATO çərçivəsində Türkiyədə yerləşdirilmiş "Patriot" kompleksləri Türkiyə ərazisindən çıxarıldıqdan sonra bu tələbat daha da kəskinləşib. Türkiyə bunun ödənməsi üçün əvvəlcə amerikalılarla "Patriot" sistemləri, fransızlarla "Aster SAMP/T" raketləri, çinlilərlə FD-2000 müdafiə sistemləri üzrə danışıqlar aparıb, lakin nəticəyə nail ola biməyib. Türkiyə sonradan eyni zamanda böyük sayda hədəfləri və hətta gözəgörünməz təyyarələri də izləyə bilən S-400 uzaq məsafəli HHM sistemləri istehsal edən Rusiya ilə danışıqlara başlayıb.

 

Həm kredit, həm də birgə istehsal

 

Rusiyadan alınması planlaşdırılan iki ədəd S-400 batareyası dördbatareyalı "Patriot" sisteminə ekvivalentdir. Hərbi mənbələrdən alınmış məlumata əsasən, birinci batareya iki il yarım müddətinə istehsal ediləcək və Türkiyəyə tədarük olunacaq. İkinci batareyanın böyük qismi bir il ərzində Türkiyədə istehsal ediləcək, sonralar isə istehsal texnologiyalar ötürülməklə və birgə layihələrin gerçəkləşdirilməsi ilə Türkiyədə yaradılmış obyektlərdə sürəcək.

Bu sazişin başqa bir davamlı yönü bundan ibarətdir ki, 2,5 milyard dollar məbləğin önəmli hissəsi Rusiyanın təqdim etdiyi kreditin hesabına maliyyələşdiriləcək. Hərbi mənbələr xəbər verirlər ki, Rusiya xəzinəsindən veriləcək kredit 1,5 milyard dollar təşkil edəcək.




Yuxarı Əvvələ Ana Səhifə