XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

15 İyul 2017 - 12:01

15 İyul çevrilişinin ərəb dəstəkçiləri:Fətullah Gülənə hansı prezident sığınacaq vədi verdi? - Təhlil

İsmayıl Numan Telci

“Al-Jazeera”

 

Türkiyədə 15 iyul çevriliş təşəbbüsü, ərəb ölkələri də daxil olmaqla, bütün dünyada şok dalğaları yaratdı. “Ərəb Baharı” inqilabına şahid olan bir çox ərəb dövləti çevriliş təşəbbüsünə qarşı çıxdı, türk xalqına və hökumətinə dəstək göstərdi. Ancaq bəzi ərəb hökumətləri və onların rəsmiləri qəsdçiləri açıq şəkildə dəstəklədi və hətta FETÖ-ya, ABŞ-da yaşayan Fətullah Gülənin başçılıq etdiyi silahlı birləşməni laqeyd dəstəklənməsini təklif etdilər.

Bu ərəb hökumətləri ilə Gülən tərəfdarları arasında əlaqələr ilkin olaraq aydın deyilsə də, keçən il aşkar edilmiş yeni sübutlar baxımından daha yaxşıca qiymətləndirilməlidir.

Misir hökuməti Türkiyədəki 15 iyul çevriliş təşəbbüsünün ən böyük vokal tərəfdarı olaraq ortaya çıxdı. Baş verən qəsddən dərhal sonra general Əbdülfəttah Sisi hökuməti ABŞ-ı tərk etmək məcburiyyətində qaldıqda, Fətullah Gülənə sığınacaq verə biləcəyini açıqladı. Digər tərəfdən, Misir hakimiyyəti FETÖ-nun sərhədləri içərisində fəaliyyətlərinə məhdudiyyət qoymadı və qrup nümayəndələri və müdafiəçilərinin Misir telekanallarına çıxmasına icazə verdi. Bundan başqa, hökumət yayımçıları, Türkiyənin demokratik şəkildə seçilmiş hökumətinə qarşı qəsdçilərin tərəfdarı olan bir redaksiya xəttini qəbul etdi.

Fətullah Gülənin mesajlarını Ərəb dünyasına yaymaq məqsədi ilə Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) fələstinli məsləhətçisi Məhəmməd Dahlanın sahibi olduğu televiziya şəbəkəsi uğursuz çevrilişin başçısı ilə müsahibə yaydı.

BƏƏ Türkiyədə çevriliş təşəbbüsünün güclü tərəfdarı idi. Son dövrlərdə Ankaranın regional siyasəti ilə barışmayan bu ölkə FETÖ-nun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı hakimiyyətdən kənarlaşdırmaq cəhdinə dəstək vermək üçün bir sıra haşiyələnmiş addımlar atdı.

İyun ayında Əbu-Dabinin Vaşinqtondakı səfiri Yusif əl-Utaybənin şəxsi hesabından sızan elektron poçtlar, bu Körfəz dövlətinin ta başlanğıcdan ötən ilin yayında baş verməmiş çevrilişdə daha böyük rol oynaya biləcəyini ortaya qoydu.

E-məktublar Utəybənin əsasən israilpərəst iş adamı Şeldon Adelson tərəfindən maliyyələşdirilən, ABŞ-da yerləşən Demokratiyanın Müdafiəsi Fondunun (FDD) yüksək səviyyəli rəsmiləri ilə sıx əlaqə saxladığını göstərdi. Birləşmiş Ərəb Əmirliklərinin səfiri və Fondun baş konsulu Con Hannah arasında mübadilə Əbu Dabinin Türkiyədəki çevrilişçilərlə əlaqəsinə dair qiymətli məlumatlar verdi.

Sızan elektron poçtlardan birində Hannah – sabiq vitse-prezident Dik Çeyinin milli təhlükəsizlik üzrə məsləhətçisi – Utaybəyə, BƏƏ və FDD-nin Türkiyədəki 15 iyul hərbi çevrilişi təşəbbüsü üçün məsuliyyət daşıdığını iddia edən bir məqalə göndərərək bildirib ki, "o, BƏƏ-nin şirkətində olmağa" layiqdir.

Hannah daha əvvəl “ForeignPolicy.com” saytında "Ərdoğan kimi bir problemi necə həll edirsiniz?" başlıqlı məqalə dərc etdi. Türk ordusuna Türkiyəni Ərdoğandan "xilas etmək" tövsiyəsi verdi.

Ötən ilin iyul ayında “Middle East Eye”də dərc olunan bir məqalədə ingilis jurnalist Deyvid Hirst, BƏƏ-nin Türkiyədəki çevriliş cəhdinin uğurlu olmasını təmin etmək üçün xeyli vəsait ayırdığını iddia etdi. O, BƏƏ hökuməti adından fəaliyyət göstərən Məhəmməd Dahlanın FETÖ əməliyyatçılarına pul göndərdiyini yazdı.

Ötən ay Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu mətbuata bəyan edib ki, müsəlman bir ölkə Ərdoğan hökumətini devirmək üçün 3 milyard dollar xərcləyib. O, BƏƏ-nin keçən il çevriliş təşəbbüsünü maliyyələşdirdiyini iddia edib.

 

BƏƏ-nin motivləri

 

BƏƏ-nin Türkiyə hökumətini devirmək arzusunun arxasında bir neçə səbəb var.

Hər şeydən əvvəl BƏƏ Türkiyənin “Ərəb Baharı”ına yanaşması ilə razı deyildi. Bir sıra Yaxın Şərq ölkələrində etirazlar baş verəndə, Ankara demokratiya qüvvələri ilə həmrəylik nümayiş etdirdi və demokratik yolla seçilən hökumətlərlə – avtoritar rejimlərin Qərb idarəli dəyişdirilməsini açıq şəkildə dəstəklədi. Bu demokratiya mesajının öz mənfəətləri üçün təhlükəli olmasına inanaraq, Əbu-Dabi Ankaraya qarşı tədbirlər gördü.

Türkiyədəki qəsdçilərin dəstəklənməsində başqa bir səbəb – Türkiyənin Misirdə və İslam dünyasında geniş yayılmış mötədil bir hərəkət olan “Müsəlman Qardaşlar”a dəstəyi oldu.

Qrupun Əbu-Dabidə siyasi elitaya meydan oxuduğunu düşünən hökumət anti-“Qardaşlıq” siyasətini qəbul etdi. 2013-cü ildə Məhəmməd Mursini hakimiyyətdən kənarlaşdıran Sisinin Misirdəki hərbi çevrilişi dəstəklədilər və daha sonra Türkiyə hökumətini də buna bənzər bir şəkildə kənara atmaq üçün bir sıra addımlar atdılar. Həm də Səudiyyə Ərəbistanı ilə yanaşı, Qətərın indiyədək davam edən blokadası təşkil edildi.

Türkiyə hökumətinin İrana və Liviyaya olan münasibəti BƏƏ-nin ötən il baş verən çevriliş təşəbbüsünə dəstək verməsinin bir başqa səbəbi idi.

Liviyada, türk hökuməti demokratik bir hökumətin formalaşmasını dəstəkləyərkən, BƏƏ, Xəlifə Həftarın hərbi hökumətini dəstəkləyirdi. Eyni zamanda, Əbu-Dabinin xilafına Ankara Tehranla dostluq münasibətlərinə bağlı qalır.

Türkiyənin Qətərlə güclü iqtisadi, hərbi və siyasi əlaqələri BƏƏ-nin türk hökumətinə qarşı düşmən münasibətinin arxasında başqa bir səbəbdir. Ankara ilə Doha arasındakı əməkdaşlığın gücləndirilməsi bir neçə Körfəz ölkəsi, o cümlədən Səudiyyə Ərəbistanı və BƏƏ-ni narahat edir, çünki Türkiyənin Körfəz bölgəsində daha təsirli olmasını istəmir.

Əbu-Dabi və Riyadın Qətərdakı türk hərbi bazasının dərhal bağlanması çağırışı bu fikri isbatlayan nümunədir.

Nəhayət, Türkiyənin Yaxın Şərqdə yeni bir regional nizam axtarışı, BƏƏ-ni Ankaranı təcrid etmək üçün regional və qlobal oyunçularla daha sıx əməkdaşlıq etməyə təşviq edir. BƏƏ Misir, Səudiyyə Ərəbistanı, Almaniya, İsrail, Birləşmiş Ştatlar və başqalarının Yaxın Şərqdəki türk təsirini azaltmaq məqsədilə məşğuldur.

Türkiyə Yaxın Şərqdəki bütün cəmiyyətlərdə demokratiyanı təşviq etmək, sülhü davam etdirmək, inkişafı və iqtisadi rifahı yaymaq məqsədi ilə bölgədə transformativ bir oyunçu olaraq qalacaq. Bəzi yerli və qlobal maraqlı tərəflərin Türkiyədəki çevrilişçilərə verdiyi dəstək yalnız Türkiyə prezidenti Ərdoğanın populyarlığını artırmadı, həm də Ankaranı da sözügedən ölkələrə qarşı siyasətini yenidən nəzərdən keçirməyə məcbur etdi.

Regional əməkdaşlığı təşviq etmək və yerli oyunçuları Yaxın Şərq üzərində daha çox nəzarət etməyə çağırdıqdan sonra, türk hökumətinin bu məqsədləri paylaşan hökumətlərlə daha yaxından əməkdaşlığı və razı olmayanlara qarşı daha güclü tədbirlər görməsi gözlənilir.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə